Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

 ...XIX 
əsrin sonu, XX əsrin əvvəllərində milli özünüdərk (və ifadə) Azərbaycan xalqının daxili 
ehtiyacı idi: elə bir ehtiyac ki, dünyada gedən qarşısıalınmaz ictimai-siyasi proseslər tərəfindən ardıcıl 
müdafiə olunurdu. Məhz həmin ehtiyacın (və həmin proseslərin) təsiri ilə 1918-ci ilin mayında Azərbay-
can Xalq Cümhuriyyəti elan olundu.
 
 ...Azərbaycan Xalq Cümhuriyyətinin yaranması  təxminən yüz il əvvəl məhv edilmiş milli 
dövlətçilik təfəkkürünü yenidən canlandırdı. Böyük dövlət xadimləri yetişdi... Və Azərbaycan xalqı 
həmin dövlət xadimlərinin şəxsində öz tarixi coğrafiyası, milli maraqları, beynəlxalq mövqeyi... barədə 
düşünməyə başladı. Cümhuriyyət mövcud olduğu iki ilə qədər müddət ərzində müxtəlif sahələrdə bir sıra 
uğurlar qazansa da, əsas tarixi əhəmiyyəti onda oldu ki, M. Ə. Rəsulzadənin sözləri ilə desək, millətə 
azadlığın nə olduğunu anlatdı. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının öz-özlüyün-
də mütərəqqi (və milli məzmuna malik!) ideyalarının həyata keçirilməsi həm daxili (milli) 
mütəşəkkilliyin zəifliyi, həm də xarici müdaxilələrin intensivliyinə görə mümkün olmadı.
 
 ...Sovetləşmə (kommunistləşmə!) prosesində olan Rusiya özünə  gəldikdən sonra "ucqarlar"a 
müdaxiləsini yenidən tam gücü ilə davam etdirməyə başladıqda böyük ideallarla yaşayan
 
Azərbaycan 
Xalq Cümhuriyyəti elə bir müqavimət göstərmədən süqut etdi. Cümhuriyyətin qurucuları (deməli, eyni 
zamanda milli dövlətçilik təfəkkürü!) yenidən amansız repressiyalara məruz qaldı. Azərbaycanda 
"müstəqil" sosialist (kommunist) dövləti yaradıldı... Dövlətin başına gətirilən milli kommunistlər 
(xüsusilə, böyük dövlət xadimi, milliliyinə heç bir şübhə olmayan Nəriman Nərimanov) bir-iki ildən 
sonra aldandıqlarını anlasalar da, artıq gec idi. Və 1922-ci ildə Azərbaycanın yenicə yaradılmış SSRİ-nin 
tərkibinə daxil olması ilə yarımçıq müstəqilliyə də son qoyuldu...
 
 Azərbaycan SSR-in tarixi son illərdə istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda bir 
sıra həm obyektiv, həm də subyektiv mülahizələrin mövzusu olmuşdur ki, biz həmin mülahizələri saf-
çürük eləmək, bir-birindən çox zaman kəskin şəkildə fərqlənən mövqeləri qarşılaşdırmaq fikrində deyilik. 
Yalnız onu qeyd etmək istəyirik ki, sovet dövründə Azərbaycanda milli dövlətçilik təfəkkürünün 
bilavasitə  təzahürünə imkan olmasa da, respublikanın dövlət orqanlarında çalışan, ümumən dövlət 
idarəçiliyi təcrübəsini yaxşı bilən kadrlar potensialı formalaşdı. Bu həmin təcrübəni çoxdan itirmiş bir 
xalqın tarixində olduqca əhəmiyyətli hadisə idi... Buraya Azərbaycan cəmiyyətinin, hər hansı ideologiya 
əsasında olursa-olsun, mütəşəkkillik səviyyəsinin yüksəlməsini, təhsilin geniş miqyas almasını, elmin, 
mədəniyyətin sözdə deyil, işdə (sözün həqiqi mənasında!) inkişafını, sənayeləşməni, kənd təsərrüfatında 
müasir texnologiyadan istifadənin intensivləşməsini... də əlavə etsək, görərik ki, "sovet azərbaycanlıları" 
keçən əsri bihudə yaşamamış, əksinə, dünya azərbaycanlılarının, ümumən Azərbaycan xalqının qabaqcıl 
(və siyasi-ideoloji baxımdan mütəşəkkil!) hissəsinə çevrilmişdir. 
 
*   *  

 
 Azərbaycan xalqının etnik, sosial-siyasi mütəşəkkillik səviyyəsinə tarixən təsir göstərən birinci 
cəhət Azərbaycan xalqının təşəkkülü prosesinin uzun sürməsi, müxtəlif dövrlərdə, mərhələlərdə 
Azərbaycana gələn (deməli, biri digərindən həm etnik xarakteri, həm də sosial-siyasi inkişaf səviyyəsi 
etibarı ilə fərqlənən) türk etnoslarından təşkil olunmasıdır...
 
 
Məlum olduğu kimi, Azərbaycan xalqının etnik əsasında dayanan ilk etnoslar hun türklərindən 
ibarət olmuş, onlar bir neçə  əsr  ərzində ölkənin  şimal vilayətlərində, demək olar ki, maneəsiz 
məskunlaşmışlar. Hun türklərinin arxasınca (və daha kütləvi, daha ardıcıl olaraq!) Azərbaycana qıpçaq 
türkləri
 
axıb gəlmiş, ölkənin yalnız  şimalında deyil, cənubunda da yayılmış,  ərəblərin Azərbaycana 
yürüşü zamanı onların qarşısına həmin ölkənin əsas sahibi olaraq çıxmışlar. Və məhz bu dövrdən etibarən 
Azərbaycanın həm şimalı, həm də cənubu onu, sözün geniş mənasında, qorumaq missiyasını öz üzərinə 
götürmüş türklərə  məxsusdur... Səlcuq (oğuz) türkləri II minilliyin əvvəllərində Türküstandan 
Azərbaycana yürüş edib burada türk-müsəlman dövləti qurarkən də yerli türklərin — qıpçaqların uğursuz 
müqavimətinə rast gəlmişdilər. Azərbaycanda yerli türklərlə gəlmə türklərin münaqişəsi, tarix göstərir ki, 
Azərbaycan xalqının formalaşması boyu davam etmiş, müəyyən dövrdə "gəlmə" funksiyasında çıxış edən 
türklər bir neçə  əsr sonra "yerli" missiyalarını daşımağa başlamışlar. Səlcuqlardan (oğuzlardan) sonra 
Azərbaycana Türküstandan daha bir sıra tarixi yürüşlər oldu — biz, hər şeydən əvvəl, monqol-tatar, Əmir 
Teymur, türkmən... yürüşlərini nəzərdə tuturuq ki, orta əsrlərin sonlarına qədər davam edən həmin yürüş-
lərdə Azərbaycan cəmiyyəti əhəmiyyətli etnik, sosial-siyasi dəyişmələrə  məruz qaldı. Ümumiyyətlə, XI 
əsrdən XVI—XVII əsrlərə  qədərki dövrdə Azərbaycanda gedən etnososial prosesləri türk dünyasından 
kənarda təsəvvür etmək mümkün deyil, çünki orta əsrlərin sonuna qədər türk dünyasında həmin proseslər 
fəal  şəkildə davam etmişdir. Yalnız belə bir faktı xatırlatmaq lazımdır ki, XVI—XVII əsrlərə  qədər 
xüsusilə Azərbaycan, türk və türkmən xalqları arasında özünəməxsus coğrafiyadan başqa əsaslı bir fərq 
mövcud olmayıb.
 


 Azərbaycan türklərinin müstəqil xalq olaraq diferensiasiyası XVII—XVIII əsrlərdə başa çatır, 
lakin daxili təmərküzləşmə — inteqrasiya prosesi bundan sonra da davam edir. Və həmin prosesin artıq 
başa çatdığını söyləmək bu gün də düzgün olmazdı. Çünki Azərbaycan  ərazisində (xususilə  də  Cənubi 
Azərbaycanda) yaşayan bir sıra türk tayfaları özlərini hələ  də azərbaycanlı, yaxud Azərbaycan türkü 
deyil, qaşqay, şahsevən, təkə-türkmən... hesab edirlər. Eləcə də ölkənin (ümumən Azərbaycanın) bir sıra 
regionlarında orta əsrlərin müxtəlif türk etnonimləri yer adları olaraq fəal işlənir. Onu da qeyd edək ki, 
Azərbaycan dilində hun, qıpçaq, oğuz və s. türk tayfalarının dil xüsusiyyətlərinə rast gəlinir... Bütün 
bunlar isə Azərbaycanda türklərin həm diferensiasiya, həm də inteqrasiyası prosesinin kifayət qədər 
mürəkkəb bir proses olduğunu göstərir.
 
 Azərbaycan dili digər türk dilləri ilə müqayisədə daha geniş dialekt-şivə intonasiyasına malikdir. 
Hətta Azərbaycandan kənarda (məsələn, Türkiyədə, Dağıstanda,  İranda) Azərbaycan dilinin dialekt-
şivələri mövcuddur. Azərbaycan ədəbi dili heç
 
də Şimali və Cənubi Azərbaycanın hər yerində işlənmir. 
Və Azərbaycan türklərinin həyat tərzində, etnoqrafiyasında, etnopsixologiyasında da bu günə  qədər 
davam edən fərqli xüsusiyyətlər vardır ki, mütəxəssislər onları çox zaman məhz regional xüsusiyyətlər 
kimi təqdim edirlər...  Əlbəttə, bu cür fərqlər yalnız Azərbaycan xalqına aid deyil, lakin burada söhbət 
ondan gedir ki, həmin fərqlər Azərbaycanda daha geniş yayılmışdır, özünü daha ardıcıl şəkildə nümayiş 
etdirir. Və bu cür daxili müxtəliflik, yaxud "federativlik" isə  şübhəsiz, təmərküzləşmənin hələ lazımi 
səviyyəyə çatmadığını göstərir.
 
 Azərbaycanşünaslıqda, ümumən türkologiyada xüsusi olaraq diqqəti cəlb etməyən, lakin üzərində 
düşünülməsinə çox böyük ehtiyac olan məsələlərdən biri türk xalqlarının diferensiasiyası problemidir. 
Bizim fikrimizcə həmin diferensiasiya, məsələn, roman, yaxud german xalqlarındakı səviyyədə deyil — 
istər oğuz, istər qıpçaq, istərsə  də karluq qrupuna mənsub türk xalqları arasında elə tayfalara, etnik 
birliklərə təsadüf etmək mümkündür ki, onların bu və ya digər müstəqil türk xalqına, millətinə aid olması 
mübahisə doğurur. Onu da əlavə edək ki, bu cür ortaq, yaxud keçid mövqeli türk etnosları sovet 
ideologiyasının milli siyasətinin təzyiqi ilə, heç bir əsas olmadan, yalnız türk xalqlarını parçalamaq, 
mümkün qədər kiçik hissələrə ayırmaq məqsədilə müstəqil xalqlar elan edilmişlər. Sovet türkologiyası da 
həmin siyasətin təsiri altında türk dillərinin (və xalqlarının) diferensiasiyasını mümkün qədər 
dərinləşdirməyə, genişləndirməyə, hər bir türk dili (və xalqı) üçün xüsusi genezis axtarıb tapmağa 
çalışmışdır... Və məsələ burasındadır ki, Azərbaycan türklüyü, ümumən Azərbaycan xalqı sovet dövrünü 
belə bir ideoloji təzyiq altında keçirməklə  həm türklükdən ayrılmağa məhkum edilmiş, həm də daxili 
parçalanmaya məruz qalmışdır...
 
 Azərbaycan xalqının etnik, sosial-siyasi mütəşəkkillik səviyyəsinə  təsir göstərən ikinci əlamət 
Azərbaycanın qədim dövrlərdən gələn etnik zənginliyi, yaxud mürəkkəbliyidir — tarix həmin zənginliyi 
min illər boyu qoruyub saxlamışdır... Bu isə göstərir ki, son əsrlərdə, bəlkə də, minillikdə Azərbaycanda 
mövcud olan qeyri-türk mənşəli etnosların xarakteri, həyat tərzi olduqca az dəyişmişdir. Bunun əsas 
səbəbi həmin etnosların fəal sosial-siyasi proseslərdən, demək olar ki, kənarda qalmasından ibarətdir. 
 Azərbaycanın (və  həmhüdud regionların) etnik coğrafiyası üzərindəki müşahidələr göstərir ki, 
tarixə  qədərki mərhələdə baş verən etnik prosesləri nəzərə almasaq, müxtəlif mənşəli etnosların bu  
ərazilərdə  əsaslı  məskunlaşma xronologiyası
 
aşağıdakı  şəkildə olmuşdur:  əvvəl iber-qafqazlılar, sonra 
iranlılar, sonra isə türklər məskunlaşmışlar. Yüksəkliklərə, yaşayış üçün ən az münasib olan yerlərə daha 
çox "sıxışdırılan" etnosun məhz iber-qafqazlıların olması bunu təsdiq edir və görünür, onların Şimala — 
Qafqazlara məhz Cənubdan, İrandan gəlməsi barədəki nəzəriyyə özünü doğruldur, belə ki, Azərbaycanın 
(və  həmhüdud regionların)  ən qədim tarixi (məhz tarixi!) sakinlərini  əvvəl iranlılar, sonra isə türklər 
tədricən  Şimala, Qafqazın  əlçatmaz yüksəkliklərinə doğru sıxışdırmışlar.  Əgər iber-qafqazlılar həmin 
ərazidə iranlılardan, yaxud türklərdən sonra məskunlaşmış olsaydılar, heç şübhəsiz, bu cür "qeyri-
münasib" məskən seçməzdilər.
 
 Müşahidələr göstərir ki, haqqında söhbət gedən coğrafiyada bu və ya digər dərəcədə 
"sıxışdırılmış" ikinci etnos iranlılardır ki, onlar daha çox Şərqə — Xəzər sahillərinə sıxışdırılmışlar. Və 
qeyd etmək lazımdır ki, iber-qafqazlılardan fərqli olaraq, iranlılar həmetnoslarının məskunlaşdığı  əsas 
regionla əlaqələrini itirib, Azərbaycanda etnik adalar şəklində qalmışlar ki, bu da onların sonrakı taleyinə 
təsir göstərmişdir. Ümumiyyətlə, ölkənin qeyri-türk mənşəli etnosları daxilində  təcridolunma, 
"mərkəzdənqaçma" tendensiyası kifayət qədər geniş yayılmış, az qala hər kəndin, hər obanın öz dili, 
şivəsi, özünəməxsus etnoqrafiyası, həyat tərzi formalaşmışdır.
 
 Bizim 
fikrimizcə, Azərbaycanda məskunlaşmış qeyri-türk mənşəli etnoslar ölkənin ictimai-siyasi, 
ideoloji həyatında bu və ya digər dərəcədə  fəal iştirak etməyə yeni dövrdə başlamışlar. Lakin həmin 
fəaliyyət xüsusilə əvvəllər daha çox "dağıdıcı" xarakter daşımış, dərəbəylik dövrünün (XVII—XIX əsrlə-
rin) "tələbat″ına uyğun olmuşdur.
 
 XIX 
əsrin sonu, XX əsrin  əvvəllərində isə ümummilli maraqlar ətrafında bütün Azərbaycan 
cəmiyyətinin birləşmək istəyində olduğunu görürük. Qeyri-türk mənşəli xalqların etnik müxtəlifliyinin, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə