Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

 Ümumtürk, 
yaxud 
orta 
əsrlər türk ədəbi dili (türki) XI—XII əsrlər mənbələrində "Xaqaniyyə 
türkcəsi", "Kaşqar dili", "Kaşqar türkcəsi" və s. adlandırılmış, "Türki" adını isə sonralar (XVI əsrdə) 
Nəvainin sələfi olan cığatay şairləri işlətmişlər. 
 XI—XII 
əsrlərdə  təşəkkül tapan türkinin yenə  də  həmin  əsrlərdə gedən etnososial proseslərin 
nəticəsi olaraq müxtəlif türk etnokulturoloji regionlarının diferensiasiyası ilə  əlaqədar olaraq regional 
təzahür formaları meydana çıxır ki, bunlar aşağıdakılardır: 
 1. 
Şərq (yaxud Türküstan) türkisi; 
 2. 
Şimal-Qərb (qıpçaq) türkisi; 
 3. 
Cənub-Qərb (oğuz) türkisi. 
 
Şərq (Türküstan) türkisi Şimal-Qərb (qıpçaq) və Cənub-Qərb (oğuz) türkiləri ilə müqayisədə daha 
zəngin, daha geniş funksional imkanlara malik olmuş  və sonunculardan fərqli olaraq, eyni zamanda 
müxtəlif türk tayfa dillərinin — Şərqdən karluq, Şimaldan və Şimal-Şərqdən qıpçaq, Cənubdan və Cənub-
Qərbdən oğuz təsirini həmişə öz üzərində hiss etmişdir. Lakin zaman-zaman uyğurların — karluqların 
Türküstanda sosial-siyasi, etnik-mədəni üstünlük qazanması ilə qıpçaqlar daha çox Şimal-Qərbə, oğuzlar 
daha çox Cənub-Qərbə sıxışdırıldılar (XI—XII əsrlərdə. Əslində sonralar da), karluq (Cığatay) ünsürünün 
mövqeyi yüksəldi. 
 
Şərq (yaxud Türküstan) türkisi türkinin təşəkkül dövrünə düşən yazılı abidələrin: M. Kaşqarinin 
"Divan"ı, Y. Balasaqunlunun "Kutadqu-biliq"i, Ə. Yüqnəkinin "Atibət-ül-həqaiq"i və  Ə. Yasəvinin 
"Divani-hikmət"inin dil təcrübəsinin bilavasitə davamıdır. Türküstanın mürəkkəb etnokulturoloji təbiəti
müxtəlif türk (və bir sıra qeyri-türk) etnoslarının həmin regionda birlikdə yaşamaları yalnız təşəkkül 
dövründə deyil, təkamül dövründə də burada (Türküstanda) müxtəlif dil tipologiyalarının təzahürü üçün 
tarixi-coğrafi  şərait yaratmışdır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, aparıcı mövqe keyfiyyətcə 
karluq-uyğur (onun davamı olan cığatay) qoluna mənsubdur. 
 Türküstan 
yazılı abidələrini türkinin bu və ya digər təzahür formasına aid olması baxımından 
aşağıdakı şəkildə təsnif etmək mümkündür: 
 a) 
oğuz abidələri — "Oğuznamə" (uyğur oğuznaməsi), "Məhəbbətnamə" (XIII əsr), Rəbquzinin 
"Qisasül-ənbiya"sı (XIV əsr), Zəməhşarinin "Müqəddimat ül-ədəb"i (XIV əsr), bir sıra tərcümə lüğətləri 
və s. 
 b) 
qıpçaq abidələri — Mahmud ibn Əlinin "Nəhcül-fəradis"i (XIV əsr), bir sıra tərcümə lüğətləri 
və s. 
 v) 
karluq-uyğur abidələri — türkologiyada Ə. Nəvainin sələfləri sayılan  şairlərin  əsərləri (XIV 
əsr), Ə. Nəvainin əsərləri (XV əsr), Ə. Nəvainin bilavasitə davamçılarının əsərləri (XVI əsr), bir sıra dini 
əsərlər, Türküstan dövlətlərinin türkcə rəsmi sənədləri və s. 
 
Şimal-Qərb (qıpçaq) türkisi Şərq (Türküstan), xüsusilə Cənub-Qərb (oğuz) türkisindən daha geniş 
bir  ərazidə yayılmışdır.  Buraya  əsasən aşağıdakı  ərazilər daxildir: Qərbi Asiya, Şərqi Avropa, Qərbi 
Avropa, Şimal-Şərqi Afrika (Misir) və s. Şimal-Qərb (qıpçaq) türkisində yazılmış abidələr içərisində lü-
ğətlər xüsusi yer tutur. "Kitabi-məcmueyi-tərcümani-türki və əcəmi və moğoli və farsi (XIII əsr)", "Codex 
Cumanicus" (XIV əsr), Əbu Həyyan əl-Əndəlusinin "Kitabi əl-idrak li-lisan əl-ətrak" (XIV əsr), "Kitab 
ət-töhfət üz-zəkiyyə fi 1-lüğət-it türkiyyə" (XIV əsr),Cəmaləddin ət-Türkinin "Kitabi-bulqat əl-müştaq fi 
lüğət it-türk və l-kıfçaq" (XV əsr) və s. 
 
Şimal-Qərb (qıpçaq) türkisi eyni zamanda Seyfi Sarayinin "Gülüstan bit-Türki" (XIV əsr), 
Qütbün "Xosrov və  Şirin" (XIV əsr), S. Fəqihin "İrşadül-mülk və s-səlatin" (XIV əsr), fitvaların 
toplandığı "Kitab fil-fiqh bi-lisanit-türk" (XIV əsr), M. Abdullahın "Şərhül-mənar" (XV əsr) və s. 
əsərlərində  təmsil  olunur ki, bunların hamısı ya bilavasitə, ya da bilvasitə  tərcümə kitablarıdır. ...Əsas 
əlamətləri: 
 1) 
Şimal-Qərb (qıpçaq) türkisi, artıq qeyd olunduğu kimi, əsasən, praktik məqsədlərə xidmət edən 
tərcümə lüğətlərinin, dini-əxlaqi məzmunlu tərcümə kitablarının, rəsmi, yaxud işgüzar sənədlərin dilidir 
və türkinin həmin regional təzahür formasında orijinal bədii, elmi əsərlər, demək olar ki, yazılmamışdır; 
 2) 
Şərq (Türküstan) və Cənub-Qərb (oğuz) türkisindən fərqli olaraq, Şimal-Qərb (qıpçaq) türkisi 
yalnız müsəlman dünyası ilə deyil, xristian (Qərb) dünyası ilə  əlaqədə olmuş,  əgər belə demək 
mümkünsə, dini-mədəni ehkamlara münasibətdə daha çox sərbəst bir cəmiyyətin dili keyfiyyətini 
qazanmışdır; 
 3) 
karluq-uyğurlara və "İslamın qılıncı", yaxud "qılınc müsəlmanı" adını almış oğuzlara nisbətən 
qıpçaqlar daha sərbəst, daha "liberal" düşüncə (və  həyat) tərzinə malik olduqlarına görə  Şimal-Qərb 
(qıpçaq) türkisinin ədəbilik səviyyəsi türkinin digər təzahür formaları ilə müqayisədə aşağı olmuş, xalq 
dilində gedən prosesləri (eləcə də Qərbi Avropa dilləri ilə ardıcıl və ya təsadüfi kontaktları) özündə dərhal 
əks etdirmişdir; 
 4) 
qıpçaq yazılı abidələri çox müxtəlif areallarda yarandığına, qıpçaq türklərinin düşüncə 
sərbəstliyinə görədir ki, türkinin həmin təzahür forması  Cənub-Qərb (oğuz), xüsusilə  Şərq (Türküstan) 


türkisinin fəal təsirinə  məruz qalmışdır və bu təsirlər bəzən o həddə çatır ki, qıpçaqlar tərəfindən 
yaradılması heç bir mübahisə törətməyən bu və ya digər abidənin məhz qıpçaq türkisində olduğu 
mübahisə törədir; 
 5) 
Şimal-Qərb (qıpçaq) türkisində yazılmış abidələrin orfoqrafiyasında izaha gələn və ya 
gəlməyən bir sərbəstlik (türkcənin fonetikası mövqeyindən  ərəb  əlifbasının  ənənəvi yazı normalarına 
müdaxilə və ya "təcavüz") müşahidə edilir. Bu da yazı sərbəstliyinin nəticəsidir ki, bir sıra hallarda bu və 
ya digər abidənin hansı xətt növündə yazıldığını müəyyənləşdirmək olmur və s. 
 
Cənub-Qərb (oğuz) türkisi şərti olaraq "Kitabi-Dədə Qorqud"la (XI əsr) — "Kitabi-Dədəm 
Qorqud  əla lisani-taifeyi-oğuzan"la başlayır... Lakin oğuzlar (xüsusilə Azərbaycana, oradan Kiçik 
Asiyaya yayılan səlcuqlar) Türküstandakı sələfləri kimi ərəb, fars dillərinə üstünlük verdiklərinə görə bu 
dillər XI—XIII əsrlərdə Azərbaycanda, Kiçik Asiyada böyük sosial-mədəni nüfuza malik olur; elmi 
əsərlər əsasən ərəbcə, bədii əsərlər əsasən farsca yazılır. Xətib Təbrizi, Əbül üla Gəncəvi, Qətran Təbrizi, 
Bəhmənyar əl Azərbaycani, Əfzələddin Xaqani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Nizami Gəncə-
vi, Cəlaləddin Rumi kimi böyük mütəfəkkirlər, sənətkarlar "türk oğlu türk" olsalar da əsərlərini məhz 
ərəb və ya fars dilində  qələmə almışlar. Bununla belə, onların dilindən, təfəkküründən türklük 
süzüldüyünü, demək olar ki, mütəxəssislərin hamısı bu və ya digər şəkildə etiraf edir. 
 
Cənub-Qərb (oğuz) türkisi XIII—XVI əsrlərdə  aşağıdakı yazılı abidələrlə  təmsil olunur: 
 
İ .Həsənoğlunun qəzəlləri (XIII əsr), "Dastani-Əhməd Hərami" (XIII-XIV əsrlər),  Əlinin  
″Qisseyi-Yusif"i (XIII-XIV əsrlər), M. Zəririn "Yusif və Züleyxa"sı (XIV əsr), Qazi Bürhanəddinin,  
İ .Nəsiminin divanları (XIV əsr), Həqirinin "Leyli və  Məcnun"u (XV əsr),  M. C. Həqiqinin, Kişvərinin 
divanları (XV əsr), Həbibinin, Ş. İ. Xətainin, M. Füzulinin, M. Əmaninin əsərləri (XVI əsr) və s. Buraya 
C. ibn Mühənna, H. Naxçıvani, Hüsam və başqalarının bir sıra məşhur tərcümə lüğətlərini də əlavə etmək 
lazım gəlir. 
 
Cənub-Qərb (oğuz) türkisi mükəmməl  ədəbi dil təzahürü kimi bir sıra özünəməxsus  əlamətlərə 
malik olmuşdur: 
 1) 
müsəlman dünyasında, xüsusilə XII—XIII əsrlərdən etibarən oğuz türklərinin siyasi-mənəvi 
nüfuzlarının yüksəlməsi, eləcə də onların tutduqları əlverişli geopolitik mövqe (həmin mövqe həm Şərq, 
həm də Qərb dünyası ilə ardıcıl əlaqələrə şərait yaradırdı) Cənub-Qərb (oğuz) türkisinin təkamülü üçün 
hər cür imkanlar açır; 
 
2) Kiçik Asiyaya, oradan da Qərbi Avropaya yürüş edən oğuzlar  İslam bayrağını, müsəlman 
ideologiyasını o dərəcədə yüksəklərə qaldırdılar ki, məhz onların gücünə türk dili üç böyük İslam dilindən 
birinə çevrildi; 
 3) 
oğuz türklərinin saraylarda ərəb, fars, türk dilləri bir sıra hallarda müvazi olaraq işlənməyə 
başladı, böyük sənətkarlar (məsələn, M .Füzuli) üç dildə əsərlər yaratdılar. 
 
4) türk dilini aparıcı İslam dilinə çevirmək iddiasının nəticəsi idi ki, türkcə ərəb, fars dillərindən 
alınmalar hesabına türki süni şəkildə "zənginləşdirildi" və "üçayaqlı" bir dilə çevrildi; 
 5) 
Cənub-Qərb (oğuz) türkisi uzun zaman Şimal-Qərb (qıpçaq) türkisi ilə qarşılıqlı  əlaqədə 
olmuşdur (həmin  əlaqənin fəallığı birinci növbədə  oğuzlarla qıpçaqların  əsrlər boyu yanaşı yaşamaları, 
xüsusilə Misirdə  sıx mədəni kontaktlara girmələrinin nəticəsi idi — xüsusilə XV əsrdən etibarən  Şərq 
(Türküstan) türkisinin Şimal-Qərb (qıpçaq) və  Cənub-Qərb (oğuz) türkilərinə linqvokulturoloji təsiri 
sonuncular arasındakı uyğunluqları bir qədər də artırmış oldu. 
 Ümumtürk 
ədəbi dilinin (türkinin) regional təzahür formaları arasındakı linqvistik norma fərqləri 
o qədər də böyük deyil: a) ən böyük fərq əslində fonetik normada olmalı idi, lakin ərəb əlifbasının, yazı 
qaydalarının həmin təzahür formalarının hər üçü üçün əsasən ümumi olması bu fərqləri gizlədir; b) leksik 
norma ilə bağlı daha çox diqqəti o cəlb edir ki, Şərq (Türküstan) türkisində  ərəb, fars mənşəli alınma 
sözlər Cənub-Qərb (oğuz) türkisindəkindən az, Şimal-Qərb (qıpçaq) türkisindəkindən çoxdur; c) bir sıra 
ümumi qrammatik kateqoriyalarda (xüsusilə hal, xəbərlik və  mənsubiyyət), felə  məxsus bəzi xüsusi 
qrammatik kateqoriyalarda cüzi norma fərqləri müşahidə edilir. 
 Ümumtürk 
ədəbi dili (türki) XVI əsrdən sonra tədricən özünün tənəzzül dövrünü keçirir və 
XVII—XVIII əsrlərdə müxtəlif türk etnokulturoloji regionlarında meydana çıxmış yazılı abidələr həmin 
tənəzzül dövrünün əlamətlərini əks etdirir: 
 a) 
əsasən türkidə yazılmış bir sıra abidələrin dilində bu və ya digər regionun o zamana qədər 
qeyri-ədəbi sayılan fonetik, leksik və qrammatik xüsusiyyətləri get-gedə daha çox görünməyə başlayır; 
 b) 
müxtəlif türk etnokulturoloji regionlarında yerli əhəmiyyətli (miqyaslı) folklorun yazıya 
köçürülməsi prosesi diqqəti cəlb edir — "xalq kitabları" yaranır; 
 c) 
türkiyə (yaxud "klassik üsluba") qarşı duran, get-gedə linqvistik-mədəni mövqeyi yüksələn 
"folklor üslubu" tədricən yazı sahəsində də türkinin fəaliyyətini faktik olaraq məhdudlaşdırır və s. 
 
Türkinin tənəzzülü, fikrimizcə, aşağıdakı sosial-kulturoloji səbəblərdən irəli gəlir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə