Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

105 
keyfiyyət  münasibətlərinin  optimallaşdırılması  tələblərini  də  konkretləşdirir.  Yeni  və  ya 
yaxşılaşdırılmış  məhsulların  və  onların  yeni  istehsal  qaydalarının  ortaya  qoyulması  məqsədi  ilə 
intellektual potensialın fəallaşdırılması daha yaxın perspektivdə mümkündür. Belə təzahür formasına 
malik innovasiya prosesləri üçün aqrar sahədə çevik tənzimləmə mexanizmi yaradılmalıdır. 
Aqrar 
sahədə  texnoloji  innovasiyaların  məhsul  və  proses  növlərinə  fərqli  yanaşma  zəruridir. 
Məhsul çeşidində mühafizəkarlıq elementlərinin üstün olduğu aqrar sahədə yeni məhsul istehsalı (bu 
halda yenilik son istehsalçıya çatdırılan məhsulda da təzahür edə bilər) innovasiyanın radikallığına 
dəlalət  edir.  Başqa  sözlə,  yeni  məhsul  istehsalı  aqrar  və  aqrar-sənaye  qurumlarında  xüsusi  hadisə 
kimi qəbul olunmaqla, yeni texnologiyalara və ya mövcud texnologiyaların keyfiyyətcə yeni tətbiq 
qaydalarına  əsaslanır.  İntellektual  məhsul  innovasiyasının  aqrar  sahədəki  məhdud  tətbiq  dairəsi, 
sahələrarası  inteqrasiya  hesabına  xeyli  genişlənmək  imkanına  malikdir.  Qabaqcıl  ölkələrin  modern 
ərzaq sənayesi buna əyani nümunə kimi göstərilə bilər. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  müasir  dövrdə  iqtisadiyyat  da  sosial  proseslərdə  ətraf  mühitdə 
yaranmış problemləri  yalnız innovasiyalı inkişaf sayəsində həll etmək mümkündür. Bu, özlüyündə 
mövcud resurslardan daha səmərəli istifadə edilməsi və daima artan istehlak tələbinin ödənilməsini 
təmin edən səmərəli texniki və texnoloji qərarların qəbulu deməkdir. (2) 
Aqrar  istehsal  texnologiyalarının  təkmilləşdirilmiş  üsullarının  tətbiqinə  əsaslanan  proses 
innovasiyası ayrı-ayrılıqda və ya sinxron şəkildə kəmiyyət və keyfiyyət artımına gətirib çıxarır. 
T
ədqiqatlar  göstərir  ki,  aqrar  sahədə  innovasiyalar,  o  cümlədən  texniki-texnoloji  yeniləşməni 
nəzərdə tutan variant aşağıdakı amillərdən asılı olaraq seçilə bilər: 
a)
 
tətbiq olunan yeniliyin xarakteri, onun məhsula və ya istehsal prosesinə aidiyyəti; 
b)
 
mövcud re
surs  potensialı.  Bu  halda  intellektual  potensial,  texniki  təminat  və  s.  nəzərdə 
tutulur; 
c)
 
bazarın tələbləri və konyunkturun dinamikasını əks etdirən informasiya təminatı. Belə ki, 
tələb-təklif nisbətinə təsir edən amillərin parametrləri yeni paradiqmalar üzrə, əsasən dərk olunduğu 
dərəcədə  qəbul  edilir.  Başqa  sözlə  yeniliklər  üçün  stimul,  onların  nəticələrinin  təqdimatından 
bilavasitə asılı olur;  
d)
 
kənd təsərrüfatında sahədaxili nisbətlərin uyğunluğu, daha dəqiq desək yeniləşmə üsulunun 
texnika və texnologiyaların həyat tsiklinə, cari vəziyyəti səciyyələndirən qiymətlər və s. müvafiqliyi. 
Müasir ərzaq kompleksində analoqu olmayan məhsullar ortaya qoymaq imkanı, bilavasitə kənd 
təsərrüfatı  istehsalına  nisbətən  dəfələrlə  böyükdür.  Bu  səbəbdən  innova-  siyaların  miqyası  aqrar-
sənaye inteqrasiyası hesabına genişlənir və əlverişli bazar şəraitində innovasiyaların tempi yüksəlir. 
Müvafiq  mənbələrdə  investisiyaların  həyat  tsiklinin  araşdırılması  zamanı  ideyala-  rın 
kommersiyalaşması  mərhələsinə  kifayət  qədər  diqqət  yetirilmir.  Əksər  hallarda  buna  səbəb  kimi 
aqrar bazarın çeşid baxımından mühafizəkarlığı göstərilir. Bununla belə unutmaq olmaz ki, hər hansı 
bir  dəyişikliyi  prinsipcə  yenilik  kimi  təqdim  edən  idxalçı  qurumlar  məhz  bu  amil  hesabına  yerli 
bazarda  mövqelərini  möhkəmləndirmiş  olurlar.  Özü  də  həmin  meyl  heç  də  həmişə  keyfiyyətin 
yüksəlməsinə xidmət göstərmir. 
Fəaliyyət istiqamətindən asılı olmayaraq ideyanın yaranması mərhələsi elmi- tədqiqat və layihə-
konstruktor işlərinin yerinə yetirilməsi və eksperimental nüsxələrin hazırlanması prosesi ilə müşayiət 
edilir. İnnovasiyaların sonrakı mərhələləri, əmək tutu- mu və mürəkkəblik baxımından əhəmiyyətli 
dərəcədə  fərqlənirlər.  Bununla  belə,  ərzaq  məhsulları  istehsalında  həmin  mərhələləri  birmənalı 
şəkildə fərqləndirmək problemlidir. 
Eyni zamanda onu da unutmaq olmaz ki, texniki-
texnoloji yeniliklərin yüksək tezliyi istehsal və 
kommersiya  fəaliyyətinin  ahəngdarlığına  mənfi  təsir  edir.  Bu  səbəbdən  innovasiyaların 
maliyyələşdirilməsinin bir sıra parametrlərinin reqlamentləşdirilməsi zamanı kənd təsərrüfatı, onunla 
sıx texnoloji-iqtisadi əlaqələrdə olan sahələrin xüsusiyyətləri və innovasiyaların sosial-ekoloji aspekti 
nəzərə alınmalıdır. 
Kənd  təsərrüfatına  yönəldilən  investisiyalarda  sosial-ekoloji  münasibətlərində  ahəngdarlığın 
təmin  edilməsi  səviyyəsi  ekoloji  mühəndisliyin  əsas  tələblərinə  uyğun  ol-  malıdır.  Bu  baxımdan, 
kənd  təsərrüfatında  tətbiq  ediləcək  texnika  və  texnologiyaların  texniki-iqtisadi  qiymətləndirilməsi, 
onların  sosial-ekoloji  ekspertizası  ilə  birgə  aparılmalıdır.  Belə  təhlilin  nəticələri  innovasiyaların 


106 
seçimində  iqtisadi-ekoloji  baxımdan  qabaqlayıcı  tədbirlər  üçün  zəruri  informasiya  mənbəyi  rolunu 
oynayır.(3) 
Yeni  texnika  və  texnologiyanın  tətbiqi  zamanı  ətraf  mühitin  vəziyyətini  müşahidə  etmək, 
qiym
ətləndirmək  və  proqnozlaşdırmağı  nəzərdə  tutan  monitorinqin  həyata  keçirilməsi  kənd 
təsərrüfatında intensivləşmənin ekoloji parametrlərinə elmi əsaslandırılmış münasibət üçün əlverişli 
mühit formalaşdırır. İntensiv aqrotexnologiyaların ətraf mühitə təsirinin məqbul hədlərinin müəyyən 
edilməsi məqsədi ilə həyata keçirilən mühəndis - ekoloji ekspertiza da innovasiyaların sosial-ekoloji 
səmərəliliyinin qiymətləndirilməsində az rol oynamır.  
Müasir  riyazi  aparat  və  mütərəqqi  informasiya  texnologiyaları  aqrar  sahədə  texniki  yenilikləri 
sosial-
ekoloji  mövqedən  qiymətləndirməklə  fəaliyyətin  səmərəliliyini  hərtərəfli  əsaslandırmaq 
imkanlarını dəfələrlə genişləndirilmişdir. 
Digər tərəfdən bitki, heyvan və mikroorqanizmlərin genetik kodlarını məqsədyönlü dəyişməklə 
lazımi  maddələrin  alınması  üsullarının  sistemli  məcmusu  kimi  biotexnologiyalar  elmin  perspektiv 
sahələrindən  birinə  çevrilmişdir.  Əsasən  gen  və  hüceyrə  mühəndisliyinə  əsaslanan  bu 
texnologiyaların  kənd  təsərrüfatında  tətbiqi  ekoloji  problemlərin  həllinə  xidmət  edir.  Get-gedə 
kimyəvi  texnologiyaların  biotexnologiya  ilə  əvəzlənməsi,  biogübrələrin  tətbiqi,  müxtəlif  növ  üzvi 
tullantıların  istifadəsi,  meşələrin  bərpasını  sürətləndirmək  üçün  antropogen  təzyiqə  davamlı  əkin 
materiallarının  yaradılması,  ətraf-mühitin  çirklənməsinə  qarşı  mübarizədə  yeni  yaradılmış 
mikroorqanizmlərin istifadəsi bu imkanların reallaşdırılması vasitələridir. 
Təcrübə  göstərir  ki,  biotexnologiyaların  ətraf  mühitə  münasibətdə,  o  cümlədən  kənd 
təsərrüfatında tətbiqində ehtiyatlı yanaşma olmalıdır. Bu texnologiyalar canlı orqanizmlərin təbiətinə 
müdaxilə  etdiyindən,  onların  təkamül  sürətini  dəyişdirdiyindən,  hər  bir  addımın  biosferdə  genetik 
müxtəlifliyə,  ekoloji  balansa  və  əlbəttə  insanların  sağlamlığına  təsiri  dərindən  və  hərtərəfli 
öyrənilməli, davamlı sınaqlardan aparılmalıdır. 
Dünya  təcrübəsi  göstərir  ki,  biotexnologiyaların  tətbiqi  üzrə  görülən  bütün  işlərin  əhali  üçün 
şəffaflığı, bu sahədə beynəlxalq əməkdaşlıq və ictimai nəzarətin güclənməsi həyati vacib məsələdir. 
Məlum  olduğu  kimi  ailə  kəndli  təsərrüfatlarının  kiçik  ölçüləri  istehsalın  intensivləşməsi 
prosesinə  və  qismən  innovasiyalara  mənfi  təsir  göstərir.  Adətən  ailə  əməyi  və  ailənin  maliyyə 
imkanları  hesabına  fəaliyyət  göstərən  bu  təsərrüfatların  innovasiya  imkanlarının  araşdırılması  və 
həmin qurumların ölçülərinin optimallaşdırılması məsələləri xüsusi münasibət tələb edir. 
Məsələ ondadır ki, bazar şəraitində ailə-kəndli təsərrüfatlarının ölçülərinin kiçikliyi səbəbindən 
birmənalı  olaraq  onların  fəaliyyətinin  səmərəsizliyini  söyləmək  olmaz.  Aqrar  sahibkarın  təsərrüfat 
müstəqilliyi, təsərrüfatçılıq təcrübəsi, maddi və mənəvi maraq və s. kimi amillərin məcmu təsiri kiçik 
ölçülü  təsərrüfatlarda  iqtisadi  səmərəliliyin  yüksəldilməsi  üçün  əhəmiyyətli  imkan  açır.  Eyni 
zamanda, miqya
s  effektinin  innovasiyalara  müsbət  təsiri  də  nəzərdən  qaçırılmamalı,  həmin  təsirin 
rəqabət qabiliyyəti üçün həlledici əhəmiyyəti diqqət mərkəzində olmalıdır. 
Bir qayda olaraq, kiçik ölçülərə malik olan ailə-kəndli təsərrüfatlarının, sahibkar subyektlərinin 
üstünlük təşkil etməsi mineral gübrələr, zəhərli kimyəvi preparatlar, toxum, texniki vasitələr və onlar 
üçün  ehtiyat  hissələri  bazarının  formalaşması  prosesini  ləngidir.  Xeyli  dərəcədə  bu  amilin  təsiri 
altında,  daha  doğrusu  təsərrüfatların  maliyyə  imkanlarının  məhdudluğu  üzündən  kəndlərdə  xidmət 
obyektlərinin  fəaliyyəti  arzu  olunan  templə  genişlənmir.  Aqrar  sahədə  istehsal  subyektlərinin 
səmərəli ölçülərə çatdırılması kompleks məsələdir və onun həlli - hüquqi, iqtisadi, sosial, ekoloji və 
s. müstəvilərdə həyata keçirilməlidir. Bu məqsədlə ilk növbədə, iqtisadi rayonlar, bəlkə də taksonlar 
üzrə ailə -kəndli təsərrüfatlarının və sahibkarlıq subyektlərinin əsas xüsusiyyətləri nəzərə alınmaqla 
səmərəli  ölçüləri,  ixtisaslaşmadan  asılı  olaraq  təsərrüfatın  məqbul  ölçüyə  çatdırılması  üçün  zəruri 
olan torpaq sahəsi və mal-qaranın baş sayı, əmlak hesablanmalı, təsərrüfatçılığın məqbul ölçüsündə 
rəqabət qabiliyyətini təmin edən məhsuldarlıq, satış qiymətləri, məsrəflər və digər iqtisadi göstəricilər 
müəyyənləşdirilməlidir.  Arayış  üçün  bildirək  ki,  takson  dedikdə,  burada  bonitet  ballarının 
qruplaşdırılması  yolu  ilə  müəyyən  edilən,  eyni  münbitliyə  malik  ərazi  vahidləri  başa  düşülür. 
Haqqında danışılan  göstəricilərin hesablanması üçün ailə-kəndli və ev təsərrüfatlarının, sahibkarlıq 
subyektlərinin  ölçülərinin  artması  ilə  ixtisaslaşma  və  təmərküzləşmə,  intensivləşmə  və  innovasiya, 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə