Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə440/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   436   437   438   439   440   441   442   443   444
auditorlar tərəfindən üçüncü şəxsə verilən məlumat ciddi məcburiyyət nəticəsində əldə edilmişdirmi?

  • həmin məlumatlar müəssisənin kommersiya sirlərini əhatə edirmi?

    “İnformasiya, informatikləşmə və informasiyaların müdafiəsi” haqqında qanuna əsasən informasiya prosesində iştirak edən subyektin hüquqlarının qorunması və informasiyanın müdafiəsi zamanı yaranan münasibətlərin tənzimlənməsi həyata keçirilir. Bu da təqdim edilmə formasından asılı olmayaraq şəxslər, predmetlər, faktorlar, hadisələr və proseslər haqqında məlumatları özündə əks etdirir. Beynəlxalq audit praktikasında informasiya mülki hüququn obyekti hesab edilir.

    Mülki hüquq obyektinə informasiya sərbəst şəkildə aid edilər, bir şəxsdən digər şəxsə istənilən üsulla verilə bilər. İnformasiya dövriyyədən çıxarılmadıqda və ya onun dövriyyəsi məhdudlaşdırılmadıqda informasiyanın dövriyyəsi təmin edilir.

    Mülki hüquqi obyektinin növləri kimi dövriyyəyə buraxılmayan və ya dövriyyədən çıxarılan informasiyalar göstərilməlidir.

    Yalnız dövriyyənin müəyyən iştirakçıları üçün nəzərdə tutulmuş mülki hüquqi obyektinin növləri (onlar dövriyyəyə xüsusi icazə üzrə buraxdır və onların dövriyyə qabiliyyəti məhdudlaşdırılır) qanunvericilikdə nəzərdə tutulmuş qaydalar əsasında müəyyən edilir.

    İnformasiyanın dövriyyədən kənarlaşması və ya onların dövriyyəsinin məhdudlaşdırılması aşağıdakı informasiya kateqoriyalarından asılı olaraq həyata keçirilir:

    612 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan



    1. Açıq və ya əlverişli.

    2. Dövlət sirlərini təşkil edən.

    3. Konfidensiallıq.

    Dövlət sirləri haqqında informasiya və onun qorunrnası “Dövlət sirləri haqqında” qanuna müvafiq olaraq həyata keçirilir. İnformasiyanın konfidensial xarakter daşıması qanunvericilikdə müəyyən edilmiş qaydada tənzimlənir. İnformasiyanın ikinci kateqoriyası dövriyyədən çıxarıla bilər. Üçüncü kateqoriyadan olan informasiyalar isə məhdud dövriyyəyə malik olur. Mövcud qanunvericiliyə əsasən birinci kateqoriyaya malik informasiyaların dövriyyəsinə heç bir məhdudiyyət qoyulmur. Bu zaman əsas vəzifə informasiyanın konfidensiallığını məhdudlaşdırmaqdan və informasiyanın aşkarlanmasını təmin etməkdən ibarətdir.

    “Xidməti və kommersiya sirləri haqqında” qanuna müvafiq olaraq informasiya o halda xidməti və kommersiya sirri hesab edilir ki, onlar aşağıdakı şərtlərin yerinə yetirilməsini təmin etsin:



    1. İnformasiyalar həqiqi və potensial olmaqla fərqləndirilir.

    2. Bu informasiyaların sərbəst şəkildə əldə edilməsi mümkün deyildir.

    3. İnformasiyanın sahibi onun konfidensiallığının qorunması ilə bağlı müvafiq tədbirlər görür.

    Xidməti və kommersiya sirri hesab edilməyən məlumatlar qanunvericilik və digər hüquqi aktlar əsasında müəyyən edilir. Bu hüquqi aktlar mülkiyyətin dövlətsizləşdirilməsi prosesi ilə eyni vaxtda qəbul edilrnişdir.

    İqtisadi subyektin kommersiya sirrlərini təşkil etməyən informasiyalara aşağıdakılar aid edilir:



    1. Təsis sənədləri (müəssisənin yaradılması haqqında qərar ya təsisçilərin müqaviləsi) və nizamnamə;

    2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədlər

    (qeydiyyat vərəqəsi s.)

    1. Maliyyə-təsərrüfat fəaliyyəti haqqında müəyyən edilmiş hesabat formaları üzrə məlumatlar və digər informasiyalar. Vergi və digər büdcə ödənişlərinin, ayırmalannın düzgün yoxlanılması üçün zəruri olan məlumatlar;

    2. Vergi və digər məcburi ayırmalann ödənilməsi haqqında sənədlər;

    3. İqtisadi subyektin ödəniş qabiliyyəti haqqında sənədlər;

    4. İqtisadi subyektin işçilərinin sayı, işçi tərkibi, onların əmək haqqı və əmək şəraiti, həmçinin sərbəst iş yerinin sayı haqqında məlumatlar;

    5. Ətraf mühitin çirklənməsi, antiinhisar qanunvericiliyinin pozulması, əmək şəraitinin təhlükəsizliyinə əməl edilməsi, əhalinin sağlamlığına zərər gətirən məhsulların satışı, həmçinin bu itkilərin yaranması ilə bağlı qanunvericiliyin pozulması haqqında məlumatlar.

    XXXVIIIfəsil. Auditorların məsuliyyəti 613

    İqtisadi subyektin rəhbərləri müvafiq tələblər əsasında yuxarıda göstərilən məlumatları təqdim etməyə borcludurlar. Tələb aşağıdakı orqanlar tərəfindən verilə Ijilər:



    • hakimiyyət orqanları;

    • idarəetmə orqanları;

    • nəzarət hüquq mühafizə orqanları;

    • qanunvericiliyə müvafiq olaraq bu hüquqa malik olan digər hüquqi şəxslər;

    • müəssisənin əmək kollektivi.

    İnformasiyaların bu cür kateqoriyalara bölünməsi və kommersiya sirri hesab edilən məlumatların müəyyənləşdirilməsi “Xidməti və kommersiya sirləri haqqında” qanuna müvafiq olaraq müəyyənləşdirilir. Adı çəkilən qanunun fəaliyyəti kommersiya sirri ilə bağlı beynəlxalq müqaviləyə əsasən qəbul edilir. Müəssisənin fəaliyyəti haqqında məlumatlar dövlət sirrlərini təşkil edir.

    Adı çəkilən qanunun ayrı-ayn bölmələri xüsusi ilə özəlləşmə prosesinə aid edilir. Əmək kollektivinin tələblərinə uyğun olaraq işçilərin əmək haqqı ilə bağlı məlumatların verilməsi kommersiya sirri hesab edilmir. Xüsusi firmalar muzdla işə cəlb edilmiş mühasibat işçilərinə firma işçilərinin əmək haqqı ilə bağlı məlumatlar verirlər.




    Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   436   437   438   439   440   441   442   443   444




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə