Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə437/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   433   434   435   436   437   438   439   440   ...   444
    Bu səhifədəki naviqasiya:
  • XXXVIII
Auditorların vəzifələri:

  1. Qanunvericiliyinin tələbləri əsasında auditor fəaliyyətinin həyata keçirilməsi zamanı qeyd-şərtsiz aparılması;

  2. Auditor fəaliyyətini tənzimləyən qanunun qəbul edilməsinə qədər müvəqqəti qaydalara əməl edilməsi;

  3. Auditor fəaliyyətinin həyata keçirilməsinə hüquqlar verən attestasiyaların aparılması;

  4. Auditor fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi;

  5. Konfidensiallıq şərtlərinə əməl edilməsi;

  6. İstehsal prosesində cinayət əməlləri olduğu hallarda prosessual qanunvericiliyə uyğun olaraq dövlət orqanlarının tapşırığı ilə auditor yoxlamaların həyata keçirilməsi. Auditor yoxlamalarının aparılma müddəti iki aydan çox olmamalıdır;

  7. Sahibkarlıq fəaliyyətini həyata keçirərkən audit prosedurasında əldə edilən informasiyalardan üçüncü şəxslər tərəfindən istifadə edilməsinə yol verilməsi;

  8. Audit yoxlamaların həyata keçirilməsindən aşağıdakı hallarda imtina edilir:

  1. əgər auditorlar iqtisadi subyektin təsisçiləri, mülkiyyətçisi, səhmdarları, rəhbər və digər vəzifəli şəxsləri kimi çıxış edirsə;

XXXVIII fəsil. Auditorların məsuliyyəti 607

  1. iqtisadi subyektin mühasibat hesabatının aparılmasında auditorlar məsul şəxsdirsə;

v) mühasibat uçotunun həyata keçirilməsi, həmçinin maliyə hesabatının tərtib edilməsi zamanı iqtisadi subyektə müvafiq xidmətlər göstərilərsə;

  1. Müqavilələrin bağlanmasından sonra görülən işin həcminin artması ilə əlaqədar əlavə auditorların yoxlamalara cəlb edilməsinin zəruriliyi. Bu barədə sifarişçiyə, həmçinin dövlət orqanlarına təcili olaraq məlumat verilməsi;

  2. Auditor yoxlamasının peşəkar səviyyədə həyata keçirilməsi;

  3. Auditor yoxlamasının gedişində əldə edilmiş və tərtib edilmiş məlumatların saxlanmasının təmin edilməsi;

  4. Qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla mülkiyyətçilərin razılığı olmadan onların açıqlanması;

  5. Auditor yoxlamasının həyata keçirilməsi və auditor yoxlama- lannın gedişində əldə edilən informasiyaların iqtisadi subyektlərə təqdim edilməsi.

Auditor firmaları və auditorlar aşağıdakı hüquqlara malikdirlər:

  1. Öz fəaliyyətinin kordinasiyası və ya öz peşəkarlıq mənafelərinin müdafiəsi məqsədi ilə ittifaqların, assosiasiyaların və digər birliklərin yaradılması.

  2. Mühasibat uçotunun həyata keçirilməsi, mühasibat hesabatları və gəlirlər haqqında deklarasiyaların tərtib edilməsi, təsərrüfat-maliyyə fəaliyyətinin təhlili, iqtisadi subyektin aktiv və passivinin qiymətləndirilməsi, maliyyə, vergi, bank və digər təsərrüfat qanunvericiliyi ilə bağlı məsələlər haqqında konsultasiya üzrə xidmətlər göstərilməsi, yoxlamaların həyata keçirilməsi.

  3. İstintaq, prokurorluq, məhkəmə orqanlarının müəyyən etdiyi qaydalar əsasında maliyyə hesabatının yoxlanılması.

  4. Öz fəaliyyətinə görə mükafatlandırılması.

  5. Normativ aktların tələblərindən, həmçinin iqtisadi subyektlərlə bağlanan müqavilələrin şərtlərindən çıxış edərək auditor yoxlamalarının forma və metodlarının müstəqil olaraq müəyyənləşdirilməsi.

  6. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti, pul vəsaitləri, qiymətli kağızlan, maddi qiymətliləri ilə bağlı auditor yoxlamaları üçün zəruri olan əlavə məlumatların əldə edilməsi.

  7. Auditor yoxlamalarının həyata keçirilməsi üçün üçüncü şəxslərdən zəruri olan informasiyaların yazılı şəkildə əldə olunması.

  8. Yoxlamaların həyata keçirilməsi ilə bağlı dövlət orqanlarının tapşırıqlannm əsas götürülməsi.

  9. Auditor yoxlamaları aparılarkən bu yoxlamalara müstəqil fəaliyyət gösterən auditorların və həmçinin digər mütəxəssislərin müqavilə əsasında cəlb edilməsi.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə