Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   45   46   47   48   49   50   51   52   53

114 
Rus  iqtisadçısı  prof.  E.Oleynikovun  ümumi  redaktəsi  ilə  2004-cü  ilə  nəşr  olunmuş 

Экономическая  и  национальная  безопасность”  dərsliyində  müəlliflər  sivil  sahibkarlığın  əsas 
funksiyaları  sırasına  maliyyə  və  uçotun  aparılmasını,  kadr  hazırlığını,  maddi-texniki  təminatı, 
istehsalı,  marketinqi,  elmi-tədqiqatı,  ictimaiyyətlə  əlaqələri,  sahibkarlığa  köməyi  daxil  edirlər  (17, 
s.630-633). 
Çox 
zaman bu fıkir ayrılıqları “sahibkarlıq” və “menecment” anlayışlarının eyniləşdirilməsi və 
yaxud  da  dövlət  və  sahibkarlığın  funksiyalarının  qarışdırılması  üzündən  baş  verir.  Əslində  prof. 
V.Niftullayevin  qeyd  etdiyi  kimi:  "Sahibkarlıq  geniş  mənada  idarəetmə  fəaliyyəti,  menecment  isə 
səmərəli idarəetmə olub onun gündəlik fəaliyyətini təşkil edir. Onlardan biri mülkiyyətçi, digəri isə 
idarəedən olsa da "sahibkar" və "menecer" anlayışları çox hallarda eyni mahiyyət kəsb edir. Bir çox 
hallarda  mülkiyyətçilər  menecer  funksiyalarını  da  yerinə  yetirirlər.  Lakin  təsadüfi  hallarda 
menecerlər istehsal vasitələrinin mülkiyyətçiləri olurlar (9, s.16). 
Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirməklə belə qənaətə gəlmək olar ki, sahibkarlıq 
fəaliyyəti  milli  iqtisadiyyatın  inkişafının  strateji  resursu  sayılır  və  bu  fəaliyyət  dairəsinə  aşağıdakı 
funksiyalar aid edilməlidir: 
1.
 
İqtisadi resurslar (əmək, kapital, torpaq resursları və sahibkarlıq qabiliyyəti). 
2.
 
İstehsal fəaliyyəti. 
3.
 
İnnovasiya fəaliyyəti. 
4.
 
Marketinq fəaliyyəti. 
5.
 
İdarəetmə fəaliyyəti. 
6.
 
Maliyyə və uçot fəaliyyəti. 
7.
 
Maddi-
texniki təminat. 
    
8. Kadr hazırlığı. 
9. Sahibkarlıq riski. 
A.Smit  özünün  "Xalqların  sərvətlərinin  təbiəti  və  prinsipləri  haqqında  tədqiqat"  adlı  əsərində 
göstərir  ki,  vergi  siyasəti  və  ödəmələri  ağıllı,  zəkalı  və  düşünülmüş  olmalı,  renta  vergisi  kənd 
təsərrüfatında yalnız gəlirlərlə deyil, bitkiçiliyin məhsuldarlığı, torpağın münbitliyini yaxşılaşdırmağa 
doğru edilən stimullaşdırıcı amillərlə bağlanmalıdır (20, s.591). A.Smitə görə, “...sahibkar mükafat 
almalıdır,  əks  təqdirdə  bu  öz  müəssisəsinin  fəaliyyətini  davam  etdirmək  mənafeyi  ilə  uzlaşmazdı” 
(20,  s.604).  O,  daha  sonra  qeyd  edir  ki,  əgər  əldə  edilən  bütün  mənfəət  bilavasitə  vergiyə  cəlb 
edilsəydi, onda sahibkar da bunu pul faizi üzərinə əlavə etmək, yəni az faiz ödəmək məcburiyyətində 
qalmış olardı (20, s.610). 
 
Nəticə 
Sahibkarlıq  fəaliyyəti  yalnız  istehsalın  hərəkətverici  qüvvəsi  deyildir,  həm  də  büdcəyə 
ödəmələrin başlıca amili və dövlət maliyyəsini möhkəmləndirməyin mühüm mənbəyini təşkil edir. 
Ona görə də dövlət işgüzar təşəbbüskarlığı fəal şəkildə stimullaşdırmalı, sahibkarlıqla cəmiyyət və 
dövlət  arasındakı  əlaqə  və  münasibətləri  möhkəmləndirməyə  çalışmalıdır.  Sahibkarlıq  fəaliyyətini 
tənzimləmək  məqsədilə  stimullaşdırıcı,  nəzarətverici  və  məhdudlaşdırıcı,  nəzarətedici  və 
məhdudlaşdırıcı  tədbirlər  üzvi  şəkildə  əlaqələndirilməlidir.  Bununla  əlaqədar  olaraq  kiçik  və  orta 
sahibkarlığın  müdafiə  olunmasında,  onların  normativ-hüquqi  bazasının  möhkəmləndirilməsində, 
investisiya  fəaliyyətinin  stimullaşdırılmasında,  maliyyə  cəhətdən  müdafiə  olunmasında  dövlətin 
mühüm tənzimləmə rolu vardır. 
 
ƏDƏBİYYAT 
 
1
. İbrahimov İ.H. Kənd təsərrüfatının inkişafı və sahibkarlığın formalaşması problemləri. Bakı, 
“Səda”, 2005,. 2. Əlirzayev Ə.Q. İslahatlar və sürətlənmə strategiyası şəraitində Azərbaycanın sosial-
iqtisadi inkişaf problemləri: təcrübə, meyillər və perspektiv istiqamətlər. Bakı, “Adiloğlu” nəşriyyatı, 
2005,  3. 
Əliyeva  Y.Ə.  Azad  sahibkarlıq  fəaliyyəti.  Müasir  mərhələdə  Azərbaycanın  sosial-iqtisadi 
inkişafının əsas meyilləri (məqalələr toplusu). IX buraxılış. AMEA.II. Bakı, 2000. 
          


115 
Концептуальные вопросы предпринимательской деятельности в 
рыночной экономики 
 
Мехдизаде Мехрибан Мехди кызы 
 
РЕЗЮМЕ 
  
В  современных  условиях  по  мере  появления  новых  форм  частной  собственности  и 
формирования  разнообразия  собственности  в  обществе  формы  предпринимательской 
деятельности  увеличились  и  обладают  новыми  качествами.  В  статье  представлены  научно-
теоретические  подходы  к  сущности  и  содержанию  предпринимательской  деятельности.  A 
также  в  статье  изложены  разные  научные  взгляды  современных  и  классических  ученых 
экономистов,  как  нашей  страны,  так  и  других  стран  мира.  В  то  же  время,  дается 
характеристика  различным  формам  предпринимательства  и  определяющим  их  аспектам, 
также  изложены  мысли  экономистов,  которые  относятся  к  предпринимательству,  как  к 
регулируемой  и  постоянно  улучшающейся  системе  и  оценены  цели  и  функции 
предпринимательства. 
Ключевые  слова:  предпринимательская  деятельность,  управленческая  деятельность, 
функции предпринимательства, предпринимательский риск 
 
Conceptual problems of entrepreneurial activity in market economy 
             
  Mehdizade Mehriban Mehdi  
 
SUMMARY 
 
Forms of entrepreneurial activity have increased and have got new qualities with establishment 
of new forms of appearance of special property and formation of variety of property in society under 
modern conditions. Scientific-theoretical approaches to essence and content of entrepreneurial 
activity have been investigated in the article, various scientific views of classic and contemporary 
economists of our native country and foreign countries for entrepreneurship have been reviewed. At 
the same time, different forms of entrepreneurship and peculiarities of factors defining it have been 
given, opinions by economists approached entrepreneurship as a regulating and always improving 
system. Purposes and functions of entrepreneurship have been evaluated. 
Key words:  entrepreneurial activity, managerial activity, functions of entrepreneurship
entrepreneurial risk. 
 
 
 
 
 
 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə