10
istəməsələr belə, biz gərək fürsət axtarıb vəqt-vəqt bildirəlim, qulaqları dolduralım.
Bir vəqt olar, əlbəttə, zamanın, halın icabı ilə bu dərdlər qəbul olunar. Zəmanəmiz
özgə zəmanədir. Bizə ancaq çalışmaq, ən əvvəl öz cəmaətimizi tutacağımız işdən
xəbərdar etmək, onu alışdırmaq lazımdır.
Cəmaətimizin fikrini hər şeydən əvvəl öz dərdinə tərəf çevirəlim.‖
Ömər Faiq yuxarıdakı sətirləri yazarkən və ―zəmanə özgə zəmanədir‖,
―bir vəqt olar, əlbəttə, zamanın, halın icabı ilə bu dərdlər qəbul olunar‖ deməklə
yəqin ki, ölkədə genişlənməkdə olan inqilabi prosesi nəzərdə tutur və cəmiyyətin
daim irəlilədiyini, qabağa getdiyini söyləyir, ictimai inkişafa dərin inam bəsləyir.
Əlbəttə, bu hələ o demək deyildir ki, o, marksizm nəzəriyyəsinin əqidəli
ardıcıllarından biri idi. Xeyr, sadəcə olaraq həmin məqalədə yeritdiyi fikirlə
marksizm nəzəriyyəsi bir nöqtədə qovuşur. Onun dünya görüşündəki müəyyən
hallar bu təlimin bəzi müddəaları ilə üst-üstə düşür. Biz burada ilk növbədə, əlbəttə
ictimai inkişafla əlaqədar məsələni nəzərdə tuturuq.
Yuxarıda deyildiyi kimi, çarizm xalqlara nəinki azadlıq vermək fikrində
deyildi, hətta azadlıq sözünün özündən də oddan qorxan kimi qorxurdu, onun
azadlıq mübarizlərini xüsusi amansızlıqla təqib etməsi də buradan irəli
gəlirdi.Əlbəttə, dövlət cəmiyyətə bəzi güzəştlər etmişdi, mətbuat yaxın keçmişlə
müqayisədə nisbətən ―azad‖ idi, ziyalılar, mütərəqqi baxışlı şəxslər fikirlərini
mətbuat səhifələrində nisbətən sərbəst şərh edə bilirdilər. Lakin müəyyən həddi
gözləməyən məqalələri senzura o dəqiqə qadağan edirdi. O cür məqalələr, xüsusilə
imperiyanın mənafeyinə azacıq da olsa, xələl gətirə biləcək məqalələr heç vaxt işıq
üzü görmürdü.
Dövlət ilk növbədə milli azadlıq ideyalarının təbliğinə və yayılmasına hər
vasitə ilə mane olurdu. Bir qədər özünü sərbəst aparan şəxslər, fikirlərini
cilovlamayan, milliliyə qapılan ziyalılar dərhal cəzalandırılırdılar. Bayaq deyildiyi
kimi, mətbuatda müəyyən hədd icbari qaydada gözlənirdi, o həddi aşan şəxs
hakimiyyət orqanlarının dəyənəyini dərhal kürəyində hiss edirdi.
1914-1915-ci illərdə olduqca məhsuldar işləmiş Məhəmməd Əmin
Rəsulzadə əsasən milli səciyyəli kəskin ruhlu məqalələr yazmışdır. Xalqın milli
şüurunu oyatmağa səy göstərmiş, milli dirçəlişə can atmışdı. Onun bu illərdə ―Açıq
söz‖ qəzetində çıxmış ―Bugünkü günlər‖, ―Müsəlman ünas cəmiyyəti-xeyriyyəsi‖,
―Tutduğumuz yol‖, ―Qurtuluş‖ və ―Dirilik‖ məcmuəsində nəşr olunmuş ―Milli
dirilik‖ adlı silsilə məqalələrini göstərmək olar. O, Qars və Ərdəhan qaçqınlarına
maddi yardım etmək üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak etmiş, bu
məqsədlə 1915-ci il mayın 7-ə təyin olunmuş ―Qardaş günü‖ adlı xeyriyyə
tədbirində əhalini fəal iştirak etməyə çağırmışdır: ―Sabah (pəncşənbə günü)
cəmiyyəti-xeyriyyə tərəfindən oğlanlı-qızlı cavanlar əllərində ianə cübələri,
sinələrində ―Qardaş köməgi‖ həmayalı olduğu halda, Bakının küçələrinə yayılacaq,
Qars və Ərdəhan səmtlərində fəlakətə uğrayan müsəlman qaçqınlar üçün kömək
istəyəcəklərdir‖ (Yeni iqbal” qəzeti, 1915, № 8).
11
Bütün bunlar çar hakimiyyəti orqanlarının nəzərindən qaçmamış və o,
tezliklə həbs edilmişdi. Bu munasibətlə ―Bəsirət‖ qəzetində aşağıdakı məlumata
rast gəlirik: ―Təqribən bir ay yarım bundan əvvəl tovqif edilmiş olan ―Yeni iqbal‖
qəzetinin sər mühərriri Məhəmməd Əmin Rəsulzadə cənabları tovqif edilmişdi.
Neçə gün əqdəm mumiəleyh həbsdən azad edilmişdir. Hələlik mühərrir əfəndi
bağda vəqt keçirir. Təkrar Bakı mətbuatında işləyüb işləməyəcəgi məlum degildir‖
(―Bəsirət‖ qəzeti, 1915, № 53).
M. Ə. Rəsulzadə təqiblərdən qorxmayıb müharibədən zərər çəkmiş
müsəlmanlar faidəsinə çıxarılan ―Qardaş köməgi‖ adlı məcmuənin nəşrində də
başlıca rol oynamışdır. ―Yeni iqbal‖ qəzetində verilən elan bu mənada böyük
maraq doğurur. ―Hərbzədə müsəlmanlar faidəsinə çıxarılacaq ―Qardaş köməgi‖
məcmuəsinə göndəriləcək məqalələr yanvar ayının 25-ə qədər göndərilməli idi. Bu
günə qədər əksər iştirakları gözlənilən mühərrirlərdən məqalələr alınmamışdır...
Məqalələr, əvvəlcə elan olunduğu kimi, ―Açıq söz‖ idarəsində qomision rəisi cənab
Məhəmməd Əmin Rəsulzadə ünvanına göndərilməlidir‖ (―Yeni iqbal‖ qəzeti, 1917,
№ 524).
Göründüyü kimi, müharibə və iqtisadi həyatın pisləşməsi mütləqiyyətin
başını qatsa da, o, milli ruhlu ziyalıların fəaliyyətini nəzarət altında saxlamağa vaxt
tapırdı.
1914-1917-ci illərdə M. Ə. Rəsulzadənin çoxsaylı məqalələri içində
―Dirilik‖ məcmuəsində çıxan ―Milli dirilik‖ adlı silsilə məqalələri qoyulmuş
məsələlərin ictimai əhəmiyyəti baxımnıdan daha çox diqqətimizi cəlb etmişdir.
Məqalələrdə milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılmış, mövcud siyasi
quruluşun verdiyi imkanlar çərçivəsində və bəlkə bundan da bir qədər geniş
səviyyədə şərh olunmuşdur.
Məsələn,
məqalədə
deyilir:
―Milli
istiqlal-ələxüsus
millətlərə
xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-
mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-
bəşəriyyə dediyimiz şey də bu ibdaət və ixtiraların məcmuyundan ibarəli bir
yekundur (―Dirilik‖ məcmuəsi, 1914, № 2).
Milli azadlıq ideyası burada dünya mədəniyyəti baxımından əsaslandırılır.
Yəni dünya mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad
olmalıdır, əks halda inkişaf, tərəqqi mümkün deyil. Bir millət digər millətə təzyiq
etməməlidir. Bir millət digər milləti əsarətdə saxlamamalıdır, çünki milli istiqlalın
sayəsində bəşəriyyətdə yeni-yeni ixtiralar, yeni-yeni kəşflər edilir, qiymətli əsərlər
yazılır. Bir sözlə, dünya milli istiqlaldan yalnız qazanır. Həmin məqalədə daha
sonra oxuyuruq: ―Heç şübhə yoxdur ki, dünyanın milliyyətlərə bölünərək qərar
tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir. Millətlərdəki
bənliklik ədəmi-istiqlalı və onlardakı zatı xasiyyətlərin başqalarının xasiyyətləri
içində münhəll olması bu zaidləri heç şübhə yox ki, mübəddəl bir naqis edir‖.
Dünyanın millətlərə bölünməsi təbiidir, həm millət müstəqil surətdə