Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   61   62   63   64   65   66   67   68   69

düşdülər... Və Azərbaycanın 80-ci illərdəki "təcrübəsi" göstərdi ki, xalqa, Vətənə qarşı  xəyanət, hər 
şeydən  əvvəl, ana dilinə laqeyd münasibətdən başlayır, Azərbaycan dilində orta məktəb ola-ola orta 
təhsilini hər hansı başqa bir dildə almış  gəncin tam dəyərli azərbaycanlı olaraq yetişməsi çox çətin 
məsələdir.  İxtisas təhsilini müxtəlif dillərdə almaq mümkündür, orta təhsil isə mütləq ana dilində — 
Azərbaycan dilində alınmalıdır.
 
 Müasir 
Azərbaycan dili əlli milyona qədər azərbaycanlının ana dilidir — Azərbaycan 
Respublikasında,  İranda, Türkiyədə,  İraqda, Gürcüstanda, Dağıstanda... bu dildə danışırlar, yazırlar, 
oxuyurlar. Həmin ölkələrdə Azərbaycan dilində — Azərbaycan türkcəsində radio, televiziya verilişləri 
yayılır, mətbu yazılar nəşr edilir və bu ölkələrin  əksəriyyətində  məktəblər fəaliyyət göstərir. Lakin ana 
dilinə münasibətdə ciddi problemlər də vardır...
 
 
Hər hansı dil, o cümlədən də Azərbaycan dili aşağıdakı  səviyyələrdə  təzahür etmək imkanına 
malikdir:
 
 1) 
Məişət dili səviyyəsində.
 
 
Bu zaman dilin fəaliyyət miqyası xeyli dar olur, əsasən, bir üslubun (məişət üslubunun) 
hüdudlarında funksionallaşır, yazıya ehtiyac duyulmur — Azərbaycanda mövcud olan tat, talış, bir sıra 
Qafqaz dilləri bu cürdür.
 
 2) 
Mədəni-maarif dili, yaxud milli dil səviyyəsində.
 
 
Bu zaman dilin fəaliyyət miqyası bu və ya digər dərəcədə inkişaf etmiş bir xalqın maarifinin, 
mədəniyyətinin hüdudlarını ehtiva edir, müxtəlif funksional üslubları formalaşır... Mədəni-maarif dilinin 
əsas  əlamətlərindən biri kifayət qədər mükəmməl orfoqrafik normalara malik olması, digəri müxtəlif 
sahələrə aid beynəlxalq terminologiyadan istifadə imkanının mövcudluğudur. Və qeyd etmək lazımdır ki, 
dili həmin inkişaf səviyyəsində olan xalqlar ona (ana dilinə) öz milli-mənəvi dəyərlərinin əsası kimi baxır, 
ruhən bağlı olurlar.
 
 
3) Elmi-intellektual, yaxud beynəlxalq dil səviyyəsində. Bu zaman dilin fəaliyyət miqyası milli 
hüdudları  aşır, funksional üslubların inteqrasiyası özünü göstərir — elmilik, publisistiklik, bədiilik, 
rəsmilik və s. çox zaman birlikdə, qarşılıqlı  əlaqədə  təzahür edir... Və elmi-intellektual, yaxud bey-
nəlxalq dil ümumən dünya təfəkkürünün ifadəçisi kimi çıxış etmək iddiasında olur, çünki bu dildə 
müxtəlif xalqların düşüncə enerjisi ehtiva olunur...
 
 Müasir 
Azərbaycan dili bir sıra ölkələrdə — İranda, Türkiyədə, İraqda, Dağıstanda..., əsasən, I, 
Azərbaycan Respublikasında, müəyyən qədər isə Gürcüstanda isə əsasən, II səviyyədə fəaliyyət göstərir... 
III səviyyəyə gəldikdə isə demək lazımdır ki, həmin funksiyanı Azərbaycanda son zamanlara qədər rus 
dili öz üzərinə götürmüşdü, müstəqil Azərbaycan dövləti yarandıqdan sonra onu (rus dilini) daha 
beynəlmiləl bir dil — ingilis dili (və daha yüksək səviyyədə!) əvəz etməkdədir.
 
 
Hər bir mədəni xalqın qarşısında ana dilinə münasibətdə biri digəri ilə bağlı olan iki tarixi vəzifə 
dayanır; bunlardan biri ana dilini qorumaq, ikincisi isə onu müasir tələblərə uyğun olaraq inkişaf 
etdirməkdir.
 
 Azərbaycan dili elmi baxımdan nə  qədər  ətraflı araşdırılsa da, onun müxtəlif problemlərinin 
öyrənilməsinə hələ böyük ehtiyac vardır. Xüsusilə elə praktiki məsələlər vardır ki, onların təcili həlli tələb 
edilir — Azərbaycan dilinin mükəmməl orfoqrafiya qaydalarının (və lüğətinin) tərtibi həmin məsələlər-
dəndir.
 
 
Hər bir dövlətin milliliyinin, müstəqilliyinin göstəricilərindən biri, bəlkə də birincisi (onun daxili 
və xarici) ünsiyyəti hansı dildə  həyata keçirməsindən ibarətdir.  Şübhəsiz, bu və ya digər dövlət daxili 
ünsiyyəti o zaman daha rahat, daha intensiv apara bilər ki, həmin dövlətin ərazisində yaşayan xalqın əsas 
dilindən istifadə etsin. Lakin bu, sadə bir hadisə deyil — bunun üçün xalqla dövlətin tarixən 
müəyyənləşmiş sıx mənəvi-siyasi əlaqəsi tələb olunur.
 
 Azərbaycanda dövlət dili funksiyasını tarixən müxtəlif dillər daşımışlar ki, bunların içərisində 
əsas yeri ərəb, fars və rus dilləri tutmuşdur. Xalqın dili olan Azərbaycan dili — Azərbaycan türkcəsi 
müəyyən mərhələlərdə dövlət dili səviyyəsinə qalxmaq imkanlarına malik olsa da, onu son dövrlərə qədər 
gerçəkləşdirə bilməmişdir. Hər şeydən əvvəl, ona görə ki, Azərbaycanda mövcud olan dövlətlərin daxili 
ünsiyyəti o qədər də əhəmiyyətli deyildi, xarici (beynəlxalq!) ünsiyyət orta əsrlərdə dövlətin varlığı üçün 
daha vacib idi. Təsadüfi deyildi ki, Azərbaycanda  ərəb, fars dillərinin dövlət dili olaraq xüsusi 
intensivlikdə  işləndiyi dövr Səlcuqlar dövrüdür ki, onlar da türklərdən ibarətdir. Sonralar türklərin 
müsəlman dünyasındakı sosial-siyasi mövqeləri gücləndikcə türk dili də  İslamın üçüncü ünsiyyət 
vasitəsinə çevrilir.
 
 Orta 
əsrlərin sonu, yeni dövrün əvvəllərində Azərbaycanda  ərəb, fars, türk (Azərbaycan) 
dillərinin hər biri eyni zamanda dövlət dili hüququna malik idi, çünki İslam dini, təfəkkürü bu dillərin hər 
üçündə öz əksini tapır, bu və ya digər dərəcədə ifadə olunurdu. Səfəvilər, Azərbaycan xanlıqları  həm 
daxili, həm də xarici rəsmi ünsiyyəti ərəb, fars və türk (Azərbaycan) dillərində saxlayırdılar. XIX əsrin 
ortalarından sonra buraya rus dili də  əlavə olundu... Və rus dili rəsmi ünsiyyətdən  ərəb, fars
 
dillərini 


sıxışdırdı, Azərbaycan türkcəsi isə,  əksinə, "yerli əhali"nin dili olaraq müəyyən səlahiyyətlər almağa 
başladı. Lakin müstəqil dövlətin olmaması,  Şimalda rus, Cənubda isə fars dilinin "yerli dil" üzərində 
üstünlüyünü aydın bir şəkildə nümayiş etdirirdi.
 
 Azərbaycan Demokratik Cümhuriyyəti yarandıqdan bir ay sonra özünün rəsmi ünsiyyət 
vasitəsinin məhz Azərbaycan türkcəsi olduğunu elan etdi. Lakin məhz elan etdi... Dövlət orqanlarında 
çalışanlar Azərbaycan türkcəsini lazımi səviyyədə bilmir, eyni zamanda "yerli əhali"nin dili dövlət dilinin 
tələblərinə hələ cavab vermirdi, ADC-nin azərbaycanca sənədlərinin leksikası, sintaksisi də bunu təsdiq 
edir. Halbuki rusca sənədlərinin dili mükəmməldir.
 
 Müşahidələr göstərir ki, Azərbaycan dilinin dövlət dili kimi formalaşması prosesi sovet dövründə 
kifayət qədər ardıcıl şəkildə getmişdir. Bununla belə, həmin dövrdə Azərbaycan dövlətinin dili rus dilinin 
təsiri altında idi, yəni "rusca düşünüb, azərbaycanca ifadə etmək" prinsipi işləyirdi ki, bu da milli dil 
təfəkkürünün tədricən ölümünə gətirib çıxarırdı. Azərbaycanın dövlət xadimlərinin müəyyən hissəsi milli 
dil təfəkkürünün xüsusilə dövlət səviyyəsində iflic olduğunu görürdülər. Lakin onların mübarizə aparmaq 
imkanları yox idi. 50-ci illərdəki "qiyam" da bu problemi həll etmədi,  əksinə, onu bir az da 
mürəkkəbləşdirdi, Moskva rəhbərliyini duyuq saldı.
 
 Heydər  Əliyev Azərbaycan dövlətinin rəhbəri kimi fəaliyyətə başladığı ilk illərdəcə bütün 
aydınlığı ilə göstərdi ki, o, qeyri-müstəqil bir respublikanın növbəti başçısı yox, milli liderdir... Və 
Heydər  Əliyevin məhz milli lider olaraq fəaliyyətinin bir təzahürü də Azərbaycan dilinin siyasi 
nüfuzunun 70-ci illərdə sürətlə yüksəlməsi idi. Həmin yüksəliş 80-ci illərdə də davam etdi. Böyük dövlət 
xadiminin Azərbaycan dilinin inkişafı sahəsindəki fəaliyyəti barəsində geniş bəhs etmək fikrində deyilik, 
sadəcə qeyd etmək istəyirik ki, milli liderin, müasir Azərbaycan dövlətçiliyinin banisinin müstəqillik 
dövründə dövlət dilinin yüksəlişi sahəsində gördüyü işlər ciddi tarixi əsaslara malikdir. Biz, xüsusilə
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" barədəki tarixi fərmanı  nəzərdə tuturuq... Etiraf etmək 
lazımdır ki, Azərbaycan dilinin tarixində hələ ona (Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci 
bir rəsmi sənəd olmamışdır. Eyni zamanda Azərbaycan dilinin tarixi əsasları heç bir elmi mənbədə bu 
qədər aydın  şəkildə verilməmiş, onun müasir vəziyyəti barədə bu qədər mükəmməl təsəvvür 
yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs edilməmişdir.
 
 
Əlbəttə, rəsmi dövlət sənədində bu və ya digər orijinal elmi konsepsiyanın irəli sürülməsi qeyri-
adi hadisədir. Bununla belə, həmin "qeyri-adiliyi" ən azı  aşağıdakı  səbəblərə görə  qəbul etmək lazım 
gəlir:
 
 1) 
Azərbaycan dilinin (və xalqının) mənşəyi barəsində bir neçə on ildir ki, davam edən 
mübahisələri yekunlaşdırmaq, tarixi faktların (və sağlam tarixi düşüncənin) mövqeyindən  əsaslı bir 
konsepsiya vermək artıq yalnız elmi deyil, həm də milli, ictimai-siyasi bir ehtiyacdır;
 
 2) 
Azərbaycan dilinin dövlət dili kimi yaşamaq, daha da inkişaf etmək üçün etnososial, mədəni-
mənəvi potensialının olmasını göstərmək məqsədilə tarixdən, daha dərin köklərdən gəlməyə ehtiyac 
duyulmuşdur;
 
 3) 
Haqqında söhbət gedən fərman bir dövlət sənədi olaraq bütövlükdə Azərbaycan dövlətinin (və 
xalqının) marağını  əks etdirsə  də, həmin dövləti yaradan, həmin xalqı  işıqlı  gələcəyə aparan bir 
mütəfəkkirin düşüncəsinin məhsulu olduğuna görə, sıravi yox, tarixi səciyyə daşıdığına görə xüsusi elmi 
konsepsiya ifadə edə bilər.
 
 
Və yeri gəlmişkən, respublika ictimaiyyətinin böyük marağına səbəb olub, müxtəlif elmi 
müəssisələrdə geniş müzakirə edilən "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə 
Azərbaycan xalqına müraciətində Azərbaycan Prezidenti "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" 
barədəki fərmanda irəli sürülmüş konsepsiya üçün elmi-nəzəri baza hazırlamışdı. Ümumiyyətlə, həmin 
"Müraciət" bir elm olaraq azərbaycanşünaslığın  əsaslarını müəyyən edir, aydın metodoloji göstərişlər 
verir. Bu isə o deməkdir ki, Azərbaycan Prezidentinin Azərbaycan dili, ədəbiyyatı  və  mədəniyyəti 
barədəki düşüncələri kifayət qədər ardıcıl elmi araşdırmaların, konseptual ümumiləşdirmələrin nəticəsi 
olmaqla, müstəqil dövlətin ən mühüm sənədlərində öz əksini tapır.
 
 "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" haqqında fərmanda irəli sürülmüş ideyalar 
içərisində aşağıdakılar diqqəti daha çox cəlb edir:
 
 1)Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması;
 
 2)Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.
 
 Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi-ideoloji vəzifələrindən,  əsas milli-tarixi 
maraqlarından biridir. Bu baxımdan müstəqil Azərbaycan dövləti də istisna təşkil etmir... Lakin 
Azərbaycan dili bir dövlət dili olaraq getdikcə müasir dünyanın inkişaf etmiş dillərinin təzyiqinə daha çox 
məruz qalır. Məsələn, ingilis dili bir sıra dillər kimi, Azərbaycanın dövlət dilini də nəinki Azərbaycandan 
xaricdə (onun beynəlxalq ünsiyyətində), hətta ölkənin daxilində də sıxışdırmaq iddiasında və gücündədir. 
Bu, təbiidir... ingilis dili, eləcə də fransız, alman, rus və s. dillər müasir dünyanın tarixən müəyyənləşmiş 
qüdrətli ünsiyyət vasitələridir. Xüsusilə ingilis dili son dövrlərdə dünya elminin, informasiyanın, böyük 


siyasətin aparıcı ifadəçisinə çevrilmişdir. Dünyaya açıq olan Azərbaycanın dövlət dili, tamamilə təbiidir 
ki, belə bir dillə  rəqabətə girmək imkanına malik deyil. Və  hər bir azərbaycanlı,  əgər eyni zamanda 
müasir dünyanın "vətəndaş"ı olmaq istəyirsə, ingilis dilini bu və ya digər dərəcədə bilməlidir... Odur ki, 
Azərbaycan dövləti milli maraqları yüksək tutan bir dövlət olaraq Azərbaycan dilinin tarixi hüquqlarını 
qorumalı, onun mənəvi-siyasi nüfuzunu ölkə daxilində olduğu kimi, ölkə xaricində  də yüksəltməyə 
çalışmalıdır.
 
 Etiraf 
etmək lazımdır ki, son illərdə Azərbaycan dilinin beynəlxalq nüfuzu görünməmiş bir 
səviyyəyə qalxmış, Azərbaycan dili dünyanın böyük siyasət, mədəniyyət, elm mərkəzlərində ən yüksək 
tribunalardan səslənmiş, Azərbaycan Prezidenti şəxsi fəaliyyəti ilə yalnız ölkə daxilində deyil, ölkəmiz-
dən çox-çox uzaqlarda, həmin yüksək tribunalardan dönə-dönə sübut etmişdir ki, Azərbaycan dili müasir 
dünya düşüncəsinin səviyyəsinə qalxmağa layiq, geniş ifadə imkanlarına malik bir dildir.
 
 
Şübhəsiz, bu və ya digər dövlət öz dilini inkişaf etdirmədən qoruya bilməz. Və qeyd etdiyimiz 
kimi, fərmanın  əsas ideyalarından biri də Azərbaycan dilinin inkişafı üçün görülməli olan tədbirlərin 
müəyyənləşdirilməsidir... "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" barədəki fərmanda Azərbaycan 
dilinin inkişafı üçün həm inzibati, hüquqi-siyasi, həm də elmi-linqvistik tədbirlər görülməsi nəzərdə 
tutulur ki, bunların biri digərinin bilavasitə davamıdır.
 
 
Əlbəttə, tarixən Azərbaycan dilinin, ümumən milli dəyərlərin,  əgər belə demək mümkünsə, 
namusunu xalq kütlələri, onların arasından çıxan millət xadimləri, ziyalılar qorumuşlar, dövlət məmurları 
bu baxımdan ya xüsusi fərqlənməmiş, ya da ana dilinə tamamilə laqeyd olmuşlar.
 
 Haqqında söhbət gedən fərmanın tarixiliyi bir də orasındadır ki, Azərbaycan Respublikasının 
bütün dövlət-icra orqanlarını  hərəkətə  gətirdi, onları qurulmaqda olan milli dövlətin siyasi-ideoloji 
tələbləri baxımından yenidən təşkil olunmağa hazırladı, hətta milli məmur obrazının formalaşmasına 
əhəmiyyətli təsir göstərdi.
 
 
Məsələnin mahiyyətini anlamaqdan çox-çox uzaq olan bir
 sı
ra "qəzet siyasətçiləri" bu fərmanın 
rolunu azaltmağa çalışsalar da, heç şübhəsiz, o öz tarixi işini artıq bütün gücü ilə görməyə, milli ictimai 
təfəkkürü daxildən təşkil etməyə, 80-ci illərin sonu, 90-cı illərin  əvvəllərində özünü aydın şəkildə gös-
tərən "mərkəzdənqaçma" təzahürlərinin, separatçılığın kökünü kəsməyə başlamışdır.
 
 Prezidentin 
həmin fərmanı ilə Azərbaycan on illik "tərəddüdlər"dən sonra qəti olaraq latın 
əlifbasına keçdi ki, fikrimizcə, burada yalnız yeni əlifbaya keçid deyil, nümayiş etdirilən qətiyyətin özü 
də ideoloji uzaqgörənlik, millətin öz dövləti ətrafında daha sıx birləşməsinə yönəldilmiş siyasi hərəkətdir. 
Bu qətiyyəti, cəsarəti ancaq Heydər  Əliyev kimi qüdrətli dövlət xadimləri, böyük şəxsiyyətlər göstərə 
bilər, bu cür jestlər dahi strateqlərə məxsusdur.
 
 Biz 
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" barədəki fərmanın elmi-nəzəri, konseptual 
səviyyəsi ilə yanaşı, onun praktikliyini də xüsusi qeyd etməliyik — burada irəli sürülən müddəaların, 
göstərişlərin hamısı realdır, həyata keçirilməsi tamamilə mümkündür. Vəzifəmiz fərmanın tarixi tə-
ləblərini dönmədən, milli təəssübkeşliklə yerinə yetirməkdən ibarətdir. Və bizim bir millət kimi nə qədər 
istedadlı, enerjili, müasir dünya ilə ayaqlaşmağa nə  qədər qabil olduğumuzun göstəricilərindən biri də 
həmin fərmanın tələblərinə hansı səviyyədə cavab verməyimizlə müəyyən olunur.
 
 Azərbaycan Prezidenti, son illərin dövlət sənədlərindən (və həmin sənədlərdə irəli sürülən tarixi 
müddəaların ardıcıl olaraq həyata keçirilməsindən) də göründüyü kimi, öz işini yalnız xalqın cari 
maraqlarını ifadə etməklə bitmiş saymır, bu günə tarixdən gəlir, həmin maraqları tarixi bir səviyyəyə 
qaldıraraq ifadə edir. 
 
*   *  

 
 
 Azərbaycan dili — dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sadəcə ünsiyyət 
vasitəsi deyil, Azərbaycan xalqının elminin, mədəniyyətinin dilidir.
 
 
Hər bir azərbaycanlının, harada yaşamasından, həyatda hansı mövqe tutmasından asılı olmayaraq, 
ən böyük vəzifəsi ana dilini — Azərbaycan dilini bilməkdən, onunla fəxr etməkdən ibarətdir.
 


 
 
NƏTİCƏ 
 
 
 Azərbaycan xalqının milli tarixi idealı əsrlər boyu məskunlaşdığı etnik coğrafiyada özünəməxsus 
müstəqil dövlət qurmaqdan, dünya birliyinin bərabərhüquqlu üzvü kimi öz mədəniyyətini qoruyub inkişaf 
etdirməkdən ibarətdir. Artıq on ildir ki, müstəqil Azərbaycan dövləti yaşayıb inkişaf edir, müxtəlif 
ölkələrdə məskunlaşmış milyonlarla azərbaycanlı da Azərbaycan dövlətini öz tarixi ideallarının ifadəçisi 
sayır. Lakin etiraf etmək lazımdır ki, Azərbaycan dövlətinin daha da yüksəlişinə, həmhüdud regionlarda 
azərbaycanlıların  əsrlər boyu yaşadıqları  ərazilər üzərində müəyyən təsirə malik olmasına həm ehtiyac, 
həm də böyük imkanlar vardır. Eyni zamanda Azərbaycan dövlətinin dünyanın müxtəlif ölkələrində məs-
kunlaşmış azərbaycanlılarla əlaqələri intensivləşməlidir.
 
 
   
 Azərbaycanlıların siyasi-ideoloji birliyini aşağıdakı hadisələr son illərdə xüsusi təkidlə  tələb 
edir:
 
 1) 
Azərbaycan dövlətçiliyinin mənafeyi;
 
 2) 
Azərbaycan xalqının (azərbaycanlıların) mənafeyi;
 
 3) 
Dünyanın mənafeyi.
 
 Azərbaycan xalqının birliyi onun milli tarixi ideallarının həyata keçirilməsinin əsas şərtidir ki, biz 
bu birliyə nail olmaq üçün aşağıdakı  səviyyələrdə ardıcıl çalışmağı, ideoloji baxımdan  əsaslandırılmış 
şəkildə mübarizə aparmağı məqsədəuyğun hesab edirik:
 
 — 
hər şeydən əvvəl, Azərbaycan Respublikası, müstəqil Azərbaycan dövləti səviyyəsində;
 
 
— ikincisi, azərbaycanlıların müxtəlif dövlətlərin (Azərbaycan,  İran, Türkiyə, Gürcüstan, 
Rusiyanın) ərazilərinə birləşdirilmiş tarixi vətənləri səviyyəsində;
 
 — 
nəhayət, üçüncüsü, ümumdünya səviyyəsində.
 
 
Və heç şübhəsiz, həmin səviyyələrin etnocoğrafi iyerarxiyası mövcuddur ki, onu 
azərbaycanlıların yer üzündəki məskunlaşma tarixi müəyyənləşdirmişdir.
 
 ... 
Azərbaycan xalqı — azərbaycanlılar dünyanın harasında yaşamalarından asılı olmayaraq, 
bütöv, kifayət qədər mükəmməl (və geniş inkişaf potensialı olan!) bir xalqdır — onun müxtəlif siyasi-
ideoloji  şəraitlərdə yaşaması genetik birliyini, eyni
 
etnokulturoloji sistemə  mənsubluğunu inkar etmir. 
Azərbaycanlıların birləşməsi, müstəqil dövlət qurması, dünyada sosial-mədəni nüfuz qazanması üçün 
daha geniş imkanlar açılır. Həmin imkanların  ən mühüm (və konkret!) təzahürlərindən biri, Tarixin 
azərbaycanlılara bəxş etdiyi milli dövlət (Azərbaycan dövləti), ikincisi, milli lideridir (Heydər 
Əliyevdir!)...  
 Azərbaycan xalqının etnik-mədəni, sosial-siyasi inkişafını yalnız daxili (tarixi) enerji deyil, həm 
də müasir dünyanın universal təkamül məntiqi tələb edir.
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə