Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə439/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   436   437   438   439   440   441   442   443   444
610 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan

İşə məhkəmədə baxılan zaman əvvəlki auditor tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərar qəbul edən hakimin iştirak etməsi nəzərdə tutulmur.



    1. Auditorlar fəaliyyətinin həyata keçirilməsi haqqında lisenziya onu verən orqan tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər.

  1. lisenziya verilməsindən sonra auditorlardan etibarsız məlumatların əldə edilməsi faktları aşkar edildikdə;

  2. auditorlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan auditorlar fəaliyyəti həyata keçirildikdə;

v) auditin gedişində auditorlar tərəfindən əldə edilmiş məlumatların (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla) mülkiyyətçinin icazəsi olmadan üçüncü şəxsə təqdim edilməsi;

q) maliyyə-təsərrüfat sferasında fəaliyyət hüququndan məhrum edilən auditorların auditor fəaliyyətini həyata keçirməsi;



  1. auditor yoxlamalannın həyata keçirilməsi imkanlanm məhdudlaşdıran halların auditorlar tərəfindən süni surətdə gizlədilməsi;

  2. dəfələrlə qeyri-ixtisaslı auditorlar tərəfindən apanlan yoxlamanın həyata keçirilməsi və ya auditorlar xidmətinin göstərilməsi.

Digər hallarda auditor fəaliyyətinin həyata keçirilməsi hüququ verən lisenziyanın ləğv edilməsinə yol verilmir.

    1. Qanunvericilikdə müəyyən edilmiş qaydada lisenziya əldə etməyən fiziki şəxslər tərəfindən auditorlar fəaliyyətinin həyata keçirilməsi. Həmin fiziki şəxslər prokurorluğun, Dövlət Vergi xidməti orqanlarının iddiası ilə məhkəmənin qərarı əsasında aşağıdakı qaydada cərimə edilir:

  1. qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilmiş gəlirlər və həmçinin sifarişçinin digər xərcləri fiziki şəxs tərəfindən qaytarılır;

  2. qanunvericilikdə müəyyən edilmiş minimum əmək haqqının səviyyəsinin 50-dən 100-ə qədər misli həcmində cərimə respublika büdcəsinə ödənilir.

Cinayət Məcəlləsində auditorların məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsində göstərilir ki, xüsusi səmərə əldə etmək məqsədi ilə öz səlahiyyətlərini həyata keçirən auditorların fəaliyyəti dövlət və ya cəmiyyətin qanunla qorunan maraqlarına, həmçinin vətəndaşlann və təşkilatlann hüquqi mənafelərinə nəzərəçarpacaq ziyan vurur. Bu halda onlar minimum əmək haqqının səviyyəsinə və həmçinin onlara bərabər tutulan digər gəlirlərin 500-dən 800-ə qədər misli həcmində cərimə edilirlər. Eyni zamanda həmin şəxslər 3 aydan 6 aya qədər həbs edilirlər. Bununla yanaşı olaraq, üç ilə qədər auditorluqla bağlı hər hansı fəaliyyəti həyata keçirmək hüququndan məhrum edilirlər.

Auditorların məsuliyyətinin minimum səviyyəsini müəyyənləşdirmək üçün aşağıdakı qaydadan istifadə edilir:



  1. Yalnız dəqiq müştərilərlə fəaliyyət göstərmək.

  2. İxtisaslı personalları cəlb etmək, onları adekvat olaraq hazırlamaq və fəaliyyətlərinə nəzarət etmək.

  1. fəsil. Auditorların məsuliyyəti 611

  1. Peşəkar auditor standartlarına əməl etmək.

  2. Bütün hallarda müstəqilliyi saxlamaq.

  3. Yüksək keyfiyyətli audit həyata keçirmək.

  4. Görülən hər hansı bir işi düzgün və keyfiyyətli şəkildə sənədləşdirmək.

  5. Auditor firmasının fəaliyyətini, auditorlar və müştərilər arasındakı qarşılıqlı öhdəlikləri dəqiq sənədlərlə təsdiq etmək.

  6. Auditorlar və müştərilər arasındakı qarşılıqlı münasibətdə kon- fıdensiallığı saxlamaq.

  7. Müştəri biznesini dərk etmək.

  8. Adekvat sığorta fəaliyyətini təmin etmək.

  9. İxtisaslaşmış hüquqi konsultasiyalardan və bu məqsədlə ixtisaslaşmış konsultantlardan istifadə etmək.

Konfldensiallığa əməl olunması ilə əlaqədar auditorlar məsuliyyət daşıyırlar, İnformasiyanın konfıdensiallığına auditorlar əməl etməlidirlər.

Audit yoxlamalarının gedişində əldə edilmiş məlumatların (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna edilməklə) mülkiyyətçinin icazəsi olmadan üçüncü şəxsə təqdim etdiyinə görə auditorlar əldə etdikləri lisenziyalardan məhrum oluna bilər. Bu zaman aşağıdakı hallar mühüm əhəmiyyət kəsb edir:


1   ...   436   437   438   439   440   441   442   443   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə