Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

101 
1,97%-dir. Burada 116 sm-
ə qədər dərinlikdə humus 1,57 % təşkil etmişdir. Əkinaltı qatda bu rəqəm 
1,75 % olmuşdur. 46-81 sm-də demək olar ki, humusun miqdarında kəskin dəyişkənlik hiss olunmur 
və 1,73% olduğu görünür. 116-153 sm-də bu rəqəm 0,92 %-ə qədər azalır. Bu təhlildən aydın olur ki, 
bu torpaqlar qədimdən suvarıldığı üçün profil boyu humusun miqdarı aşağıya doğru çox zəif şəkildə 
dəyişilir. 
Tərtər  rayonu  ərazisində  boz-qəhvəyi  torpaqlarda  pambıqaltında  qoyulmuş  kəsimdə  üst  əkin 
qatında humusun miqdarı 2,65 % olmuşdur. Bu torpaqların nisbətən tünd rəngli olması da humusla 
zəngin  olduğunu  göstərir.  Ümumən  həmin  torpaqlar  uzun  illər  yüksək  aqrotexniki  qaydada 
becərildiyi  və  müxtəlif  mineral  və  üzvi  gübrələrin  tətbiq  edildiyinin  nəticəsidir.  Əkinaltı  qatda  isə 
humus artıq əvvəlki torpaqlara görə xeyli fərqlənir və 1,14%-ə enir. Tədqiqatlar göstərir ki, suvarılan 
boz-
qəhvəyi torpaqlar humusla təminatına görə pambıqaltı torpaqlar içərisində daha çox fərqlənir. 
Kür-
Araz ovalığında pambıqaltında istifadə edilən torpaqların əsas hissəsini suvarılan çəmən-boz 
torpaqlar  təşkil  edir.  Bu  torpaqlar  ovalığın  əsasən  yarımsəhra  landşaftına  malik  olan    ərazilərdə 
hündürlüyü o
kean səviyyəsi və ondan aşağıda olan sahələrdə geniş yer tutur. Tədqiqat apardığımız 
Saatlı, Sabirabad, Bərdə, Ucar və Kürdəmir rayonları ərazilərinin əsas torpağı suvarılan çəmən-boz 
torpaqlardır.  Bu  torpaqlarda  humusun  miqdarı  boz-qəhvəyi  torpaqlarla  müqayisədə  nisbətən  azdır. 
Bəzən isə bu torpaqlara bərabər ola bilir. Profil boyu isə paylanmasında da fərqlilik müşahidə olunur. 
Saatlı rayonu Muğan meliorasiya təcrübə stansiyasında qoyulmuş kəsimin analizlərinin nəticəsi 
göstərir  ki,  üst  əkin  (0-25 sm)  qatında  humusun  miqdarı  2,08%-dir.  Əkinaltı  qatda  isə  bu  1,32  % 
təşkil edir. 52 sm-dən dərində humusun miqdarı 1,34%, 80 sm-dən dərində isə bu kəskin olaraq azalır 
və 0,24 % təşkil edir.  
Sabirabad rayonu ərazisində çəmən-boz torpaqlarda isə üst əkin qatında humus 1,15% olmuşdur. 
Əkinaltı qatda isə bu göstərici 1,0% təşkil etmişdir. 56 sm-dən başlayaraq dərinə doğru isə humus 
kəskin azalır, 0,27-0,25% olmaqla, 106 sm-dən dərində isə yenidən yüksəlir və 0,70-0,90%-ə çatır. 
Tədqiqatlar  göstərir  ki,  profil  boyu  humusun  belə  paylanması  allüvial  çöküntülərlə  əlaqədardır. 
Xüsusən buna Kür çayının daşması da təsir göstərir. 
0
2
4
6
8
10
12
14
16
Humus %-lə
Ümumi azot %-lə
C:N
CO2
CaCO2
 
Histoqram 1. 
Torpaqların əsas kimyəvi göstəricilərinin qrafik təsviri. 
 
Suvarılan boz-çəmən Kürətrafı torpaqlarda bu fərqlilik daha aydın hiss olunur. Məsələn, Bərdə 
rayonunda qazılmış kəsimdə üst qatda humusun miqdarı 1,57 %, əkinaltı qatda isə çox az fərqlənir və 
1,50  %  təşkil  edir.  Əkinin  altında  45-62 sm-də  humus  nisbətən  yüksəlir,  1,90  %-ə  çatır.  Bu  da 
allüvial 
çöküntülərin yayılması ilə əlaqədardır. 
Həmin  torpaqlarda  62  sm-dən  aşağıda  isə  humusun  miqdarı  kəskin  azalaraq  0,77  %-ə  enir  və 
kəsim boyu sona qədər bu şəkildə davam edir. 
Ucar və Kürdəmir rayonu ərazilərində suvarılan çəmən-boz torpaqların da əkinaltı qatında uzun 
illər suvarmanın təsiri ilə humusun miqdarı  yüksəlir. Ucar rayonunda qoyulan kəsimin üst qatında 
humusun miqdarı 1,92 %, əkinaltı qatda isə bu 1,97 %-ə qədər yüksəlir. Kürdəmir rayonu ərazisinin 


102 
üst əkin qatında humus 1,48 %, əkinaltı qatda isə bu daha çox  yüksəlir və 2,25 %-ə çatır. Hər iki 
kəsimdə  aşağı  qatlara  doğru  tədricən  azalır.  Ümumən  bu  torpaqlarda  vaxtaşırı  meliorasiya 
tədbirlərinin  həyata  keçirilməsinə,  profil  boyu  torpağın  humusuna  və  bir  çox  tərkib  elementlərin 
dəyişilməsinə səbəb olmuşdur. 
Kür-
Araz ovalığında pambıqaltı torpaqlar içərisində boz torpaqlar da əhəmiyyətli yerə malikdir. 
Bu torpaqlar Mil düzünün dağətəyi meyilliyi yüksək olan hissələrində yayılmışdır. Bir qismi suvarılır 
və əsas hissəsi qış otlaqları altında istifadə edilir.  
Mil  Təcrübə  Stansiyasında  (Beyləqan  rayonu)  qazılmış  kəsimin  təhlili  göstərir  ki,  üst  əkin 
qatında  humusun  miqdarı  2,03%,  əkinaltı  qatda  isə  bu  2,06%  təşkil  edir.  Bunun  belə  olması  qeyd 
etdiyimiz kimi suvarmanın təsiri ilə baş verir. Həmin torpaqlarda 62 sm-ə qədər humus yüksəkdir. 62 
sm-
dən dərinliyə doğru isə kəskin azalır. 115 sm-dən dərində isə nisbətən yüksəlir. Bu da əvvəldə 
qeyd etdiyimiz kimi suvarma işlərinin təşkili ilə bağlıdır. 
Ümumən  suvarılan  torpaqlarda  humusun  miqdarı  üst  qatda  əsasən  azalmış  olur  ki,  bu  da 
suvarmanın və arid iqlim şəraitində üzvi qalıqların sürətli minerallaşması ilə əlaqədardır. 
Nəticə.  Torpaqda  humusun  miqdarı  və  tərkibi  torpaq  əmələgəlmə  prosesində,  bitkilərin 
qidalanmasında  və  torpaq  münbitliyinin  formalaşmasında  mühüm  rol  oynayır.  Kür-Araz  ovalığı 
torpaqlarında  humusun  miqdarı  və  tərkibi  xam  və  suvarılan  torpaqlarda  bir-birindən  fərqlənir. 
Suvarılan torpaqlarda humusun miqdarının geniş diapazonda dəyişməsi torpaqda əkilən bitkilərdən, 
torpaqların  istifadə  texnologiyasından  və  şumlanma  sayından  aslıdır.  Müəyyən  edilmişdir  ki, 
torpaqlarda  şumlanma  sayının  çox  olması  torpağın  aerasiya  qabiliyyətini  yaxşılaşdırmaqla  bioloji 
fəallığı  artırır.  Bu  da  humusun  miqdarının  azalması  ilə  müşhidə  olunur.  Müəyyən  olnmuşdur  ki, 
suvarılan torpaqlarda suda həll olan humusun miqdarı xam torpaqlarla müqayisədə aşağıdır ki, bu da 
suvarma prosesi ilə əlaqədardır. 
 
ƏDƏBİYYAT 
 
1. 
Babayev  M.P,  İsayeva  F.H,  Cəfərova  S.F  /  Suvarılan  torpaqların  münbitliyinin  bərpası  və 
qorunub saxlanması. Bakı, Elm, 2010, 220 s.2. Əliyev S.A. Azərbyacna torpaqlarının üzvi maddələri 
və  münbitliyi.  Azərnəşrr,  1964.  182s.  3.  Məmmədov  Q.Ş.,  Babayev  M.P.,  İsmayılov  A.İ. 
Azərbaycanın torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası. Bakı: Elm, 2002, 250 s. 4. Бабаев 
М.П. Орошаемые почвы Кура-Араксинской низменности и их производительная способность. 
Элм-1984, 176 стр. 5. Волобуев В.Р. Генетические формы засоления почв Кура-Араксинской 
низмнности.  Баку;  Изд.Аз.  ССР.  1965  с.  6.  Cалаев  М.Э.  Диогностика  и  классификации 
Азербайджана. Баку, «Елм», 1999, 238 с. 7. Семенов В.М., Когут Б.М. Почвенное органическое 
вещество. – М.: ГЕОС, 2015. 233 с. 8. Celik, I. "Land-use effects on organic matter and physical 
properties of soil in a southern Mediterranean highland of Turkey." Soil and Tillage Research83.2 
(2005): 270-277. 9. Soane, B. D. "The role of organic matter in soil compactibility: a review of some 
practical aspects." Soil and Tillage Research 16.1-2 (1990): 179-201. 10. Six, J., et al. "Soil structure 
and organic matter I. Distribution of aggregate-size classes and aggregate-associated carbon." Soil 
Science Society of America Journal 64.2 (2000): 681-689. 
 
Содержание гумуса в почвах пригодных под хлопчатник в Кура-Аразской 
низменности 
 
Ибрагимов Азад Гамбар оглы 
 
РЕЗЮМЕ 
 
В  статье  излагаются  данные  о  запасе  гумуса  в  почвах  Кура-Аразской  низменности 
пригодных  под  хлопчатник.  Для  изучения  разнообразия  почв  исследуемой  зоны  Кура-
Аразской низменности в характерных местах были сделаны почвенные срезы. В исследуемой 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə