Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   2   3   4   5   6   7   8   9   ...   29

 

12 


inkişaf  edərək  bəşər  mədəniyyətinə  öz  payını,  öz  töhfəsini  verir.  Millətlərin 

əsarətdə  saxlanması,  milli  mənliklərin  məhvi,  hər  şeydən  əvvəl,  bəşəriyyətə 

ziyandır. Milli azadlıq təkcə o millətin özünə deyil, həm də bütün dünyaya, dünya 

mədəniyyətinə faydalıdır.  M.  Ə.  Rəsulzadə  sosial  tərəqqini  maddi  və  mənəvi 

olmaqla iki yerə bölür. Çox güman ki, mənəvi tərəqqi deyəndə, o hər şeydən öncə 

milli  özünüdərki  və  milli  özünüdərkin  zirvəsi  sayılan  milli  istiqlalı  nəzərdə 

tutmuşdur.  Odur  ki,  əvvəlcə  mənəviyyat  zəngin  olmalıdır,  yəni  milli  şüur 

yetkinləşib  püstələşməlidir.  Burada  mənəvi  tərəqqi  birincilik  təşkil  edir. 

Mənəviyyat dolğun olandan sonra maddi tərəqqi qat-qat asandır. ―Əcələ bir surətdə 

maddətən  tərəqqi  edib  də  mənəviyyatca  məhrum  qalmaqdansa,  maddətən  gec 

tərəqqi  edib,  mənəviyyatca  müstəqil  qalmağı  tərcih  edərəm,  çünki  milliyyətin  də, 

bəşəriyyətin də faidəsi bundadır‖ (―Dirilik‖ məcmuəsi, 1914, № 3). 

 

 

M. Ə. Rəsulzadəyə görə maddətən inkişaf edib mənəviyyatca kasıblaşmaq 



milləti  məhv  edir,  onun  gələcək  taleyini  ciddi  təhlükə  qarşısında  qoyur.  Çünki 

müəyyən müddətdən sonra millət simasızlaşıb tarix səhnəsində yerini itirə bilər, bir 

xalq kimi daha mövcud olmaz. Lakin millət nə cür irəli gedə bilər? Nə cür etmək 

olar ki, fikirlər, xəyallar həyata keçsin? M. Ə. Rəsulzadə bu suala sadə cavab verir: 

―Millətlərin  həyatı  da  ancaq  bu  milli  vicdanın  inkişafı  sayəsində  mümkün  olub, 

ancaq  bu  vicdanın  təsirləridir  ki,  milli  ideal  hasil  olur.  Milli  idealın  (imanın) 

hüsulilədir  ki,  millətlər  özlərinə  şanlı  və  şərəfli  bir  dirilik  təmin  edə  bilirlər‖ 

(―Dirilik‖ məcmuəsi, 1914, № 3).   

 

 

 



 

 

Göründüyü  kimi  görkəmli  Azərbaycan  mütəfəkkiri  milli  tərəqqini  öz 



plana çəkir, sosial tərəqqini isə milli tərəqqinin son nəticəsi sayır. Bəs milli idealı 

kimlər  yaradır?  M.  Ə  Rəsulzadə  belə  hesab  edir  ki,  milli  idealı  yaradanlar  böyük 

əməlpərvərlərdir. ―Fəqət bir fərd öz mühitinin faidəsini düşünərək şəxsi üçün deyil, 

novi və yaxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar. Bu kibi 

adamlarda  da  böyük  əməlpərvərlər,  yaxud  məfkurəçi  ismi  verilir‖  (―Dirilik‖ 

məcmuəsi, 1914, № 4). 

 

 



 

 

 



 

 

Lakin  M.  Ə.  Rəsulzadəyə  görə  əməlpərvərlər  sadəcə  olaraq,  icraçıdırlar, 



başlıcası  isə  fəaliyyətdir,  əməldir.  ―Əməl  fəaliyyəti,  fəaliyyət  də  tərəqqini  mücib 

olur.  Şəxslər  əməlsiz  yaşaya  bilmədikləri  kibi  millətlər  də  əməlsiz  yaşaya 

bilməzlər.  İştə  millətin  ümumində  mövcud  olan  hakim  bir  əməl  və  arzu  yolunda 

bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid edirlər‖ (yenə orada). 

 

Bəs  milli  tərəqqi  idealı  öz  inkişafında  hansı  mərhələlərdən  keçir?  Onun 



səbəb  və  nəticəsi  hansılardır?  Bu  suallara  cavab  verilərkən  göstərilir  ki,  milli 

tərəqqi  yolunda  öncə  gizli  hisslər  bəslənir  və  bu  da  milli  vicdanı  yaradır.  Milli 

vicdandan  isə  hər  millətin  ali  qayəsi,  ali  məqsədi  olan  milli  iman  törəyir.  Milli 

vicdan  səbəb,  milli  iman  isə  nəticədir.  Vasitələr  də  əməl  və  fəaliyyətdir.  Əməl 

birincidir,  fəaliyyət  ikinci.  Əməl  fəaliyyəti,  fəaliyyət  də  tərəqqini  yaradır.  Bu 

prosesdə,  şübhəsiz  ki,  icraçılar  da  vardır.  Onlar  böyük  əməlpərvərlərdir.  Böyük 

əməlpərvərlər  tərəqqinin  icraçıları,  onu  həyata  keçirənlərdir.  O,  böyük 



 

13 


əməlpərvərlərə  misal  olaraq  Böyük  Pyotr,  Lomonosov,  Jan  Jak  Russo,  Napoleon 

və Bismarkın adlarını çəkir. 

 

 

 



 

 

 



M.  Ə.  Rəsulzadənin  fikrincə,  tarixin  inkişaf  xəttini  ayrı-ayrı  şəxsiyyətlər 

müəyyən  edir,  guya  xalq  kütlələri  ictimai  inkişafda  ancaq  ikinci  dərəcəli  rol 

oynayır.  O,  böyük  əməlpərvərlər  cərgəsinə  tamamilə  bir-birinə  zidd  insanları 

mənsub edir. Onların arasında  müdrik filosof, cəmiyyətdə  gedən proseslərdən baş 

çıxaran istedadlı alim və mütəfəkkir, qonşu xalqların torpağına göz dikən, tökülən 

qanların  hesabına  hakimiyyəti  əlində  saxlayan  müstəbid  və  qəsbkar  da  vardı. 

Göründüyü  kimi,  M.  Ə.  Rəsulzadənin  ictimai  baxışında  müəyyən  ziddiyyətlər  də 

olmuşdur. Sonralar, zamanın təsiri ilə bu ziddiyyətlər cilalanmışdır.   

 

M.  Ə.  Rəsulzadənin  milli  inkişaf  konsepsiyası  subyektiv  idealizmlə 



səsləşir.  Bu  da  təbiidir.  Çünki  Rəsulzadənin  milləti  o  zaman  çarizmin  əsarəti 

altında yaşayırdı. Hər yanda cəhalət və ədalət hökm sürürdü. Savadsızlıq baş alıb 

gedirdi. Belə bir ağır şəraitdə Azərbaycanın yeganə ümid yeri milli ziyalılar idi. Bu 

cür  millətpərvər  ziyalılardan  biri  olan  M.  Ə.  Rəsulzadə  qəti  olaraq  inqilabın 

əleyhinə çıxırdı.   

 

 



 

 

 



Azərbaycanın  istiqlalını  mərhələ-mərhələ  qazanmaq  arzusunda  idi.  Ona 

görə də məsələni heç vaxt kəskin qoymurdu, manevrlər edirdi. Başqa sözlə desək, 

milli və sosial azadlığı demokratik vasitələrlə əldə etməyin tərəfdarı idi. Öncə milli 

mədəni azadlıq, vicdan azadlığı, mətbuat azadlığı, təşkilat azadlığı, söz azadlığı və 

s.  bu  kimi  demokratik  azadlıqlar  uğrunda  mübarizə  aparırdı.  Lakin  buna 

baxmayaraq  mövcud  quruluşa  münasibətdə  mötədil  mövqe  tuturdu.  Hakimiyyət 

orqanlarına  qarşı  təmkinini  pozmurdu.  Onun  1915-ci  ildən  sonra  yazdığı 

məqalələrdə bu cür hallara daha çox təsadüf edilir. Səbəbini isə yalnız 1915-ci ildə 

həbs olunması ilə  izah etmək  mümkündür. Həbs olunanacan  yazdığı  məqalələrdə, 

ələlxüsus  ―Milli  dirilik‖  adlı  silsilə  məqalələrində  milli  zülm  əleyhinə  öz  haqq 

səsini  ucaldan,  dini  ayrı-seçkilikdən,  hüquqsuzluqdan  və  ictimai  ədalətsizlikdən 

şikayətlənən M. Ə. Rəsulzadə  həbsdən sonra  öz  fikirlərini daha  ehtiyatla deməyə 

məcbur olmuşdu.  

 

 



 

 

 



 

 

Yuxarıda  qeyd  edildiyi  kimi,  M.  Ə.  Rəsulzadə  milli  tərəqqini  ayrı-ayrı 



əməlpərvər şəxslərin ayağına yazırdı. ―Öz şəxsi məqsədi xaricində mühitin ehtiyacı 

ilə məşğul olan, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri 

kibi  xidmət  edənlər  həman  böyük  əməlpərvərlərdəndirlər.  Bir  millət  arasında  bu 

kibilər  məhdud  və  məfqud  olarsa,  o  millət  müstəqil  və  sağlam  bir  vücud  üzü 

görməz  və  başqalarının  zirdəsti  olub  ayaqlar  altında,  əzilər,  gedər‖  (―Dirilik‖ 

məcmuəsi, 1914, № 4). 

 

 



 

 

 



 

 

O,  ―Məqsədimiz‖  adlı  məqaləsində  də  tarixi  subyektiv  idealizm 



mövqeyindən  izah  etməyə  çalışır.  Dirilik  burada  tərəqqi  kimi  çıxış  edir.  Tək-tək 

şəxslər  qarşılarına  məqsəd  qoyurlar,  dövrün  eytiyacını  duyub  fəaliyyətə  keçirlər. 

Milləti  diriliyə  doğru  çəkib  aparırlar.  Dirilik  ali  məqsəd,  son  nəticədir.  Rəsulzadə 

ictimai  inkişafın  mövcudluğunu  qəbul  edir  və  tarixin  ibtidadan  aliyə  doğru 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə