Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   74   75   76   77   78   79   80   81   ...   87

 
235 
hidələr  zamanı  təvazökarlıqdan kənar işlədilən xeyli  fakt  qeyd  etmişik. Məsələn, 
“Həmin mahnını mən daha yaxşı çalıram”; “Dissertant mənim əsərlərimə istinad 
etməmişdir”;  “Bu  barədə  ilk  dəfə  mən  bəhs  açmışam”;  “Dilçiliyin  bu  sahəsi  ilə 
bağlı mənim xeyli kəşflərim var”; “Mən bu sahənin professoruyam” və s. Belələri 
başqalarının fikirlərini daima inkar edir,  tənqidi mülahizələrlə razılaşmırlar, onlar 
üçün yalnız bir həqiqət – özlərinin fikirləri mövcuddur. Kim onlarla razılaşmırsa, 
belələrini yabançı, düşmən kimi qəbul edirlər. İndi el qarşısında özünü tərifləmək, 
demək  olar  ki,  bir  dəbə  çevrilmişdir.  Axı  insan  özünü  ölkə  qarşısında  nə  qədər 
tərifləyər?  Bu  nə  müğənniyə,  nə  müəllimə,  nə  həkimə,  nə  də  digər  ixtisas,  peşə 
sahiblərinə yaraşar. 
Böyük mesenant H.Z.Tağıyev olduqca sadə və təvazökar insan imiş. Onu 
yaxından  tanıyan  ingilis  yazıçısı  O.Nilin  öz  əsərlərinin  birində  yazırdı  ki, 
Azərbaycan  tarixində  tanınmış  simalardan  olan  H.Z.Tağıyev  təbiətən  az  danışan 
olub.  Özü  haqqında  isə  ümumiyyətlə  az  danışarmış.  Bu  onun  təbiətindən, 
təvazökarlığından irəli gəlirdi.  
Dahilər,  həqiqi  mənada  elm  adamları,  savadlı  və  mədəni  şəxsiyyətlər 
özləri barədə, fəaliyyətləri haqda həmişə mümkün dərəcədə az danışmağa çalışmış, 
başqalarının  onları  tərifləməsinə  razı  olmamışlar.  Ali  məktəbdə  dərs  deyən, 
mühazirə  oxuyan  müəllimlərdən  iki  nəfəri  –  prof.Ə.Dəmirçizadəni  və  akademik 
F.Qasımzadəni  yetirmələri  həmişə  hörmətlə  xatırlayırlar.  Onlar  bir  çox 
dərsliklərin,  monoqrafiyaların  müəllifi,  sözün  əsl  mənasında  alim,  pedaqoq,  lap 
adi insanlar idilər. Onların dilindən mən, mənim əsərlərim, mənim təsirim, mənim 
fəaliyyətim,  yetirməm,  mənim  tədqiqat  üslubum  və  s.  kimi  ifadələri  bir  dəfə  də 
olsun  eşidilməmişdi.  Bu  insanlar  danışığında,  rəftarında  təvazökar,  sözü-söhbəti 
bütöv,  hər  şeyi  müdrikliklə  ölçüb-biçən  adamlar  idilər.  Biz  onları  öyrəndikcə, 
əsərlərini  oxuduqca  həmin  insanların  böyük  alim,  dilimizin,  ədəbiyyatımızın 
görkəmli  tədqiqatçıları  olduqlarını  dərk  etdik,  başa  düşdük.  Böyük  təvazökarlıq 
onları bizim gözümüzdə daha da ucaltdı.  
Ta  qədimdən  yazıb-yaradan  ədiblər,  filosoflar  sadəlik  və  təvazökarlıqla 
bağlı çox dəyərli, hikmətli sözlər söyləmişlər. Ə.Xaqani sadəlik və təvazökarlığı 


 
236 
insana  xas  olan  nəcib  sifət  kimi  tərənnüm  etmiş,  lovğalığı  və  xudpəsəndliyi 
pisləmişdir: 
“Mənəm, mənəm” deyib öymə özünü, 
Həmişə müxtəsər söylə sözünü. 
Cahildir özünü tərif edənlər, 
“Çox bilirəm” demə bilsən də əgər. 
 
Geniş  dünyagörüşünə,  mükəmməl  savada,  yüksək    intellektə  sahib  olan 
adamların nitqi, danışığı, adi söhbətləri təvazökarlıq baxımından xoşagəlimli olur. 
Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. “Bizim bu 
sahədəki  nəticələrimiz  olduqca  faydalıdır”;  “Bu  məsələyə  bir  qədər  aydınlıq  
gətirməyə  çalışmışıq”  və  s.  Çoxları  öz  fəaliyyətləri  barədə    danışarkən  təvazö-
karlıq  xatirinə  belə  ifadələr  işlədir:  “Özünü  tərif  olmasın”,  “Özündən  demək 
olmasın”,  “Təvazökarlıqdan  kənar  olmasın”,  “Bu  mənim  şəxsi  fikrimdir”  və  s. 
Belə adamlar lovğalığın nə olduğunu bilməz,  hər hansı işinə görə təriflənməsini 
də xoşlamazlar. İmperator Sezar Avqust (b.e.ə., I əsr) onu tərifləyənlərin, yaltaq-
ların qənimi idi. O, “cənab” sözünü işlətməyi və onu tərifləməyi qadağan  etmişdi. 
Bir  dəfə  ailəsi  ilə  teatra  gedərkən  səhnədən  aktyorun  “Ey  mərhəmətli  hökmdar, 
Allah  səni  Roma  xalqı  üçün  çox  görməsin”  deməsinə,  tamaşaçıların  onu  alqış-
lamasına görə hiddətlənir və bir daha teatra gəlmir. 
Deyilənlərdən  aydın  olur  ki,  təvazökarlıq  mədəni  nitqin  başlıca  keyfiy-
yətlərindəndir. Natiqin nitqi bu baxımdan da nümunəvi olmalıdır. 
Məşhur  Amerika  pedaqoqu  və  natiqi  Deyil  Karneqi  nitqin  səmimiliyi 
məsələsindən  bəhs  edərkən  olduqca  həyati,  hətta  ibərətamiz  nümunələr  gətirir. 
Məsələn,  “Ceneral  Elektrik”  kompaniyasına  adamlar  mövsümi  şəkildə  işə  qəbul 
olunar, müddət başa çatanda baş mühasib onları bir-bir qəbul edər,  xüsusi takt və 
hörmətlə sözə başlayardı. “Mister Smit, siz yaxşı işçi olmuşsunuz. Sizi biz Hyu-
Yorka  göndərdiyimiz  zaman  çox  ağır  bir  tapşırıq  vermişdik.  Siz  bu  işi  yüksək 
səviyyədə  yerinə  yetirdiniz.  Mən  istərdim  biləsiniz  ki,  bizim  firma    sizinlə  fəxr 
edir.  Sizin  xarakteriniz  elədir  ki,  hər  hansı  yerdə  işləsəniz,  hamının  hörmətini 


 
237 
qazana  bilərsiniz.  Bizim  firma  Sizə  inanır.  Amma  çox  təəssüf  edir  ki,  sizdən 
ayrılmalı olacağıq və istərdik ki, Siz bunu biləsiniz”. 
Belə  bir  insani  münasibət  işdən  azad  edilənin  məyusluğunu  aradan 
qaldırır, onu işləməyə, fəaliyyət göstərməyə, yaşamağa ruhlandırırdı. 
Dünyanın  böyük  adamları  bir  də  ona  görə  böyükdürlər  ki,  onlar  öz 
uğurları ilə öyünmürlər, başqalarının mənliyinə, qüruruna toxunmurlar. 
Uzunəsrlik    düşmənçilikdən  sonra  1922-ci  ildə  türklər  yunanları  türk 
ərazisindən çıxarmaq qərarına gəlirlər. Mustafa Kamal öz əsgərlərini Aralıq dənizi 
uğrunda  vuruşmağa  çağırır.  Bu  böyük  vuruşda  türklər  qələbə  qazanır.  Yunan 
generallarından  Trikupie    və  Dianis  təslim  aktına  qol  çəkmək  üçün  Mustafa 
Kamalın qərargahına yollanırlar. Yol boyu türk əsgərləri onlara cürbəcür söyüşlər 
yağdırırlar. Lakin Mustafa Kamalın onlarla söhbətində qələbə təntənəsi o qədər də 
hiss  olunmurdu.  Mustafa  Kamal  onlara  yer  göstərir  və  deyir  ki,  siz,  yəqin  ki, 
yorulmuşsunuz.  Bundan  sonra  Mustafa  Kamal  hərbi  əməliyyatın  gedişini  müza-
kirə  edib,  nəhayətdə  məğlub  yunan  generallarının  dərdlərini  yumşaltmaq  məqsə-
dilə  deyir:  “Müharibə  bir  oyundur,  hərdən  ən  yaxşı  adamlar    belə  məğlubiyyətə 
düçar olurlar” (59). 
İnsan  öz  üstünlükləri  ilə  öyünməməli,  qürrələnməməlidir.  İngiltərənin 
maliyyə naziri Lorq Cesterfild oğluna deyirdi: “Əgər bacarırsansa hamıdan  ağıllı 
ol, amma bu haqda heç kimə danışma” Ağıllı adamlar “mən” şəxs əvəzliyinin çox 
az hallarda işlətmişlər. Onlar öz uğurlarından, necə deyərlər, xəsisliklə danışmış, 
həm  də  bunları  ümuminin  adı  ilə  verməyə  çalışmışlar.  Mərifətli  insanlar  tarixən 
təvazökar adamları özlərinə dost seçmişlər. 
Diskussiya mədəniyyəti 
Adamlar  gündəlik  nitq  praktikasında    başqaları  ilə  dialoqa,  fikir    müba-
diləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir 
informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq 
etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir. 
“Dialoq”  termini  yunanca  “dialoqos”  sözündən    götürülmüş,  iki  və  daha  çox 
şəxsin  qarşılıqlı  söhbəti,  fikir  mübadiləsi  mənasını  ehtiva  edir.  Geniş  mənada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə