Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-30. QUYULARIN TAMAMLANMASI ZAMANI



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə47/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   42   43   44   45   46   47   48   49   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-30.
QUYULARIN TAMAMLANMASI ZAMANI
TƏHLÜKƏSIZLIK TEXNIKASI
Quyuların möhkəmləndirilməsi (tamamlanması) bir-
birini tamamlayan iki əməliyyatdan – qoruyucu kəmərlərin
endirilməsi və sementlənməsindən ibarətdir. Quyunun ümumi
müqəddaratı işin düzgün təşkilindən, quyu lüləsinin
vəziyyətindən , eləcə də tədbiq olunacaq material, alət və
avadanlıqların texniki vəziyyətindən asılıdır.
Qoruyucu kəmərlərin endirilməsi zamanı buruq
avadanlığına maksimal yük təsir etdiyi üçün bu əməliyyata
başlamazdan qabaq bütün alət və avadanlıqların sazlığı, vışkanın
mərkəzləşdirilməsi, nasos təsərrüfatının vəziyyəti diqqətlə
yoxlanılmalı, ehtiyac olarsa, tal kanatı dəyişdirilməli və lazımi
təmir işləri həyata keçirilməlidir. 
Qazıma boruları qaldırılandan sonra qoruyucu boruları əl
ilə bağlamaq üçün rotorun ətrafında taxta və ya metaldan
meydança düzəldilir. Endirmə əməliyyatı spayderlə aparıldıqda
rotor çıxarılır, onun yerinə spayder qoyulur və ətrafı taxta ilə
tutulur. Taxta meydança möhkəm və hamaq olmalıdır. 
Qazıma borularına lazım olan endirmə-qaldırma alətləri
qoruyucu borular üçün tələb olunan alətlərlə əvəz olunur.


Qoruyucu borular nəzərdən keçirilib endirməyə
hazırlandıqda stellajlar üzərində dörd sıradan artıq olmayaraq
tələb olunan ardıcıllıqla yığılır. Hər boru sırası arasına taxta
qoyulmalıdır ki, boruların körpü üzərinə diyirlənməsi asanlaşsın.
Boruların yerdən körpü üzərinə yığılması da buruq
daxilinə çəkilməsi təhlükəli əməliyyatdır. 
Qoruyucu kəmərin quyuya endirilməsinə yalnız qazıma
ustasında aparılan əməliyyatın təsdiq olunmuş planı,
sementləmə başlığı, əks-klapanın preslənmə aktı və sementin
analiz sənədi olandan sonra icazə verilir.
Yivlərin yağlanması və başqa köməkçi işlərin icrası
zamanı zərərli amillərin təsirindən mühafizə üçün fəhlələr
xüsusi geyim, əlcək və xüsusi ayaqqabılarla təchiz olunmalıdır.
Boruların yiv birləşmələrinin bərkidilməsi zamanı zəncir
açarının, kəndirin qurulması, boruların mərkəzləşdirilməsi və
başqa işlər bir sıra mürəkkəbləşmələr və təhlükələrlə
əlaqədardır. 
Qoruyucu kəmərlərin mərkəzləşdirilməsini asanlaş-
dırmaq və təhlükəsiz əmək şəraiti yaratmaq üçün yuxarı və aşağı
istiqamətdə hərəkət edən nənni (люлька) tətbiq olunur.
Qoruyucu borular üçün mərkəzləşdirici bu nənnidə
yerləşdirilir.
Qoruyucu kəmərlərin əks klapanla endirilməsi zamanı
quyu lüləsinin təzyiqindən bükülməməsi üçün onun içərisinə
vaxtaşırı qazıma məhlulu ilə doldurulmasına diqqət
yetirilməlidir. Bu məqsədlə boruların avtomatik doldurulmasını
təmin edən differensial klapanlardan istifadə edilməsi məqsədə-
uyğundur.
Qoryucu kəməri endirib quratrandan sonra quyu yuyulur
və bilavasitə sementləmə əməliyyatı başlayır. Sementləmə iki
mərhələdən ibarətdir: sementləmə aqreqalarının , sement-
qarışdıranların, boru kəmərlərinin və s. hazırlanması və bilava-
sitə sementləmə işləri.


Gecə növbəsində sementləmə aarılması məsləhərt
görülmür. Məcbur olduqda iş yeri projektorlarla
işıqlandırılmalıdır.
Sementləmə başlığının buruğa çəkilib qurulmasında,
atqı xətlərinin təzyiqlə sınanmasında və başqa köməkçi işlərdə
təhlükəli işlər az deyildir.
Sement məhlululnun vurulması və basılması proses-
lərində təzyiqin dəyişilməsinə müntəzəm nəzarət edilməlidir. Bu
məqsədlə sementləmə nəzarət stansiyasından istifadə edilməsi
işı düzgün nəzarət etməyə imkan verir.
Sementləmə zamanı atqı xətlərinin hündürdə, asılı
vəziyyətdə saxlanılması təhlükəlidir. 
Sementləmədə adətən, iş yerləri sementə və qazıma
məhluluna bulanmış olur. Bu isə sürüşməyə, yıxılmaya,
zədələnmələrə şərait yaratdığına görə əməliyyat qurtarandan
sonra xətlərin sökülməsindən qabaq iş yerləri yuyulub
təmizlənməlidir.
Sement məhlulu bərkidikdən sonra kəmər hermetikliyə
yoxlanılır. Sementləmədə radioktiv maddələrdən istifadə
olunduqda uyğun təhlükəsizlik tədbirləri həyata keçirilir.
Ümumiyyətlə, quyuların tamamlanması prosesi təsadüflərlə dolu
olduğu üçün hər bir təhlükəsizlik tədbirləri görülməlidir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə