Neoritorika bəzən də Arqumentologiya


) Sadə hökmlərin digər növü relyativ (münasibət bildirən)



Yüklə 126,28 Kb.
səhifə3/7
tarix27.04.2023
ölçüsü126,28 Kb.
#107192
1   2   3   4   5   6   7
2) Sadə hökmlərin digər növü relyativ (münasibət bildirən) hökmlərdir.Adından göründüyü kimi, buraya predmetlər arasındakı bərabərlik, qohumluq, səbəbiyyət, məkan – zaman və s. münasibətləri ifadə edən hökmlər daxildir.Məsələn, “A – B-yə bərabərdir”, “Əxlaq hüquqdan əvvəl yaranmışdır”,”Sərxoşluq bir çox cinayətlərin səbəbidir”.Münasibət bildirən hökmlər aşağıdakı formada yazılır: a R b (burada a və b pradmetlərin adlarını, R isə latınca “nisbi” mənasını verən “relativus” sözünün hərfi olub onlar arasındakı münasibəti bildirir). Yuxarıdakı düstur belə oxunur: a b-yə R münasibətindədir.İnkarda isə bu cür yazılır: (xRy).Oxunuşu: x-in y-ə R münasibətində olması doğru deyildir.
3) Ekzistensial (Mövcudluq bildirən) hökmlər – onunla səciyyələnir ki, burada hökmün predmetinin mövcud olub – olmaması faktı ifadə olunur.Məsələn, “Atom buzqıran gəmisi vardır”, “Səbəbsiz hadisə yoxdur”.
Beləliklə, biz bu fəsildə sadə hökmlərin növlərindən bəhs etdik.Bütün bu deyilənləri ümumiləşdirərək deyə bilərik ki, sadə hökmlər üç yerə bölünür:
1.Atributiv hökmlər. 2.Relyativ hökmlər. 3.Ekzistensial hökmlər.
Bu bölgünün əsasında da hökmün predmetə xas olan əlaməti, mövcudluq faktını və ya predmetlər arasındakı münasibəti ifadə etməsi durur.

3.Təfəkkürün əsas formaları və sübut


Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə.
Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilmə­sindən ibarət təfəkkür formasıdır. Məsələn, «mübtəda» məfhumuna cümlədə kimin və ya nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir. Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir.
Məfhumlar xüsusi, ümumi, konkret və mücərrəd ola bilir.
Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid olur. Məsələn, «Günəş», «Bakı» məfhumları xüsusi məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əşyanı və ya hadisəni başa düşürük.
Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xas olan mühüm əlaməti əks etdirir. Məsələn, «tələbə» məfhumu ümumi məfhumdur. Həmin məfhum altında gələcəyin mütəxəssisi kimi hazırlanan insanları başa düşürük.

Yüklə 126,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə