Neoritorika bəzən də Arqumentologiya



Yüklə 126,28 Kb.
səhifə5/7
tarix27.04.2023
ölçüsü126,28 Kb.
#107192
1   2   3   4   5   6   7
Əqli nəticə — vahid məqsədə tabe olan, bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir.
Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur, biliyə bilik vasitəsi ilə yiyələnilir, bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir, obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır. Əqli nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün aşağıdakılar əhəmiyyət kəsb edir. Assosiativ prosesdən əqli nəticənin fərqi ondadır ki, nəticəyə aid etdiyimiz münasibət predmetin obyektiv məzmununu açır. Predmetin obyektivliyi hökmlərlə təfəkkürə daxil edilir və bu məlumatlar bizə qavrayışdan verilə bilərƏqli nəticə prosesində psixoloji planda 3 əsas halı fərqləndirmək lazımdır.
Birincisi
, çıxış halı əyani təsəvvür olunur və ya yeni münasibətlər əyani təsəvvürlərdə açılır. A-nın B-dən böyük olması obrazlar şəklində təsəvvür olunur.
İkincisi, eyni münasibətləri əyaniliyə müraciət etmədən ancaq anlayışların köməyi ilə ifadə etmək olar. Bu halda nəticə formal əməliyyat deyil, bu əqli nəticənin qurulduğu xüsusiyyət və münasibətlərin məzmununun əhəmiyyətli tərəfləridir, konkret məz­munla müəyyənləşən qanunauyğunluq­lardır.
Üçüncüsü, müvafiq əlaqələr, aşağı – yuxarı, böyük – kiçik möhkəmlənərək informasiya dayaqlarından nəticəyə icra oluna bilir və əsasən bu hal assosiativ olaraq nitqin avtomatlaşmasına tabe olur.

4.Dialektika
Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil etmişdir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi formasını tışkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, paradoksal dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur.Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir. Onlardan ən başlıcaları olan hərtərəflilik, istorizm və ziddiyyətlilik prinsiplərini göstərmək olar. Dünya və idrakın öyrədilməsinə dair konsepsiyalardan və ya metodlardan ən qədimi metafizikadır. Metafizika yunanca fizikadan sonra mənasını verir və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin nəşriçisi samoslu Andronikin elmə daxil etdiyi anlayışdır. O, Aristotelin varliğin və idrakın ümumi problemlərindən bəhs edən əsərlərini «Metafizika» adlandırmışdı. Metafizika təbiəti tədqiq etmək, öyrənmək metodu kimi Yeni dövr fəlsəfəsində formalaşmışdır. O, təbiəti öz tərkib hissələrinə parşalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inkişafdan kənarda öyrənmək metodundan ibarət olmuşdur.Deyilənlərdən belə ümumi nəticəyə gəlmək olur ki, dialektika hərəkət və inkişaf haqqında elm və univrsal idrak metodu olmaq etibarı ilə öz alternativlərindən keyfiyyətcə fərqlənən bir elmdir. Onun bir elmi sistem olmaqla qanun və kateqoriya aparatı, onların bir – birilə qarşılıqlı əlaqələri, nizamlılığı və sistemliyi vardır.Varlığın ən ümumi universal əlaqələri kateqoriya (yunanca – mülahizə, müddəa deməkdir), anlayışında ifadə olunmuşdur. Onlar gerçəklik hadisələrinin, idrakın mühüm və ümumi xassələrini, tərəflərini əks etdirən əsas və ümumi anlayışlardır. Fəlsəfi kateqoriyalar məzmunu gerşəkliyin xassə, əlaqə və münasibətləri haqqında ümumiləşdirilmiş bilikdən ibarət olan fəlsəfənin əsas anlayışlarıdır. Hər bir obyektin idrakı onun xassələrinin öyrənilməsindən başlayır. Xassə predmetin digər predmetlərlə fərq və ya oxşarlığını şərtləndirən və onlarla qarşələqlə təsirdə təzahür edən tərəfdir. Predmetin xassələrinin məcmusu onun keyfiyyətini təşkil edir. Keyfiyyət müəyyənlikdir. Keyfiyyət müəyyənliyi ilk əvvəl hiss orqanları vasitəsilə qeydə alınır. Təfəkkürün qabiliyyəti nəticəsində müəyyən cismin nədən ibarət olmasını göstərən xassələrin sistemli məcmusundan təşkil olunan keyfiyyət kateqoriyası formalaşır. Kəmiyyət predmetin miqdarca çoxluğu və ya xassələrin intensivliyi ilə xarakterizə olunan müəyyənliyidir.Aristotel kəmiyyətləri bölünən və fasiləsiz xassələrdən ibarətdir. Məsələn, ədəd və söz bölünəndir, xətt, səth, yer, zaman və məkan fasiləsizdir. Keyfiyyətsiz kəmiyyət, kəmiyyətsiz keyfiyyət yoxdur. Onların vəhdəti ölçüdə öz əksini tapır.

Yüklə 126,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə