Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   2   3   4   5   6   7   8   9   ...   29

 

Onlar  səhifələrində  əsas  etibarilə  maarif  məsələsini  qaldırırdılar.  Bundan  başqa 



qadın  hüquqları  uğrunda  da  ardıcıl  mübarizə  aparırdılar.  Qadınlara  həqarətlə 

baxanları  satira  atəşinə  tuturdular.  ―Molla  Nəsrəddin‖  məcmuəsi  qaldırdığı 

məsələləri  daha  kəskin  qoyurdu.  Bir  qayda  olaraq  mövcud  problemlərin  kökünü 

cəhalətdə,  nadanlıqda,  savadsızlıqda  axtarırdı.  Bununla  belə,  jurnal  çarizmin 

yeritdiyi  müstəmləkəçilik  siyasətinə  qarşı  da  müxtəlif  üsul  və  vasitələrlə  öz 

etirazını  bildirirdi.  ―Babayi  -  Əmir‖  və  ―Ləklək‖  jurnalları  isə  nisbətən  mötədil 

mövqe  tutur,  çox  vaxt  maarif  məsələlərindəki  çatışmazlıq  və  nöqsanları  tənqid 

etməklə kifayətlənirdilər.   

 

 

 



 

 

 



―Açıq  söz‖  qəzeti,  ―Dirilik‖  və  ―Qurtuluş‖  jurnalları  isə  millətçilik  – 

türkçülük  xətti  tutmuşdular.  ―Açıq  söz‖  qəzeti  o  illərdə  gizli  fəaliyyət  göstərən 

―Müsavat‖ partiyasının orqanı idi və bu  təşkilatın ideyalarını yayırdı. ―Açıq söz‖ 

qəzetinin 1915-ci il 2 oktyabr tarixli 1-ci sayında Məhəmməd Əmin Rəsulzadənin 

―Tutduğumuz  yol‖  məqaləsi  buna  sübutdur.  Məqalədəki  fikirlərlə  ―Müsavat‖ 

partiyasının  ideologiyası  arasında  bir  uyğunluq  vardı.  1911-ci  ildə  yaranmış 

―Müsavat‖ partiyasının ideologiyasında 1913- 1914 –cü illərdə kəskin dönüş əmələ 

gəlmişdi.  Partiya  əvvəllər  daha  çox  təbliğ  etdiyi  islamçılıqdan  millətçiliyə  və 

türkçülüyə  keçmişdi.  Bu  kəskin  dönüşə  M.Ə.Rəsulzadə  səbəb  olmuşdu.  ―Dirilik‖ 

məcmuəsinin    ilk  on  sayında  millətçilik  ideyaları  geniş  şəkildə  təbliğ  olunmuşdu. 

M.Ə.Rəsulzadə bu saylarda özünün məşhur ―Milli dirilik‖ silsilə məqalələrini çap 

etdirmişdi.  O,  bu  məqalələrdə  milli  dirçəliş  konsepsiyasının  əsaslarını  işləmiş  və 

milli  istiqlal  fikrini  irəli  sürmüşdü.  Sonralar  məcmuənin  kəsəri  azalmış  və 

M.Ə.Rəsulzadənin  adı  məcmuənin  səhifələrində  görünməmişdi.  Çox  güman  ki, 

buna səbəb senzor olmuşdu.  

 

 



 

 

 



 

―İqbal‖  və  ―Yeni  iqbal‖  qəzetlərində  də  millətçilik,  türkçülük  ideyası 

təbliğ 

olunurdu.  Qəzetlərin  səhifələrində  M.Ə.Rəsulzadənin,  Ö.Faiqin, 



Y.Vəzirovun və başqalarının milli ruhlu məqalələri çap olunurdu.  

 

 



Türkcənin osmanlı şivəsilə çıxan ―Şəlalə‖ məcmuəsi bir sıra cəhətinə görə 

böyük  maraq  doğurur.  ―Şəlalə‖  məcmuəsi  sırf  elmi,  fəlsəfi  bir  məcmuə  idi. 

Səhifələrində  əsasən  elmi  və  fəlsəfi  –  dini  məqalələr  çap  etdirirdi.  Türkcənin 

osmanlı şivəsini yorulmadan təbliğ edirdi. Bir növ məşhur ―Füyüzat‖ məcmuəsinin 

ənənəsini davam etdirirdi. Çünki dili, üslubu və təqib etdiyi məsləkləri arasında bir 

ümumilik, oxşarlıq hökm sürürdü.   

 

 

 



 

Gərgin  axtarışdan  sonra  ―Bəsirət‖  qəzetinin  tədqiq  etdiyimiz  dövrə  aid 

cəmi 1-2 sayını əldə etdik. Bununla belə, qəzetin 1917-ci və 1920 –ci illərdə çıxan 

sayları  belə  bir  fikir  yürütməyə  əsas  verir  ki,  bir  sıra  tərəddüd  və  ziddiyyətlərinə 

baxmayaraq, ―Bəsirət‖ qəzeti daha çox bolşeviklərin mövqeyinə tərəfdar çıxmışdır. 

 

Birinci dünya müharibəsi illərində Azərbaycan ziyalılarını ən çox məşğul 



edən  problem  sosial  tərəqqi  problemi  idi.  Sosial  tərəqqi  problemi  xüsusi  şəraitdə 

milli  tərəqqi  problemi  ilə  qovuşurdu.  Azərbaycan  xalqı  çarizmin  əsarəti  altında 

inləyən  məhkum  millət  olduğuna  görə  qarşıda  duran  başlıca  vəzifə,  təbii  ki, 



 

yeridilən  müstəmləkəçilik  siyasətinin  ağır  nəticələrinin  təsirini  mümkün  qədər 



azaltmaq,  xalqın  soykökünə  qayıtmaq,  onun  milli  ruhunu  qoruyub  saxlamaq  və 

inkişaf etdirməkdən ibarət idi.  

 

 

 



 

M.Ə.Rəsulzadə milli tərəqqini sosial tərəqqinin əsası hesab edirdi. Başqa 

sözlə  desək,  bu  və  ya  digər  xalq  sosial  sahədə  azadlıq  əldə  etməzdən  əvvəl  özü 

azad olmalı, milli istiqlala çatmalıdır. Ona görə ki, məhkum xalq, məhkum millət 

heç bir zaman sosial azadlığa, demokratiyaya nail ola bilməz. Səbəb də budur ki, 

məhkum  millətin  ixtiyarı  heç  vaxt  özündə  olmur.  Onun  taleyini  digər  hakim 

millətin  nümayəndəsi  həll  edir.  Hakim  millətin  nümayəndəsi  isə  təbiidir  ki,  bu 

zaman  mənsub  olduğu  millətin  mənafeyini  əsas  tutur.  Beləliklə,  millilik,  milli 

istiqlal  M.Ə.Rəsulzadənin  nəzəri  baxışlarının  özəyini  təşkil  edir.  Yeri  gəlmişkən 

qeyd edək ki, dünya  müsəlmanlarını vahid islam bayrağı altında birləşdirib onları 

müstəmləkəçiliyə  qarşı  mübarizəyə  səsləyən  görkəmli  dini  və  siyasi  xadim  Şeyx 

Cəmaləddin Əfqaninin (1838 - 1887) fikirləri M.Ə.Rəsulzadənin nəzəri baxışlarına 

ciddi  şəkildə  təsir  etmişdir.  Digər  ziyalılar  –  Y.Vəzirov,  Ö.Faiq  və  başqaları 

millətin maariflənməsi, savadlanması üçün əllərindən gələni edirdilər. Bəri başdan 

onu  deyək  ki,  yuxarıda  adlarını  sadaladığımız  şəxslərin  dünyagörüşündə  sonralar 

baş  vermiş  müəyyən  dəyişikliklər  tədqiqatda  öz  əksini  tapmamışdır.  Biz  bu 

şəxslərin ancaq məhdud dövrdə, 1914 – fevral 1917-ci illərdə formalaşan fikirlərini 

əsas götürmüşük.      

 

 

 



 

 

 



Tədqiq  edilən  dövrdə  ictimai  fikrin  formalaşmasında  müəyyən  rol 

oynamış  bolşeviklər  sosial  tərəqqini  sinfi  mübarizə  ilə,  ictimai  inqilablarla 

əlaqələndirirdilər.  Onlar  bir  qayda  olaraq  milliliyin  əleyhinə  çıxır,  cəmiyyətdəki 

münaqişələrin, ziddiyətlərin kökünü cəmiyyətin maddi həyatındakı ziddiyətlə, yəni 

məhsuldar  qüvvələrin  inkişafı  ilə,  istehsal  münasibətlərinin  inkişafındakı 

uyğunsuzluq  ilə  izah  edirdilər.  Onların  fikrincə,  əgər  məhsuldar  qüvvələr  sürətlə 

inkişaf  edirsə,  hər  an,  hər  dəqiqə  təkmilləşirsə,  istehsal  münasibətləri  yubanır  və 

nəticədə məhsuldar qüvvələrin inkişafının qarşısını alır. Odur ki, ictimai inqilablar 

baş verir və bu inqilabların sayəsində istehsal münasibətləri məhsuldar qüvvələrin 

inkişafına uyğunlaşır. 

 

 

 



 

 

 



 

Mirzə  Bala  Məmmədzadənin  Berlində  nəşr  olunmuş  ―Milli  Azərbaycan 

hərəkatı‖  (1938)  əsərinə  istinadən  demək  olar  ki,  XX  əsrin  əvvəllərində 

Azərbaycanda  üç  ictimai-siyasi  cərəyan  var  idi:  mühafizəkar,  liberal  və  inqilabçı. 

Mühafizəkarlara,  əsasən,  din  xadimləri  aid  edilir.  Çarizm  din  xadimlərinin  əli  ilə 

milli  demokratik  hərəkatı  boğmağa  çalışır,  din  xadimlərini  tovlayıb  millətçilərin 

üzərinə  qaldırırdı.  Digər  tərəfdən  din  xadimlərinin  özlərinin  millətçilərə  qarşı 

amansız  mövqe  tutmaları  bu  siyasəti  həyata  keçirməyə  xeyli  dərəcədə  kömək 

edirdi.  Onların  fikrincə,  milli  hərəkat  islam  dünyasının  parçalanmasına  səbəb 

olurdu.  Liberallara  gəlincə,  Azərbaycan  liberalları  rus  liberalları  ilə  əlbir  hərəkət 

edirdilər.  Rus  liberalları  Azərbaycanın  muxtariyyətini  tanımaq  istəməyəndə 

onlardan ayrılmışdılar. Azərbaycan liberallarına görkəmli ictimai və dövlət xadimi 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə