Nəzakət səLİmova


Məktubun məqsədi, mahiyyəti və müəllifin



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   2   3   4   5   6   7   8   9   ...   41
N zak t s L mova

3. Məktubun məqsədi, mahiyyəti və müəllifin 
əsas fikrinin (ideyasının) şərhi. 
Bu məktubun əsas hissə-
si olmaqla, onun yazılmasının səbəbini, mövcud olan və 
ya qurulacaq münasibətlərin mahiyyətini özündə əks etdi-
rir. Ona görə də işgüzar məktubların hazırlanması zamanı 
onun məqsədi, mahiyyəti və məktub müəllifinin əsas fikri-
nin (ideyasının) şərhinə xüsusi diqqət yetirilməlidir. 
4. Mövcud problemin həlli üçün təkliflərin, töv-
siyələrin, xahiş və ya şikayətin əks etdirilməsi. 
Məlumat 
xarakterli məktublar istisna olmaqla, demək olar ki, bütün 
məktublar onların göndərildikləri ünvandan müəyyən 
reaksiyaların olması ehtimalını nəzərdə tutur. Ona görə də 
işgüzar məktubların hazırlanması zamanı məktub müəllifi 
yalnız həll edilməsi zəruri olan problemin deyil, eyni za-
manda onun həlli istiqamətində özünün təklif etdiyi va-
riantların da şərh edilməsinə diqqət yetirməlidir. Həmin 
məktublarda şikayət xarakterli məlumatlar əks olunursa, 
bu zaman müvafiq tədbirlərin görülməsi xahiş edilməli, 
qarşılıqlı əməkdaşlaq istiqamətində təkliflər verilirsə, 
onun həlli variantları şərh olunmalıdır. Beləliklə, məktu-
bun ünvanlandığı və onu alan şəxs nəinki ondan «nə istə-


13 
nildiyini» bilməli, habelə məktub müəllifi tərəfindən bu 
istək və arzuların necə həyata keçirilməsi üçün qarşı tərə-
fin konkret təkliflərini və onların həlli yollarını da başa 
düşməlidir. Qeyd olunan tələblərə düzgün əməl edilməsi 
məktub müəllifinin və məktubun ünvanlandığı tərəfin qar-
şılıqlı münasibətlərin, inam və etimadın yaranması və 
möhkəmlənməsində, beləliklə də, qarşıya qoyulan məq-
sədlərə nail olunmasında mühüm əhəmiyyətə malikdir.
5. Məktubun qısa yekunu və nəticələri. 
İşgüzar 
məktubda başlığın (mövzunun) seçilməsi, 
s
alamlama, 
məktubun məqsədi, mahiyyəti və müəllifin əsas fikrinin 
(ideyasının) şərh edilməsi, habelə mövcud problemin həlli 
üçün təkliflərin, tövsiyələrin, xahiş və ya şikayətin əks et-
dirilməsi ilə bağlı hissələri başa çatdıqdan sonra sonda 
qeyd olunan məsələlərə yekun vurularaq gəlinən nəticələr 
əks etdirilir.Məktubun məzmununun, onun müəllifinin is-
tək və arzularının düzgün başa düşülməsi, onların səmərəli 
icra mexanizminin müəyyənləşdirilməsi və həyata keçi-
rilməsinin təmin edilməsi üçün məktubun yekunu və nə-
ticələri qısa, konkret çox lakonik, aydın və asan başa dü-
şülən olmalıdır. 
Məktubu əməkdaşlığa və digər məsələlərdə qarşı 
tərəfin tutduğu mövqeyə görə minnətdarlıq ifadələri ilə 
qurtarmaq lazımdır. Bu zaman, bir qayda olaraq, aşağıdakı 
ifadələrin işlədilməsi məqsədə uyğundur: 
- «məktubunuza görə təşəkkür edirik!»; 
- «bizim təşkilatla maraqlanndığınıza görə çox sağ 
olun!» 
- «sağ olun ki, bizə müraciət etmisiniz!»; 
- «sağ olun ki, bizi seçmisiniz!»; 
- sağ olun ki, bizə üstünlük vermisiniz!»; 


14 
- «bizə qarşı olan marağınıza görə təşəkkür edirik!» 
Daha sonra isə məktubun imza yerinin qarşısında 
«hörmətlə…», «dərin hörmətlə…» «sizin…» və s. kimi 
xoş ifadələr işlətməklə onu imzalamaq lazımdır. Bu cür 
ifadələrdən düzgün, məqamında və yerində istifadə edil-
məsi qarşı tərəfin münasibətlərində müsbət meyllərin ya-
ranmasına, məsələnin həlli istiqamətində həlledici addım-
ların atılmasına və bunun məntiqi nəticəsi kimi gözlənilən 
nəticələrə nail olunmasına əhəmiyyətli dərəcədə pozitiv 
təsir göstərə bilər. 
Beləliklə, işgüzar məktubların hazırlanması və 
aidiyyəti ünvana göndərilməsi prosesi aşağıdakı ümumi 
formulaya əməl edilməklə həyata keçirilir: 
- Məktubun yazılma tarixi; 
- Məktubu alanın ünvanı; 
- Məktubun göndərildiyi konkret şəxsin adı, və 
soyadı; 
- Müraciət (giriş) hissəsi; 
- Məktubun ümumi məzmunu, yəni mövzusu; 
- Məktubun əsas mətni; 
- Minnətdarlıq (yekun) hissəsi; 
- İmza; 
- Məktuba əlavə olunan sənədlərin siyahısı və ya 
rəqəmlə sayı (qoşma); 
- Məktubun surətlərinin paylanması barədə göstə-
riş. 
Göstərilənləri nəzərə alaraq, işgüzar məktubların 
hazırlanması zamanı bu qaydalara əməl olunmalıdır: 
1. Məktubu hazırlamağa başlamazdan əvvəl onun 
növü düzgün seçilməli, yəni məktubun müşayət, sifariş, 


15 
məlumat, xatırlatma, etiiraz, imtina, təminat və sair for-
mada yazılacağı qabaqcadan müəyyənləşdirilməlidir. 
- məktuba cavab verilməsi zərurəti göstərilməlidir. 
Qeyd etmək lazımdır ki, etiraz tipli məktublara cavab ve-
rilməsi nəzərdə tutulmur.
- məktubun məzmunu onun ünvanlandığı şəxs üçün 
tam 
aydın 
olmalı, 
yazışmanın 
predmeti 
ilə
bağlı qarşı tərəfdə anlaşılmazlıq yaratmamalıdır.
- məktubun poçtla vaxtında qarşı tərəfə çatacağına 
tam əminlik olmadıqda o, telefaks və ya internet vasitəsi 
ilə göndərilməlidir. 
2. Məktub tərtib edilərkən qarşı tərəfə hörmətlə 
yanaşılmalıdır. 
3. Məktub yazılarkən qrammatik qaydalar düzgün 
seşilməli, ikimənalı, qeyri-dəqiq, müxtəlif elm sahələrinə 
aid olan, qarşı tərəfin başa düşə bilməyəcəyi terminlərdən 
istifadə edilməməlidir. 
4. İşgüzar məktublar təmsil olunan təşkilatın blan-
kında yazılmalıdır. Təşkilatın blankının zahiri görnüşü 
müəssisənin vizit kartoçkası olub, onun haqqında ilkin 
təəssürat yaradır. Ona görə də blankın tərtibatına xüsusi 
diqqət yetirilməlidir. 
5. Məktubun məzmunu mənasına görə abzaslara 
bölünməlidir.Bu zaman abzaslar həddən artıq böyük olma-
malıdır ki, məktubu oxuyan şəxs yorulmasın.Bunun üçün
çalışmaq lazımdır ki, birinci və axırıncı abzas dörd, qa-
lanları isə səkkiz sətirdən artıq olmasın. 
6. İşgüzar məktublar Microsoft Vord proqramında, 
12, 13,14 ölçülü şrift olmaqla 1-2 intervalda tərtib olunur.


16 
7. İşgüzar məktun hazırlanması zamanı səhifələr 
aşağıda sağ tərəfdə, bəzi işgüzar sənədlərdə isə səhifənin 
yuxarısında, ortada nömrələnir.
8. İşgüzar məktubun mətni A4 formatlı blankda 
1,5-2 sətirarası intervalla, A5 formatlı blankda bir sətir-
arası ntervalla yazılır. 
9. İşgüzar məktublara cavab verilməsi müddəti və 
qaydası “Vətəndaşların ərizə və şikayətlərinə baxılması 
haqqında Qanunla” tənzimlənir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə