Nəzakət səLİmova


Strukturuna görə işgüzar məktublar beş əsas his- sədən ibarətdir:  1.Məktubun başlığı (mövzusu)



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   2   3   4   5   6   7   8   9   ...   41
N zak t s L mova

 
Strukturuna görə işgüzar məktublar beş əsas his-
sədən ibarətdir: 
1.Məktubun başlığı (mövzusu). 
Məktubun yuxarı 
hissəsinin sol tərəfində təşkilatın adı və digər rekvizitləri 
göstərilməklə künc ştampı, məktubun qeydiyyat nömrəsi, 
habelə çıxış tarixi və nömrəsi göstərilir. Məktub hər hansı 
sorğuya və yaxud məktuba cavab olaraq yazılmışdırsa, bu 
zaman məktubun hansı sənədə cavab olması barədə də 
məlumat verilməlidir. 
Məktubun sağ tərəfindən onun göndəriləcəyi ünvan 
və rekvizitlər göstərilməlidir. 
Künc ştampının alt hissəsində sənədin mətninə dair 
başlıq yerləşdirilir. Məktubun dil konstruksiyası aşağıdakı 
ifadələrlə başlaya bilər: «nəqliyyat vasitələrinin göndəril-
məsi haqqında», «ehtiyat hissələri məsələsinə dair», «təda-
rük ediləcək məhsulların sifarişi ilə əlaqədar» və s. Məktu-
bun mətninin birinci hissəsində onun yazılmasının əsası, 
səbəbi, əsaslandırılması göstərilir, onun hazırlanması zəru-
rətini yaradan sənədlərə istinadlar gətirilir. Məktubun ab-
zasdan başlanan ikinci hissədə isə nəticələr, qərarlar, xa-
hiş, təklif və s .yerləşdirilir.
Məktubun başlıq hissəsində onun qısa məzmunu, 
məqsəd və mahiyyəti şərh olunur. Bu zaman mücərrəd fra-
zalardan və qeyri-müəyyən, müxtəlif mənalar verə biləcək 


11 
ifadələrdən istifadə edilməməlidir ki, onu oxuyan qarşı 
tərəf üçün tələb və ya ona təklif olunan məsələlər tam şə-
kildə aydın olsun. Məsələn, «Müqavilə şərtlərinin dəyişdi-
rilməsi», «Yeni qiymətlərin müəyyən edilməsi», «Əmək-
daşlıq məsələlərinin müzakirəsi üçün işgüzar görüşün ke-
çirilməsi barədə təklif» və s. 
2. Salamlama
. İşgüzar yazışmaların həyata keçiril-
məsi zamanı hamı tərəfindən qəbul olunmuş, ictimai mü-
nasibətlərin iştirakçılarının mənəvi-əxlaqi və intellektual 
səviyyəsinin göstəricisi sayılan bir sıra etik davranış qay-
dalarına əməl edilməlidir ki, bunlar da qarşı tərəfə müx-
təlif müraciət formalarında özünü biruzə verir. Bu zaman 
«Hörmətli …… müəllim!», «Hörmətli …… xanım!», 
«Hörmətli …….oğlu!», «Hörmətli …..qızı!» kimi ənənə-
vi müraciəit formalarından istifadə olunur. İşgüzar mək-
tubların yazılması zamanı bir qayda olaraq, qarşıtərəfə adı, 
soyadı və atasının adı ilə müraciət olunsa da, bəzi hallarda 
onun yalnız vəzifəsinin göstərilməsi ilə də kifayətlənmək 
olar. Məsələn, «Hörmətli cənab direktor!», «Hörmətli 
cənab Baş katib!», «Hörmətli cənab Nazir!» və s. 
Qeyd etmək lazımdır ki, qarşı tərəfə adla müraciət
edilməsi psixoloji nöqteyi-nəzərdən şəxsi münasibətlər-
dəki hörməti, həmin şəxsin nüfuzu və «çəkisini» azalt-
ması, qarşılıqlı münasibətlərin o qədər də dərin olmaması 
təəssüratı yaratdığından, imkan daxilində bu cür müraciət 
formalarından istifadə edilməməlidir. Bəzən işgüzar yazış-
malar zamanı bir qrup şəxsə müraciət etmək zərurəti ya-
ranır. Bu zaman «Hörmətli bəylər və xanımlar!», «Hör-
mətli həmkarlar!», «Hörmətli dostlar!» və s.kimi ifadələr-
dən istifadə edilməsi qarşılıqlı münasibətlərin səviyyəsinə 


12 
təsir etməklə, həyata keçiriləcək fəaliyyət növünün uğurlu 
olmasına münbit şərait yaradır. 
İşgüzar məktubların hazırlanması zamanı ixtisar 
olunmuş söz və ifadələrdən (məsələn, «cənab» əvəzinə
«c-b», «xanım» əvəzinə «x-m», «direktor» əvəzinə «d-r» 
vəsair) istifadə edilməsi də qarşılıqlı münasibətlərdə arzu 
olunmaz hal kimi qiymətləndirilə və gələcəkdə qurulması 
nəzərdə tutulan işgüzar münasibətlərə mənfi təsir göstərə 
bilər. Ona görə də bu tipli müraciət formalarından imtina 
edilməsi məqsədəuyğun hesab olunur. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə