Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   2   3   4   5   6   7   8   9   ...   34

 

8

sitoplazmanın ortasında, silindrik hüceyrələrdə isə onun əsasına yaxın yerləşir. Nüvənin vəziyyəti 



hüceyrənin fizioloji halından asılı olaraq dəyişə bilər (məs.: sekretor hüceyrələrdə). 

Sitoplazmada orqanellər yaxşı  nəzərə çarpır, lakin epitelin müxtəlif növlərində, onların daşıdığı 

vəzifədən asılı olaraq, ayrı-ayrı orqanellərin inkişaf dərəcəsi eyni olmur; məs.: zülal ifraz edən vəzi 

epitelində  dənəli endoplazmatik şəbəkə daha zəngindir, sekretor fəaliyyətə malik digər hüceyrələrdə 

Holci kompleksi güclü inkişaf edir [1, s. 47, şək. 6.9 ]. Mitoxondrilərin miqdarı epitel hüceyrələrində 

adətən çox olur, onlar işıq mikroskopunda qısa sapa, və ya çöpə  bənzəyir. Hüceyrə  mərkəzi çox vaxt 

diplosom (iki sentriollu) şəklində olur və nüvənin üstündə yerləşir. Bəzi birqatlı epitelin silindrik 

hüceyrələrində sentrasom hüceyrənin sərbəst ucuna yaxın yerləşir, çünki o, bir sıra xüsusi strukturların 

(kirpiklərin, qamçıların və s.) əmələ  gəlməsində  iştirak edir. Lizosom epitel hüceyrələrinin bəzi 

növlərində (məs.: qaraciyər hüceyrələrində) təsadüf olunur. 

Epitel hüceyrələrinin sitoplazmasında ümumi orqanellərdən əlavə xüsusi orqanellərə də rast gəlmək 

olur. Bunlara sitoplazmada olan tonofibrillər, hüceyrənin azad səthindəki kirpiklər, qamçılar 

submikroskopik xovlar, sorucu və fırçalı haşiyə aiddir. Tonofibrillər fibrilyar zülal molekullarından təşkil 

olunub, incə saplar şəklində  bəzi epitel hüceyrələrində (məs.: epidermisdə) olur [1, s. 249, şək. 20.11]. 

Tonofibrillərin istinad vəzifə daşıdığı ehtimal olunur. 

Kirpiklər adətən ehtizazlı epitel hüceyrələrinin azad səthində olur və mayenin hərəkətinə səbəb olur. 

Belə epitelə tənəffüs sisteminin havadaşıyıcı yollarını örtən selikli qişada, habelə uşaqlıq borusunda və s. 

təsadüf olunur. Ehtizazlı epitelin kirpikli hüceyrələri maye ilə birlikdə toz hissəciklərini, hüceyrəni və s. 

hərəkətə  gətirirlər. Kirpiklərin incə quruluşu haqqında “Sitologiya” dərsliyinin orqanellər  şöbəsində 

ətraflı məlumat verilmişdir [2, s. 103-107]. 

Qamçılar da quruluşca kirpiklərə bənzəyir və insanda yalnız kişi cinsi hüceyrəsində olur [2, s. 106, 

şək. 32]. 

Submikroskopik xovlar, və ya mikroxovcuqlar (microvilli) sapşəkilli incə sitoplazmatik çıxıntılar 

olub, bəzi epitel hüceyrələrinin azad səthini örtür. Uzunluğu təxminən 1-1,5 mikron, eni isə 0,05-0,1 

mikrona bərabərdir. Mikroxovcuqlar hüceyrənin fəal səthini genişləndirir. Bu xovcuqların miqdarı bəzən 

bir epitel hüceyrəsində 3000-ə çata bilər. Xaricdən üzəri sitolemma ilə örtülmüş, daxildə hialoplazma 

olur. Mikroxovcuqlarda mürəkkəb birləşmələri parçalayan fermentlərə (fosfotaza, lipaza və s.) rast 

gəlinir. Mikroxovcuqlar elektron mikroskopu ilə müayinə edilir [1, s. 402, şək. 25.43]. 

Fırçalı haşiyə sorucu haşiyə kimi güclü sorulma prosesində iştirak edən epitel hüceyrələrinin azad 

səthini örtür. Elektron mikroskopu onların da küllü miqdar mikroxovcuqlardan təşkil olunduğunu 

müəyyən etmişdir. Sorucu haşiyə mikroxovcuqlarından fərqli olaraq, buradakı mikroxovcuqlar daha uzun 

olur (3 mikrona qədər). Fırçalı haşiyə böyrəkdə nefronun proksimal şöbəsində (birinci dərəcəli qıvrım 

borucuqlarda) və öd kisəsinin selikli qişasını örtən epiteldə  təsadüf olunur. Epitel hüceyrələrinin 

sitoplazmasında çox vaxt müxtəlif növ əlavələrə (trofik, sekretor, piqment və s.) rast gəlmək olur. 

Epitel hüceyrələrini örtən sitolemma onun ayrı-ayrı növlərində eyni deyildir, belə ki, sorulma 

proseslərində iştirak edən hüceyrələrdə sitolemma sitoplazmaya doğru büküşlər əmələ gətirir. Sitolemma 

habelə mikroxovcuqları örtür. 

Epitel hüceyrələri polyarlıq (qütblük) xüsusiyyətinə malikdir, onlarda əsas zara təmas edən 

proksimal və ya əsas (bazal) hissə, epitelin azad səthinə baxan apikal (zirvə) və ya distal hissə ayırd edilir. 

Proksimal hissə distal hissədən istər quruluş və istərsə də vəzifəcə fərqlənir. Nüvə və dənəli tor, adətən 

proksimal şöbədə, digər orqanellər və əlavələr isə distal şöbədə yerləşir. Epitel hüceyrələrinin qütblərinin 

bir-birindən fərqlənməsinin  əsas səbəbi onların müxtəlif  şəraitdə olmalarıdır. Hüceyrənin distal şöbəsi, 

adətən daha mürəkkəb quruluşa malik olur. 

Qeyd olunduğu kimi, epitel hüceyrələri  əsas (bazal) zar üzərində yerləşir və sonuncu hüceyrələr 

üçün istinad vəzifəsini görür. Əsas zar epitel toxumasını onun altında yerləşən kövşək birləşdirici 

toxumadan ayırır, lakin mübadilə prosesində  fəal iştirak edərək qida maddələrini kövşək birləşdirici 

toxumanın qan damarlarından epitel toxumasına ötürür. Bu zar eyni zamanda epitel hüceyrələrinin 

mübadilədən sonrakı məhsullarını əks istiqamətdə kövşək birləşdirici toxumaya ötürür. Əsas zar, habelə 

epitel hüceyrələrinin kövşək birləşdirici toxumaya doğru artmasına mane olur və beləliklə, baryer 

vəzifəsini görür. Əsas zar incə fibrillərdən və amorf maddədən təşkil olunmuşdur. Bu fibrillər birləşdirici 




 

9

toxumanın retikulyar liflərinə  bənzəyir.  Əsas zarın amorf maddəsində çoxlu qlikozaminoqlikanlar olur. 



Bu zarın əmələ gəlməsində həm epitel, həm də birləşdirici toxama iştirak edir. 

Epitel toxumasında ara maddə olmadığından hüceyrələr bir-birinə çox yaxın olur, lakin bütün 

hallarda hüceyrələr arasında çox incə, işıq mikroskopunun seçə bilmədiyi yarıqlar olur. Onların eni 15-20 

nm-ə çatır. Həmin yarıqlarda hüceyrəarası maye cərəyan edir. Bununla bərabər epitel hüceyrələri arasında 

möhkəm rabitə mövcuddur. Epitel hüceyrələri bir-biri ilə müxtəlif üsullarla birləşir, burada əsas rolu 

desmosom (yunanca desmos – “rabitə, birləşmə” və  soma – “cisimcik”) görür. Desmosom hüceyrələri 

bir-biri ilə birləşdirən sitoplazamatik çıxıntılar arasında olan sıx dənələrdir. Desmosomlar bir-birinə təmas 

edən sitoplazmatik zarların xüsusi strukturları olub, hüceyrələri bir-birinə rəbt

 

edir. Bunların tərkibində 



fosfolipidlərin və neytral mukopolisaxaridlərin olduğu ehtimal olunur. Bəzi nahiyələrdə epitel hüceyrələri 

(məs.: epidermisin tikanlı hüceyrələri) arasında rabitə daha möhkəm olur, belə ki, həmin nahiyələrdə 

desmosomlara tonofibrillər bağlanır. 

Epitel hüceyrələrinin ikinci rabitə üsulu invaginasiya yolu ilə olur, yəni qonşu hüceyrələrdən birinin 

çıxıntısı o birinin müvafiq girintisinə daxil olur. Belə halda hüceyrələr arasında "qıfıla" bənzər rabitə 

yaranır. 



HÜCEYRƏARASI ƏLAQƏLƏR 

 

Epitel hüceyrələrinin bir-birinə baxan, bayır səthlərində  təsadüf edilən ixtisaslaşmış struktur 

elementlər əsasən hüceyrəarası əlaqələrin tərkibinə daxil edilirlər. Üç növ hüceyrəarası əlaqə olduğu qeyd 

olunur: sıx (qapayıcı), bağlayıcı (yapışdırıcı, adheziv) və kanaləmələgətirici (birləşdirici, 

kommunikasion). Sadalanan əlaqə formalarının hamısı onlara məxsus olan xüsusi zülalların iştirakı ilə 

formalaşırlar. Hüceyrəarası əlaqələr haqqında ətraflı məlumatlar nazik bağırsaqların selikli qişasının tək-

qatlı silindirəbənzər epitelinin nümunəsində veriləcəkdir. 

Elektron mikroskopik olaraq sıx əlaqələr səviyyəsində qonşu hüceyrələr arasında plazmolemmaların 

xarici qatları, ancaq öpüşmə nöqtələri (kissing points) adlandırılan yerlərdə, xüsusi zülalların vasitəsi ilə 

bir-birləri ilə fasiləsiz olaraq tam bitişirlər. 

Nəzərə alınmalıdır ki, sıx  əlaqələrin formalaşmasında iştirak edən zülal molekullarının yan-yana 

düzülərək əmələ gərirdikləri sıx əlaqə sapları hüceyrələrin bayır səthlərini hər tərəfdən əhatə edirlər. Ona 

görə  də silindirə  və kubabənzər hüceyrələrin zirvəsi yaxınlığında, yastı hüceyrələrdə (məs. endotel və 

perinevral hüceyrələrdə) isə onların bayır səthlərini bütövlükdə  hər tərəfdən  əhatə edən zolaqşəkilli 

(kəmərşəkilli) hüceyrəarası əlaqə formalaşır. Ona görə də onları qapayıcı zona (zonula occludens - ZO) 

adlandırırlar. 

 

 

 



A B 

Şəkil 1. Sıx əlaqə zülallarının hissələrinin (A) və iki qonşu hüceyrələrin plazmolemmalarını 

bir-birinə birləşdirən zəncirbəndin (B) sxematik şəkilləri. 

 

Bu  əlaqələrin formalaşmasında iştirak edən zülalların hamısının amin və korboksil sonluqları 



sitoplazmada yerləşmək (şək.1A 4) şərti ilə 4 ədəd hüceyrə zari daxili (şək.1A 3) və 2 ədəd hüceyrəarası 

sahədə yerləşən ilgək  şəkillı  hıssələri (şək.1A 2 ) vardır. Sonuncular bir-biri ilə  zəncirbənd kimi (ing. 



fermuar, rusca – застежка,  молния) birləşirlər (şək.1B). Bu zaman qonşu hüceyrələrin 

plazmolemmalarının xarici qatları zülal molekullarının yerləşdiyi yerlərdə, yuxarıda qeyd olunduğu kimi, 

fasiləsiz olaraq bir-biri ilə bitişirlər. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə