Neoritorika bəzən də Arqumentologiya



Yüklə 126,28 Kb.
səhifə6/7
tarix27.04.2023
ölçüsü126,28 Kb.
#107192
1   2   3   4   5   6   7
Mahiyyət və təzahürü xarakterizə edən kateqoriyalar onun məzmununu bu və ya digər tərəfdən aşkar edirlər. Mahiyyət obyektin daxili, təzahür isə xarici tərəfidir, mahiyyət müəyyən obyektlər şoxluğundakı ümumidir, təzahür təkcələrdə təzahür edir.Məzmun obyektin bütün hissələrinin məcmusu, forma isə məzmunun daxili təşkili, məzmununun strükturudur. Məzmunu təşkil edən forma sayəsində obyekt keyfiyyət müəyyənliyinə malik olur. Səbəb obyektlər və ya onların tərəfləri arasındakı qarşılıqlı təsirdən, nəticə isə obyektlər və ya onların tərəflərinin dəyişilməsindən ibarətdir. Zərurət sabit, daxili, daimi fəaliyyət göstərən səbəblərdən törəyir. Təsadüf isə əsasən qeyri – sabit və qeyri – həmcins və qeyri – müəyyən xarici səbəblərdən törədiyindən, təzahür edir. İmkan müəyyən şəraitdə həyata keçə, gerçəkliyə çevrilə bilən, obyektiv qanunlara zidd olmayan nə varsa onların məcmusuna deyilir. Gerçəklik isə həyata keçmiş, baş tutmuş, realizə edilmiş imkanı nəzərdə tutulur. Dialektik materializmdə gerçəklik hər bir cism və hadisənin öz varlığını, öz gerçəkliyini nəzərdə tutur.İmkanın gerçəkliyə çevrilməsində həlledici rolu oynayan amil obyektiv şəraitdir. Cəmiyyət hadisələrində şüurlu fəaliyyət göstərən insanların rolu zəruri şərtləndirilir.
Dialektikanın aşağıdakı qanunları mövcuddur:
1) Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.

Bu qanun gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir.İnkişafın ən ümumi və obyektivliyi olan bu qanun - «öz hərəkətin», «öz inkişafın» mexanizmini, xarakterini,mahiyyətini ifadə edir, inkişafın necə, hansı formalarda baş verdiyini müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, formaları, mərhələləri və s. haqqında qanunauyğunluqlarla silahlandırır. Bu da insanlarda nəzəri təfəkkürün inkişafına və əməli işlərində daha fəal olmasına kömək edir.



Yüklə 126,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə