Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 

18 


çevrilmişdi. Odur ki, onun məqalələrinə məhz bu bucaq altında nəzər yetirməliyik. 

Məhəmməd  Əminin  fikrincə,  milli  azadlıq  sosial  azadlığın  müqəddəm  şərtidir. 

Milli  azadlıq  olmayan  yerdə  sosial  azadlıqdan  danışmaq  cəfəngiyyatdır.  O,  hətta 

Rusiya  –  Yaponiya  müharibəsi  zamanı  Rusiyanın  məğlubiyyətini  demokratiyanın 

olmaması ilə əlaqələndirirdi. Sosial azadlığı da sosial tərəqqinin təməl daşı hesab 

edirdi.  ―Bu  günkü  günlər‖  məqaləsində  onun  azadlıq  problemini  şərh  etməsi  bu 

dediklərimizi  bir  daha  təsdiq  edir.  Müəllif  burada  mütləqiyyətin  irticaçı 

mahiyyətini  açıb  göstərir,  onun  xalqa  yabançı  siyasət  yeritdiyini  sübuta  yetirirdi. 

Yeri  gələndə,  çarizmin  xalqa  azadlıq  vədinin  ölkədə  nə  qədər  böyük  əks  –  səda 

yaratdığını  da  bildirirdi.  Söhbət  əlbəttə,  1905-ci  ildə  verilmiş  17  oktyabr  tarixli 

fərmandan  gedir.  ―Əvət  17  oktyabr  fərmani  –  aliyyəsinin  xəbəri  bugünkü  gün 

Bakıya  çatmışdır.  Bu  günü  xatırlayanlar  söz,  ictimai,  ittifaq,  mətbuat  və  şəxs 

azadlığını  təmin  edən  fərmanın  xalq  arasında  hüsulə  gətirdiyi  şadlığın  dərəcə  və 

göstərişlərini əlbəttə unutmamışlar‖ (―Açıq söz‖ qəzeti, 1915, № 13.).  

 

Onu  deyək  ki,  məqalə  1915-ci  ildə  verilən  və  xalqa  azadlıq  vəd  edən  ali 



fərmanın  on  illiyi  münasibəti  ilə  yazılmışdır.  Deyildiyi  kimi,  M.Ə.Rəsulzadə 

məqalədə  əsasən  azadlıq  probleminə  toxunur  və  azadlığı  tərəqqinin  başlıca 

şərtlərindən  biri  adlandırırdı.  O,  ―rus  xəlqi  fərmani  –  ali  mucibincə  kəndisinə 

verilən  hürriyyətlər  sayəsində  məmləkətin  idarəsinə  qarışacaq‖  kəlməsi  ilə 

zəmanəsini  qabaqlamış  və  irticanın  tuğyan  etdiyi  dövrdə  demokratik  quruluşu 

təbliğ  etməkdən  çəkinməmişdir.  M.Ə.Rəsulzadə  yazırdı:  ―Bugünkü  gün  bütün 

Rusiya  sevinirdi.  Bütün  demək  olmasa  da,  cəsarətlə  Rusiyanın  böyük  bir  qismi 

sevinirdi  demək  olar.  Sevinirdi,  çünki  Rusiyanın  əzəmətini,  tərəqqi  etməsini, 

mədəni  olub  da  sair  Avropa  millətləri  gibi  ayaq  tutub  tərəqqi  yoluna  düşməsini 

hürriyyətlərin  paydar  olmasında  görürdü.  Bugünku  gündə  söylənilən  nitqlər 

Mancuriya səhralarında məğlub olan qüvvətin rus olmayıb rus haqsızlığı olduğunu 

söyləyor  və  artıq  məğlub  olmamaq  üçün  xəlqin  azad  olmasına  lüzum  göstərirdi. 

Rus  xəlqi  fərmani  –  ali  mucibilə  kəndisinə  verilən  hürriyyətlər  sayəsində 

məmləkətin idarəsinə qarışacaq, cəmaətin etimad və etibarına malik milli hökümət 

vücudu  gətirəcək,  arada  mövcud  olan  bütün  haqsızlıqlar  qalxacaq.  Rusiya  bütün 

əskiklərini  düzəldəcək  həqiqi  bir  məşrutiyyət  qazanacaqdır‖  (―Açıq  söz‖  qəzeti, 

1915 № 13).  

 

 



 

 

 



 

 

Göründüyü  kimi,  məqalə  açıq  –  aşkar  demokratik  ruhla  yazılmışdır. 



Məqalədə  sosial  azadlıq  problemi  müxtəlif  səmtlərdən  araşdırılır.  Müəllif  sosial 

azadlıqla yanaşı şəxsiyyət azadlığı, söz azadlığı, təşkilat azadlığı, mətbuat azadlığı, 

vicdan azadlığı və sairəyə də toxunur. Burada Rusiya imperiyasında yaşayan qeyri 

–  rus  xalqların  fərmana  münasibəti  ilə  əlaqədar  maraqlı  fikirlər  söylənilir.  Heç 

şübhəsiz, Rusiyada yaşayan və ən adi sosial hüquqlardan məhrum edilmiş qeyri –

rus xalqlar fərmandan daha çox şey gözləyirdilər. Fərmanda millətlərə azadlıq vəd 

edilirdi.  Az  saylı  millətlərə  isə  azadlıq hava  və  su kimi lazım idi.  Çünki  milli və 

dini azadlıq  millətlərə  tərəqqi yolunu, səadət  yolunu açırdı. ―Rusiyada  sakin olan 




 

19 


bütün  millətlər,  bütün  siniflər  sevinirdi.  Hürriyyəti  –  vicdan  elan  olunduqdan, 

insanın  hüququ  qəbula  keçdikdən  sonra  biltəb  məzhəb  və  milliyyət  yüzündən 

təzyiqata uğrayanlar olmayacaq və böyük Rusiyada yaşayan qeyri – rus xalqlar da 

milliyyətlərinin bəqa və tərəqqisi üçün su və hava gibi lazım olan təbii müsaidələri 

alacaqlar‖ (yenədə orada).   

 

 



 

 

 



 

O,  ―bəqa  və  tərəqqisi  üçün  su  və  həva  gibi  lazım  olan  təbii  musaidlər‖ 

dedikdə,  şübhəsiz  ki,  ikl  növbədə  milli  azadlığı  nəzərdə  tuturmuş.  Milli  azadlıq 

onun  nəzərində  millətlərin  təbii  hüququdur.  Hər  millət  azad  və  şən  yaşamalıdır. 

Əlbəttə,  Məhəmməd  Əmin  Rəsulzadə  çar  fərmanı  ilə  əlaqədar  sadəcə  olaraq 

arzularını bildirmişdir. Lakin bir şey vardır ki, bu arzular onun bir mütəfəkkir kimi 

ictimai – siyasi və fəlsəfi baxışlarını ifadə edirdi.  

 

 



 

 

M.  Ə.  Rəsulzadə  yuxarıda  adı  çəkilən  azadlıqların  kağızda  qaldığını 



söyləyərək  çarizmin  ikiüzlü  siyasətini  cəsarətlə  qamçılamışdır.  Lakin  məqalədən 

göründüyü  kimi,  o,  çarizmin  yalançı  vədlərini  tənqid  etsə  də,  ondan  ümidini  də 

hələ  də  tam  üzməmişdi.  Əlbəttə,  mətbuatda  camaatı  açıq  –  açığına  mövcud 

quruluşa qarşı silahlı üsyana çağıra bilməzdi. Heç M. Ə. Rəsulzadə özü də bunun 

istəmirdi.  O,  çoxlu  haqsızlıq  və  mərhumiyyətlərdən  cana  doymuş  doğma  xalqını 

azadlığa  çıxartmaqdan  ötrü  demokratik  yollardan  istifadə  etməyi  üstün  tuturdu. 

Mütləqiyyətin  əsl  simasını  ifşa  edərkən  yazırdı:  ―Fəqət  bu  sevinc  günləri  çox 

çəkmədi, keçdi. O gündən bu günə qədər tam on yıldır. Bu günə qədər fərmani – 

aliyyədə  vəd  olunan  hürriyyətlər  həman  bir  arzu  halında  qalmaqdadır.  Mətbuat 

qanunu  bu  günə  qədər  meydana  gəlməmiş.  Hürriyyəti  –  şəxsiyyə  hala  idareyi  – 

urfiyyələrə  qurban  olunmaqda.  İctimai  və  ittifaq  azadlıqları  da  onların  kökündə‖ 

(―Açıq söz ‖ qəzeti, 1915, № 13). 

Rəsulzadə  müstəmləkəçilik  siyasətinin  hakim  millətə  də  böyük  ziyan 

vurduğunu açıb xatırladırdı ki, millətin dini və mədəni təməssulu hər şeydən əvvəl 

müstəmləkəçi  ölkə  üçün olduqca ziyanlıdır. Hakim  millət  məzlum  milləti ―Həzm 

edə‖  bilmədiyindən‖  vücudu  zəhərlənir.  Başqa  sözlə,  hakim  millətin  özü  istər  – 

istəməz tərəqqidən geri qalır. Çünki təmsil etmək istədiyi məhkum millətlər tərəqqi 

yolunda  ağır  bir  yük  kimi  ona  mane  olurlar.  M.  Ə.  Rəsulzadə  ―Getdiyimiz  yol‖ 

məqaləsində yazır: ―Fəqət millətlərdəki  ―bənlik‖lər cameyyətlərdəki xüsusiyyətlər

irq, din və dildəki təsirat nə qədər böyük və ölməz qüvvələrdir ki, onları nə qədər 

qüvvətli  mədə  olda  da,  həzm  edəmmiyor.  Mənəviyyatı  təşəxxüs  etmiş  millətlərlə 

zində  mədəniyyətlərin  təmsili  əksərən  imperializm  zəhərlənməklə  nəticələnir  ‖ 

(―Açıq söz‖, 1916, № 299). 

O,  burada  ictimai  inkişafın  qarşısıalınmaz  proses  olduğunu  söyləyir. 

Millətlərin əvvəl – axır azadlığa çıxacağına dərin inam bəsləyir. Məhəmməd Əmin 

Rəsulzadə  müsəlman  millətlərin  mənafeyi  baxımından  deyil,  həm  də  hökümət  və 

dövlətin  mənafeyi  baxımından  da  sərfəli  olduğunu  söyləyir.  Onun  fikrincə,  əgər 

azadlıqda qalan məhkum millətlər azad inkişaf edib irəliləyirsə, bundan dövlət də 

qazanır.  O,  fikrini  bu  cür  ifadə  edir:  ―Qaranlıq  və  əvamlıqdan  qaçan  xəlqimizin 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə