Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 

14 


getdiyini söyləyir. Onun fikrincə, tərəqqinin səbəbi şəxsi istəkdən və şəxsi arzudan 

ibarətdir,  son  nəticəsi  isə  dirilikdir.  O  yazır:  ―Bu  gün  tarixi-aləmə  baxılsa, 

ibtidadan  intəhaya  qədər  sərasər  ərbabi-məqsəd  ilə  dolu  olduğu  görülər.  Zira  bu 

qədər  nəbilər,  vəlilər,  vəsilər,  kütubi-səmavilər,  əzim  abidələr,  mühüm  əsərlər, 

möhtəşəm  məbədlər, mütəntən saraylar, alim ehramlar, qiymətli kitabların hamısı 

bir məqsədin məhsuludur.  

 

 

 



 

 

 



Bu  məqsədlər,  bu  məsləklər,  bu  niyyətlər,  bu  arzular  təşrih  edilərsə, 

bunların  hamısının  içindən  fəqət  bir  ―dirilik‖  çıxar  (―Dirilik‖  məcmuəsi,  1914, 

1.).   

 

 



 

 

 



 

 

 



Demək,  yer  üzünü  ―dirilik‖  idarə  edir  və  Azərbaycan  xalqı  da  dirilik 

uğrunda mübarizə etməli və dünya xalqları cərgəsində özünə layiqli yer tutmalıdır. 

Dirilik  mücərrəd  ideya  deyil,  ona  çatmağın  konkret  yolları  vardır  və  M.  Ə  . 

Rəsulzadə  bu  yolları  oxucuya  çatdırır.  Onun  fikrincə,  dirilik  elmlərə  və  müasir 

texnikaya  yiyələnməkdir,  ―bədəncə‖,  yəni  iqtisadi  cəhətcə  güclü  olmaqdır.  Lakin 

bunlarla  bərabər,  ən  ümdəsi,  diriliyin  mənasına  vaqif  olmaq,  onu  dərk  etməkdir. 

Əks  halda  bütün  cəhdlər  boşa  çıxar.  ―Millətlər,  qüvvətli  və  tərəqqi  olmadıqca  və 

diriliyin  mənai-həqiqi  və  maddisilə  anlamadıqca,  təbiətdən  alınan  qənimətlərdən 

hadisələrinə ancaq bir qüvvətilayömüt düşər (―Dirilik məcmuəsi, 1914, № 1). 

 

Demək,  diriliyin  həqiqi  mənasını  dərk  etmək  olduqca  vacibdir.  Yoxsa 



dirilik naminə çəkilmiş əziyyət, zəhmət hədər gedə bilər. Diriliklərin ən qiymətlisi 

isə  milli  dirilikdir.  ―Nəzərə  bir  az  qəribə  gəlsə  də,  demək  istəyirəm  ki,  dirilik 

dünyanı  sevməkdən  ibarətdir,  mənaixassi  ilə  dünyapərəstlikdir.  Diriliklərin  ən 

qiymətlisi də milli dirilikdir‖ (yenə orada).   

 

 

 



 

Rəsulzadə  quran,  yaradan  dirilikdən  danışır,  bütün  millətləri  sevməyi 

lazım bilir. Dirilik hər şeydən əvvəl bəşəriyyətə fayda verməkdir, ictimai inkişafa 

təkan  vermək,  dünya  mədəniyyətini  zənginləşdirməkdir.  Bütün  bu  nailiyyətlərin, 

diriliklərin  əsasını  isə  yenə  də  milli  dirilik  təşkil  edir.  Biz  milli  dirilikdən,  milli 

tərəqqidən  danışarkən  ilkin  şərt  kimi  milli  azadlığı  nəzərdən  qaçırmamalıyıq.  Bir 

qədər əvvəl Rəsulzadənin milli azadlıq barədəki fikirlərini qeyd etmişik. Əlbəttə, o, 

milli azadlığın subyekti kimi Azərbaycan xalqını götürə bilməzdi və həmin ideyanı 

konkret  olaraq  Azərbaycan  xalqına  aid  edə  bilməzdi,  çünki  çar  məmurları  rus 

imperiyasının  keşiyində  çox  sayıq  dayanmışdılar  və  milli  azadlığa  çağıran  hər 

hansı cümləni, hər hansı məqaləni o dəqiqə qadağan edirdilər. Hətta lazım gələndə, 

müəllifi də cəzalandırırdılar. 

 

 

 



 

 

 



Azərbaycanda ictimai-siyasi vəziyyət dözülməz idi. Bir yandan müharibə 

gedirdi  və  bu  müharibəyə  Türkiyə  də  qoşulmuşdu.  Türkiyə  Rusiya  imperiyasına 

qarşı  vuruşurdu.  Təbiidir  ki,  imperiya  bu  səbəbdən  daxili  türk  xalqlarına  etibar 

etmirdi.  Digər  tərəfdən  isə,  azərbaycanlılar  islam  dininə  etiqad  etdiklərinə  görə 

üstəlik dini ayrı – seçkiliyə məruz qalırdılar. Şübhəsiz ki, bu qədər səddləri aşmaq, 

rus dövlətinin sədaqətini qazanmaq çətin idi. Ona görə də çar məmurları daim yerli 

mətbuatda  Rusiyaya  qarşı  yönəlmiş  bir  fikir  axtarırdılar,  nə  isə  bir  qəsdin  üstünü 



 

15 


açmağa  tələsirdilər.  Halbuki  bütün  Rusiya  müsəlmanları  kimi,  azərbaycanlı 

müsəlmanlar da Rusiyaya hədsiz sədaqət göstərirdilər. M.Ə.Rəsulzadə 1916-cı ildə 

―Açıq  söz‖  qəzetində  (№  75)  çap  etdirdiyi  ―Miladdan  1916‖  adlı  məqaləsində 

yazırdı:  ―Rusiya  müsəlmanları  bütün  rusiyalılarla  bərabər  müharibədən  mütəəssir 

olduqları  kimi,  şübhəsiz  ki,  müharibə  üzərinə  bütün  Rusiya  xalqında  hasil  olan 

həyəcanlı  hissiyyatla  da  tamamilə  iştirak  edərlər.  Rus  cəmaəti  ilə  fəlakətlərdə 

iştirak edən bu xalq onun vətənu – istiqbal vətən haqqındakı qəlbi iztirablarına da 

biganə qalmaz‖.   

 

 

 



 

 

 



 

O,  Rusiyaya  sülh  arzulayanda  eləsini  arzulayır  ki,  ―sabah  inkişafı 

Rusiyanın  mənafe  aliyyəsinə  olsun,  elə  bir  dinclik  ki,  Rusiyadakı  millətləri 

qardaşca yaşada bilsin‖.    

 

 

 



 

 

 



Göründüyü  kimi,  M.Ə.Rəsulzadə  Rusiyanın  ali  mənafeyinə  hörmətlə 

yanaşır  və  ona  elə  sülh  arzulayırdı  ki,  ondan  rus  dövləti  ziyan  çəkməsin.  O, 

istəyirdi ki, hər yanda dinclik, əmin – amanlıq və qardaşlıq hökm sürsün.  

 

Bir  M.Ə.Rəsulzadə  islam  millətlərinin  Qərb  dövlətlərinə  nəzərən  geridə 



qalmasının  bir  səbəbi  kimi  dinin  də  adını  çəkir.  Guya  islam  millətləri  dinin 

―sağlam  əmrlərindən‖  uzaqlaşdığına  görə  bu vəziyyətinə  düşüblər. ―Sağlam  əmr‖ 

dedikdə, o yəqin dində qeyri  –sağlam əmrlərin olduğunu da nəzərdə tuturmuş.  O, 

dinə  hər  şeydən  öncə  şüurlu  münasibət  bəsləyir,  dini  ehkam  təki  qəbul  etmir. 

M.Ə.Rəsulzadə yazır: ―Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam 

əmrlərindən  çox  uzaqlaşaraq  dünya  diriliyinə  qəribə  bir  nəzərlə  baxmağa 

başladığımız zamandan bəri başqalarının rizəxari və onlardakı tərəqqi və umranın 

əsir və dəstəgiri olduq‖ (“Dirilik” məcmuəsi, 1914).  



 

 

 

M.Ə.Rəsulzadə istiqlala gedən yolun müasirləşməkdən keçdiyini söyləyir. 

Onun nəzərində müasirləşmək yeniləşməkdir, əsrin maddi və mənəvi mədəniyyəti 

ilə  silahlanmaqdır.  Müasirləşmək  müasir  elmə,  müasir  biliyə  can  atmaqdır, 

qabaqcıl texnologiyaya yiyələnməkdir. Başqa sözlə desək, millət öz milli varlığını 

saxlamaqdan  ötəri  zəmanə  ilə  ayaqlaşmalıdır.  O,  ―Getdiyimiz  yol‖  məqaləsində 

yazır:  ―Müasirləşmək  iştə  bütün  millətləri  sənah  və  nicat  yoluna  çıxaran  böyük 

vasitə!  Müasirləşməyən,  yəni  zaman  və  əsrindəki  maddi  və  mənəvi  vəsaiti  – 

mədəniyyə  ilə  silahlanmayan  bir  cameyyat  –  gərək  qan,  irq  və  dincə    birləşmiş 

milliyyət  və  ya  din,  ruh  və  vicdanca  tanınmış  beynəlmilliyyət  olsun  –  mümkün 

deyil, müdhiş və qanlı bir rəzmgah təşkil edən bu dünyada həyatından, bu həyatın 

ən böyük feyz  və nemətini təşkil edən istiqlaldan, mədəni iqtidar və hürriyyətdən 

məhrum qalar...‖ (―Açıq söz‖ qəzeti, 1916, № 299).   

 

 



Yuxarıda müəllifin həm ―həyatın ən böyük feyz və nemətini təşkil edən‖ 

istiqlaldan,  yəni  milli  azadlıqdan,  həm  də  ―Mədəni  hürriyyətdən‖,  yəni  milli 

mədəni muxtariyyətdən bəhs etdiyi aydınlaşır. Onun nəzərində istiqlal ―həyatın ən 

böyük  feyz  və  nemətidir‖,  başlıca  şərtdir,  məqsədlər  məqsədir.  Milli  mədəni 

hürriyyət  isə  milləti  istiqlala  yaxınlaşdıran  bir  vasitədir.  Millətlərin  istiqlalı 

demokratiyanı  tələb  edir.  Demokratiya  millətlərə  mədəniyyətini  inkişaf  etdirmək 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə