Peyk rabitəsi və ya yımının inkişafı mərhələləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix07.03.2023
ölçüsü0,93 Mb.
#102036
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
3-cu ishe uygun

Tezlik zolaqları 
Radio üzrə beynalxalq məsləhət komitəsi (M KKP) və 
tezliyin qeydiyyatı üzrə beynəlxalq komitələri tərəfindən 
46 
(M KP) peyk sistemləri üçün cədvəl 8.1- də göstərilən tezlik 
zolaqları ayrılmışdır, 
Cədvəl 8.1 
Diapazonun adı 
Tezlik zolağı, QHs 

11,5/1,6 QHs) 
1,452-1,500 və 1,61-1,71 

(2,4/2,5 QHs) 
1,93-2,7 
C (4/6 QHs) 
3,4-5,25 və 5,725-7,075 
Ku 
(11/14QHS) 
10,70-12,75 və 12, 75-14,80 
Ka 
(20/30 QHs) 
14,40-26,50 və 27,00-50,20 
К 
84,00-86,00 

Peykmütəhərrik radiorabitə sistemlərinin 
tətbiqi 
M PRRS ikinci dünya müharibəsindən sonra istifadə 
olunmağa başlanmışdır. İlk peyk 1957-ci ildə buraxılmışdır (SSRİ). 
1960-ci ildə isə ABŞ əksetdirici rabitə peykini buraxdı - ECHO 
adlandırdı və bu peyk güzgü şəklində idi. Rabitə - siqnalların əks 
olunması ilə yaradıldı. Üç il sonra SYNCOM geostasionar peykini 
buraxdılar. Bu cür peyk­ lərin əsas üstünlüyü - Yer üzərində qeyd 
olunmuş vəziyyətdə olmalarıdır və Yerlə sinxron fırlanırlar və elə bil 
ki, müəy­ yən yerdə asılmış kimi olurlar. Nəhayət, 1965-ci ildə ilk 
geostasionar kommersiya peyki rabitə məqsədilə buraxıldı - 
İNTELSAT 1 [və ya «Early Bird»- dan (erkən) quşçuğazı] və 
ilyarım müddət ərzində istifadə edildi, çəkisi 68 kq idi, 240 dupleks 
telefon kanalı yarada bilirdi və ya alternativ ki­ mi - bir televiziya 
kanalı yaratmaq üçün də tətbiq olundu. İNTELSAT 2 və İNTELSAT 
3 peykləri uyğun olaraq 1967 
47 


və 1969-cü illərdə buraxıldı və 1200 telefon kanalına imkan 
yaradılmışdı. Y erüstü rabitə üçün həmişə məftildən istifadə etmək 
olar, lakin gəmilər üçün bunu etmək olmur. Ona görə də 1976-ci 
ildə üç ədəd M ARİSAT peykləri istifadə olun­ 
m ağa başladı. O nların vəzifəsi dünya üzrə dəniz rabitəsini təm in 
etm ək idi. Gəmilərdəki verici və qəbuledicilər üçün nisbətən böyük 
antenalar (veriliş gücü 40 Vt olanda təxminən 1,2 m etr) xarakterik 
idi. İlk mobil peyk sistemi 
IN M A R SA T -A 1982-ci ildə işləməyə başladı. Altı il bundan 
sonra, yəni 1988-də İNM ASAT-C sistemi yaradıldı - ilk peyk 
sistemi idi ki, mobil telefon rabitəsini və verilənlərin ötürülməsini 
təmin edirdi (verilənlərin ötürülməsi sürəti 600 bit/san idi, X .25- 
standartına uyğun şəbəkələrlə qoşalaş­ dırm a qurğuları var idi). 
1993-cü ildə peyk sistemldəri tamamilə rəqəmli oldu. Lakin, 
həqiqətdə istifadəçilərin mobilliyi nisbi idi, çünki sta­ sionar 
peyklər vasitəsilə rabitə üçün lazım olan qurğuların çəkisi çox idi 
(bir neçə kq), sürətin münasib olması üçün isə böyük güclər tələb 
olunurdu. 
1998-ci ildə qlobal peyk sistemləri tətbiq olunmağa 
başladı, m obil telefonları kiçikdir («İridium» və «Global-star» 
sistemləri). Hal-hazırda 200-dən çox geostasionar peyk 
kommersiya məqsədilə istifadə olunur. 
Peyk rabitə xidmətinin (PRX) təyinatından və istifa­ də 
olunan yerüstü stansiyaların (YS) növündən asılı olaraq, üç əsas 
peyk rabitə xidmətini fərqləndirirlər: 
fiksə olunm uş (qeyd olunmuş) rabitə xidməti (FRX); 
mütəhərrik rabitə xidməti (MRX). 
- radioyayım rabitə xidməti (RRX). 
Fiksə olunmuş rabitə xidməti stasionar abonentlər arasında 
rabitə yaratmaq üçün istifadə olunur. Hal-hazırda VSAT tipli 
terminallar bazası üzərində qurulmuş FRX elektron kommersiya 
şəbəkələrində, bank informasiya mü­ badiləsində, topdan satış 
ticarət anbarları şəbəkələrində və s. istifadə olunur. 
PR X kompüterlərinə (Direc PC) birbaşa peyk yayımlan­ masını 
təmin edə bilər. Direc PC xidməti peyk kanalları ilə sürəti 30 
Mbit/s olan TV təsvirləri və sürəti 400 kbit/s olan İnternet 
informasiyalarını, fərdi qəbul avadanlığı olan kompüterlər 
vasitəsilə almağa imkan verir. Peyk mütəhərrik radiorabitə 
sistemləri (PM RRS) ilə veri­ lənlərin ötürülməsi zamanı, 
aşağıdakı tətbiq sahələrini fərqləndirirlər: 
yükləmə məntəqəsindən təyinat məntəqəsinə qədər ke­ çid 
nəzarətini təmin edən yükdaşmmalarının qlobal mo­ nitorinqi; 
dövlət və korporativ istifadəçilərin marağına uyğun olaraq 
elektron poçtu ilə verilənlərin mübadiləsi; 
nəqliyyat vasitəsinin və ya yüklü konteynerin coğrafi 
koordinatlarının təyini; 
hərəkətdə olan obyektlərlə rabitə, o cümlədən, verilən­ lərin 
ikitərəfli mübadiləsi; 
axtarış - xilasedici işlərin koordinasiyası və qəza-bərpa 
işlərinin aparılması; 
fövqəladə hadisələr zonasında təcili rabitə xidmətinin təmin 
edilməsi; 
qlobal peycinq; 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə