Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
N zak t s L mova

(sənədin adı) 
tarixi________________ 
Sərəncamverici sənədlərə edilən əlavələrin və digər 
sənədin məzmununu tamamlayan və ya onu izah edən əla-
vələrin, habelə müvafiq sərəncamverici sənədlə təsdiq olu-
nan və ya qüvvəyə minən əlavələrin (müstəqil əhəmiyyətə 
malik olan hüquqi akta edilən əlavələr) sayı çox olarsa
həmin əlavələr nömrələnməlidir (məsələn, 1№-li, 2 №-li 
əlavə və s.). 
Əlavələr sərəncam sənədləri olmadan paylandığı 
hallarda sərəncam sənədinin adı, tarixi və nömrəsi göstə-
rilməklə ona qrif qoyulur. Sənədlərə əlavələrin rekvizitləri 
və tərtibi qaydaları sənədləşmənin unifikasiya sisteminin 
tələblərinə uyğun olmalıdır. 
Nazirliklər və digər qurumlar idarəçilik sənədləri-
nin sayının məhdudlaşdırılması məqsədi ilə öz qarşılarına 
qoyulmuş funksiyaların və vəzifələrin yerinə yetirilməsi-
nin səmərəliliyini təmin etmək üçün sahə tabellər tərtib 
edirlər. Həmin tabellərə ənənəvi sənədlər, habelə müasir 
hesablama texnikası vasitəsi ilə hazırlanmış sənədlər daxil 
edilir.Tabel onu tərtib edən vəzifəli şəxs tərəfindən imza-
lanır və təşkilatın rəhbəri tərəfindən təsdiq edilir.Tabelin 
aparılması, ona əlavə və dəyişikliklərin edilməsi sənəd tə-
minatı xidməti tərəfindən həyata keçirilir. Tabeldə 
göstərilməyən sənədlərin tərtibatı qadağan olunur. 


62 
3.3.İdarəçilik sənədlərinin unifikasiyası və 
standartlaşdırılması 
 
Hazırda müasir dünya siyasətində qlobal, regional 
və lokal problemlərin qloballaşma və mədəni inteqrasiya 
məsələsinin həllində yeni bir münasibət müşahidə edil-
məkdədir. Yalniz milli və bəşəri dəyərlərin sintezi və dün-
ya təcrübəsi yönündə həyata keçirilən islahatlar sahəsində 
dünyanı sosial-mədəni, iqtisadi, siyasi cəhətdən inkişaf 
etmiş dövlətlər səviyyəsinə çatdırmaq mümkündür. Sosial, 
mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu proseslərdə 
qarşıya çıxan problemlər yalnız idarəçilik müstəvisində və 
sənədlərin standartlaşdırılması müstəvisində həll etmək 
olar. Bunun üçün ilk növbədə dünyanın iqtisadi cəhətdən 
inkişaf etmiş ölkələrinin iş təcrübəsinin öyrənilməsi və 
ölkəyə investisiya qoyuluşunun gerçəkləşdirilməsi priori-
tet istiqamətlərdən bib hesab edilir. Bu əlaqələrin inkişa-
fına və gerçəkləşməsinə isə yalnız mükəmməl sosial-
iqtisadi siyasət nəticəsində nail olmaq mümkündür. Bu 
gün iqtisadi idarəetmədə yalnız müasir texnologiyaların 
tətəbiqi standartlaşma prosesinə müsbət təsir göstərə bilər. 
Beləki, müstəqil respublikamızın nüfuzlu beynəl-
xalq təşkilatlara tam hüquqlu üzv qəbul edilməsi, onun 
beynəlxalq imicinin formalaşmasına və iqtisadi cəhətdən 
inkişaf etmiş ölkələr içərisində öz layiqli tövhəsini ver-
məkdədir. Bu gün idarəçilik sənədlərinin unifikasiyası və 
standartlaşdırılması ölkənin iqtisadi dirçəlişində önəmli 
yerlərdən birini tutur. Bu prosesdə iqtisadi və sosial əlaqə-
lərin inkişafı öz əməli təsirini göstərmiş, onun əhatə dairə-
sini genişləndirmiş və yeni sahələrini reallaşdırmışdır. Sə-
nədlərin unifikasiyası və standartlaşdırılması həm də cə-


63 
miyyətdə qloballaşma, inteqrasiya və innovasiya proseslə-
rinin sürətləndirmişdir. Unifikasiya və standartlaşdırma 
özündə yalnız elmi nəzəri müddəaları deyil, idarəçilik pro-
sesinin emprik əlaqələrini də birləşdirib. Bu sahənin prin-
sipial xüsusiyyətlərindən biri də odur ki, o öz predmetinin 
tədqiqində müasir dünyanın obyektiv real seçir və ümum-
bəşəri dəyərlərə istifadə edir. Bu sahə həyat reallıqlarını, 
cəmiyyətdə yaxşı fəaliyyət göstərən hər bir fərdin sosial 
iqtisadi və ictimai əlaqələr siyasəti sayəsində zamanın tə-
ləblərinə cavab verən yenilikçi islahatların reallaşdırılma-
sını həyata keçirilməsini tələb edir. Bu baxımdan idarə-
çilik sistemində sənədlərin unifikasiyası və standartlaşdı-
rılması dövlətin iqtisadi və hüquqi siyasətində önəmli 
yerlərdən birini tutur. 
İdarəçilik sənədlərinin unifikasiyası eyni tipli idarə-
çilik funksiyalarının həyata keçirilməsini fiksasiya edən 
sənədlərin tərkibi və formasında vahidlik yaradılmasından 
ibarətdir. 
İdarəçilik sənədlərinin standartlaşdırılması həyata 
keçirilmiş unifikasiyanın və onun məcburiliyi səviyyəsinin 
hüquqi cəhətdən rəsmiləşdirilməsi formasıdır.
Standartların aşağıdakı kateqoriyaları müəyyən 
edilmişdir: 
- dövlət standartları; 
- sahəvi standartlar
- respublika standartları.
 
İdarəçilik sənədlərinin unifikasiyası tətbiq olunan 
sənədlərin kəmiyyətinin məhdudlaşdırılması, onların for-
malarının tipikləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, 
işlənib hazırlanması zamanı əmək sərfinin azaldılması, ey-
ni adlı və qarşı funksiyalı idarəçilik üzrə sənədləşmənin 


64 
müxtəlif sistemlərinin uyğunluğuna nail olunması, elek-
tron-hesablama texnikasından daha səmərəli istifadəni tə-
min etmək məqsədi ilə həyata keçirilir. Sənədlərin unifi-
kasiyası aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə 
tutur:
 
- sənədləşmənin müvafiq sisteminə cavabdeh olan 
nazirliklər və digər qurumlar tərəfindən həyata keçirilən 
unifikasiya sisteminin işlənib hazırlanması; 
- respublika və sahəvi unifikasiya sistemlər çərçivə-
sində sahələrarası unifikasiya sisteminin tətbiqi; 
- məlumatların dəqiqliyini və sonrakı inkişafını tə-
min etmək məqsədi ilə texniki-iqtisadi sənədləşmənin sa-
həvi təsnifatının və sənədlər dərin unifikasiya sisteminin 
aparılması; 
- unifikasiya sisteminə daxil olmayan, habelə kon-
kret sahənin spesifikliyini əks etdirən sahəvi sənədlər 
kompleksinin hazırlanması və onların dövlət qeydiyyatına 
alınması; 
- sahənin spesifikliyini özündə əks etidrən texniki-
iqtisadi xarakterli məlumatların sahəvi təsnifatının hazır-
lanması. 
İdarəçilik sənədlərinin unifikasiyası və standartlaş-
dırılmasına təşkilati və metodiki rəhğbərliyi, müvafiq işlə-
rin əlaqələndirilməsi və onun üzərində nəzarəti müvafiq 
baş idarələr həyata keçirir. Sahəvi səviyyədə isə bu 
funksiyanı onların tabeliyində olan sahəvi orqanlar həyata 
keçirir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə