Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-26. QUYU SEMENTLƏRI VƏ ONLARIN



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə39/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   35   36   37   38   39   40   41   42   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-26.
QUYU SEMENTLƏRI VƏ ONLARIN
XASSƏLƏRI
Müasir neft və qaz quyularını sementləmək üçün xüsusi
olaraq quyuya vurmaq üçün quyu sementləri işlədilir. Qoruyucu
kəməri quyuya endirdikdən sonra neft, qaz və su laylarını bir-
birindən ayırmaq və quyuya suyun gələ biləş-məsinin qarşısını
almaq üçün quyu sementlənir, yəni quyuda kəmər arxasındakı
halqavari fəza, müəyyən səviyyəyə qədər sement məhlulu ilə
doldurulur. Bu prosesə 
quyunun sementlənməsi 
deyilir. Dayaz


quyular üçün hazırlanmış sement 22
0
S, dərin quyular üçün
hazırlanmış sement isə 75
0
S temperaturda özünü tutmaya
yoxlanılır. Dərin quyu şəraitində 0,5 su-sement amili sement
məhlulu qarışdırıldıqdan təxminən 2 saat sonra özünü tutmaya
başlamalı və 3 saat 30 dəqiqədən sonra özünü tutub qurtarmalı-
dır. Sement özünü tutub qurtardıqdan sonra bərkiməyə başlayır. 
ГОСТ -1581-78-ə əsasən tamponaj portland sementləri-
nin tərkibi 60-65% əhəng daşı; 19-21% silisium 4 oksid; 7,5-
10,5% gilli torpaq və dəmir oksidlərindən, həmçinin bir sıra
qatışıqlardan ibarətdir. Klinker adlanan bu qatışığın yanıqları
xüsusi dəyirmanda üyüdülür. Alınan məhsul istər hava , istər su
mühitində bərkimə xüsusiyyətinə malikdir. Bu maddə
 tamponaj
portlandsementi 
adlanır. 
Bu aşağıdakı tələbləri ödəməlidir:
1.Sement məhlulunun tutuşma başlanğıcı ləng olmaqla bərabər
normal axma xarakteri daşımalı;
2. Sement məhlulu tutuşmaya başlayan andan çox qısa
müddətdə tutuşub qurtarmalı;
3.Sement məhlulu tamamilə tutuşub qurtardıqdan sonra kəsək
şəklinə düşən bu maddə neft, su və qaza qarşı çox kiçik
keçiricilik qabiliyyətinə malik olmalı;
4. Sement məhlulu bərk hala keçdikdə həcmi dəyişməməli;
5. Sement məhlulu bərkidikdə dartılma gərginliyi 0,05 MN/m
2
(0,5 kq/sm
2
)-dan az olmamalı və bərkimə sürətlə davam etməli;
6.Sement məhlulunun özlülüyü mümkün qədər az olmalıdır. 
Sement məhlulu hazırlanmasında işlədilən sement quyu
dibi şəraitə qarşı laboratoriya sınağından keçirilərək aşağıdakı
amillər yoxlanılır.
1.Su-sement amili, 
m
(AzNİİ konusu ilə);
2.Tutuşma başlanğıcı, t
0
(termostat);
3.Tutuşmanın sonu;
4.Sement daşı nümunəsinin iki gündən sonra əyilməyə möhkəm-
liyi.


Quyu sementinin keyfiyyəti, onun əyilməyə və qırılmaya
müqaviməti ilə müəyyən edilir. 
 
Quru sement tamponaj sementi klinkerindən ona əlavə-
lər qatıldıqda isə tamponaj qarışığından ibarət olar. Sement tozu
əsas iki parametrlə seçilir:
1.Sıxlığı;
2.Xüsusi səthliyi.
Sement tozunun sıxlığı vahid həcminin kütləsinə deyilir.
Əgər quru sement tozu qarışıqdan ibarətdirsə onda onun sıxlığı: 
P
s
=Σρ
i
c
i
Burada, ρ
i
– qarışıqda olan uyğun komponentin sıxlığı;c
i

götürülmüş komponentdə qarışığın ümumi kütləsi içərisində
miqdarıdır.
Quru portland sementin sıxlığı 3050-3200kq/m
3
olur.
Xüsusi səpki kütləsi üyüdülmüş materiallarda bərk və maye
cisimlərdən fərqli olaraq səpki kütləsi də olur. Burada vahid
həcmin kütləsi içərisindəki məsamələr də nəzərə alınır.
Məlumdur ki, hər hansı bir tozu laboratoriya təcrübədə qurğuda
titrətdikdə onun tutduğu həcm azalıb sıxlığı isə artacaqdır.
Titrəmə ilə sementin xüsusi səpki kütləsinin 1,2-1,5 dəfə
artırmaq olar. Qazımada işlədilən portland tamponaj sementinin
xüsusi səpki kütləsi 1200kq/m
3
-dur. Bu sementə narın
üyüdülmüş əlavələr qatdıqda onun xüsusi səpki kütləsi 800
kq/m
3
qədər olar. Quru sementin orta xüsusi çəkisi əsasən
γ
s
=
3,15
q
/
s m
3
𝛾
s
=3,15 q/sm
3
olur. Neft və qaz quyularının
sementlənməsində tamponaj portlandsementlərinin müxtəlif
növləri işlədilir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə