Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   61   62   63   64   65   66   67   68   69

mümkün deyil. Bu gün ermənilərlə konstruktiv söhbət aparmaq üçün heç bir şərait yoxdur. Elə bir adam, 
təskilat tapmaq mümkün deyil ki, bu millətin adından danışmaq səlahiyyətinə malik olsun, özünü 
ermənilərin lideri olaraq sərbəst, orta əsrlərdə formalaşmış erməni mifindən azad hiss edərək ikitərəfli, 
yaxud çoxtərəfli danışıqlar apara bilsin. Ona görə ermənilərlə danışığın çox az şey verəcəyini nəzərə alan 
H. Əliyev bütün diqqətini müvəqqəti sülh şəraitində Azərbaycan dövlətçiliyini sürətlə inkişaf etdirməyə, 
düşmən üzərində taktiki yox, məhz strateji qələbə qazanmağa vermişdir. Doğrudan da, yalnız 
Azərbaycanı deyil, bütövlükdə dünyanı mənfur erməni mifindən xilas etməyə artıq böyük ehtiyac vardır... 
Ermənilərin onlara sığınacaq vermiş, ərazilərində dövlət yaratmaq üçün şərait yaratmış azərbaycanlılara 
növbəti xəyanəti dünya xalqlarına, dünya "əfkari-ümumiyyə"sinə nə qədər tez çatsa, dünya onu gözləyən 
fəlakətdən o qədər tez qurtaracaqdır.
 
 ... 
Azərbaycanlıların beynəlxalq həmrəyliyi yalnız Azərbaycan xalqı (və dövlətçiliyi) üçün böyük 
siyasi  əhəmiyyət kəsb etmir, həm də tarixi Azərbaycan regionunda, ümumən dünyada siyasi-ideoloji 
harmoniya yaratmaq prosesində fəal iştirak etmək üçün geniş imkanlar açır.
 
 Azərbaycanın itirilmiş torpaqlarını müharibə yolu ilə qaytarmaq barədə son illər müxtəlif təkidli 
tələblər irəli sürülür... Əlbəttə, bu tələblərə yalnız ilk baxışda ciddi yanaşmaq mümkündür. Əslində isə, 
bugün dünya müharibə, zor dili ilə danışmağı  qəbul etmir. Və bu gün dünyada gedən müharibələr, — 
əlbəttə, bunları klassik mənada müharibə hesab etmək olmaz, — faktiki olaraq heç nəyi həll edə bilmir. 
Bunun klassik nümunəsi Çeçenistandır... Bu gün dünyada qarşısıalınmaz bir sürətlə ideoloji müharibə 
gedir. Və ermənilər bunu bizdən yaxşı bilirlər... Elə  əvvəlcədən ciddi müharibə etməyiblər — bizim 
torpaqlarımızın itirilməsi Ermənistanın apardığı qalibiyyətli müharibənin nəticəsi deyil. Ermənilər qarşı 
tərəfin hazırsızlığından, siyasi-ictimai cəhətdən mütəşəkkil olmamasından istifadə edib qarışıqlıq saldılar, 
Azərbaycanın Moskvadakı düşmənlərini hərəkətə  gətirdilər, dünya ictimaiyyətini aldatdılar və 
istədiklərinə müvəqqəti də olsa çatdılar... Azərbaycan xalqı ermənilərə ideoloji müharibə elan etməli, 
onların iç üzünü açıb bütün dünyaya göstərməlidir. Dünya bilməlidir ki, yalnız Qarabağ deyil, Ermənistan 
adı ilə tanınan ərazi də son dövrlərə qədər azərbaycanlılara məxsus olmuşdur.
 
 Azərbaycanlıların dünyadakı milli tarixi mövqelərini bərpa etmək, Azərbaycan xalqının 
beynəlxalq hüquqlarını qorumaq üçün dünyanın hər yerində yaşayan azərbaycanlıların birləşməsi artıq elə 
bir tarixi zərurətdir ki, bunsuz milli iradəni bütün gücü ilə ifadə etmək mümkün deyil.
 
 ...Azərbaycan Respublikasının Prezidenti, dünya azərbaycanlılarının milli lideri H. Əliyev 2000-
ci ilin 22 iyununda azərbaycanlıların Moskvada keçirilən ümumrusiya konqresindəki nitqində demişdir 
ki, "xalqımız istedadlı, bacarıqlı xalqdır. Xalqımızın bütün tarixi buna parlaq sübutdur. Lakin mən 
Azərbaycanda işlədiyim  əvvəlki vaxtlarda həmişə demişəm ki, öz ərazisinin hüdudları, sərhədləri 
daxilində qapanıb qalan heç bir xalq bütün dünya ictimaiyyətinin, bütün dünya sisteminin sürəti ilə 
inkişaf edə bilməz. Yəni mən həmişə milli məhdudluq hisslərinin  əleyhinə olmuşam... Yeri gəlmişkən, 
güman edirəm, dünyada elə adamlar var ki, onlar öz genlərinə görə çox qabiliyyətli doğulurlar və öz 
inkişafında dahi ola bilərlər, lakin yalnız ona görə dahi olmurlar ki, doğulduqları yerin, yaxud yaşadıqları 
ölkənin hüdudlarından kənara çıxmırlar...".  Şübhəsiz, dünyanın hər hansı nöqtəsində baş verən ha-
disələrin beynəlxalq səviyyədə rezonans verdiyi müasir dövrdə öz içinə qapılıb yaşamaq, özünü "Çin 
səddi" ilə dünyadan təcrid etmək heç bir xalqa, o cümlədən də azərbaycanlılara xeyir gətirmir. Dünyaya 
yayılmaq, dünya mədəniyyətinin uğurlarına yiyələnmək, genetik istedadın verdiyi imkanları 
reallaşdırmaq lazımdır. Bu, dünya azərbaycanlılarının liderinin (və tarixin) tələbidir...
 
 Azərbaycanlıların müxtəlif ölkələrdəki icmaları, diasporları lobbiçilik fəaliyyətində türk 
xalqlarının müvafiq təşkilatları ilə  sıx  əlaqə saxlamalı, birgə çalışmağın metodlarına yiyələnməlidirlər. 
Etiraf edək ki, Türkiyə türklərinin, tatarların, özbəklərin, qazaxların... da bu sahədə o qədər böyük 
təcrübəsi yoxdur. Bununla belə, türk dünyası, bütün mövcud problemlərə baxmayaraq, azərbaycanlıların 
öz milli ideallarını həyata keçirməsində ən etibarlı kontekst, ən münasib etnososial mühitdir. 
 
*   *  

 
 
 Azərbaycan Prezidenti Heydər Əliyevin keçən ilin, əsrin və minilliyin son günlərində Azərbaycan 
xalqına müraciəti mükəmməl analitik ümumiləşdirmənin məhsulu olub azərbaycanşünaslığın  əsas 
məsələlərinin izahı üçün aydın metodoloji göstərişlər verir — həmin göstərişlərin müəyyən hissəsi 
Azərbaycan xalqının dilinə,  ədəbiyyatına və  mədəniyyətinə aiddir. Heydər  Əliyev Azərbaycan 
rəhbərliyinə  gəldiyi ilk illərdən başlayaraq Azərbaycan mədəniyyətinin inkişafı sahəsində o zamana 
qədərki heç bir dövlət rəhbəri ilə müqayisə edilməsi mümkün olmayan bir enerji, professionallıq və 
uzaqgörənliklə fəaliyyət göstərirdi. Onun Azərbaycan yazıçılarının qurultaylarındakı, böyük ədəbiyyat və 
incəsənət xadimlərinin yubileylərindəki, müxtəlif ədəbi yığıncaqlardakı, müzakirələrdəki məzmunlu nitq, 


çıxış və söhbətləri, müsahibələri yalnız müdrik bir dövlət rəhbərinin xalqın dilinə, ədəbiyyatına, mədəniy-
yətinə qayğısının parlaq ifadəsi deyil, həmin sahələrin hər birinin inkişafı üçün professional strateji 
göstəriş, mükəmməl proqramdır. Və ona görə  də "Müraciət"ə biz böyük mütəfəkkirin təxminən yarım 
əsrlik müşahidələrinin, araşdırmalarının, müxtəlif istiqamətdə təhlillərinin nəticəsi kimi baxırıq.
 
 Heydər Əliyev hər hansı məsələnin, o cümlədən dil, ədəbiyyat, mədəniyyət məsələsinin şərhində 
tarixiliyə xüsusi diqqət yetirir — ümumiyyətlə, güclü tarixilik hissi Prezidentin siyasi, ideoloji, elmi 
təfəkkürünü səciyyələndirən əsas əlamətlərdəndir.
 
 "Müraciət"də Azərbaycan dili, ədəbiyyatı  və  mədəniyyətinin biri digərinin tarixi davamı olan, 
əsasən, üç dövründən söhbət gedir. Birincisi, formalaşma dövrüdür ki, bir neçə minillik uzun bir zamanı 
əhatə edir. "Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən 
yaranmışdır və Azıx mağarasından tapılmış azıxantrop
 
Azərbaycanın qədim ibtidai insan məskənlərindən 
biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və 
Xocalı  mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta 
miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur."
 
 
N. Y. Marr  XX  əsrin 30-cu illərində belə bir mülahizə irəli sürmüşdü ki, hər hansı Tarix 
tarixəqədərki dövrdən başlayır — Tarix bizə  məlum olan, tarixəqədərki dövr isə bizə  məlum olmayan 
epoxaları  əhatə edir. Azərbaycan tarixinin eramızdan  əvvəl I minilliyin sonu, eramızın I minilliyinin 
əvvəllərinə qədərki bir neçə min illik dil, ədəbiyyat və mədəniyyət tarixi, xüsusilə onun genotipologiyası 
bizə məlum deyil, başqa sözlə, mütəxəssislərin qızğın mübahisə obyektidir. Hələ biz bilmirik ki, həmin 
minilliklərdə Azərbaycanda  İran,  İber-Qafqaz, türk (prototürk, yaxud Altay) mədəniyyətlərindən hansı 
aparıcı olmuşdur... Bunun bir səbəbi də ondan ibarətdir ki, "Müraciət"də deyildiyi kimi , Azərbaycan 
coğrafi-siyasi mövqeyinə görə "həmişə sivilizasiyaların qovuşuğunda olmuş  və istər Qərbin, istərsə  də 
Şərqin çox güclü təsirini öz üzərində hiss etmişdir."
 
 Azərbaycanın tarixəqədərki mədəniyyətinin beynəlmiləl xarakteri tarixəqədərki dövrdən sonrakı 
(tarixi!) mədəniyyətin xarakterinə  də  təsir göstərmişdir. Belə ki, "eramızdan  əvvəl birinci minilliyin 
sonunda, eramızın birinci minilliyinin əvvəllərində Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin 
təsirinə məruz qalmışdır. Məhz bunun nəticəsində tarixən ölkəmizdə müxtəlif dinlərə münasibətdə yüksək 
tolerantlıq, dözümlülük mühiti yaranmışdır. Yunan-Roma mədəniyyətinin, bütün antik sivilizasiyanın 
güclü təsiri altında inkişaf edən elm, ədəbiyyat və incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma 
və  məzmuna malik olmağa başlamışdır. Bununla yanaşı, sözsüz ki, bizim zəngin mədəniyyətimizin 
formalaşmasına müxtəlif mərhələlərdə həm zərdüştlük, yəhudi, xristian, həm də İslam mədəniyyətlərinin 
təsiri olmuşdur."
 
 Heydər Əliyev tamamilə doğru olaraq göstərir ki, Azərbaycan mədəniyyətinin tarixi özünəməxsus 
(milli!)  əlamətlərlə ümumbəşəri  əlamətlərin dialektikasını, qarşılıqlı  əlaqəsini nümayiş etdirir. Və 
Azərbaycan xalqının tipologiyası bizə  məlum olan mədəniyyəti göstərir ki, o, içinə qapılmış, özünü 
dünyadan təcrid etmiş bir xalqın mədəniyyəti deyildir — Azərbaycan mədəniyyəti həmişə dünyaya açıq 
bir xalqın mədəniyyəti olmuşdur... Məsələnin məhz belə olduğunu bir daha inanmaq üçün "Kitabi-Dədə 
Qorqud"u, Qətran Təbrizinin,  Əfzələddin Xaqaninin divanlarını, Nizami Gəncəvinin "Xəmsə"sini 
vərəqləmək kifayətdir. Onların yaradıcılığı "ümumbəşəri ideyaların tərənnümünə, haqqın,  ədalətin, 
humanist ideyaların bərqərar olmasına xidmət etmişdir."
 
 Eramızın ilk əsrlərindən başlayaraq Azərbaycanda etnokulturoloji proseslərə  nəzarət edən hun-
qıpçaq türkləri beynəlmiləlçi dünyagörüşünün, ümumbəşəri ideyaların, dini plüralizmin genişlənməsində, 
heç  şübhəsiz, həlledici rol oynamışlar. Onların qoyduqları  ənənəni eramızın I minilliyinin sonu, II 
minilliyinin əvvəllərində Türküstandan Azərbaycana axın edən oğuz türkləri davam etdirmişlər. Və yerli 
qıpçaqlarla gəlmə  oğuzların Azərbaycandakı münaqişələri "Dədə Qorqud" eposunun yazıya alındığı 
yüzillərə düşür.
 
 Heydər  Əliyevin "Müraciət"ində Azərbaycan dili, ədəbiyyatı  və  mədəniyyəti tarixinin ikinci 
dövrü onun birinci dövrünün bilavasitə davamı kimi təhlil edilir. Bununla belə, göstərilir ki, 
"Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq milli 
şüurun formalaşmasına güclü təkan verdi".
 
 Milli 
şüurun formalaşması!.. Azərbaycan dili, ədəbiyyat və mədəniyyəti tarixinin ikinci dövrünü 
səciyyələndirən  əsas  əlamət, heç şübhəsiz, bundan ibarət olmuşdur. "Müraciət"də milli şüurun 
formalaşmasına təsir göstərən hadisələr qeyd edilir — bunlar XIX əsrin  əvvəllərində maarifçilik 
ideyalarının çiçəklənməsindən, həmin  əsrin ortalarında M. 
F. 
Axundov kimi müasir düşüncəli 
mütəfəkkirin yetişməsindən, "Əkinçi"nin meydana cıxmasından, XIX əsrin sonu, XX əsrin əvvəllərində 
müxtəlif ideya-estetik məktəblərin genişlənməsindən və s. ibarətdir. Və "Müraciət"də deyildiyi kimi, 
"maarifçilik hərəkatının genişlənməsi Azərbaycandan xarici ölkələrə ali təhsil almağa gedənlərin sayının 
get-gedə artmasına gətirib çıxardı. Xaricdə ali təhsil aldıqdan sonra vətənə qayıdan ziyalılar 
Azərbaycanda maariflənmə meyillərini dəstəkləyən qüvvələri öz ətraflarında birləşdirdilər, milli mətbuat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə