Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   2   3   4   5   6   7   8   9   ...   69

onları daha da ayırmış, müxtəlif hissələrə bölmüşdür ki, bu "hissələr" arasında tədricən dialekt-dil fərq-
ləri  əmələ  gəlib dərinləşmişdir... Lakin Azərbaycanın  şimalına (oradan da sonralar Şimali Qafqaza) 
sıxışdırılmış Qafqaz etnosları müxtəlif xarakterli mənbələrdə haqqında geniş bəhs edilən Alban dövlətini 
yaratdılar. 
 ...Eramızdan əvvəlki son əsrlərdə, eləcə də eramızın ilk əsrlərində Azərbaycanın şimalında əsasən 
uti, girdman, qarqaz tayfaları yaşayırdılar ki, bunları tarixi mənbələr ümumi şəkildə "albanlar", yaxud 
"ağvanlar" adlandırırlar.  İ. Əliyev yazır: "Heç şübhəsizdir ki, özündə 20-dən artıq tayfanı ehtiva etmiş 
alban (alban-uti) aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur... 
Ola bilsin ki, albanlar bu massivdə daha iri tayfa idi. Bəlkə buna görə bütün ölkə Albaniya adlanmağa 
başlamışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfa öz adını ölkənin adından almışdır. "Albaniya" 
adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq hələlik bir nəticə hasil olunmamışdır"... 
 Albanların məskunlaşdıqları regionun təbii  şəraiti elə idi ki, nə  İran etnosları, nə  də sonralar 
Azərbaycanı bütünlüklə bürümüş türklər həmin regiona xüsusi maraq göstərib, orada daimi 
məskunlaşmaq fikrinə düşmədilər. Və tədricən uyğunlaşdıqları, yaşamaq üçün qeyri-münasib şərait onları 
yadellilərin hücumlarından müdafiə etdi. 
 E.ə. I minilliyin əvvəllərindən başlayaraq Azərbaycana (və  həmhüdud regionlara) etnik 
mənsubiyyətləri tarixşünaslıqda mübahisəli olan bir sıra döyüşkən tayfalar, ola bilsin ki, müxtəlif mənşəli 
etnoslardan ibarət sosial-siyasi birliklər — tayfa ittifaqları (kimmerlər, saklar, işkuzlar və s.) gələrək 
buradakı etnosiyasi mürəkkəbliyi (sıxlığı!) bir qədər də artırırlar. Xüsusilə saklar, yaxud skiflər regionda 
bir müddət daha böyük hərbi-siyasi nüfuza sahib olmuşlar... Güman etmək olar ki, Azərbaycanın şimal-
qərb ucqarlarında məskunlaşmış ermənilər də buraya haqqında söhbət gedən dövrdə  gəliblər. Yaxın 
"qohumlar"ından tamamilə ayrı düşmüş həmin etnosun nə mənşəyi, nə də provətəni məlum deyil. 
 Yeri 
gəlmişkən, qeyd etmək lazımdır ki, bir sıra tədqiqatçılar kimmerləri, sakları, türk, yaxud 
protoazərbaycanlı sayır, "işkuz", "oğuz" etnonimi ilə müqayisə edirlər ki, həmin mülahizələri 
əsaslandırmaq olduqca çətin, hətta demək olar ki, qeyri-mümkündür. 
 Etnik 
mürəkkəbliyi ilə seçilən Manna Mada—Midiya (e.ə. VII—VI əsrlər) tərəfindən istila 
olunduqdan sonra onun tərkibində Kiçik Mada—Midiya adlanmağa, eyni zamanda imperiyanın mədəni-
iqtisadi mərkəzi funksiyasını yerinə yetirməyə başladı  (İ. Əliyev) ki, bu da, ümumiyyətlə, Mada—
Midiyanın etnik tərkibinin (mənzərəsinin) müəyyənləşməsinə  əhəmiyyətli təsir göstərdi. Lakin e.ə. VI 
əsrin ortalarında farslar müxtəlif mənşəli etnosların yaşadığı Madada hakimiyyəti  ələ aldılar. Onlar IV 
əsrin ortalarına qədər, yəni Makedoniyalı  İsgəndər həmin  ərazini işğal edənə  qədər davam edən  İran—
Haxamanişilər dövlətini yaratdılar. Qeyd etmək lazımdır ki, bu dövlət müxtəlif mənşəli etnosların hərbi-
siyasi, iqtisadi-təsərrüfat və mədəni-mənəvi əlaqələrə girməsinə şərait yaratmaqla yanaşı, fars etnosunun 
formalaşmasının əsaslarını qoydu. Və məhz həmin dövrdən etibarən farslar digər İran etnoslarından ayrıl-
mağa, dünyagörüşlərinin, dövlət quruculuğu imkanlarının genişliyi ilə fərqlənməyə başladılar ki, həmin 
proses Sasanilər dövrünün sonlarına (VII əsr) qədər davam etdi. 
 Mada—Midiya 
satrapı Atropat Makedoniyalı İsgəndərin vəfatından (və onun yaratdığı imperiya 
dağıldıqdan ) sonra Atropatena dövlətini qurdu ki, onun əsasını Kiçik Mada—Midiya təşkil edirdi. 
Mənbələrin verdiyi məlumata görə, Atropat yalnız madalıları deyil, kadusiləri, albanları, sakasenləri də 
özünə tabe etmişdi. Və görünür, Azərbaycanda (və  həmhüdud regionlarda) məskunlaşmış digər  əsas 
etnoslar, yaxud etnosiyasi birliklər də bu və ya digər dərəcədə onun nəzarəti altında idilər.  İ. Əliyev 
Atropatena dövlətinin meydana gəlməsinin mühüm səbəblərindən birini doğru olaraq onda görür ki, 
"qədim tarixi ərzində xeyli dərəcədə aparıcı region olan bu bölgənin özünün iqtisadi, sosial, mədəni və 
siyasi inkişaf səviyyəsi... çox yüksək" idi. Belə ki, Atropatena—Manna Kiçik Mada—Midiyanın 
bilavasitə varisi idi. Lakin belə bir mülahizə ilə razılaşmaq çətindir ki, guya "Cənubi Azərbaycan 
tayfalarının və xalqlarının kuti, lullubi, hurri, mannalı  və başqalarının madalılarla qaynayıb-qarışması 
nəticəsində yeni bir etnos — Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu 
təşəkkül tapdı" (İ. Əliyev). Birincisi, ona görə ki, "Hələ Haxamanişilər dövründə saqartalılar, müklər, 
utilər, parikanlılar, ortokoribantlar, kadusilər, dareytlər, pantimatlar, ravsiklər, kaspilər, matienlər, mard-
lar, parslar, anarikalar və b., habelə madalılar tərəfindən assimilyasiya edilməmiş başqa tayfalar 
yaşayırdılar" (İ .Əliyev).  İkincisi isə, haqqında söhbət gedən etnik proses o qədər də  qədimdə baş 
vermədiyi üçün həmin prosesin nəticəsi olan etnos, yaxud etnik birlik orta əsrlərdə hələ uzun müddət ya-
şamalı, dünya mədəniyyətinə böyük töhfələr verməli idi... Bizim fikrimizcə, "Atropatenanın orta Mada 
dili"ni (İ .Əliyev) Cənubi Azərbaycanın bəzi kəndlərində (Kuri, Pir, İshad, Xarrənd, Qaragöz, 
Gəlinqaya...) hal-hazırda işlənən azəri dili-dialektinin bilavasitə  sələfi saymaq (S. Ə. Kəsrəvi) tamamilə 
yanlışdır. Hər şeydən əvvəl ona görə ki, "Atropatenanın orta Mada dili" əgər mövcud olmuşsa da yalnız 
Azərbaycan  ərazisini deyil, müasir İranın mədəni coğrafiyasını bütövlükdə  əhatə etmişdir. Və onu da 
nəzərə alsaq ki, Haxamanişilər dövründə Mada—Midiya sürətlə farslaşırdı, onda iranlaşmanın nə 
dərəcədə miqyaslı diferensial etnolinqvistik proses olduğunu təsəvvür etmək çətin deyil. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə