Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə442/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   436   437   438   439   440   441   442   443   444
XXXIX FƏSIL,

Lizinq xidməti, onun hüquq vəzifələri

§ 1. Lizinq haqqında anlayış və onun xidmət formaları


Lizinqin həyata keçirilən xidmət növü istehlakçının sifarişi əsasında əmlakın satın alınması və onu istehlakçıya müəyyən müddətə (orta və uzun müddətə) icarəyə verilməsi məqsədi daşıyır. Bunun üçün satıcı, lizinq müəssisəsi və icarəçilər arasında müqavilə bağlanılır. Lizinq əmlakı satın alıb onu icarəyə verən müəssisədir. Hüquqi və fiziki şəxslər lizinq müəssisəsindən əmlakı icarəyə götürə bilərlər. Lizinq müqaviləsinin obyekti əmlak sayılır. Əmlakın qəbul edilməsi, quraşdırılması və istismara verilməsi ilə əlaqədar olaraq sənəd imzalanır. Bu sənəd lizinq subyektləri tərəfindən imzalanır. Əmlakı icarəyə götürən hüquqi və ya fiziki şəxs lizinq müəssisəsinə haqq ödəyir. Həyata keçirilən lizinq xidməti qanunla, digər qanunvericilik aktları və respublikanın beynəlxalq müqavilələri (sazişləri) ilə tənzimlənir. Bu qanun lizinq müqaviləsinin subyektlərinə şamil edilir. Onlar respublikada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdir.

Lizinq xidməti yönəldilən vəsaitin mənbəyinə, lizinq haqqının tərkibinə, lizinq müqaviləsi subyektlərinin iştirakına görə aşağıdakı formada həyata keçirilir:



  • lizinq müəssisəsinin öz vəsaiti və digər mənbələrdən cəlb olunmuş vəsait hesabına həyata keçirilən xidmət. Bu halda lizinq müəssisəsinin vəsaiti xidmətin ümumi dəyərinin 30 faizindən az olmamalıdır;

  • lizinq müəssisəsinin mənfəəti daxil edilməklə lizinq haqqı ödənilən xidmət, xidmət xərcləri əmlakın satınalma dəyəri;

  • həyata keçirilən xidmətdə satıcı, lizinq müəssisəsi icraçıların birgə iştirakı. Xidmət işləri kimi tərəfin iştirakı ilə də həyata keçirilə bilər. Bu maliyyə vəsaitinə ehtiyacı olan müəssisə öz mülkiyyətində olan əmlakını lizinq müəssisəsinə satdığı və əmlakı satdığı həmin müəssisədən icarəyə götürdüyü vaxt baş verir.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   436   437   438   439   440   441   442   443   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə