Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   26   27   28   29   30   31   32   33   ...   37
3-cu ishe uygun

“İNMARSAT - M ” 
sistemi 1993-cü ildə istismara bura­
 
xılıb və ikitərəfli rəqəm telefon rabitəsindən başqa, ucuz və yüngül 
terminalların köməyilə (sürət 2,4 kbit/s) verilənlərin və teleks 
informasiyasının ötürülməsini təmin edir. Bu sistem, həmçinin 
paketli kommutasiya və elektron poçtu şəbəkələrində 
verilənlərin mübadiləsi üçün interfeys də təmin edir. Müxtəlif 
mütəhərrik obyektlərdə 1000-dən çox terminalı vardır. Müasir 
rəqəm texnologiyası istifadə olunur ki, bunun sayəsində ayrıl­ mış 
tezlik diapazonunu və bort vericilərinin istifadə effektiv­ liyini 
artırmağa imkan yaranır. Bu terminal portativ variantda keysdə 
(diplomat) yerləşdirilir. Bu terminalda əlavə olaraq “Notebook” tipli 
kompüter və ya azölçülü printerə də ola bilər. İNMARSAT-M - in 
mini terminalları çəkisi S 700 qram olan rəqəm telefonudur və 
azölçülü radiostansiyanı xatırladır. 
“İNMARSAT - B ” 
sistemi 1994 - 95 - ci illərdə isti­
 
fadəyə 
buraxılıb və “İNMARSAT - A” - nı əvəz etmək üçün nəzərdə 
tutulub. Telefon, teleks, faks verilənlərin ötürülməsi kimi xidmətləri 
təklif edir, lakin peyklərdən effektiv istifadə sayəsində tariflər 
aşağıdır. 1994 - cü ilin başlanğıcına istismara 11 ədəd İNMARSAT 
- B sahil stansiyası daxil edilir ki, onlar ÜİTŞ - si ilə interfeys 
rolunu yerinə yetirirlər. 
“İNMARSAT-D” sistemi peycinq şəbəkələrinin təbii 
genişlən-dirilməsi üçün nəzərdə tutulmuşdur: burada yerüstü ÜİTŞ - 
si abonentlərindən məlumatların mobil istifadəçilərə ötürülməsi 
xidməti (birtərəfli) təmin edilir. Peycerlərin bir neçə variantı təklif 
edilir: 
informasiyanı printerə çıxaran peycer; 
Keysdə quraşdırılan 2 peycer (uzunluq üzrə paylanmış) hərəkət 
zamanı qəbul keyfiyyətini artırmaq və istifadəçinin bədəni ilə 
bloklanmadan müdafiə üçün nəzərdə tutulur; 
“Laptop” tipli peycer (İNMARSAT-M - in terminalı ilə 
birləşdirilmiş); 
Kollektiv istifadə üçün stasionar peycer. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə