Q a n u n 01 (267), 2017 Nəsırov Elşad h aqverdi oğlu



Yüklə 192,17 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü192,17 Kb.
#73676


Q A N U N   01  (267),  2017

Nəsırov  Elşad  H aqverdi  oğlu,

Bakı Dövlət  Universitetinin 

“Konstitusiya  hüququ ” 

kafedrasınm  baş müəllimi

M əm m ədova  N igar Tahir  qızı,

Bakı Dövlət  Universitetinin 

“Konstitusiya hüququ ” 

kafedrasının  doktorantı

— ---------------------------------------------------------------------------------------------------  

UOT 34:  342.41

KONSTİTUSİYANIN  ƏHƏMİYYƏTİ 

VƏ  ƏSAS  FUNKSİYALARI

Açar  sözlər: 

Konstitusiya,  konstitusion 

normalar,  hüquqi  funksiya,  sosial funksiya, 

siyasi funksiya,  qanunvericilik.

Ключевые  слова: 

Конституция,  кон­

ституционные  нормы,  правовая  функция, 

социальная  функция,  политическая  функ­

ция,  законодательство.

Keywords: 

Constitution,  constitutional 

norms,  legal function,  social function,  politi­

cal function,  legislation.

K

onstitusiya  həm  şəxsiyyət,  həm 



cəmiyyət,  həm  də  dövlət  üçün 

müstəsna  əhəmiyyətə  malik  olan 

bir sənəddir.

Demokratik  hüquqi  dövlətdə  Konstitusiya 

nəinki  dövlətin,  habelə  xalqın  dövlətçilik  ira- 

dəsini, suverenliyi ifadə etdırən cəmiyyətin də 

Əsas  Qanunudur.  Konstitusiya  insanm  və 

vətəndaşm  əsas  hüquq  və  azadlıqlarım,  haki- 

miyyətin ictimai-siyasi  institutlarını və xalqın 

özünüidarə  sistemini  təsbit  edir,  vətəndaş 

cəmiyyətinin  formalaşmasmm  və  inkişafının 

hüquqi  əsası kimi  çıxış  edir.

Konstitusiyanı  cəmiyyətin  mikromodeli, 

hüquqi nişanı kimi təsəw ü r etmək olar.  Məhz 

onun  hüdudlannda  və  əsasında  dövlət  haki- 

miyyəti  mexanizmi  fəaliyyət  göstərir,  vətən- 

daşlann hüquq və  azadlıqlan  müdafıə  olunur, 

ictimai  inkişafın  sahələri  qabaqcadan  müəy- 

yənləşdırilir  [1,  s.  51].

Bu  mühüm  sənədin  ən  üstün  və  fərqli 

cəhətlərindən biri  onun müddəalarında insan- 

lara dövlət və cəmiyyət tərəfindən verilmiş və 

verilməli  olan,  habelə  cəmiyyət  üzvləri  tərə- 

findən  etibar  edilən  və  etibar  edilməsi  müm- 

kün  sayılan bütün  hüquqlann,  azadlıqlarm və 

vəzifələrin  bütöv  və  vəhdət  halında  öz  əksini 

taparaq bir-birini tamamlamasıdır.  Konstitusi- 

yanın  эп  üstün  və  fərqli  cəhətlərindən  digəri 

budur  ki,  orada  ictimai  quruluş  haqqında 

konkret miiddəa yoxdur,  iqtisadi münasibətb- 

rin  forma  və  inkişafını  məhdudlaşdıran  heç 

bir sədd müəyyən edilməmişdir.  Bu da iqtisa­

di  sahədə insan azadlığı və onun fəaliyyətinin 

sərbəstliyinə tam təminat verir  [3].

Azərbaycan Respublikasınm Konstitusiya- 

sı  ölkə  ərazisində  birbaşa  ali  hüquqi  qüvvəyə 

malik  olan,  həyatımızın  bütün  sahəbrinə 

nüfuz edən canlı bir sənəddir. Konstitusiyamı- 

zın  fəaliyyətdə  olduğu  dövrdə  həyata  keçiri- 

b n   irimiqyaslı  islahatlann  uğurlu  nəticələri 

buna  əyani  sübutdur.  K onstitusiya  qəbul 

ediləndən  sonra  ölkəmizdə  birbaşa  xalq  tərə- 

fındən  seçibn  qanunverici  orqan  formalaş- 

mış; dövlət hakimiyyəti orqanlarının fəaliyyə- 

tinin təkmilbşdirilməsi  istiqamətində mühüm 

addımlar  atılmış;  beynəlxalq  təcrübə  və 

tövsiyəbr  nəzərə  almmaqla  məhkəmə-hüquq 

islahatlan  həyata  keçirilmiş;  bir  sıra  yeni 

institutlar  -   Konstitusiya  Məhkəməsi,  İnsan 

hüquqları  üzrə  müvəkkil  (Ombudsman), yerli




Q A N U N   01  ( 267) ,  2017

özünüidarəetmə  orqanları  olan  bələdiyyələr 

yaradılmış  və  fəaliyyətə  başlamış;  xüsusi 

mülkiyyət  institutunun  inkişafı  və  ümumiy- 

yətlə,  mülkiyyət  hüquqlarının  müdafıəsi  ilə 

bağlı  mükəmməl  təminat  sistemi  formalaş- 

mışdır  [2,  s.  6].

Azərbaycan Respublikasmın Konstitusiya- 

sı  yalnız  dövlətin  təşkilini  deyil,  həm  də 

qeyri-dövbt  sahələrini  -   sosial-iqtisadi  quru- 

luşun  əsaslannı,  cəmiyyətin  mədəni  həyatını, 

insan  və  vətəndaşın  hüquq,  azadlıq  və 

vəzifələrini əhatə edir.  Onun tənzimləyici rolu 

bütün  dövlət  orqanizminə  aiddir.  Odur  ki, 

Azərbaycan  Respublikasmın  Konstitusiyası 

onun  Konstitusiya  quruluşunun  əsaslarını, 

insan  və  vətəndaşın  hüquqi  statusunu,  vətən- 

daş  cəm iyyətinin  əsas  cəhətlərini,  unitar 

dövlət  quruluşunu,  Azərbaycan  Respublika- 

sında qanunverici,  icra və məhkəmə hakimiy- 

yəti  orqanlannın  təşkili  və  fəaliyyəti  prinsip- 

lərini,  yerli  özünüidarəetm ənin  əsaslarını 

təsbit edir  [1,  s.  54].

Konstitusiya  hüquq  sisteminin  təməlini 

təşkil edir. Hüquq sisteminin nüvəsini, bünöv- 

rəsini  təşkil  etməklə,  konstitusiya  bu  sistem- 

dən  təcrid  olunmuş  şəkildə  deyil,  həmin 

sistem  daxilində  fəaliyyət  göstərir.  Konstitu­

siya  hüquq  sisteminin  üzvi  tərkib  hissəsi  və 

mərkəzi  həlqəsi,  başlıca  tərkib  yaradıcı  ele- 

menti,  onun  əsas  hüquqi  mənbəyidir.  Konsti- 

tusiyanın  əhəmiyyəti  həm  də  onda  ifadə 

olunur ki,  o, bütün hüquq sisteminin  fəaliyyə- 

tinin  ilkin  başlanğıclarını  müəyyən  edir  və 

eyni zamanda, baza mənbə kimi hər bır hüquq 

və  qanunvericilik  sahəsinin  sisteminə  daxıl 

olur [7,  s.  24].

Bütün  hüquq  sahələrinin  Konstitusiya 

əsasında kompleks  inkişafı  demokratik hüqu- 

qi  dövlətin  formalaşması,  insan  və  vətəndaş 

hüquq  və  azadlıqlarının  təminatlılıq  səviyyə- 

sinin  artması,  qanunçuluq  və  hüquq  qaydası- 

nın  möhkəmlənməsi  üçün  əlverişli  zəmin 

yaradır.


Konstitusion  tənzimetmə  təsiri  heç  bir 

digər  normativ  hüquqi  aktın  malik  olmadığı 

hərtərəflilik  xarakterinə  malikdır.  Konstitusi­

ya  cəmiyyətın  həyatının  bütün  sahələrınə  -  

siyasi, iqtisadi, sosial, ınənəvi və digər sahələ-

rinə  toxunur  və  bu  sahələrdə  ictimai  münasi- 

bətlərin fundamental əsaslarını tənzim edir [8, 

s.  26].


Konstitusiyanın  cəmiyyətdəki  əhəmiyyəti 

onun  daşıdığı  funksiyalar vasitəsilə reallaşır.

Funksiyalar  konstitusiyanın  mahiyyətini, 

sosial  təyinatını,  konstitusion  normaların  və 

institutlann  spesifık  cəhətbrini  özündə  əks 

etdirir.


K onstitusiyanın  funksiyalarm ın  həcmi 

tarixi  inkişaf  gedişində  dəyişməz  qalmır. 

Onlar  başlıca  olaraq  iki  səbəbdən  dəyişir. 

Birincisi,  demokratik  hüquq  və  azadlıqlann 

təsbitinə  gətirib  çıxaran  siyasi  mübarizə 

nəticəsində.  Məlum  olduğu  kimi,  cəmiyyət 

hüquq  və  azadlıqlann  müəyyən  minimumu 

olmadan  inkişaf  edə  bilməz.  İnqilabdan 

sonrakı  dövrün  aktlarında  bu  minimum  kafı 

səviyyədə  idi.  Sonrakı  onillikbrdə  vətəndaş- 

larm öz hüquqları uğrunda inqilabi mübarizə- 

si  nəticəsində  bu  minimum  genişbndi.  Bu 

faktorun  təsiri  ilə  parlament  və  hökumət 

arasında  m ünasibətbrdə  transformasiya  baş 

verir.  Konstitusion  funksiyalann  mürəkkəb- 

b şm əsin ə  səbəb  olan  ikinci  am il  yeni 

beynəlxalq  reallıqların  tə b b b ri,  milli  və 

beynəlxalq  əhəmiyyət  kəsb  edən  məsələlərin 

həllidir  [4].

Konstitusiya  bütövlükdə  çoxsaylı  funksi­

yalar yerinə yetirsə də, onlardan эп m ühüm b- 

ri  aşağıdakılar hesab olunur:

-  hüquqj  funksiya;

-  siyasi  funksiya;

-  sosial  funksiya;

-  tərbiyəvi-ideoloji  funksiya.

Bəzən  Konstitusiyanın  təsisedici  və  təşki- 

lati  funksiyaları  da  fərqbndirilərək  Əsas 

Qanunun  funksiyalarının  dairəsi  aşağıdakı 

kimi  müəyyən  edilir:

1)  təsisedici  funksiya  -   hüquqi  dövbtin 

inkişafı  üçün əsas;

2)  təşkilati  funksiya  -   dövbtin  inkişafı 

üçün  zəruri  olan  yeni  vəzifə və  istiqamətlərın 

müəyyən ləşdirilməsi;

3) xarici siyasi funksiya -  beynəlxalq siya­

si  fəaliyyət  üçün  əsas;

4)  ideoloji  funksiya  -   müəyyən  siyasi 

təlim,  m əsəb n,  SSRİ  konstitusiyalarının 

kommunist xarakteri;



Q A N U N   01  (267),  2017

5) hüquqi funksiya  [9].

Konstitusiya  hüquq  ədəbiyyatmın  və  kon- 

stitusiya  qanunvericilıyinin  normalarmın  təh- 

lili  əsasmda  Konstitusiyanın  aşağıdakı  funk- 

siyalarının  fərqləndirilməsini  məqsədəmü- 

vafıq  hesab  edirik:

-  hüquqi  funks iya;

-  siyasi  funksiya;

-  sosial  funksiya;

-  tərbiyəvi-ideoloji  funksiya;

-  təsisedici  funksiya;

-  inteqrasiya funksiyası;

-  humanitar funksiya;

-  kollizion funksiya.

Konstitusiyanın  hüquqi 

funksiyasının 

mahiyyəti  ondan  ibarətdir ki,  o:

-   ölkədə  yeni  hüquq  sistemi  və  hüquq 

qaydasmın  (və ya  əgər onlar mövcuddursa və 

prinsipcə saxlanılırsa, onların inkişafmda yeni 

mərhələnin)  əsasına çevrilir;

-  özü  ictimai  münasibətləri  tənzim  edir və 

birbaşa  hüquqi  qüw əyə  malik  sənəd  kimi 

onlann yaranmasının  ilkin əsası  ola bilər;

-  qanunvericiliyin inkişafına və konstitusiya- 

nın ümumi ideyalannı və ayn-ayn müddəalannı 

əks  etdirən  yeni  böyük  normativ  hüquqi  aktlar 

kütləsinin qəbuluna impuls verir [6, s.  124].

Konstitusiya  milli  hüquq  sisteminin  ən 

yüksək hüquqi qüvvəyə malik başlıca mənbə- 

yi olmaqla, bütün hüquqi tənzimetmə sistemi­

nin əsasını təşkil  edən normativ hüquqi  aktdır 

və  bütün  hüquq  sistemi  üçün  ilkin başlanğıc- 

lan  və rəhbər müddəaları  özündə əks  etdirir..

Konstitusiya  həm  də  siyasi  sənəddir.  O, 

siyasi  inkişafın  nəticəsini,  müxtəlif  ıctimai- 

siyasi  qüvvələrin  maraq  və  mövqelərinin 

balansını  özündə  əks  etdirir  və  cəmiyyətin 

siyasi  sisteminin  əsas  institutlarmı  təsbit  edir, 

dövlət  hakimiyyətinin  təşkilinin,  dövlət- 

şəxsiyyət  münasibətlərinin  əsaslarını,  bütöv- 

lükdə  siyasi  sistemin  fəaliyyət  prinsiplərini 

müəyyən edir.

Konstitusiyada bütün  əsas  siyasi  hüquq  və 

azadlıqlar  və  onların  təminatları  öz  əksini 

tapır.  Həmin  hüquq  və  azadlıqların  reallaşdı- 

rılması  vətəndaşların  sosıal-siyasi  fəallığınm 

stimullaşdırılmasına xıdmət edir.

Konstitusiya  dövlət  siyasətinin  əsas  ideya, 

prinsip və məqsədlərini  özündə əks  etdirmək- 

1э,  siyasi  münasibətlərə  tənzimedici  təsir 

göstərir.

Konstitusiya  sosial  sistemin başlıca ünsür- 

lərini  bir-biri  ilə  əlaqələndirir,  bu  sistemin 

sabitliyini  təmin  edir  və  onun  inkişafının 

əsaslarım müəyyən edir. Əsas Qanun insan və 

vətəndaşlann  sosial  təminatmın  və  bütövlük- 

də  dövbtin  sosial  siyasətinin  эп  mühüm  və 

prioritet  istiqamətlərini  özündə  əks  etdirir, 

aib , din, səhiyyə, təhsil və s. kimi vacib sosial 

sahələrin  hüquqi  tənzimi  ib   bağlı  ilkin  və 

rəhbər müddəalan  təsbit edir.

Konstitusiya  ıdeoloji  sənəd  kimi  demok- 

ratik  institutları  və  ümumbəşəri  dəyərbri 

özündə  əks  etdirir.  Bu  dəyərlər,  demokratik 

ideologiyanın  əsası  kimi,  Konstitusiya  ib  

qorunur.  Konstitusiya  cəmiyyətin  mənəvi 

həyatına  təsir  göstərir,  xalqın  hüquqi  şüuru- 

nun  və  dünyagörüşünün  formalaşmasında 

mühüm  rol oynayır.

Konstitusiya  insan  hüquqları,  demokra- 

tiya,  a ib   və  s.  kimi  cəmiyyətdə  hamılıqla 

qəbul  edilmiş  dəyərləri  əks  etdırərək,  insan- 

lan bu dəyərbr naminə Konstitusion göstəriş- 

b rə  əməl  etməyə  inandırır.

Konstitusiyanın  ideoloji  funksiyası  onu 

ifadə  edir  ki,  konstitusiya  xüsusi  dünyagörü- 

şünü  əks  etdirməklə,  d ö v b t  hakimiyyətinin 

fəlsəfəsini  təşkil  edir:  mühüm  dəyərləri  -  

insan  və  vətəndaş  hüquq  və  azadlıqlarını, 

siyasi  plüralizm i,  m ülkiyyət  formalarmın 

müxtəlifliyi və hüquqi bərabərliyini, hakimiy- 

yətin  hüquqla  məhdudlaşmasını  və  digər 

hamılıqla  tanınmış  demokratik  dəyərbrı  elan 

edir  və  qoruyur,  müəyyən  ideologiyanı  -  

dövlət  və  ictimai  quruluşa  dair  ideya  və 

baxışlar  sistemini  məcmu  halında  nəzərdə 

tutur.  Konstitusiyanm  m ütbq  ideologiyasız- 

laşdırılması  qeyri-mümkündür  [5].

Tərbiyəvi-ideoloji  fiınksiyanın  əsas  əhə- 

miyyəti  Konstitusiyamn  müəyyən  siyasi  və 

hüquqi  ideyaların, təsəvvürbrin və  dəyərbrin

e



Q A N U N   01  (267),  2017

yayılması  və  təsbiti  yolu  ilə  cəm iyyətin 

mənəvi  həyatına  təsir  göstərmək  imkamnda 

təzahür edir.

Təsisedici  funksiya  cəmiyyətin  mühüm 

institutlannm müəyyən edilməsində və onlara 

ictimai-hüquqi  forma  verilm əsində  ifadə 

olunur.  Konstitusiyada  dövlət  hakimiyyəti 

orqanlarınm və konstitusiya hüququnun  digər 

subyektlərinin  hüquq  və  vəzifələrinin  dairəsi 

müəyyən  edilir.

Konstitusiya  cəmiyyətin  həyatında  köklü 

dəyişikliklər  nəticəsində  meydana  çıxır  və 

onun  gələcək  inkişafınm  siyasi  və  hüquqi 

əsasını  təşkil  edir.  Konstitusiyanm  təsisedici 

rolu  onda  ifadə  olunur  ki,  birincisi,  o,  qəbul 

edildiyi  zaman  cəmiyyətdə  formalaşmış  olan 

ictimai  münasibətlər  sistemini  təsbit  edir, 



ikincisi,  yüksək  qanunvericilik  dəstəyi  olma- 

dan  hamılıqla  tanınması  mümkün  olmayan 

yeni  ictimai  münasibətlərin  təzahür  etməsinə 

zəmin  yaratmaqla,  siyasi-hüquqi  inkişafın 

proqressiv tendensiyalarını  qanuniləşdirir  [5]. 

Yəni  konstitusiya  m övcud  münasibətləri 

təsbit  etməklə  yanaşı,  cəmiyyətdə  artıq  yeti- 

şən,  lakin  zəruri  hüquqi  baza  olmadığı  üçün 

təzahür  edə  bilməyən  yeni  münasibətlərin 

meydana  çıxması  üçün  zəmin  yaradır.  Bu 

baxımdan,  konstitusiyanın  təsisedici  funksi- 

yası  həm  bütövlükdə  ictimai  (siyasi)  sistemə, 

həm də konkret dövlət-hüquq  institutlanna və 

təsisatlarına münasibətdə  özünü göstərə bilər.

Konstitusiya inteqrasiya funksiyasım yerinə 

yetirərək, dövbtin və cəmiyyətin bütövlüyünü, 

vəhdətini  və bölünməzliyini təmin edir.

Humanitar  funksiyanm  mahiyyəti  ondan 

ibarətdir ki,  Konstitusiya  sivil  cəmiyyət üçün 

xarakterik  olan  ümumbəşəri  dəyərbri,  hüquq 

və azadlıqları təsbit edir, beynəlxalq hüququn 

hamılıqla  tanınmış  norma  və  prinsiplərini 

dövbtin  hüquq  sisteminin  tərkib  hissəsi  elan 

edir.


Kollizion  funksiya normativ  hüquqi  aktlar 

arasmda yaranan ziddiyyətləri  həll  etməyə və 

aradan qaldırmağa xidmət edir.

Beblilkə, yuxarıda qeyd e d ib n b ri ümumi- 

bşdirərək aşağıdakı  nəticələrə gələ bibrik:

I.  Konstitusiyanm  cəmiyyətdəki  əhəmiy- 

yəti  onun  daşıdığı  funksiyalar  vasitəsib 

reallaşır.  Funksiyalar  konstitusiyanm  mahiy- 

yətini,  sosial təyinatmı, konstitusion normala- 

rm və  institutların  spesifık cəhətlərini  özündə 

ks  etdirir.

II.  Konstitusiya  hüquq  ədəbiyyatınm  və 

konstitusiya  qanunvericiliyinin  normalannın 

təhlili  əsasında  Konstitusiyanm  aşağıdakı 

funksiyalarınm  fərqləndirilməsini  məqsədə- 

müvafıq hesab  edirik:

-  hüquqi  funksiya;

-  siyasi  funksiya;

-  sosial funksiya;

-  tərbiyəvi-ideoloji  funksiya

-  təsisedici  funksiya;

-  inteqrasiya  funksiyasi;

-  humanitar funksiya;

-  kollizion  funksiya.



İstifadə  edilmiş  mənbələr:

1.  Əsgərov Z.A.  Konstitusiya hüququ.  Dərslik.  Bakı:  Bakı Universiteti  nəşriyyatı, 2006,  698  s.

2.  Məmmədov  M.  Milli  konstitusiyamız  ölkəmizin  inkişafmın  əsas  mənbəyidir /  “Xalq”  qəz.,  Bakı,  2008,12 

noyabr,  №   253

3. Novruzov  S.  Müasir Azərbaycan Konstitusiyası:  insan hüquqlarının  əsas  təminatçısı  və dövlətçiliyin hüquqi 

təm əli  /  http://sia.az/ru/new s/econom y/375484-m uasir-azerbaycan-konstitusiyası-insan-huquqlarınm -esas- 

teminatçısı-ve-dovletciliyin-huquqi-temeli

4.  Каратеева  M.H.  Развитие  научных  взглядов  на  понятие,  сущность  и  значение  функций  Конституции 

/ http://superinf.ru/view_helpstud.php?id=5593

5.  Понятие,  сущность,  функции  Конституции / http://www.pravo.vuzlib.su/book_zl715_page_32.html




Q A N U N   01  (267),   2017

6.  Постников  A.E.  Конституционное  право  России.  Учебник.  М.:  Проспект,  2009,  504  с.

7.  Чиркин  В.Е.  Основы государственной  власти.  М.:  Ю ристь,  2003,  112 с.

8. Эбзеев  Б.С. Конституция. Правовое государство.  Конституционный суд. М.:  Закон и Право,  1997, 349 с.

9.  https://www.calc.ru/Konstitutsiya-Ponyatiye-J-Funktsii-Konstitutsii.html

Насиров  Эльшад Хагверди  оглу 

Мамедова  Нигяр  Тахир  гызы

ЗНАЧЕНИЕ  И  ОСНОВНЫЕ  ФУНКЦИИ  КОНСТИТУЦИИ

РЕЗЮ МЕ

В  настоящей  статье  проанализированы  значение  и  основные  функции  Конституции.  Автор,  обобщая 

результаты  анализа  показывает,  что  значения  Конституции  в  обществе  реализуется  функциями,  которые 

она носит.  Функции отражают в себя сущность, социальные назначения Конституции, специфческие черты 

конституционных норм  и институтов.

Nasirov Elshad  Hagverdi 

Mammadova  Nigar Tahir

IMPORTANCE  OF THE  BASIC  FUNCTIONS  OF CONSTITUTION

SUMMARY

The  article  gives  analysis  o f the  importance  and basic  functions  o f the  Constitution,  which points  out that the 

importance o f the Constitution in a society, are realized by the functions it carries. The functions reflect the essence 

of the  socially appointed constitution,  specific  features  o f the  constitutional norms  and institutes.



Rəyçi:  h.ü.f.d.,  dos.  N.Şükürov 

Təqdim  edən:  h.ü.e.d.,  prof.  M.S.  Qəfərov 

Daxil  olma  tarixi:  24.11.2016 

Təkrar işlənmə  tarixi:  09.12.2016 

Çapa  imzalanma  tarixi:  03.01.2017

Bakı Dövlət  Universiteti hüquq fakültəsinin  “Konstitusiya hüququ” 

kafedrasımn  4 noyabr 2016-cı  il tarixli iclasımn qərarı  (protokol №  4)

ilə çapa məsləhət görülmüşdür.

Yüklə 192,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə