Neft-qaz quyularinin tamamlanmasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə38/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   34   35   36   37   38   39   40   41   ...   50
Quyularin tamamlanmasi leak by 1337

hidravlik zərbə
adlanır. Bununla da bir pilləli sementləmə
prosesi bitmiş hesab edilir. Nəhayət, kəmər arxasındakı sement
məhlulunun tutuşmağa başlamasını və onun bərkimə vaxtını
gösləmək lazım gəlir. Quyuya gələn xətlər yuyulur, sökülür,
təmizlənir, yığılır və sementləmə briqadası buruğu tərk edir.
Sement məhlulunun bərkiməsi ekzotermik reaksiya ilə davm
edir və kəmər daxilində təzyiqin artması müşahidə edilir. Bu
halda siyirtməni bir qədər açmaqla təzyiqi sementləmənin
sonundakı təzyiqə qədər azaldırlar.
Fırlanma üsulu ilə qazımanın ilk mərhələsindən
başlayaraq indiyə qədər ən geniş tətbiq edilən sementləmə
üsuludur. Qazıma texnikasının hazırkı inkişafı səviyyəsində
güclü sementləmə aqreqatlarının mövcud olması nisbətən dərin
quyuları belə bir pilləli üsulla sementləməyə imkan yaradır.
Bir və iki pilləli sementləmə aparılan quyulara aralıq və istismar
kəmərlərini endirdikdə, kəmərin aşağı ucuna şəkil 1-də
göstərilən quraşdırma bağlanır.


Şəkil 1. Qoruyucu kəmərin aşağı uc quruluşu:1 – yönəldici
tıxac; 2- başmaq; 3 - dəliklənmiş sementləmə potrubkası; 4-əks
klapan
Bu quraşdırma yönəldici tıxac ilə başmaqdan (1), sement
məhlulunun çıxması üçün dəlikləri olan sementləmə
patrubkasından (2), ondan yuxarıda muftun içərisində yerləşən
əks klapandan (3), daha sonra bir və yaxud iki ədəd qoruyucu
boru qədər yuxarıda muft içərisində yerləşdirilən istinad
halqasından (4) ibarət olur. Bunların üstündən qoruyucu
kəmərin aşağı seksiyası yığılır.
Kəmərin aşağı uc quruluşunun (1), (2), (3) və (4)-cü hissələri
adətən buruğa quraşdırılmış şəkildə gətirilir (şəkil 1). Buruq
ustası və qazımaçı quruluşu bağlamadan əvvəl onun hissələrini
yoxlamalıdır. 
Qoruyucu kəməri buraxıb qurtardıqdan sonra onun (kəmərin)
içərisi ilə quyu bir daha yuyulmaldır. Bu yuyulma üçün
buruqyanı meydançada sarayda əvvəlcədən yerləşdirilmiş
qazıma nasosunun atqı xətləri quyu ağzı sementləmə başlığı və
idarəedici blokun manifoldu ilə qəbul edilmiş sxem üzrə


birləşdirilir. Sonra quyunun sementlənməsi başlayır. Əvvəlcə
qarışdırıcı vasitəsilə SMQ maşınının bunkerindən gələn quru
sement su ilə su xəttindən (yaxud maşının su çənindən) gələn
suyun arası kəsilmədən qarışdırılması nəticəsində (təyin edilmiş
«su-sement amili» qiymətinə uyğun) hazırlanan sement məhlulu
dərhal quyuya vurulur. 
Şəkil 2. Bir pilləli sementləmənin sxemi:a- quyunun kəsilişi; b-
birinci sementləmə tıxacı; v-ikinci ayırıcı tıxac
Kəmərin içərisi ilə (şəkil 2) sement məhlulu (3) birinci ayırıcı
sementləmə tıxacını (4) aşağıya itələyir. Hesablanmış həcmdə
sement məhlulunu vurduqdan sonra başlıqdakı kranı (9)
bağlayıb sement vurulan boruları və nasosun atqı xətlərini
sementdən yuyub təmizləyirlər. 
Sement məhlulunun kəmər arxası fəzaya basılması üçün əvvəlcə
başlıqdakı (8) kranı açıb içəriyə bir qədər maye vurmaqla
başlıqda saxlanan ikinci sementləmə tıxacının stopor boltlarını
qırırlar və tıxacı kəmərin içərisinə yeridirlər. Sonra yenə də
başlıqdakı (9) kranını açırlar. Basqı mayesi vurulan iknci tıxac
(4) və (10) arasındakı sement məhlulunu kəmər içərisi ilə
aşağıya hərəkət etdirir. Birinci tıxac istinad halqasına (6)
oturduqdan sonra əmələ gələn təzyiqlər fərqi nəticəsində həmin
tıxacın (4) diafraqma şüşəsi sınıb onun (tıxacın) keçidini açır.
Sement məhlulu əks klapandan (7) keçərək yönəldici və
sementləmə patrubkası dəliklərindən çıxıb kəmər arxası fəzaya
keçir və basılaraq yuxarı qalxır. İkinci tıxac (10) birinci tıxacın
üstünə (4) çatdıqda təzyiq birdən qalxır. Bu isə başlıqdakı
monometr əqrəbinin sıçrama hərəkətilə müşahidə edilir. Sement
məhlulunun kəmərarxası fəzaya basılmasının sonu sementləmə
prosesinin qurtarmasını göstərir. Bundan sonra başlıqdakı (8) və
(9) kranlarını bağlayıb, kəməri və quyunu sement məhlulunun
bərkiməsi üçün 12-24 saat müddətində dayandırırlar.


Sement məhlulunun vurulması və basılmasında onun hərəkəti
əvvəlcə kəmərin içərisi ilə aşağıya sonra isə kəmər arxası fəza
ilə yuxarıya doğru yönəlir. Bununla əlaqədar olaraq
aqreqatlardakı nasosun təzyiqi (
P
h
) əvvəlcə (qazıma və
sement məhlulları sıxlığının fərqinə görə) düşür, sonra isə
sement məhlulu kəmər arxası fəzaya keçib yuxarıya qalxdıqda
artmağa (təzyiq) başlayacaqdır. Nasosdakı təzyiqin dəyişməsini
aşağıdakı tənlik ilə hesablamaq olar.
P
H
=
P
h
±
P
γ
=
P
h
±
(
ρ
s

m

ρ
m
)
gh ,
Burada 
P
H
- aqreqatın uyğun sürətindən nasosdakı təzyiq;
əmələ gələn hidravlik müqavimətlərin dəf edilməsinə sərf
olunan təzyiq;
h
- uyğun surətdə sement məhlulu sütununun
qalxma hündürlüyü, 
P
γ
- qazıma və sement məhlulu sıxlıqları
(
ρ
s

m

ρ
m
)
. Fərqinin müvazinətləşdirilməsinə sərf olunan
təzyiqdir. Sement məhlulu kəmərin içərisində olduqda işarə (-),
kəmər arxası fəzada olduqda isə işarə (+) götürülür.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə