Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   61   62   63   64   65   66   67   68   69

*   *  

 
 
 ...Müasir 
dünya 
yalnız iqtisadi, sosial-siyasi münasibətlər dünyası deyil, həm də etnik 
münasibətlər (və münaqişələr!) dünyasıdır. Odur ki, bu və ya digər bir xalqın millətlər yarışında öncül 
sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan səviyyədə istifadə etməsi lazım 
gəlir.
 
 Azərbaycan xalqı — azərbaycanlılar dünyanın müxtəlif ölkələrində — Azərbaycan 
Respublikasında, İranda, Rusiyada, Türkiyədə, Gürcüstanda, ABŞ-da, İngiltərədə, Almaniyada, Fransada, 
Skandinaviyada, Baltikyanı ölkələrdə  və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca 
möhkəm mənəvi-ideoloji vasitələr vardır: bu, ana dilidir, ata yurdu — Vətəndir, tarixən formalaşmış 
etnik-mədəni sistemdir... Və milli liderdir!.. Müşahidələr göstərir ki, Heydər Əliyevin siyasi fəaliyyətində 
müstəqil Azərbaycan dövlətinin daxili möhkəmliyini, xarici (beynəlxalq) nüfuzunu qorumaq nə  qədər 
möhtəşəm yer tutursa, Azərbaycan xalqının dünya azərbaycanlılarının milli birliyi, dünya xalqları 
içərisində özünəlayiq mövqe qazanması  uğrunda mübarizə  də o qədər mühüm əhəmiyyət daşıyır. 
Görkəmli dövlət xadimi dəfələrlə qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının inkişafında 
dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji, siyasi köməyi 
böyük rol oynayır — bir xalq olaraq əsas vəzifələrimizdən biri həmin həmrəyliyi gücləndirməkdən, 
həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını  təmin etməkdən ibarətdir. Dünyanın 
müxtəlif ölkələrinə  səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüşüb onlara hərtərəfli 
dəstək verən Azərbaycan Prezidenti dünya azərbaycanlılarının konsolidasiyası, milli birliyi uğrunda 
mübarizəni müstəqil Azərbaycan dövlətinin siyasəti səviyyəsinə qaldırmışdır.
 
 
Müasir dünya artıq ümumbəşəri dəyərlərlə yaşadığını çox tez-tez bəyan etsə də, reallıq çox zaman 
bunun əksini göstərir
 
— son illərin beynəlxalq təcrübəsi dönə-dönə sübut etdi ki, milli ehtiraslar dünyanın 
siyasi xəritəsini dəyişməyə, böyük fəlakətlər törətməyə qadirdir. Qonşu xalqların  ərazisinə göz dikən, 
hay-küy salaraq öz kiçik problemlərini böyük ölkələrin parlamentlərində, beynəlxalq forumlarda vaxtaşırı 
müzakirə etdirən, bu yolla dünyanın zəhləsini tökən "narahat" xalqların cılız etnik hissələri Yer kürəsinin 
normal xalqlarından ehtiyatlı olmağı tələb edir. Ümumən türk xalqlarına, xüsusilə azərbaycanlılara qarşı 
amansız hücuma — "səlib yürüşü"nə başlamış erməni faşistlərinin başını dumanlandıran da həmin 
hisslərdir. Odur ki, beynəlxalq siyasi həyatın özü dünya xalqlarının birlikdə yaratdıqları ümumbəşəri 
dəyərlərə hörmət etməklə yanaşı, milli birliyə nail olmağı, düşmənə qarşı birgə  çıxış etməyi, birgə 
müdafiə olunmağı tələb edir.
 
 Müşahidələr göstərir ki, dünya azərbaycanlılarının həmrəyliyinə  təkan verən ilk hadisə  də 
Azərbaycan dövlətini (və dövlətçiliyini) gözləyən təhlükə oldu. Erməni qəsbkarlığına qarşı mübarizədə 
formalaşan həmin həmrəylik lazımi miqyas alıb tələb olunan effekti verməsə də, hər hansı milli təhlükə 
qarşısında birləşməyin ilk böyük təcrübəsini verdi. Lakin etiraf etmək lazımdır ki, bu, stixiyalı, inersiyalı 
bir həmrəylik idi, hələ ideoloji məzmun kəsb etməmişdi. Bunun üçün böyük ideologiya (və  həmin 
ideologiya ilə silahlanmış milli lider!) lazım idi.
 
 H. 
Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, milli birliyi uğrunda mübarizəyə respublikaya 
(Naxçıvana) qayıtdığı ilk aylardan başladı. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının 
Ali Məclisi hər il dekabr ayının 31-nin Dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması 
barədə qərar verdi. Həmin qərarın qəbul edilməsi Ali Məclisin sədri H. Əliyevin bilavasitə təşəbbüsü idi. 
Və 1991-ci ilin 31 dekabrı Naxçıvanda müxtəlif ölkələrdən, xüsusilə  İrandan, Türkiyədən gəlmiş 
azərbaycanlıların iştirakı ilə bayram edildi. Naxçıvan MR Ali Məclisinin qərarı Azərbaycan Respublikası 
Ali Soveti tərəfindən rəsmən müdafiə edilsə də, Dünya azərbaycanlılarının həmrəyliyi günü Azərbaycan 
Respublikası miqyasında yalnız 1993-cü ildə (yenə də H. Əliyevin təşəbbüsü ilə) qeyd edildi.
 
 ...Azərbaycan Prezidenti bununla kifayətlənməyərək, xarici ölkələrə səfərlərində azərbaycanlılarla 
görüşməyə xüsusi diqqət yetirməklə, onların nəzərinə çatdırdı ki, formalaşmaqda olan Azərbaycan 
dövlətinin bütün azərbaycanlılara ehtiyacı var... Və bunun nəticəsi idi ki, Azərbaycan Prezidenti rəsmi 
səfər etdiyi ölkələrdə (hətta qonşu ölkələrdə də) yaşayan azərbaycanlılar həmişə böyük məmnunluq hissi 
ilə onun görüşünə  gəlmiş, səfərdən sonra isə  həmin azərbaycanlıların həm bir-biri, həm də Azərbaycan 
Respublikası ilə əlaqələri genişlənmişdir.
 
 ...Dünyada 
nə qədər azərbaycanlı olduğunu dəqiq demək çətindir. Təxmini hesablamalara görə, 
müxtəlif ölkələrdə 50 milyona qədər azərbaycanlı yaşayır ki, bunların 10 milyona qədəri 
azərbaycanlıların tarixi vətənindən kənarda, onlarla ölkədə  məskunlaşmışdır. Həmin ölkələr içərisində 
əsas yeri Rusiya, Ukrayna, ABŞ, Almaniya, Fransa, Hindistan, Pakistan, İsveç, Norveç, Kanada... tutur.
 
 
Şübhəsiz, azərbaycanlıların milli həmrəyliyi həm miqyasca, həm də keyfiyyətcə  əsasını 
Azərbaycanın şimal və cənubu arasındakı əlaqə təşkil edir. Bu, olduqca mürəkkəb etnososial, etnosiyasi 


hadisədir... Məlum olduğu kimi, Azərbaycanın cənubunda, yaxud İran Azərbaycanında 30 milyona yaxın 
azərbaycanlı yaşayır ki, onların ana dilində məktəbləri, milli düşüncələrini ifadə etmək, inkişaf etdirmək 
üçün sosial-siyasi təsisatları yoxdur. Onlar İran İslam Respublikasının vətəndaşıdırlar. Lakin etiraf etmək 
lazımdır ki, İranda — öz tarixi vətənində yaşayan on milyonlarla azərbaycanlı milli müqəddəratın təyin 
olunduğu XX əsrdə  dəfələrlə siyasi müstəqillik uğrunda mücadiləyə qalxmışdır. Bu gün də  İran 
azərbaycanlılarının azadlıq eşqi kifayət qədər yüksəkdir. Bununla belə,  İranda azərbaycanlıların 
mütəşəkkillik problemi vardır — burada söhbət ondan gedir ki, milli (və demokratik!) dövlətin olmaması 
xalqın etnososial birliyinin siyasi-ideoloji səviyyədə özünümüdafiəsinə imkan verməmişdir.  İş o yerə 
gəlib çıxmışdır ki, bu gün İranda hələ xalq kimi formalaşmamış, ümummilli düşüncəyə yiyələnməmiş 
türk-Azərbaycan tayfaları mövcuddur... Əlbəttə, beynəlxalq prinsiplərə görə, Azərbaycan dövlətinin 
İranın daxili işlərinə qarışmaq səlahiyyəti yoxdur (və dövlət tərəfindən həmin prinsipə ciddi əməl 
olunur!), lakin on milyonlarla insana öz milli müəyyənliyini, etnik xarakterini unutdurmağa çalışmaq da 
heç bir beynəlxalq prinsipə uyğun gəlmir... Azərbaycanın  şimalı  və  cənubu arasındakı münasibətlərin 
inkişafına bir də ona görə ehtiyac vardır ki, bugün Qərb ölkələrində  məskunlaşan azərbaycanlıların 
əksəriyyəti məhz Cənubdandır. Şimalla cənub arasındakı etnokulturoloji, etnosiyasi münasibətlər normal 
olmasa, Qərb ölkələrindəki azərbaycanlılar özlərini hər iki Azərbaycanın övladı saymağa çətinlik çəkə 
bilərlər. Bizim fikrimizcə, tarixi Azərbaycanda etnik-ideoloji həyatın sabitliyi İran İslam Respublikasını 
daha çox maraqlandırmalı, özünü doğrultmayan "milləti-İran" siyasətindən  əl çəkib,  İran 
azərbaycanlılarının öz etnokulturoloji sistemləri daxilində sivil qaydalara uyğun olaraq inkişafları üçün 
şərait yaratmalıdırlar.
 
 ...Azərbaycanlıların tarixi vətəni yalnız Azərbaycanın  şimalı ilə  cənubundan ibarət deyil, artıq 
deyildiyi kimi, həmhüdud regionlarda — Türkiyədə, Gürcüstanda, Dağıstanda,  İraqda yaşayan 
azərbaycanlılar da öz tarixi vətənlərindədirlər. Azərbaycan Respublikası (və Azərbaycan Prezidenti) hə-
min azərbaycanlılara xüsusi diqqət yetirir, onların problemləri ilə daim maraqlanır. Birinci növbədə 
Gürcüstan, Dağıstan azərbaycanlıları ilə...  Əslində, onlar da özlərini Azərbaycandan heç zaman ayrı 
təsəvvür etməmişlər.
 
 Dünya 
azərbaycanlılarının həm mədəni, həm ideya-siyasi baxımdan fəal hissəsini Qərb 
ölkələrində, o cümlədən Rusiyada yaşayan azərbaycanlılar təşkil edir. Onlar xüsusilə son illər, birinci 
növbədə müstəqil Azərbaycan dövlətinin yüksəlişi (və Azərbaycan Prezidentinin mübarizəsi!) 
nəticəsində, etnik-mədəni, sosial-ideoloji baxımdan təşkilatlanmağa, hətta bu və ya digər dərəcədə 
lobbiçilik fəaliyyəti ilə məşğul olmağa başlamışlar. ABŞ-da, Fransada, Almaniyada, İngiltərədə, Skandi-
naviya ölkələrində... də Azərbaycan diasporu kifayət qədər inkişaf etmiş, müxtəlif mədəniyyət mərkəzləri 
yaradılmışdır ki, onlar Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasında, müstəqil 
Azərbaycan ideallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirlər. Hər  şeydən 
əvvəl, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tarixi (və müasir!) həqiqətin dünya 
ictimaiyyətinə çatdırılmasında onların üzərinə böyük vəzifələr düşür.
 
 ...Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, əgər Azərbaycan belə bir münaqişənin, 
müdaxilənin predmeti olmasaydı indi daha sürətlə inkişaf edib, dünyanın müasir səviyyəli ölkələrindən, 
güclü dövlətlərindən birinə çevrilmişdi. Ermənistanın azərbaycanlılara qarşı  təcavüzü artıq regional 
hüdudları keçib planetar səciyyə daşımağa başlamış, dünyanın müxtəlif ölkələrində məskunlaşmış, siyasi 
nüfuza, geniş maddi imkanlara malik ermənilər həmin məsələni vətəndaşı olduqları ölkənin dövlət 
orqanlarında, parlamentlərində öz xeyirlərinə  həll etməyə çalışmaqla artıq xeyli siyasi tərəfdarlar tap-
mağa nail olmuşlar. Həmin ölkələrin gənc Azərbaycan diasporu isə heç bir məhdudiyyət, prinsip 
gözləməyən  əxlaqsız erməni təbliğatına müqavimət göstərməkdə  çətinlik çəkir. Çox zaman erməni 
mövqeyinin müdafiəsi işini məhz erməni kilsəsi öz üzərinə götürdüyündən həmin mübarizə, münaqişə 
dini-ideoloji xarakter alır...  İslam dini isə ümumbəşəri bir dünyagörüşü formasıdır, etnik, yaxud milli 
münaqişələrə qarışmır, daha
 
çox mənəvi-əxlaqi problemlərlə  məşğul olur. Lakin xüsusi sübuta ehtiyac 
yoxdur ki, İslam dini (bizim dinimiz!) bizim xalqımızı qorumalıdır; yalnız ümumi şəkildə deyil, 
beynəlmiləlçilik düşüncəsi ilə deyil, konkret şəkildə qorumalıdır. Və bunun üçün biz dinimizin 
imkanlarından istifadə etməliyik... Azərbaycan xalqının — azərbaycanlıların milli-mənəvi xarakterinin 
əsaslarından birincisini türkçülük təşkil edirsə, ikincisi, heç şübhəsiz, İslam dinidir.
 
 ... 
Dünyanı idarə etmək məsuliyyətini öz üzərinə götürmüş beynəlxalq təşkilatlar, siyasi xadimlər 
Qafqazdakı münaqişələrin həllində Azərbaycan Prezidentinin nüfuzuna ümid edirlər. Ona görə ki
H. Əliyev dünya ictimaiyyətinin nəzərində belə bir böyük siyasi nüfuzu qazanmışdır. O, dəfələrlə beynəl-
xalq miqyaslı problemlərin müzakirəsində  iştirak etmiş, həlledici fikirlər söyləmişdir. H. Əliyev yalnız 
Azərbaycanın, ümumən azərbaycanlıların rəhbəri deyil, dünyanın gələcəyi üçün məsuliyyət daşıyan 
böyük ictimai-siyasi xadimlərdəndir... Lakin yer üzündə mövcud olduqları müddətdə bir nəfər də olsun 
normal düşüncəli dövlət xadimi yetirə bilməyən ermənilərin xarakteri, münaqişəyə qoşulma maneraları, 
ondan istifadə "bacarıq"ları elədir ki, normal, müasir düşüncə ilə onlara cavab vermək, prinsip etibarilə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə