Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə49/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   45   46   47   48   49   50   51   52   53

109 
 
Novruzova Azada Gadir  
 
ABSTRACT 
 
The article explored socio-economic aspects of innovation based development in the agriculture 
and determined its direction of economic efficiency. 
Key words: agriculture, innovation based development, economic, social and ecological 
efficiency. 
 
 
 


110 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 190-196 
 
UOT: 330.341.4; 334,012 
 
BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ SAHİBKARLIQ FƏALİYYƏTİNİN 
KONSEPTUAL MƏSƏLƏLƏRİ 
 
Mehdizadə Mehriban Mehdi qızı 
ADİU-nin müəssisənin iqtisadiyyat 
kafedrasının baş müəllimi,   i.ü.f.d 
 
XÜLASƏ 
 
Müasir  şəraitdə  xüsusi  mülkiyyətin  yeni  təzahür  formaları  yarandıqca  və  cəmiyyətdə 
mülkiy
yətin  çoxnövlüyü  formalaşdıqca,  sahibkarlıq  fəaliyyətinin  formaları  daha  da  artmış,  yeni 
keyfiyyət hallarına malik olmuşdur. Məqalədə sahibkarlıq fəaliyyətinin mahiyyətinə və məzmununa 
elmi-
nəzəri yanaşmalar tədqiq edilmiş, həm ölkəmizdəki, həm də xarici ölkələrin klassik və müasir 
iqtisadçı  alimlərin  sahibkarlığa  müxtəlif  səpkili  elmi  baxışları  təhlil  edilmişdir.  Eyni  zamanda 
sahibkarlığın  müxtəlif  formaları  və  onları  müəyyən  edən  amillərin  xarakteristikası  verilmiş, 
sahibkarlığa  tənzimlənən  və  daima  təkmilləşən  sistem  kimi  yanaşan  iqtisadçıların  fıkirləri  təhlil 
edilmiş, sahibkarlığın məqsəd və funksiyaları qiymətləndirilmişdir. 
Açar sözlər: sahibkarlıq fəaliyyəti, idarəetmə fəaliyyəti, sahibkarlığın funksiyaları, sahibkarlıq 
riski. 
 
Giriş 
Sahibkarlıq fəaliyyətinin məzmunu son dərəcə zəngin və çoxcəhətli olub iqtisadi, hüquqi, sosial, 
psixoloji məsələlərlə bağlıdır. İqtisadi ədəbiyyatda sahibkarlığın mahiyyəti haqqında verilən müasir 
baxışlara  görə,  o,  insanlara  lazım  olan  məhsullar  istehsalıdır,  həm  iş  görə  bilmək  sistemidir,  həm 
mövcud  iqtisadi  sistemin  yeni  texnika  və  texnologiya  əsasında  tərəqqisinin  ana  xəttidir,  həm 
insanların öz arzu və ehtiyaclarının ödənilməsinə yönəlmiş istehsal və xidmətlər sistemidir, həm yeni 
düşünmə tərzi, əhəmiyyətli bir işə başlamaqdır, həm də cəsarətli, həlledici fəaliyyətdir (18, s.222). 
Fəaliyyətin bu növü istehsal vasitələri üzərində mülkiyyət forması ilə, hər şeydən əvvəl isə, xüsusi 
mülkiyyətlə  sıx  əlaqəli  olduğundan,  tarixi  bir  kateqoriyadır.  Məhz  bu  baxımdan  tarixən  xüsusi 
mülkiyyət sahibkarlıq fəaliyyətinin iqtisadi əsası, sahibkarlıq fəaliyyəti isə müəyyən mənada xüsusi 
mülkiyyətin reallaşdırılma forması kimi çıxış etmişdir. 
l.Sahibkarlıq fəaliyyətinin mahiyyətinə və məzmununa elmi-nəzəri yanaşmaların tədqiqi. 
Xüsus
i  mülkiyyətin  yeni  təzahür  formaları  yarandıqca  və  cəmiyyətdə  mülkiyyətin  çoxnövlüyü 
formalaşdıqca,  sahibkarlıq  fəaliyyətinin  formaları  daha  da  artmış,  yeni  keyfiyyət  hallarına  malik 
olmuşdur. Lakin heç də bütün hallarda xüsusi mülkiyyətin sahibkarlıq fəaliyyətinə səbəb olduğunu 
düşünmək düzgün olmazdı. Məsələn, istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslanan quldar 
və feodal təsərrüfatları üçün sahibkarlıq fəaliyyəti səciyyəvi deyildir. 
XVII  əsrin  sonu  XVIII  əsrin  əvvəllərində  yaşamış  fransız  iqtisadçısı  R.Kantilyonun  fıkrincə, 
feodalizm  cəmiyyətindəki  torpaq  mülkiyyətçilərinə  və  müxtəlif  növlü  muzdurlara  yeni  iqtisadi 
sistemdə  (kapitalizm  cəmiyyətində)  mənfəət  götürmək  məqsədilə  digərlərindən  məhsulu  müəyyən 
qiymətə alaraq bazarda özünə hələ də məlum olmayan qiymətə satmağa çalışan yeni insanlar qrupu 
əlavə olunmuşdur ki, bunları da sahibkar adlandırmaq olar. O hesab edirdi ki. sahibkarlıq xüsusi növ 
iqtisadi funksiya olub, müxtəlif növlü əmtəələr bazarında tələblə təklif arasında uyğunluq yaratmağa 
xidmət edir. 
A.Smit yazırdı ki, satış üçün məhsul istehsal edən hər hansı bir adam (sahibkar) yalnız öz şəxsi 
marağını  güdür,  öz  mənfəətindən  çıxış  edir.  Lakin  bu  zaman  “gözəgörünməz  əl”  vasitəsilə  öz 
məqsədinə  tamamilə  daxil  olmayan  məqsədə  doğru  yönəldilir,  yəni  bəzən  özü  də  bilmədən  daha 
əməli surətdə cəmiyyətin mənafeyinə xidmət etmiş olur (1). A.Smitin fikrincə, sahibkar öz istehsalını 


111 
planlaşdıran  və  təşkil  edən,  onun  nəticələri  üzərində  müstəqil  sərəncam  verən,  mənfəət  götürmək 
məqsədilə kommersiya ilə bağlı hər hansı bir ideyanı reallaşdırmaq üçün risk edən mülkiyyətçidir. 
Fransız iqtisadçısı J.B.Sey sahibkarlıq fəaliyyətini istehsal amillərindən səmərəli istifadə forması 
kimi  səciyyələndirir.  O,  sahibkarlıq  mənfəətinin  təmin  edilməsi  üçün  istehsal  amillərinin  az  gəlirli 
sahələrdən  yüksək  gəlirli  sahələrə  sərbəst  axa  bilməsinə  xidmət  edən  iqtisadi  mühiti,  yəni  bazar 
mühitini  təhlil  edir,  sahibkarların  bütövlükdə  əldə  etdikləri  gəlirləri  və  bu  gəlirlərin  sahibkarlıq 
bilikləri  və  təcrübəsilə  bağlı  edilən  hissəsini  açıb  göstərir.  Seyin  fıkrincə,  sahibkar  risk  etməyə 
baxmayaraq mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən şəxsdir (5, s.36). 
Alman  iqtisadçısı  V.Zombartm  fıkrincə,  mənfəət  əldə  edilməsi  sahibkarlıq  fəaliyyətinin  əsas 
dey
il, ikinci dərəcəli məqsədidir. Belə fəaliyyətin əsas məqsədi isə daim inkişaf etmək, çiçəklənmək, 
genişlənməkdir.  Həmin  məqsədə  çatmaq  üçün  sahibkar  risk  etməyə  hazır  olmalı,  inadkarlıq 
göstərməli,  ümumi  mənafe  naminə  bir  çox  imkanları  işə  cəlb  etməyi  bacarmalı,  yəni  təşkilatçı 
olmalıdır.  Zombart  sərfəli  şəkildə  ticarət  etməyi,  alıcıları  maraqlandırmağı,  onların  inamını 
qazanmağı sahibkarın zəruri keyfiyyətləri kimi qəbul edirdi. 
Avstriya  iqtisadçısı  Y.Şumpeter  sahibkarı  yenilikçi  (novator)  adlandırır,  onun  başlıca  vəzifəsi 
kimi istehsal amillərinin yeni konbinasiyası və bununla da iqtisadi tərəqqiyə nail olmağı əsas götürür. 
Şumpeterə görə sahibkarlıq köhnəliyə zidd çıxmaq, yenilik tapmaq və onu tətbiq etmək, qabaqcadan 
verilmiş  proseslər  əsasında  deyil,  həmin  prosesləri  özü  müəyyən  edərək  fəaliyyət  göstərmək 
qabiliyyətidir. Şumpeter hesab edirdi ki, sahibkarlıq fəaliyyətinin subyekti kimi həm istehsalın sahibi, 
həm fərdi kapitalist və ya mülkiyyətçi, həm də istehsal müəssisəsinin, bankın, səhmdar cəmiyyətinin 
idarəedicisi çıxış edə bilər. Beləliklə də o, bir tərəfdən, sahibkarlıq fəaliyyətini təsərrüfatçılığın yeni 
iqtisadi,  sosial  və  psixoloji  tipi  kimi  səciyyələndirir,  digər  tərəfdən  isə,  sahibkar  və  idarəedən 
anlayışlarına fərqli məfhumlar kimi yanaşırdı (22). 
A.Marşall  azad  sahibkarlığı  istehsal  və  iqtisadi  azadlıqlarla  eyniləşdirirdi.  Onun  fıkrincə, 
sahibkar  yeni  iqtisadi  şəraitin,  yeni  iqtisadi  davranışın  yaradıcısı  olmaqdan  əvvəl,  iqtisadiyyatın 
ümumi təkamülünün vacib halqası, iqtisadi proseslərin sürətləndiricisidir (18, s.36). 
C.Keynsin  iqtisadi  təlimində  sahibkarlıq  gah  resurslardan  və  əsas  vəsaitlərdən  istifadə,  gah 
spekulyativ, gah da kommersiya kimi başa düşülür. Bununla yanaşı, Keyns sahibkarlıq fəaliyyətini 
proqnoz qiymətləndirmə, sahibkarlıq riski, iflasa uğrama, gələcəkdə tələb, təklif, qiymət, gəlir və s. 
amillərin təsiri altında dəyişmə ilə əlaqələndirir. 
İqtisadi  ədəbiyyatda  sahibkarlıq  bazar  iqtisadiyyatının  ayrılmaz  komponenti  kimi 
səciyyələndirilir. Sahibkarlıq fəaliyyətinin mahiyyətini və məzmununu öyrənərkən, ilk növbədə, onu 
həyata  keçirən  sahibkar  anlayışının  izahını  vermək  lazımdır.  Adətən,  sahibkar  dedikdə,  iqtisadi, 
yaradıcı, təşkilati qabiliyyətlərə, mürəkkəb bazar konyunkturu şəraitində düzgün qərar qəbul etməyə, 
ağıllı risk etməyə qadir olub iqtisadi fəaliyyəti həyata keçirən təşəbbüskar insanlar başa düşülür (16, 
s.267). 
Prof.  V.  Niftullayevin  fıkrincə,  sahibkar  və  sahibkarlıq  anlayışının  mahiyyətini  elmə  gətirən 
XVII əsrin sonu və XVIII əsrin əvvəllərində yaşamış ingilis iqtisadçısı R. Kantilyon olmuşdur. Bəzi 
iqtisadçılar  sahibkarlıq  anlayışının  məzmununun  fransız  iqtisadçısı  R.  Kantilyon  tərəfindən 
işləndiyini qeyd edirlər (21, s.21). İqtisadçı S.T.Abbasova isə hesab edir ki, bu terminlər R.Kantilyon 
tərəfindən  XVII  əsrdə  iqtisadi  ədəbiyyata  daxil  edilmişdir.  Belə  ki,  alimin  fıkrincə,  tələb  və  təklif 
arasında nisbətin dəyişməsi nəticəsində məhsulların baha satılması üzrə fəaliyyət göstərən subyektləri 
bazar sahibkarları adlandırmaq tezisi məhz R. Kantilyona məxsusdur (12, s.266-272). Digər iqtisadçı 
alimlər də eyni fikirləri təsdiq edirlər (13, s.348; 44, s.225; 14, s.328-329). 
Azərbaycanın iqtisadçı alimləri T.S. Vəliyevin, Ə.P.Babayevin və M.X. Meybullayevin ümumi 
elmi  redaktəsi  altında  nəşr  olunmuş  "İqtisadi  nəzəriyyə"  kitabında  isə  qeyd  olunur  ki,  qərb 
iqtisadiyyatında  sahibkar  anlayışının  məzmununu  əks  etdirən  ifadə  ilk  dəfə  ingilis  iqtisadçısı 
Kantilyon tərəfindən işlənilmişdir (4, s.267). Prof. M.X. Meybullayevin qənaətinə görə, əgər qərbdə 
XIX  əsrin  sonunda  sahibkarlıq  fəaliyyətinin  geniş  yayılması  ilə  kapitala  görə  faiz  kimi  görünən 
mənfəət gəlir forması almışdırsa, islamda onun əmələgəlmə mexanizmi min il əvvəl söylənilmişdir 
(7, s. 154). 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə