Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri


Yüksək sürətli peyk sistemləri nümunələri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   29   30   31   32   33   34   35   36   37
3-cu ishe uygun

Yüksək sürətli peyk sistemləri nümunələri 
Bu cür peyk sistemləri, hər şeydən əvvəl rabitə xidmət­ lərinin 
inkişafına və İnternetə fərdi daxilolmaya hesablanmış­ dır. Bunlara 
peyk rabitəsi və verilənlərin ötürülməsi sistemləri aiddir. 
ASTROLINK 
- Bu sistemdə 9 ədəd geostasionar peyklər
 
istifadə olunur. Bu peyklər 97°, 21,5° qərb və 38°, 130°, 170,25° 
şərq uzunluq dairələrində yerləşirlər və praktiki olaraq qlobal 
xidmət zonasını təmin edirlər. Sistem 1995-ci ilin ok­ tyabr ayında 
qeydiyyatdan keçmişdir. Bu sistem rəqəm telefon rabitəsini
verilənlərin ötürülməsini və genişzolaqlı videoinfor-masiyanın 
translyasiyasını təmin edir. Burada müxtəlif nəşr­ lərin elektron 
versiyalarının yayılması, distant təhsil, tibbi to-moqrafık 
verilənlərin ötürülməsi və digər böyük həcmli info­ rmasiyaların 
ötürülməsi məsələlərinin həlli də mümkündür. 
64
65


Televiziya proqramlarında reklam olunan alışların ödə­ 
nilməsi; 
Distant təhsil, videokonfransların keçirilməsi, faylların 
göndərilməsi, elektron poçtu; 
Videotelefon rabitəsi; 
Abonentin sifarişi ilə əyləncəli televiziya proqramları, 
interaktiv kompüter oyunları; 
Tibbi diaqnostika informasiyalarının ötürülməsi, distant 
tibbi məsləhətlər. 
Bu sistemin kosmik seqmentində dairəvi orbit üzrə 1475 km 
hündürlüyündə yerləşdirilən 64 peyk vardır. Peyklərin maillik 
bucağı 55°- dir. Peyklər iki altqrupa bölünmüşdür. Hər alt-qrupda 32 
peyk istifadə edilir və bunlar 8 orbital müstəvidə (hərəsində 4 peyk 
olmaqla) yerləşdirilmişdir. Belə mürəkkəb orbital qruplaşma 10 - 18 
QHs diapazonunda geostasionar sistemlərlə uyğunlaşdırılma 
kriteriyasınin optimallaşdınlma-sına görə edilmişdir və Yer 
kürəsinin əhali sıxlığı az olan regionlarının daha yaxşı xidmət 
göstərilməsi şərtləri ilə əlaqə­ dardır. Sistemdə CDMA/TDMA 
çoxsaylı daxilolma metodu tətbiq edilmişdir. Peyk - Yer xəttində 
verilənlərin ötürül­ məsinin kanal sürəti 41,5 Mbit/san, Yer - Peyk 
xəttində isə 5,2 Mbit/san təşkil edir. Ötürücü kanalın işçi tezlik 
zolağı kimi 22,6 MHs (Peyk - Yer xətti üçün) və 2,93MHs (Yer - 
Peyk xətti üçün) istifadə edilir. Yerin süni peykinin (YSP) və 
yerüstü stansiyaların energetik parametrləri səhv qəbul ehtimalının 
hər informasiya biti üçün 10-6 tərtibində olmasım təmin edir. 
Abonent stansiyaları, zonalarında yerləşdikləri mərkəzi fider 
stansiyası vasitəsilə çağırış edilmə imkanına malik 
olurlar. Mərkəzi fider stansiyaları siqnalların marşrutlaşdırıl-masım 
və yerüstü ümumi istifadəli şəbəkələlə birləşməni təmin edirlər. Hər 
bir belə stansiya diametri təxminən 350 km olan tə­ sir zonasına 
malik olur. Mərkəzi stansiyalar arasında əlavə ola­ raq yüksək 
informativliyə malik rabitə kanalları təşkil edilir ki, bunların yerüstü 
ümumi istifadəli şəbəkələrə çıxışları olmur. Yerüstü şəbəkəni təşkil 
edərkən ATM (Asynchronous Transfer Mode - verilənlərin 
ötürülməsinin asinxron rejimi) texnologi­ yası istifadə edilir ki, bu 
texnologiya tez bir zaman ərzində və heç nədən asılı olmadan 
şəbəkəni genişləndirməyə imkan verir. Qeyd edək ki, ATM 
şəbəkələrində manqa 53 - baytlıq paket təşkil edir və bu verilənlərin 
ötürülməsinin baza vahidi kimi qəbul olunur. Sistem üçün nəzərdə 
tutulan abonent terminalları antena avadanlığından və xarici 
multimedia avadalığı üçün interfeysdən ibarətdir. Fərdi istifadəçilər 
üçün nəzərdə tutulan və diametri 50 sm-ə yaxın olan antena evlərin 
damında yerləşdiriləcəkdir. Bunun sayəsində abonent verilənləri 20 
Mbit/san - yə qədər sürətlə qəbul edə və onları 2 Mbit/san - yə qədər 
sürətlə ötürə biləcəkdir. İntefeyslərin lazım gələn sayları ilə 
terminalı bir neçə fərdi kompüterlə birləşdirmək mümkün olacaqdır. 
Terminal, İnternetin emal etdiyi verilənlərin ötürül­ məsinin seans 
rejimində işləyəcəkdir. 
Korporativ abonentlərin peşəkar terminallarında diametri 80 - 
100 sm olan antenaların tətbiqi planlaşdırılmışdır. Burada verilənlər 
axmınm ötürülməsi sürəti, fərdi abonentlərin termi-nallarmdakına 
nəzərən 3 - 5 dəfə çox olacaqdır. Peşəkar ter­ minalların modul tipli 
struktura malik olmaları, onlarda veri­ lənlər axınının qəbulu 
sürətini 60 Mbit/san-yə qədər artırmağa 
66
67 


imkan verəcəkdir. Peşəkar terminallar korporativ ATS-lə (PBX) və 
ya lokal hesablama şəbəkələri (LAN) ilə birləşdi­ riləcəkdir. iki cür 
idarəetmə rejimi nəzərdə tutulur: 
Standart rejim, burada telefon və videotelefon trafikinin 
ötürülməsi üçün 
nx 64
kBit/san-lik kanallar yaradılır; 
Verilənlərin ötürülməsi rejimi. Bu rejim İnternet-sessiyalar 
və ya intranet şəbəkələrində trafikin ötürülməsi üçündür. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə