Neoritorika bəzən də Arqumentologiya


) Əksliklərin vəhdəti və mübarizəsi qanunu



Yüklə 126,28 Kb.
səhifə7/7
tarix27.04.2023
ölçüsü126,28 Kb.
#107192
1   2   3   4   5   6   7
2) Əksliklərin vəhdəti və mübarizəsi qanunu.
Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini müəyyən edir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun mahiyyətini, inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün «eyniyyət», «fərqlilik», «ziddiyyət», «əkslik», «münaqişə» və s. anlayışlarının mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir. Bu anlayışları 2 mənada səciyyələndirmək olar:
1) «əkslik» gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi müəyyənlikdir;
2) «əkslik» ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür.
3) İnkarı inkar qanunu.
İnkarı inkar – dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. «inkar» terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, «inkar inkarı» bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislik və inkişaf. İnkarın anlaşılmasında əsasən iki münasibət – dialektik və metafizik mövqe fərqləndirilməlidir.
İnkarı inkar – gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə, idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.

5.Məntiq elminin problemi


Məntiqin aktual problemlərinin bilavasitə şərhinə başlamaq, ilk növbədə onun predmetini, meydana gəlməsini və dövrümüzə qədərki inkişaf yolunu izləmək məqsədilə ümumi təsəvvürə yiyələnmək zəruri bir işdir. Bu cür diqqət yönümündə məntiqin müasir idrak prosesində və insanların əməli fəaliyyətində prinsipial əhəmiyyətini, təfərrüat və xüsusiyyətlərini anlamaq olar.Məntiq elmi və ümumiyyətlə, təfəkkür fenomeni haqqında elementar biliklərə yiyələnmədən məntiqi problemlərin seçilməsini, onların hər birinin idrak prosesində rolunu, qarşılıqlı əlaqəsini və evristik əhəmiyyətini bütövlükdə dərk etmək çətindir. Məntiq maraqlı, çətin, qədim və zəngin tarixi olan dünyəvi elmlərdəndir, bəşəriyyətin mənəvi həyatının mürəkkəb, çoxcəhətli fenomenidir. Buna görə də müxtəlif tarixi dövrlərdə ayrı-ayrı mütəfəkkirlərin bu elm haqqında söylədikləri cürbəcür fikirləri təbii hesab etmək lazımdır. Bir çox alimlər məntiqi «fikirlərin praktik silahı» adlandırırdılar. Bəzi mütəfəkkirlər məntiqi «fikirləşmək və mühakimə yürütmək sənəti» hesab edirlər. Bir qrup filosoflar isə məntiqə fikir fəaliyyətinin qaydalarının, sərəncam və normalarının məcmusu və külliyyatının «nizamlayıcısı» kimi yanaşırdı. İngilis alimi V.Zegetin fikrincə, məntiq əqlin «tibbisidir», başqa sözlə desək, düşüncənin yaxşılaşdırılması vasitəsidir. Məntiq elmi latınca – logos sözündən götürülmüşdür ki, onun hərfi mənası,söz, zəka, fikir, qanunauyğunluq, nitq, əql deməkdir. Lakin, bu sözlər məntiq termininin elmi mənasını aşkara çıxarmır. Çağdaş dövrümüzdə «məntiq» termini aşağıdakı mənalarda işlədilirdi:a) obyektiv gerçəklikdəki hadisə və proseslərin qarşılıqlı zəruri qanunauyğunluqlarını;b) bu əlaqələrdə və fikirlərin inkişafındakı qanunauyğunluqları;c) təfəkkürün məntiqinə aid müəyyən biliklər sistemini;ç) insan fəaliyyətinin ardıcıllığını bildirən bəşəri qaydaların məcmusunu ifadə edir. «Əşyaların məntiqi», «faktların məntiqi», «tarixi inkişafın məntiqi», «sinfi mübarizənin məntiqi», «təfəkkürün məntiqi» və bu kimi ifadələr bu sözün nümunəvi variantlarıdır. Əşyalar arasındakı əlaqələrdə və fikrin inkişafında təzahür edən qanunauyğunluqlar bilavasitə gerçəklikdəki əlaqələrin təfəkkürümüzdə inikasıdır. Çox vaxt «məntiq» termini altında ancaq ənənəvi elm deyil, onun ayrıayrı bölmələri də (modal məntiq, qeyri-klassik məntiq) nəzərdə tutulur.Astronomiyada Qaliley kometasının əvvəlcədən hesablanmış trayektoriyasından kənara çıxması çoxdan məlum idi. Lakin bu hadisənin də öz obyektiv məntiqi vardır. Astronomun bu hadisənin nəticəsinin səbəbləri haqqında yürütdüyü mühakimə təfəkkürün məntiqini ifadə edir.Təfəkkürü öyrənən elmlərdən biri fəlsəfədir. Onun əsas problemi şüurun,təfəkkürün varlığa münasibətidir. Fəlsəfənin əsas bölmələrindən biri idrak nəzəriyyəsidir, burada idrak prosesinin dialektikası, onun pillələri arasındakı qarşılıqlı əlaqə, bütövlükdə təfəkkür prosesi tədqiq olunur, fundamental fəlsəfi məsələlər həll edilir, təfəkkürün obyektiv aləmə münasibəti araşdırılır və belə bir suala cavab verilir ki, insan əldə etdiyi biliklərin köməkliyi ilə real gerçəkliyin adekvat mənzərəsini verə bilər.Psixologiya elmi insanın emosiyaları, hissləri, iradəsilə yanaşı, təfəkkürü psixi proses kimi öyrənir, insanın praktik və elmi fəaliyyətində psixi proseslə təfəkkürün qarşılıqlı əlaqəsini aşkara çıxarır, fikir fəaliyyətinin sövqedici məqamlarını təhlil edir, uşaqlarda, yaşlı və psixi cəhətdən normal adamlarda, həmçinin psixikası pozulmuş şəxslərdə təfəkkürün xüsusiyyətlərini aşkara çıxarır. Psixologiya təfəkkürü təbii proses kimi nəzərdən keçirir, müxtəlif kateqoriyadan olan adamlarda təfəkkürün tiplərini tədqiq edir və təfəkkürün ayrı-ayrı adamların psixi vəziyyətindən, maraq və yaddaşlarından asılılığını öyrənir.İnsanın ali əsəb fəaliyyətinin fiziologiyasında baş beynin yarımkürələr qatında gedən maddi, başqa sözlə desək, fizioloji proseslər aşkara çıxarılmaqla, onların qanunauyğunluqları və bu proseslərin fiziki-kimyəvi, bioloji mexanizmləri tədqiq olunur.Kibernetika elmi canlı orqanizmlərdə, texniki qurğularda və təfəkkürdə, ilk növbədə onun idarə ediləcək fəaliyyəti ilə təmasda olan idarəetmə funksiyalarının,onların qarşılıqlı təsirinin ümumi qanunauyğunluqlarını aşkara çıxarır.Dilçilikdə dil və təfəkkürün vəhdəti, fərqli cəhətləri və bunların qarşılıqlı təsiri nəzəndən keçirilir. Dilçilik dil obyektlərinin (söz, cümlə və s.), dilin vasitələrinin köməkliyi ilə fikirlərin ifadə üsullarını üzə çıxarır.Təfəkkürdən bəhs edən məntiq elminin özünəməxsusluğu, yuxarıda sadaladığımız elmlərdən fərqi ondadır ki, bir çox elmlər üçün ümumi olan təfəkkürün ümumbəşəri strukturunu, onun funksiyalarını nəzərdən keçirir və onların idrak prosesində, insanların əməli fəaliyyətində rolu və əhəmiyyətini, bununla yanaşı, fikrin formalarını təşkil edən elementlərin əlaqə və nisbətini tədqiq edir ki, bu da məntiq elminin xüsusi predmetidir.Məntiq elmi bir elm kimi bizim eradan əvvəl IV əsrdə qədim Yunanıstanda meydana gəlmişdir. Onun banisi yunan fəlsəfəsinin «Hegeli» adlandırılan Aristotel(bizim eradan əvvəl 384-322-ci illərdə yaşamışdır) olmuşdur. Aristotel«Kateqoriyalar», «Şərhlər haqqında», «Analitika» (1-ci və 2-ci kitablar), «Topika»,«Sofistik təkzibləri haqqında» və digər əsərlərində öz sələflərinin tədqiqatlarını sistemləşdirmiş, təfəkkürün formalarını və üç qanununu (eyniyyət, ziddiyyətsizlik və üçüncünü istisna qanunları) elmə daxil etməklə, məntiqi daha da inkişaf etdirmişdir. Fundamental (əsaslı) məntiqi sistem yaratmış Aristotelin vaxtında artıq bu elm məntiqi biliklər sahəsini əhatə edən ilk formalaşan müstəqil elmlərdən birinə çevrilmişdir.Məntiqə adətən düzgün mühakimənin forma və qanunları haqqında elm kimi də tərif verirlər. Bəzən bu elmi formal məntiq də adlandırırlar. «Formal» terminini bir çox məntiqçilər arabir məzmunsuz, formalizm mənasında şərh edirlər ki, bu da elmi baxımdan yanlış fikirdir, məntiqlə heç bir əlaqəsi yoxdur. Məsələ ondadır ki,bu elm təfəkkürün formalarını (strukturunu) dərindən öyrəndiyinə və aşkara çıxardığına görə belə adlanır. Faktdır ki, bu formaların hər birinin (anlayışın,hökmün, əqli nəticənin) məntiqi məzmunu vardır və onların bir çox idraki proseslərin dərkində mühüm rolunu inkar etmək olmaz. Aristotelin əsərlərinin təhlilindən də aşkar olur ki, onun tədqiq etdiyi məntiqi problemlər dairəsi daha genişdir. Çünki Aristotelin əsərlərində məntiqi formalarla yanaşı, insanın dərkedici fəaliyyətinin bir çox vasitə və üsulları təhlil olunur. İstər xarici ölkə alimlərinin əsərlərində, istərsə də dövrü mətbuatımızda məntiqə verilən müxtəlif tərifləri qarşılaşdırmaq fikrində deyilik, özlüyündə bunların hər birini nisbi həqiqət kimi qəbul etmək olar. Lakin yuxarıda söylənilən fikirləri yekunlaşdırmaqla və məntiqin müasir inkişaf səviyyəsini nəzərə almaqla, sözün dar mənasında ona qısa bir tərif də vermək olar: məntiq həqiqətə aparan düzgün təfəkkürün formaları, qanunları və bu formalar üzərində aparılan məntiqi əməliyyatlar və qaydalar haqqında elmdir.Lakin məntiqin tədqiqat sahələrinin çoxluğunu düşündükdə, onun geniş və dəqiq tərifinə ehtiyac hiss olunur, biz də E.Voyşvillo və M.Deqtyarevin verdiyi tərifi daha münasib hesab edirik: «Məntiq mücərrəd təfəkkür mərhələsində nəzəri idrakın formaları, üsulları, metodları və bu metodların əsasını təşkil edən qanunlar haqqında, həmçinin idrak vasitəsi kimi dil haqqında ümumelmi xarakter daşıyan elmdir».Məntiq elminə geniş aspektdən yanaşdıqda, onun məntiqi semiotika (idrak vasitəsi kimi dilin tədqiqi) və metodologiya (idrakın ümumelmi üsul və metodlarının öyrənilməsi) kimi sahələrinin də tədqiqinə zərurət vardır.Hələlik belə bir məsələ maraq doğurur ki, insanın idrak fəaliyyətinin üsul və metodlarını öyrənən məntiq elmi ayrı-ayrı elm sahələrinin spesifik məzmunu ilə bağlı deyil, çünki konkret elmlərin hər birinin xüsusi tədqiqat predmeti vardır (təbiətin və ictimai həyatın bu və digər sahələrini öyrənir). Məntiq bunlardan fərqli olaraq müxtəlif elmlərdə fikirli-dərkedici fəaliyyətin necə həyata keçirilməsi üsullarını öyrənirBundan başqa, məntiqdə hazır biliklərdən çıxarılan yeni nəticələrin, sübutların tədqiqi ilə yanaşı, biliyin ifadə formaları (anlayış, hökm, əqli nəticənin mümkün növləri və məntiqi strukturları) və onların üzərində aparılan müxətlif əməliyyatlar təhlil olunur.Beləliklə, məntiqin predmeti təfəkkürün tarixən yaranmış forma və üsullardır ki, idrakın nəticələrinin həqiqiliyi də bunlardan asılıdır. Bu formaların, üsul və metodların özü isə insanların psixi xüsusiyyətləri, vərdişləri, meylləri ilə deyil,obyektiv gerçəkliyin cisim və hadisələrinin ümumi xassə və münasibətləri ilə təyin olunur. Son nəticədə təfəkkürün forma və metodları obyektiv aləmin xassə və münasibətlərinin bilavasitə beynimizdə inikasıdır.Bu baxımdan məntiqi bu və digər məsələlərin həllində «insan necə fikirləşir?»sualı yox, «o necə fikirləşməlidir?» sualı maraqlandırır. İdrak prosesində məsələlərin bu cür həlli həqiqi nəticələrin alınmasına imkan yaradır. Lakin təfəkkürün təbii proseslərində bəzən tələsik ümumiləşdirmələrə meyl yaranır ki, bu da intuisiyalara və sözlərin işlənməsində qeyri-müəyyənliklərə gətirib çıxarır,bunların aradan qaldırılmasında məntiqi qaydalar, göstərişlər insana daha çox kömək edir.

Ədəbiyyat siyahısı:


1.İsrafilov M.M-Məntiq-Bakı-1987
2.İsrafilov M.M-Məntiq-Bakı-1999
3.Sadıqov Q-Məntiq-Bakı-1962
Yüklə 126,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə