Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   45   46   47   48   49   50   51   52   53

112 
Qərb  iqtisadçılarının  sahibkarlıq  haqqında  iqtisadi  baxımlarının  təkamülünü  elmi  cəhətdən 
dərindən  tədqiq  edən  prof.  Q.N.  Manafov  həmin  baxışları  aşağıdakı  kimi  qruplaşdırmışdır  (18, 
s.223): 
1. 
R.Kantilyon,  A.Smit,  V.Roşer,  C.Tyurqo  və  başqalarının  fikrincə,  sahibkarlıq  fəaliyyəti 
kapitalist sahibkar tərəfindən məhdud iqtisadi resurslar şəraitində öz kapitalını mənfəət əldə etmək 
məqsədilə hər hansı bir sahəyə yönəltməkdən ibarətdir. Kantilyonun fıkrincə, sahibkarlıq xüsusi növ 
iqtisadi funksiya kimi, müxtəlif növ əmtəələr bazarında tələblə təklif arasında uyğunluq yaratmağa 
xid
mət edir. Başqa sözlə desək, Kantilyona görə, sahibkarlığın başlıca cəhəti onun riskə getməsindən
əsas  iqtisadi  vəzifəsi  isə,  müxtəlif  əmtəə  bazarlarında  təklifi  tələbə  uyğunlaşdırmaqdan  ibarətdir. 
Sahibkarı  “gözəgörünməz  əl”  vasitəsilə  ictimai  mənafeyə  xidmət  etməyə  yönəldilən  insanlar  kimi 
səciyyələndirən  A.Smit  hesab  edirdi  ki,  sahibkar  öz  istehlakını  planlaşdıran  və  təşkil  edən,  onun 
nəticələri üzərində müstəqil sərəncam verən, mənfəət götürmək məqsədilə kommersiya ilə bağlı hər 
hansı bir ideyanı reallaşdırmaq üçün risk edən mülkiyyətçidir. A.Smitin fıkrincə, xüsusi sahibkarlıq 
bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də, o, həm də qeyri-şüuri olaraq bilavasitə öz 
amalına aid olmayan başqa bir zəruri cəhətə, yəni cəmiyyətin ümumi mənafeyinə, məsələn, məhsul 
istehsalının artmasına, onun keyfiyyətinin yüksəlməsinə, mədəni ticarət xidmətinə, modernizasiyaya 
və s. xidmət etmiş olur. 
2. 
A.Marşall,  L.  Valras,  A.Kouz,  V.Druker,  D.Maklelland  və  başqaları  sahibkarlığı  istehsalın 
təşkili və idarə edilməsi ilə bağlı işgüzar fəaliyyət kimi səciyyələndirirlər. Bu baxışlarda kapitalist və 
sahibkar  anlayışları  bir-birindən  fərqləndirilir  və  sahibkara  menecment  kimi  yanaşılır,  sahibkarlıq 
fəaliyyətinin  məzmunu,  onun  iqtisadi  funksiyası  müəyyən  iqtisadi  keyfıyyətlərə  malik  olan 
təşəbbüskar  fərdlə,  şəxsiyyətlə  eyniləşdirilir.  A.Marşallın  tədqiqatı  üçün  səciyyəvi  cəhət  azad 
sahibkarlığın istehsal və iqtisadi azadlıqlarla eyniləşdirməkdən ibarətdir (16, s.268). O hesab edir ki, 
sivilizasiyalı bazar istehsal və sahibkar azadlığıdır (10, s.250). 
3. 
Sahibkarlıq  risklə  bağlı  olan,  qeyri-müəyyənlik  və  informasiya  qıtlığı  şəraitində  həyata 
keçirilən işgüzar fəaliyyətdir. Həmin baxışın nümayəndələri sırasına R.Kantilyon, Y.Tyunen, F.Nayt, 
R.Kouz, L.Mizes, F.Xayek və başqaları daxildir. 
4. 
Y.Şumpeter,  R.Druker,  Q.Şmoller  və  başqalarının  fıkrincə,  sahibkarlıq  daimi  yenilikçiliklə, 
təşkilati  innovasiya  ilə  səciyyələnən,  bazarda  hər  vaxt  yeni  iqtisadi  şərait  yaradan  işgüzar 
fəaliyyətdir.  Sahibkarı  istehsalatda  yeni  texnologiya  əldə  edən  novator  kimi  səciyyələndirən 
Şumpeterə görə, sahibkar olmaq digərlərinin edə bilmədiyini etmək, əvvəldən görə bilmək, köhnəliyə 
zidd  çıxmaq,  yenilik  tapmaq  və  onu  tətbiq  etmək,  qorxmadan  risk  etmək,  qabaqcadan  verilmiş 
proseslər əsasında deyil, həmin prosesləri özü müəyyən edərək fəaliyyət göstərmək qabiliyyətindədir 
(16, s.268). O, sahibkar dedikdə, təkcə istehsal mülkiyyətçisini deyil, həm də bank və yaxud səhmdar 
cəmiyyəti rəhbərlərinin də bu kateqoriyaya aid edildiyini nəzərdə tutur (22, s. 169-170). 
2. 
Sahibkarlığın formaları və onları müəyyən edən amillərin xarakteristikası. 
Sahibkarlığı iqtisadi fəallığın xüsusi bir forması kimi qiymətləndirən bəzi ölkə iqtisadçıları (15, 
s.14-
23) sahibkarlığın dövlət və xüsusi formasını fərqləndirirlər. Onlar dövlət sahibkarlığını dövlət 
orqanları və yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin həyata keçirdiyini qeyd edir və onların 
əmlakının dövlətin, bələdiyyələrin və büdcənin vəsaiti hesabına formalaşdırdığını göstərirlər. Xüsusi 
sahibkarlıq  iqtisadi  fəallığın  forması  kimi  sahibkarlığın  özləri  tərəfindən  müstəqil  surətdə  həyata 
keçirilir.  Onlar  hər  iki  sahibkarlıq  formasına  kollektiv,  ailə,  fərdi  və  digər  törəmə  formalarını  aid 
edirlər. 
Rus  iqtisadçısı  A.Busıgin  də  sahibkarlığın  xüsusi  və  dövlət  formalarını  ayırmaqla,  hər  iki 
sahibkarlıq formasına kollektiv, ailə və s. sahibkarlıq növlərini daxil edir (14, s. 172-173). 
Prof. V.Niftullayevə görə, sahibkarlığın subyekti kimi fiziki şəxslər istər fərdi və istərsə də ailə 
formasında fəaliyyət göstərir və sahibkarlıq subyekti olan biliklər, müxtəlif təsərrüfat assosiasiyaları, 
icra  kollektivləri,  açıq  və  qapalı  tipli  səhmdar,  müxtəlif  yoldaşlıq  cəmiyyətləri  formasında  çıxış 
edirlər  (9,  s.16-17).  Prof.  İ.İbrahimov  isə,  icarə  kollektivlərinin  sahibkarlıq  subyektinə  aid 
olunmasına  etiraz  edir.  Onun  fıkrincə,  sahibkarlığın  subyekti  əmlakı  olan  şəxslər  ola  bilər,  çünki 
icarə əmlaka, torpağa və digər maddi ehtiyatlara müqavilə əsasında əvəzi ödənilməklə müddətli sahib 
olmaq  və  onlardan  istifadə  etməkdir  (3,  s.96-97).  Alim  haqlı  olaraq  bunu  "İcarə  haqqında" 


113 
Azərbaycan Respublıkası qanununda əmlakın icarəyə verilməsinin heç də əmlak üzərində mülkiyyət 
hüququnun verilməsinə səbəb olmamasının təsbit edilməsi ilə əsaslandırır (13, s.3). 
“Sahibkarlıq  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  qanununda  qeyd  olunur  ki, 
sahibkarlıq  fəaliyyəti  fıziki  şəxslərin,  onların  birliklərinin,  habelə  hüquqi  şəxslərin  mənfəət  və  ya 
şəxsi  gəlir  əldə  edilməsi  məqsədilə  özlərinin  cavabdehliyi  və  əmək  məsuliyyəti  ilə,  yaxud  digər 
hüquqi və fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün 
növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərməsi formasında həyata keçirdikləri 
müstəqil təşəbbüskarlıq fəaliyyətidir (2). Prof. Ə.Q. Əlirzayev isə qeyd edir ki, bu fəaliyyət növü heç 
də  öz-özünü  tənzimləyən,  ancaq  bazar  iqtisadiyyatı  qanunları  ilə  rəqabət  mühitində  təşəbbüs 
fəaliyyəti  ilə  təkmilləşən  fəaliyyət  deyildir  (8,  s.411).  Alimin  fikrincə,  sahibkarlıq  həm  də 
tənzimlənən  və  daima  təkmilləşən  sistemdir.  Y.Əliyeva  isə,  sahibkarlığı  əmtəə  istehsalı  və  xidmət 
göstərilməsinə yönəldilmiş, cəmiyyətə xeyir verən fəaliyyət növü kimi səciyyələndirir və qeyd edir 
ki,  "...sahibkarlıq  fəaliyyətinin  əsasını  bu  və  ya  digər  mülkiyyət  forması-xüsusi,  səhmdar,  dövlət 
kooperativ  və  s.  formalar  təşkil  edir"  (19,  s.329).  Göründüyü  kimi,  burada  müəllif  yanlış  olaraq 
sahibkarla  mülkiyyətçini  eyniləşdirir.  Onun  fikrincə,  sahibkarlıq  fəaliyyətilə  həm  ayrı-ayrı  şəxslər, 
həm  insanlar  kollektivi  (müəssisə),  həm  də  dövlət  məşğul  ola  bilər.  Burada  sahibkarlığın  fərdi  və 
kollektiv növləri fərqləndirilir (19, s.329). 
Sahibkarlıq  fəaliyyəti  bu  fəaliyyət  üçün  zəruri  olan  xarici  mühiti  formalaşdıran  xarici  amillər 
məcmusunun təsiri altında həyata keçirilir. Bu zaman sahibkarlıq subyektlərinin özlərinin məcmusu, 
sahibkarlıq  subyektlərinin  həyata  keçirilməsinin  xarici  mühiti,  eləcə  də  sahibkarlıq  subyektlərinin 
xarici mühitlə və iqtisadi münasibətlərin digər iştirakçıları ilə qarşılıqlı təsiri sahibkarlıq fəaliyyətinin 
sahibkarlıq sferasını formalaşdırır. 
Prof. İ.İbrahimov sahibkarlıq fəaliyyətini “...fiziki və hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir 
əldə  edilməsi  məqsədilə  özlərinin  cavabdehliyi  və  əmlak  məsuliyyəti  ilə  qanunvericiliklə  qadağan 
edilməyən  təsərrüfat  fəaliyyətinin  bütün  növləri,  o  cümlədən  məhsul  istehsalı,  satışı  və  xidmətlər 
göstərilməsi  formasında  həyata  keçirdikləri  müstəqil  təşəbbüskarlıq  fəaliyyəti...”  kimi  xarakterizə 
edir və onun təşəbbüskarlıq, müstəqillik, risk, məsuliyyət fəal axtarış kimi əlamətlərə malik olduğunu 
göstərir (3, s.108). 
Əbəs  yerə  deyildir  ki,  akademik  Z.Səmədzadə  sahibkarlığı  müasir  iqtisadi  sistemin  başlıca 
iqtisadi əsası hesab etməklə, onun iqtisadiyyata lazımi dinamiklik verən “...dayanıqlı və keyfıyyətli 
iqtisadi artımın strateji ehtiyatı...” kimi qiymətləndirir (21, s.606.). 
Sahibkarlığın məqsəd və funksiyalarının qiymətləndirilməsi. 
Təsərrüfatçılıq  fəaliyyətinin  bütün  formaları,  yəni  əmtəələrin  istehsalı  və  satışı,  xidmətlər 
göstərilməsi sahibkarlığın obyekti kimi, fiziki və hüquqi şəxslər, habelə dövlət onun subyektləri kimi 
çıxış  edir.  Sahibkarlığın  məqsədləri  sırasına  iqtisadi  və  sosial-psixoloji  məqsədlər  aid  edilir.  Prof. 
Q.Manafov iqtisadi məqsədlər qrupunu şəxsi gəlir (hüquqi şəxslər üçün) kimi alt məqsədlərə bölür 
(6, s.226). Alim sosial- 
psixoloji  məqsədləri  aşağıdakı  kimi  alt  məqsədlərə  bölməklə  onların 
təsnifatını  aparır  (6,  s.226):  rəhbərlik  etmək;  başqalarına  təsir  göstərə  bilmək;  digərləri  və  özü 
üzərində qələbə qazanmaq; müvəffəqiyyətə çatmaq; yaradıcı işdən sevinc tapmaq; şəxsi işini və şəxsi 
həyatını əlaqələndirmək. İqtisadi ədəbiyyatda aparılan tədqiqatlar göstərir ki, alimin qənaətini demək 
olar  ki,  bu  barədə  ayrı-ayrı  alimlərin  və  onun  özünün  təkliflərinin  məntiqi  yekunu  kimi 
qiymətləndirmək olar. 
Sahi
bkarlığın  başlıca  funksiyalarının  təsnifatında  da  fərqli  fıkirlər  mövcuddur.  Bəzi  alimlər 
həmin  funksiyalara  riski  üzərinə  götürmək  və  idarəetmə  funksiyalarını  daxil  edir,  bəziləri  isə 
sahibkarlıq funksiyalarına aşağıdakıları aid edir (16, s.271-275; 18, s.227): 
1.
 
İşgüzar fəaliyyət üçün zəruri olan resursların birləşdirilməsi (əmək resursları, torpaq resursları, 
kapital-
investisiya resursları, sahibkarlıq qabiliyyəti); 
2.
 
İşgüzar  fəaliyyətin  əsas  məsələləri  üzrə  qərarların  qəbul  edilməsi  (müstəqil  və  kollektiv 
q
ərarlar); 
3.
 
İnnovasiya fəaliyyəti (yeni ideya, təşəbbüskarlıq); 
4.
 
Sahibkarlıq riski (sığortalana bilən və sığortalana bilməyən). 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə