Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


§ 2. Lizinq müqaviləsi, subyektlərin hüquq və vəzifələri



Yüklə 1,54 Mb.
səhifə443/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   436   437   438   439   440   441   442   443   444

§ 2. Lizinq müqaviləsi, subyektlərin hüquq və vəzifələri


Tərəflər arasında yazılı formada lizinq xidmətləri ilə ulaqudııı mil qavilə bağlanılır. Müqavilə bağlanılarkən tərəflərin hüquq vovə/.ifulo ri, icarəyə verilən əmlakın dəyəri və tərkibi, icarəçinin lizinq ohvi’klı olan əmlak üçün təminatı, lizinq haqqı, onun ödənilmə milddəli və qaydası, müqavilənin müddəti, əmlakın lizinq müddəti bildiyi ılüviə qalıq dəyəri əsas götürülür.

616 Vaqif Niftullayev. Sahibkarlığın !>saslan

Lizinq müqaviləsinə əlavə müddəalar da daxil oluna bilər. Bu qanunvericiliyə zidd olmayan hallarda baş verir. Lizinq müqaviləsi bağ- lanılarkən aşağıdakı tələblərə əməl edilməlidir.

Əmlak müqavilədə nəzərdə tutulan təyinatı üzrə istifadə edilməlidir. İcarəyə vermək məqsədilə əmlak lizinq müəssisəsi tərəfindən satın alınır. Lizinq müqaviləsinin obyekti olan əmlak icarəyə götürənin tələblərini tam təmin etməlidir. Əmlakı icarəyə verən müəssisənin lizinq haqqı əmlakın alınmasına çəkdiyi xərcləri ödəməklə yanaşı, həm də ona mənfəət əldə etməyə imkan verməlidir. İstehsal təyinatı binalar, maşınlar, dəzgahlar, avadanlıqlar, nəqliyyat vasitələri və s. əmlak lizinq müqaviləsinin obyekti sayıla bilər.



Əmlakı satın alıb onu istehlakçıya icarəyə verən lizinq müəssisəsinə satan hüquqi və fiziki şəxslər lizinq müqaviləsinin .subyektləri sayılırlar. Maliyyə-kredit təşkilatları və ixtisaslaşdırılmış lizinq müəssisələri hüquqi və fiziki şəxslər tərəfindən yaradılır. Həmin təşkilatlar və müəssisələr də lizinq xidmətini həyata keçirə bilərlər. Re.spublika qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanı tərəfindən xüsusi lisenziya verildikdən sonra lizinq xidməti həyata keçirilə bilər. Müə.ssisələr haqqında respublika qanunvericiliyinə uyğun olaraq ixtisaslaşdırılmış lizinq müəssisələri təşkil edilə bilər və fəaliyyət göstərər. Müqavilə müddəti ərzində icarəçi əmlaka .sahib olar və ondan istifadə etmək hüququna malikdir. İcarəçi bu hüququ üçüncü şəxsə lizinq müəssisəsinin razılığı ilə o vaxt verə bilər ki, müqavilədə başqa hal nəzərdə tutulmasın. Əmlak icarəçinin istifadəsində müqavilə müddəti bitənədək qalır. Lizinq müəssisəsi müflisləşərsə, həmin əmlakla bağlı razılaşmalar “Müflisləşmə və iflas haqqında” respublika qanununa müvafiq olaraq həll edilir. Müqavilə müddəti qurtaranadək icarəçinin hüquq və vəzifələri (müqavibdrj nazərdə tutulan) qüvvədə saxlanılır. Bu hüquqlar lizinq müəssisəsinə iqtisadi sanksiyalar tətbiq edildikdə belə saxlanılır. İcarəçi əmlaka çəkdiyi xərclərin ödənilməsini lizinq müəssisəsindən tələb etmək hüququna malikdir. Bu hal icarəçi tərəfindən əmlak lizinq müəssisəsinin razılığı ilə yaxşılaşdırıldıqda baş verə bilər. Çəkilən xərc müqavilə müddəti qurtardıqdan sonra və ya müqavilə pozularsa, geri qaytarılır. Əmlaka çəkilən xərclər lizinq müəssisəsinin razılığı olmadığı hallarda da ödənilə bilər. Əmlaka zərər vurmadan onun yaxşılaşdırılmasına çəkilən xərcləri lizinq müəssisəsi ödəmədikdə, icarəçi əmlakı geri qaytaran zaman həmin yaxşılaşdırmaları götürmək hüququna malikdir. İcarəçi əmlakın qorunmasına və öz təyinatı üçün istifadə etməsinə borcludur. Əmlakdan istifadə olunmasında icraçının cavabdehliyi müqa'hlənin tələblərinə uyğun olmalı və əmlakın qorunmasında müqa ü- .ıiüddəti qurtaran dövrədək məsuliyyət daşımalıdır. İcarəçi tərəfinuən müqavilə müddəti ərzində əmlakın istifadəsi ilə əlaqədar çəkilən xərclər ödənilir. Əmlak lizinq müəssisəsinə icarəçi müfiisləşdikdə qaytarılır. Respublikanm “Müflis-

  1. fəsil. Lizinq xidməti, onun hüquq vəzifshri 617

ləşmə və iflas haqqında” qanununa uyğun olaraq icarəçi ilə lizinq müəssisəsi arasında münasibətlər yenidən nizama salınır. Əmlakın icarəçi tərəfindən qəbul olunması zamanı hər hansı bir çatışmamazlıq üzə çıxarsa, həmin nöqsanlar qəbul protokolunda qeyd edilməlidir. Əmlakı satan hüquqi və fiziki şəxslər qarşısında çatışmamazlıqların aradan qaldıniması ilə əlaqədar tələbləri irəli sürülür. Bu barədə lizinq müəssisəsinə xəbərdarlıq edilir. İcarəçi özünün iqtisadi vəziyyəti barədə lizinq müəssisəsinə məlumat verir. Bu məlumat müqavilə müddəti ərzində verilə bilər. İcarəçi lizinq müəssisəsinə həm də mühasibat və digər hesabatları da təqdim etməİidir. Bu barədə məlumat zərurət yarandığı halda verilir. Lizinq müqaviləsində göstərilmiş təminat haqqında məlumatın icarəçi tərəfindən lizinq müəssisəsinə verilməsi də zəruri hesab olunur. Müqaviləyə görə icarəçi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Hüquqi və fiziki şəxslər tərəfindən icarəçinin hüquqlarına və qanuni mənafelərinə xələl gətirilərsə, icarəçi onlardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edə bilər.

İcarəçi tərəfindən əmlak qorunub saxlanılmalı və öz təyinatına görə istifadə olunmalıdır. Lizinq müəssisəsi buna nəzarət etmək hüququna malikdir. Lizinq müəssisəsi lizinq obyekti olan əmlaka mülkiyyət hüququnu müqavilə müddəti ərzində digər fiziki və hüquqi şəxslərə vennək iqtidarında deyildir. İcarəçinin əmlak üzərində apardığı yaxşılaşdırmalara görə çəkdiyi xərcləri lizinq müəssisəsi tərəfindən ödənilə biİər. Bu xərclər lizinq müəssisəsinin razılığı olmadan icarəçinin əmlak üzərində apardığı yaxşılaşdırmaları əmlaka zərər vurmadan ondan ayıra bilmədiyi hallarda da ödənilə bilər. Müqavilə müddəti ərzində icarəyə verilmiş əmlak lizinq müəssisəsi tərəfindən sığorta etdirilməlidir. Lizinq haqqının ödənildiyi və gecikdirildiyi hallarda lizinq müəssisəsi icarəçidən peniya tələb etmək və ya müqaviləni pozmaq hüququna malikdir. Hüquqi və fiziki şəxslər tərəfindən lizinq müəssisəsinin hüquqlarına və qanuni mənafelərinə xələl gətirilərsə, lizinq müəssisəsi onların hərəkətlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edə bilər. Müqavilədə nəzərdə tutulmuş qaydaya və müddətə uyğun olaraq əmlakın satıcısı əmlakın haqqını lizinq müəssisəsindən tələb 'i- mok iqtidarına malikdir. Müqavilədə göstərilən müddət ərzində lizinq müqaviləsinin obyekti olan əmlak satıcı tərəfindən texniki sənədlərə uyğun olaraq iearəçiyə təhvil verilməlidir. İcarəçinin təqsiri olmadan əmlakla bağlı yaranan hər hansı qüsur əmlakın satıcısı tərəfindən aradan qaldırıla bilər. Dəyən zərəri təminat müddəti ərzində əmlakın satıcısı öz vəsaiti hesabına ödəməlidir. Lizinq xidmətini həyata keçirən müəssisələr üçün güzəştlər də nəzərdə tutulur. Bu güzəştlər dövlət tərəfindən müvafiq qaydada verilə bilər.

Lizinq müəssisəsinə müqavilə müddəti qurtardıqda, müəssisə ləğv olunduqda, lizinq müəssisəsinin və icarəçinin qarşılıqlı razıhgı olduqda, məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı əsasında əm-


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   436   437   438   439   440   441   442   443   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə