NəSİMİNİN İraq divani



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə55/65
tarix14.06.2018
ölçüsü0,54 Mb.
#48875
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

 
 
Məndə sığar iki cahan, mən bu cahana sığmazam, 
Gövhəri-laməkan möənəm, kövnü məkanə sığmazam. 
 
beytində daha dərin fəlsəfi mə'na hürufilik ideyasının poetik ifadəsi öz əksini 
tapmışdır. Nəsimi həmin şe'rində deyir ki, Allah mərtəbəsinə çatmış hürufi-kamil 
insanın özü də “gövhəri-laməkan”dır. Yə'ni onun da allah kimi yeri və məqamı 
mə'lum deyildir. Bir halda ki, allahdan başqa heç bir şey yox imiş, “kün” (ol!) sözü 
ilə dünya yaranmışdır, deməli, məntiqi nəticə budur ki, hər iki dünya allahın 
varlığından kənardır. Allah isə bu dünyaya sığan deyil, hətta ikinci dünya da onun 
varlığını özündə yerləşdirə bilməz. Bundan əlavə, dinə görə allahın xüsusi məkanı 
yoxdur, o hər yerdə mövcuddur. 
 Beləliklə, Nəsimi bədii məntiqi nəticə ilə deyir ki, mən “gövhəri-laməkanəm”, 
məkanı bilinməyən allah mənəm və onun kimi əzəmətliyəm. O bu dünya ilə o biri 
“dünya”ya sığmadığı kimi, mən də “iki cahana” məhz allah kimi sığmıram. 
Nəsiminin bu beytdə, həqiqətən, “iki cahan” sözlərini işlətdiyini yəqin etmək üçün 
başqa beytlərini xatırlayaq: 
 
Mişkin saçın hər tarəsin “iki cahana” verməzəm... 
“İki aləmin” vücudu ayağın tozuna dəgməz...  
...Gəl, ey dilbər, “iki aləmdə” cansan... və s. 
 
 
Nəsimi burada zəmanəsindəki “aləmi-ərvah” (o birn dünya, ruhlar aləmi) və 
“aləmi-ünsür” (bu dünya) və s. mövcud anlayışları məhz iki dünya mə'nasında 
işlətmişdir. 
Nəsimi zəmanəsinin ümumi xəlqi danışıq ifadələrini də iki çahan, iki aləm, iki dünya 
ilə əlaqədar işlətmişdir: 
 
Dua ilən nə diləyim səninçin həqdən kim, 
“İki cahan” sana həqdən müyəssər olmuşdur. 
 
 
“İnna ileyhi raciun”-Qur'anın “Bəqərə” adlanan 2-ci surəsinin 156-cı 
ayəsindən alınmış və 21, 23-cü surələrində işlənən bu ifadənin qısa mə'nası: 
“doğrudan da, biz onun (allahın) tərəfinə qayıdacağıq”. “və müjdə ver səbr edənlərə, 
elə səbr edənlərə ki, onlara müsibət, bəla yetişən vaxt (belə)) dedilər (deyirlər), biz 
allahın quluyuq (onun əmri ilə gəlmişik) və biz allah tərəfinə qayıdanlarıq”. 
Nəsimi “biz allahın quluyuq” ifadəsini qəbul etmir və deyirdi: 
 
Zahida, sən məni bəşər sanma, 
Adəmi surətində rəhmanəm... 
Dəftərimdə əlifdurür Qur'an, 
Nöqtə şəklində gör nə divanəm... 
 
 
Nəsimi öz fikrini əsaslandırıb deyirdi ki, sonsuz mə'nəvi əzəli ümman coşub, 
əzəl sirri aşkar olanda, dünya yaranmışdır. İlk varlıq Günəş idisə, insanlar onun 
zərrəsi kimi zahirə çıxdı. İlk varlıq nəqqaş, insan isə hərf və rəqəmləri özündə 


 
 
təcəssüm etdirən ən gözəl nəqş (gözəllik təcəssümü) oldu. 
 
Əzəli mə'nəvi dənizdən qətrə şəklində ayrılan insanların özlərini dərk etməsi 
nəticəsində nəhəng ümmana, okeana (mühiti-ə'zəmə) çevrildilər. İkilik (ilahi varlıq və 
insan) aradan qalxdı. Sən də ərşdə yerləşmiş allah məqamında olan bir varlıqsan. Sən 
həmin istivadan keçmədən, əsarətdən özünu qurtara bilməzsən: 
 
Çün sən keçəsən bu istivadən, 
Azad olasan qamu bəladən. 
 
 Bunu 
isə ancaq Fəzlüllah kimi “özünü gizli xəzinə kimi aşkarlayan” imam 
(rəhbər, başçı, hürufilik təriqətinə rəhbərlik edən şəxs, kamil insan) sənə kömək edə 
bilər: 
 
Gəldi Fəzlüllah imami qeybdən, 
Küntə kənzin sirrini qıldı əyan. 
 
Və yaxud: 
 
Taki Fəzlüllaha verdim könlümü, 
Bigüman allaha verdim könlümü. 
 
 
Şair burada insana müraciətlə deyir ki, sən özünü dünyanın ağası hesab et, ey 
insan! “Adəmi fəzli xuda bil, adəmi”, “Kainata kandxuda bil adəmi”. “Sahibi-ərzü 
sama bil adəmi”. “Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün”. “Məndən uludur 
ayətim!..” 
 
Şair belə hesab edirdi ki, bütün bu keyfiyyətlərini dərk edən insan ilk mə'nəvi 
ümmandan ayrılmış bir damla şəklində qalmamalı, qula çevrilməməli, məhv 
olmamaq, qurumamaq üçün həmin ümmana tərəf qayıtmalıdır. Qur'andakı “allaha 
tərəf qayıdaq”, fikri də insanın öz uca mə'nəvi varlığına, özünü dərk etməsi 
məqamına çatmasına işarədir. 
 
“İnna fətəhna”-bir neçə şe'rində işlədən Nəsimi onu hürufilik baxımından 
izah etmişdir. Nəsimi belə əsaslandırır ki, həmin ifadə 10 hərfdən ibarətdir. Bu 
ifadənin dörd yerində (məqamında), bir yerində iki, başqa üç yerində bir nöqtə 
işlənmişdir. Bunların cəmi 14 olur. Şair dedikdə ki, “yüzün inna fətəhna”dır, elə bir 
nəticəni ifadə edir ki, insanın üzündə hürufilər üçün müqəddəs olan 14 nişan 
toplanmışdır. 
 
Yüzün “İnna fətəhna”dır, “təbarək” şə'ninə münzəl, 
Bu vəchi “Əhsəni-surət” bilənlər əhli-ürfandır. 
 
 Bu 
sözlər Qur'anın “Fəth” adlanan 48-ci surəsinin 1-ci ayəsindən alınmışdır. 
Şərhçilər bu surənin həmin ayəsini Məhəmmədin ayrı-ayrı şəhərləri (Məkkə, Bədr və 
s.) gələcəkdə fəth edəcəyi, vuruşlarda qələba çalacağı münasibətilə “göndərildiyini” 
sübuta yetirirlər. Bə'ziləri da bu ayəni belə şərh edirlər ki, guya allah Məhəmmədə 
yalnız Məkkə şəhərini deyil, bütün ürəkləri fəth edəcəyini qabaqcadan xəbər verib, 


 
 
onu təbrik etmişdir. 
 
Nəsimi bir tərəfdən hürufiliyin qələbəsini əsaslandırır; ikinca tərəfdən göstərir 
ki, insanın üzündə “fatihə” surəsinin 14 rəmzi rəqəmi (bax. “fatihə”) toplanmışdır. 
Üzün ərəb dilində qarşılığı “vəch”dir (əbcəd hesabı ilə “v”=6, “c”=3; “h”=5. 
Cəmi=14). Deməli, yuxarıdakı iki ifadə ilə vəchin əbcəd hesabının cəmi 28 olur. 
İnsan üzündəki bu 28 rəqəm isə həm insanın müqəddəsliyini, həm də hürufiliyin 
gələcəkdəki qələbəsini rəmzi mə'nada ifadə edir. 
 
Nəsimi həmçinin göstərir ki, ey insan, sən o qədər gözəl yaradıldın ki, sənin 
şanına “təbarəkəllah” (təbarək) deyildi; yə'ni “allah səni uğurlu eləsin”... 
 
İsmi-əzəm-lüğəvi mə'nası ən böyük, ən görkəmli, çox böyük ad deməkdir. 
İsmi-ə'zəm həm də allahın adlarından biridir. 
 
Kirpiklərinlə qaşun olmuşdur ismi-ə'zəm, 
Divdən dəxi nə qorxu, çün kim, pənahım oldur 
 
deyən Nəsimi burada həmçinin əbcəd hesabı ilə “6” rəqəmini nəzərdə tutur. “6” 
rəqəmi 6 tərəfli (cəhətli) dünya... 
Şair deyir ki, ey qüdrətli insan, sən hərflərin nəqş olunduğu “6” rəqəmin (ədədin) 
kiprik=4, qaş=2; Cəmi=6) timsalında bütün altı cəhətin ən ali, ilahi, ülviyyət məqamlı 
varlığısan. Heç bir divdən, sənin qorxun yoxdur. Çünki sən ismi-ə'zəmi təmsil 
edirsən. Div isə ismi-ə'zəmə yaxınlaşa bilməz!.. 
İcma'i-ənbiya-Nəsimi burada dini əfsanəyə işarə edir. Guya qiyamət günündə 
ölülər dirilən zaman “hər millətin peyğəmbəri” gələcək, hər adamın dünyadakı 
əməlinə, onu ya cənnətə, yaxud da cəhənnəmə göndərəcək. Nəsimi sözaltı mə'na ilə 
belə bir əfsanəni rədd edir: 
 
Ol gündədir hesabın, həm rahətü əzabın,  
Ol gündə həq qatında icma'i-ənbiyadır. 
 
“Ya hu”, “ya mənhu”-əsasən çağırış mə'nasını ifadə edir. Bə'zən allah 
mə'nasında da işlənir: 
 
“Ya hu...”, “ya mən hu!..” deyib hər dəm təmənna eylərəm
Rəhmətindən umaram, rəhmanı gözlər gözlərim. 
 
 “Hü”, 
“Ya 
mənhu”, “Mənhu” sözləri və xitabı müxtəlif təriqətlərdə mərasim, 
ayinlərində icra olunan hərəkətlərdə “Ya hu!”, “Mən hu!” “Ya mən hu!” şəkillərində 
işlənib və işlənməkdədir. 
 
Ya Hu-ya allah, ey allah, ey mənim allahım mə'nalarındadır. 
Bundan başqa dərvişlərin işlətdikləri “Ya hu”-ey sən, baxsana, mənə baxsana, buraya 
gəl, buraya gəlsənə mə'nalarını da ifadə edir. 
 Yovmülhesab- “Yovm” ərəbcə gün; gecə və gündüz deməkdir. Yovmülhesab 
(Yovmülqiyam Yovmüddin)-qiyamət günü; ölülərin dirilməsi günü. Nəsimi 
şe'rlərində bu sözə tez-tez rast gəlirik: 
 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə