Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   2   3   4   5   6   7   8   9   ...   41
N zak t s L mova

İşgüzar yazışmalar
- hər hansı sənədin səlis, ay-
dın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olu-
nan qayda və vasitələrin məcmusudur. Bu qayda və vasitə-



lərin düzgün tətbiqi sənədin praktiki əhəmiyyətini təmin 
edən mühüm şərtlərdən biri olmaqla, sənədə məna və 
məzmun dəqiqliyi verir. İşgüzar yazışmalar zamanı sənəd-
də ifadə olunan hər bir mülahizə və fikirlər kifayət qədər 
faktlarla zəngin olmalı və bu faktlarla əsaslandırılmalıdır. 
Yazışmaların aparılması zamanı sənədlər tərtib olunarkən, 
konkret faktları, məlumatları diqqətlə seçmək, yoxlamaq, 
onların dəqiq və etibarlı olmasına xüsusi diqqət yetirmək 
lazımdır. Əgər sənəddə əks olunan faktlar qeyd etdiyimiz 
pametrlərə uygun olarsa, onu oxuyan şəxs sənədin məz-
mununu başa düşməkdə çətinlik çəkməz və bunun üçün 
əlavə vasitələrə ehtiyac qalmaz. 
İşgüzar sənədlərin məqsədi müəllifin öz nöqteyi-
nəzərini və mövqeyini yazışmanın ünvanlandığı şəxsə çat-
dırmaqdan ibarətdir. Savadlı və inandırıcı arqumentlər bu 
məqsədə nail olunmasında əsas vasitələrdən biri kimi qiy-
mətləndirilir. Bu yazışmalar qramatik, etik və digər qayda-
lara əməl edilmədən aparıldıqda yaranmış münasibətlər 
nəinki inkişaf edə, əksinə ilk anındaca korlana bilər və 
işgüzar əlaqələr pozula bilər. Ona görə də yuxarıda qeyd 
olunan qaydalara əməl etməklə tərtib olunan işgüzar mək-
tublar onu tərtib edən şəxsin və təmsil etdiyi idarə, müəs-
sisə və təşkilatın barəsində müsbət təəsürat yarada bilər ki, 
bu da görülən işlərdə uğur qazanmağın vacib şərtlərindən 
biri kimi qiymətləndirilir.Bunun üçün işgüzar məktubların 
quruluşuna (struturuna) xüsusi diqqət yetirilməlidir

 
1.2. İşgüzar məktubun quruluşu ( strukturu) 
 
İşgüzar məktubun quruluşu ( strukturu)
 
onun zəruri və 
vacib elementlərindən biri kimi onun məna və məzmunu-


10 
nun düzgün dərk edilməsi, habelə onun oxunması zamanı 
vaxt itkisinin qarşısının alınmasında mühüm əhəmiyyət 
kəsb edir. Ona görə də işgüzar yazışmaların həyata keçiril-
məsi zamanı məktubun strukturuna dair tələblərə ciddi 
əməl edilməsi tərəflər arasında mövcud olan və ya gələ-
cəkdə yaranacaq münasibətlərin pozitiv inkişafı üçün va-
cib şərtlərdən biri kimi qiymətləndirilir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə