Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   2   3   4   5   6   7   8   9   10   ...   34

 

14

itirmir. Örtük qat hüceyrələri isə hündürləşib armud şəklini alır və artıq eyni səviyyədə yerləşir [1, s. 446, 



şək. 26.23]. 

EPİTELİN REGENERASİYASI 

 

Epitel toxuması yüksək regenerasiya qabiliyyətinə malikdir. Belə xüsusiyyət təkamül prosesində 

qazanılmış  və epidermisin əsas mühafizə  vəzifəsi ilə bilavasitə bağlıdır. Topoqrafik vəziyyətdən asılı 

olaraq epitel toxuması xarici təsirlərə daha çox məruz qalır, belə ki, o, orqanizimlə xarici mühit arasında 

bilavasitə hüdud təşkil edir. Digər tərəfdən bu toxuma orqanizmlə mühit arasında gedən mübadilə 

prosesində çox mühüm rol oynayır. 

Qeyd etmək lazımdır ki, epitelin bütün növlərində regenerasiya eyni prinsiplə gedir. Lakin bütün 

hallarda regenerasiya zamanı epitel öz histotipik xüsusiyyətini saxlayır, yəni hər epitel növü yalnız özünə 

bənzər epitel yaradır, məs.: çoxqatlı epitel həmişə çoxqatlı, birqatlı epitel isə birqatlı epitel əmələ gətirir. 

Ancaq ehtizazlı epitel bu işdə xüsusiyyət təşkil edir, belə ki, regenerasiya zamanı (reparativ 

regenerasiyada) ehtizazlı epitel əvəzində çox vaxt dəri epiteli meydana çıxır. Bu, çoxqatlı  və çoxsıralı 

epitellərin bir-birinin yaxın formaları olduğunu bir daha sübut edir. 

Yeni epitel hüceyrələrinin əmələ gəlməsi başlıca olaraq mövcud epiteldə gedən mitoz bölünmənin 

nəticəsidir. Lakin çoxqatlı epitel ilə birqatlı epitel arasında regenerasiya prosesində bir qədər fərq 

müşahidə edilir. Birqatlı epiteldə onun bütün hüceyrələri bölünməyə qadirdir, halbuku, çoxqatlı epiteldə 

yalnız əsas və qismən tikanlı qatın hüceyrələri bölünür. Sonra gələn qatların (parlaq və buynuz qatların) 

bərpası isə əvəzetmə yolu ilə gedir. 

Epitelin fizioloji regenerasiyası onun reparativ regenerasiyasını təmin edir. Epitel zədələnən zaman 

onun bərpa olunması yara kənarında epitel hüceyrələrinin güclü bölünməsi vasitəsilə icra olunur. Cavan 

hüceyrələr  əmələ  gəldikcə, bunlar zədələnən nahiyələrə doğru keçərək tədricən zədə yerini nazik qatla 

örtür. Sonra həmin qat diferensiasiyaya uğrayır və definitiv formasını alır. Reparativ diferensiasiya 

prosesində epitelin altında olan birləşdirici toxumanın böyük rolu vardır. Zədə nahiyəsində yeni epitel 

qatı meydana çıxmazdan  əvvəl onun əsasını  təşkil edən cavan birləşdirici toxuma qatı (qranulyasiya 

toxuması) əmələ gəlir. Bu toxuma qan damarları ilə çox zəngin olur. 

 

EPİTELİN SEKRETOR FƏALİYYƏTİ 

 

Hüceyrələrin mübadilə məhsullarını ifraz etmək qabiliyyətinə sekresiya deyilir. Belə hüceyrələrə isə 

sekretor və ya vəzi hüceyrələri, ya da qlandulositlər deyilir. Qeyd etmək lazımdır ki, orqanizmin digər 

hüceyrələri də öz əsas vəzifələri ilə yanaşı bu və ya digər dərəcədə ifrazat fəaliyyəti görür. Lakin vəzi 

hüceyrələri üçün ifrazat vəzifəsi  əsas vəzifədir. Sekretor fəaliyyət icra edən vəzi hüceyrələri bəzən 

müstəqil olur, çox vaxt isə onlar xüsusi orqanların quruluş  əsasını  təşkil edir. Belə orqanlara vəzilər 

deyilir. Vəzilərin ifraz etdiyi məhsul başlıca olaraq iki növdür: sekret və ekskret. 

Sekret, vəzi hüceyrələrinin sintez yolu ilə hazırladığı mürəkkəb spesifik maddədir. Vəzilər 

hazırladığı sekreti çox vaxt epitel örtüyünün üzərinə ifraz edir, bəzən isə sekret bilavasitə qana və limfaya 

ifraz olunur. Sonuncu halda ona inkret (daxili sekret), ya hormon deyilir. Sekretin orqanizm üçün 

əhəmiyyəti vardır. Çoxhüceyrəli orqanizmlərdə hüceyrələrin ifraz etdiyi seliyəbənzər maddələr (musin və 

mukoidlər) toxumaları mexaniki və kimyəvi qıcıqlanmalardan qoruyur, zülal sekret mübadilə prosesində 

fəal iştirak edir. Zülal tərkibli məhsullara həzm sisteminin müxtəlif fermentləri və hormonlar aiddir. Bəzi 

hüceyrələrdə  əmələ  gələn sekret dənələrinin və onlarda olan sekret kanalcıqlarının hüceyrədaxili tor 

aparatla rabitədə olduğu müəyyən edilmişdir. Zülal ifraz edən hüceyrələrdə  dənəli endoplazmatik tor 

(erqastoplazma) və mitoxondrilər güclü inkişaf edir. Ekskret katabolizm (üzvü maddələrin mübadilə 

zamanı parçalanması) nəticəsində meydana çıxan və hüceyrədən xaric olunmalı  məhsula deyilir. Məs.: 

karbon qazı, süd turşusu, sidik turşusu, sidik cövhəri və s. ekskretor məhsullardır. 



 

VƏZİLƏR (GLANDULAE

 

Qeyd olunduğu kimi vəzilər sekretor fəaliyyətə malik epitel törəmələridir. Vəzilər başlıca olaraq iki 

qrupa bölünür: xarici sekresiya vəziləri, və ya ekzokrin vəzilər, daxili sekresiya vəziləri və ya endokrin 

vəzilər. Xarici sekresiya vəziləri elə vəzilərə deyilir ki, onlar hazırladığı sekreti epitel örtüyünün üzərinə




 

15

daha doğrusu bu vəzilər öz məhsullarını bilavasitə orqanizmin xarici səthinə, ya epidermisin üzərinə ya da 



borulu orqanların epitellə örtülü boşluqlarına ifraz edir. Daxili sekresiya vəziləri öz məhsullarını 

(hormonlarını) bilavasitə qana və limfaya ifraz edir. Hormonlar qan, ya limfa ilə orqanizmin hər yerinə 

yayılaraq digər orqanların ya bütöv orqanizmin funksiyalarını (məs.: böyüməni, inkişafı, maddələr 

mübadiləsi proseslərini və s.) tənzim edir. Bədənimizdə olan endokrin vəzilərə epifiz, hipofiz, 

qalxanabənzər vəzi, qalxanətrafı  vəzilər, timus vəzi, böyrəküstü vəzilər, mədəaltı  vəzilərin adacıqları, 

habelə cinsiyyət vəzilərinin daxili sekresiya elementləri aiddir. Daxili sekresiya vəziləri öz təsirini 

orqanizmə mayelər (qan, limfa) vasitəsi ilə  həyata keçirdiyindən bunların  əmələ  gətirdiyi sistemə 

humoral  sistem (latınca  humor  – maye) də deyilir. Ancaq bu sistem üçün daha geniş yayılmış termin 

endokrin sistem terminidir. Humoral sistem orqanizmin əsas tənzimedici sistemlərindən biridir. Lakin 

humoral sistemin bu fəaliyyəti sinir sisteminin nəzarəti altında həyata keçirilir. Sonuncu isə orqanizmin 

başlıca tənzimedici sistemidir. Bununla yanaşı endokrin sistemi də sinir sisteminə müəyyən dərəcə təsir 

edə bilir. Beləliklə, bir-biri ilə qarşılıqlı rabitədə olan bu iki sistem orqanizmdə çox mühüm tənzimedici 

və onun fəaliyyətini koordinasiya edən neyro-humoral sistemi əmələ  gətirir. Endokrin vəzilər haqqında 

ətrafı məlumat xüsusi histologiya bəhsində verilir. 

 

EKZOKRİN VƏZİLƏR (GLANDULAE EXOCRINA



 

Ekzokrin və ya xarici sekresiya vəziləri orqanizmdə daha geniş yayılmışdır, bunlar bəzən müstəqil 

orqanlar əmələ gətirir (məs.: ağız suyu vəziləri, qaraciyər, mədəaltı vəzi və s.). Bu vəzilər öz məhsullarını 

xüsusi axacaqlar vasitəsi ilə müvafiq epitel örtüyü üzərinə ifraz edir və bununla da, onlar axacaqları 

olmayan endokrin vəzilərdən fərqlənir. Bədənimizdə olan ekzokrin vəzilərin çoxu isə ayrı-ayrı orqanların 

tərkibinə daxil olaraq quruluşca onların ayrılmaz hissəsini təşkil edir (məs.: mədə  vəziləri, bağırsaq 

vəziləri və s.). 

Ekzokrin vəzilər olduqca müxtəlifdir, bunlar bir-birindən mənşəcə, quruluşca, topoqrafik cəhətdən, 

sekresiya mexanizminə görə  və sekretin tərkibinə görə  fərqlənir. Bütün bunları  nəzərə alaraq ekzokrin 

vəzilər müxtəlif qruplara təsnif olunur. Mənşə cəhətdən entodermal, mezodermal və ektodermal vəzilər 

ayırd edilir. Entodermal vəzilərə mədə və bağırsaq vəziləri, mezodermal vəzilərə-sidik-cinsiyyət sistemi 

vəziləri (məs.: sidik axarları vəziləri, sidik kanalı soğanağı vəziləri, xaya, yumurtalıq və s.) və ektodermal 

vəzilərə  ağız suyu vəziləri dəri vəziləri və s. aiddir. Quruluş  və topoqrafik cəhətdən vəzilərin təsnifatı 

mövcuddur [1, s. 96, şək. 11.13]. 



Ekzokrin vəzilər. Ekzokrin vəzilərin əksəriyyəti ekzoepitelial vəzilərdir. İnsanda yalnız bir növ 

endoepitelial vəziyə təsadüf olunur. Bunlar qədəhəbənzər hüceyrələrdir. 

Bu hüceyrələr eyni zamanda, yeganə birhüceyrəli vəzilərdir.  Qədəhəbənzər hüceyrələr çoxlu 

miqdarda bağırsağın, xüsusilə yoğun bağırsağın divarında [1, s. 97, şək. 11.14], habelə tənəffüs yollarının 

selikli qişa epitelində yerləşir [1, s. 337, şək. 24.9]. Bunlar selik ifraz edərək selikli qişanı mexaniki və 

kimyəvi təsirlərdən qoruyur. Qədəhəbənzər hüceyrələrin apikal (zirvə) hissəsi daha geniş olur. Burada 

vəzinin sekreti toplanır. Nüvə  və orqanellər hüceyrənin  əsas (bazal) hissəsində yerləşir. Ümumiyyətlə

qədəhəbənzər hüceyrə armuda bənzəyir. Elektron mikroskopu ilə onun azad səthində submikroskopik 

xovların olduğunu müəyyən edilmişdir.  İnsanın bütün digər ekzokrin vəziləri ekzoepitelial və 

çoxhüceyrəli vəzilərdir. 

Hər bir ekzokrin çoxhüceyrəli vəzinin iki əsas hissəsi vardır: sekretor, və ya uc (son) hissəsi və 

axacaq hissəsi. Bəzi vəzilərin (məs.:mədənin xüsusi (fundal, ya mədə dibi) vəziləri) axacaqları çox qısa 

olur. Belə axacaq vəzinin  boynu adlanır. Sekretor şöbə başlıca olaraq sekretor hüceyrələrdən təşkil 

olunur, bunların ifraz etdiyi məhsul sekretor şöbənin boşluğuna tökülür [1, s. 390, şək. 25.31]. Sekretor 

şöbə adətən boru, və ya alveol formasında, ya da qarışıq – həm boru, həm də alveol formasında olur və 

bunun daxili səthi bir qat vəzi (sekretor) hüceyrələri ilə örtülür [1, s. 365, şək. 25.8]. Bəzi vəzilərin (məs.: 

piy vəziləri) sekretor şöbəsində  vəzi hüceyrələri bir neçə qatda yerləşir. Belə  vəzilər mənşə  cəhətdən 

çoxqatlı epitelin törəməsidir. Bu qismdən olan digər vəzilərin, məsələn, ağız suyu vəzilərinin sekretor 

şöbəsində vəzi hüceyrələrindən əlavə yığılmaq qabiliyyətinə malik olan xüsusi mioepitelial hüceyrələrə 

(mioepiteliositlərə) təsadüf olunur. Bu hüceyrələr vəzi hüceyrələrinə bilavasitə  təmas edir. Mioepitelial 

elementlər yığılaraq vəzi hüceyrələrini sıxır və onlardan məhsulun çıxarılmasına kömək edir. Mənşə 

cəhətcə mioepitelial hüceyrələr də epitelin törəmələridir və onların sitoplazmasında xüsusi yığılma 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə