Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   2   3   4   5   6   7   8   9   ...   29

 

―Dirilik‖  məcmuəsinin  iyunun  əvvəlində  16-cı  sayında  ―Rus  imperatoru  Pyotr 



Kəbirin vəsiyyətnaməsi‖ sərlövhəsilə nəşr etdiyi məqaləsini 1914-cü ildə avqustun 

21-də verilmiş qərardadi-icbariyyə müğayir görüb məcmuənin müdirini 200 manat 

cərimə  etmiş.  Müdir  cəriməni  verə  bilmədiyi  halda  6  gün  həbsə  oturulmalıdır‖ 

(―Açıq söz‖ qəzeti, 1915, № 7). 

 

 

 



 

 

 



M.  Ə.  Rəsulzadənin  fikrincə,  çarizmi  bəzi  güzəştlərə  getməyə  Rusiya  – 

Yaponiya  müharibəsi  vadar  etmişdir.  Müharibə,  necə  deyərlər,  mütləqiyyət 

quruluşunun  çürük  əsaslarını  laxlatmışdır.  Siyasi  quruluş  aldığı  zərbədən 

sağalanacan,  özünü  ələ  alanacan  müəyyən  vaxt  keçməli  idi,  əks  təqdirdə  xalqın 

narazılığı  artıb  hökmdarı  taxt-tacdan  sala  bilərdi.  Əlbəttə,  M.  Ə.  Rəsulzadə  o 

dövrdə  fikirlərini  açıq  şərh  etməmişdi,  sadəcə  olaraq  mətləbi  üstüörtülü  şəkildə 

anlatmağa  çalışmışdı.  O  yazırdı:  ―Tam  bundan  on  il  əvvəl  bu  günkü  bir  gün  idi. 

Bətənimiz  Rusiya  keçirməkdə  olduğu  böyük  imtahanların  kiçik  bir  mislini 

keçirmiş və xarici düşmənlə çəkişdikdən sonra daxili bəzən islahat əsasının elanını 

lazım görmüşdü‖ (―Açıq söz‖ qəzeti, 1915, № 13).   

 

 

 



Ümumiyyətlə, Məhəmməd Əmin Rəsulzadə 1914-1917-ci illərdə olduqca 

məhsuldar  işləmiş,  ictimai  həyatın  bu  və  ya  digər  sahəsinə  aid  çoxlu  məqalə 

yazmışdır.  Tədqiq  etdiyimiz  dövrdə  mətbuat  səhifələrində  onun  imzasına 

dolğunluğu, qaldırdığı məsələnin kəskinliyi və vacibliyi ilə seçilirdi. Baxışlarındakı 

ardıcıllıq,  bütövlük  və  dərin  mühakimə  dərhal  nəzərə  çarpırdı.  M.  Ə.  Rəsulzadə 

XX əsrin millətlər əsri olduğunu deyir və milli tərəqqiyə, milli dirçəlişə hər şeydən 

çox  diqqət  yetirirdi.  ―Açıq  söz‖  qəzetində  çap  olunmuş  məqaləsində  yazırdı: 

―Dəhşətlərinə  şahid  olduğumuz  böyük  müharibə  böyük  bir  həqiqəti-əsrimizin 

milliyyət əsri olduğunu isbat etdi‖ (―Açıq söz‖ qəzeti, 1915, № `). 

 

Digər məqaləsində isə həmin fikrini inkişaf etdirərək Azərbaycan xalqının 



həyatına  müncər etmişdir. Cəhalətdə və qəflətdə  yatan  xalqın  müqəddəratını  milli 

ruhlu  gəncliyin  nə  qədər  müsbət  təsir  göstərəcəyini  söyləmişdir:  ―Zəmanəmiz 

milliyət  əsridir.  Milli  bir  ruh  və  məslək  sahibi  olan  gənclik  cəhalətdə  və  qəflətdə 

yaşayan millətimizin xilaskar qurdurur‖ (“Qurtuluş” məcmuəsi, 1915 № 1).  

 

Deyildiyi  kimi  birinci  dünya  müharibəsi  illərində  Azərbaycanda  əhalinin 



vəziyyəti  acınacaqlı  idi,  camaat  yoxsulluq  içində  yaşayırdı.  Kəndlilərin  vəziyyəti 

xüsusilə  dözülməz  idi.  Kəndlilər  sanki  unudulmuşdu.  Hamı  diqqətini  Bakıya, 

Bakının  neftinə  vermiş,  Azərbaycanın  digər  yerləri  isə  yaddan  çıxmışdı.  Lakin  o 

dövrdə  Azərbaycan  kəndlilərinin  həyatı  ilə,  məişəti  ilə  maraqlanan  mütərəqqi 

fikirli  adamlar  da  tapılırdı.  Onlardan  birisi  –  Hüseyn  Mirzə  Camalov  ―Xalqa 

doğru‖ məqaləsində kəndlilərin acınacaqlı həyatını görüb yazırdı: ―Əgər cənub və 

şimali  Qafqaziyanın  bir  çox  köylərini  (kəndlərini)  dolaşarsan,  qəlbə  toxunacaq 

lövhələrə  təsadüf  edəcəyik.  Yoxsulluq  ədəbi-intizam,  möhtac  qocalar,  ixtiyarlar, 

tənbəl  və  cahil  cavanlar,  məhsuldar  torpaqlar,  ayaqyalın,  əlində  dəyənək  qoyun, 

qaramal gözətçiləri cocuqlar, uşaqlar görəcəyiz...‖ (―Açıq söz qəzeti, 1916, № 85).

 

Azərbaycanın bir sıra qabaqcıl ziyalıları xalqını bu cür dözülməz şəraitdən 




 

qurtarmaq  üçün  çarələr  arayıb  axtarırdılar.  Onlar,  şübhəsiz  ki,  radikal  tədbirlər 



görülməsini  tələb  edən  bolşeviklərə  nisbətən  daha  liberal  mötədil  mövqe 

tuturdular.  Onlardan  bəziləri  xalqın  səadətini  sosial  azadlıqda,  milli  istiqlalda 

görürdü, lakin bolşeviklər kimi hamını mövcud quruluşu devirməyə səsləmirdilər. 

Onlar  fikirlərini  zəmanəyə  uyğunlaşdırıb  müəyyən  həddən  kənara  çıxmırdılar. 

Başqa  sözlə  desək,  çarizmin  müstəmləkəçi  hakimiyyət  orqanları  ilə  birbaşa 

münaqişəyə girmək istəmirdilər.   

 

 

 



 

 

Ömər Faiq Nemanzadə çarizmin milli ayrı-seçkilik siyasətinə qarşı, milli 



azlıqların mənafeyi əleyhinə yönəldilmiş böyük dövlətçilik siyasətinə qarşı özünün 

haqq  səsini  ucaldırdı.  O,  ―Milli  məsələlərimizin  vəqtimi?‖  adlı  silsilə 

məqalələrində  xalqı  üçün,  milləti  üçün  vacib  məsələləri  bütün  kəskinliyi  ilə 

qaldırırdı.  Ziyalıları,  xalqın  elmi-bilikli  şəxslərini  haqq  işi  uğrunda  mübarizədən 

çəkinməməyə  çağırırdı,  mövcud  çətinlikləri,  müşkülləri  ört-basdır  etmək  əvəzinə 

aşkarlaşdırmağa dəvət edirdi. 

 

 

 



 

 

Ömər Faiq yazırdı: ―Bəli, biz Rusiya türklərinin də özümüzə görə ictimai, 



siyasi  arzularımız  var.  Bu  arzuları  böyük  və  qəbul  olunmayacaq  bir  şey 

sanmayınız.  Biz  artıq  bir  zad  istəmiyoruz!  İstədigimiz  budur  ki,  bizə  də  insanlıq 

hüququ verilsin. Biz də Rusiyanın hüquqlu təbəəsi cərgəsinə keçəlim. Ögey övlad 

yerində  tutulmulayım.  Hökumətin  ümumi  qanunlarından  din  və  millət 

edilsin(‖Açıq söz‖ qəzeti, 1915, № 31). 

 

 



 

 

Yuxarıda  göründüyü  kimi,  hörmətli  şair  fikirlərini  bir  qədər  cilovlayır: 



milli  istiqlaldan  deyil,  milli  istiqlala  gedən  yolun  ilk  pilləsindən  söhbət  açır, 

insanlıq hüququndan, ―Rusiyanın hüquqlu təbəəsi cərgəsinə‖ keçməkdən danışırdı. 

Qanunların  ədalətsizliyinə  qarşı  etiraz  edir,  dünya  azadlığı  və  vicdan  azadlığı 

ideyasını irəli sürürdü. 

 

 

 



 

 

 



 

Ömər  Faiq  Nemanzadə  həmin  məqaləsində  daha  sonra  yazırdı: 

―Yürəgimizdə  kini  neçün  gizlədəlim,  hüquqsuzluğumuz  yüzündən  idareyi-

ruhaniyyələrimiz,  milli  məktəblərimiz,  dilimiz,  milli  ,  vəqflərimiz  ağlanacaq  bir 

halətdə olarsa, bu idarələrin, bu amillərin fikir və tərbiyəsi altında yaşayan cəmaət 

əcəba nə halda olar?‖ Şair mütləqiyyətin milli zülmünü yumşaq ifadələrlə oxucuya 

çatdırır  və  xalqın  tərəqqipərvər  nümayəndələrini  bu  zülmü  əks  etdirməyə  çağırır. 

Əlbəttə, o bununla çarizmin əleyhinə çıxmır, sadəcə olaraq xalqın dərdinin mətbuat 

vasitəsilə  hökumət  dairələrinin  nəzərinə  çatdırılmasını  istəyir.  Guya  Azərbaycan 

xalqı  ona  görə  zülm  içində  yaşayır  ki,  hökumət  dairələri  bundan  xəbərsizdirlər. 

―Ehtiyaclarımız,  əlbəttə,  hökumətin  qərarı  ilə  əmələ  gələcəkdir.  O  halda 

istədiklərimizi,  ehtiyaclarımızı  neçün  açıqca  bildirmələyim?‖  (―Açıq  söz  qəzeti, 



1915, № 32). 

 

 



 

 

 



 

 

Bununla  belə  həmin  məqalədəcə  hökumətin  xalqın  dərdinə  şərik 



çıxacağına bir qədər şübhə ilə yanaşır, lakin buna baxmayaraq fikrindən əl çəkmir, 

heç  olmasa  xalqın  gözünü  açacaqlarından,  camaatın  fikrini  öz  dərdinə  çarə 

axtarmağa  tərəf  çevirə  biləcəklərindən  bəhs  edir.  ―Bizim  dərdimizi  bilmək 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə