Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə25/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   21   22   23   24   25   26   27   28   ...   185

 

 

77 



səyləri uğurla nəticələnsə, onda yeni şərtlərlə yeni dünya yaranacaq, 

Türkiyə  də  öz  yerini  tuta  biləcəkdir.  İnönü  “əgər  müttəfiqlərimiz 

mövqelərini dəyişməsələr, Türkiyə Qərb dünyası ilə əlaqələrini kəsə 

bilər. Bundan sonra Qərb İttifaqı dağılar” dedi. О, Kipr məsələsində 

Qərbdə əsl dostlar görmədiyini bəyan etdi.  

 İnönünün müsahibəsi geniş əks-səda doğurdu. Müxalifət lider-

ləri  bu  müsahibəni  “yazıq  siyasətin  sonunun  çatdığı”  kimi  qiy-

mətləndirdilər.  Yaranmış  şəraitdə  türklər  dünyanın  gözündə  nüfuz-

dan düşürdülər. Yürüdülən siyasət Türkiyəni dostlarsız və müttəfiq-

lərsiz qoymuşdu.  

Müxalifət Kipr məsələsinin dalana dirənməsini Atatürk dövrün-

də yeridilən xarici siyasət prinsiplərindən imtina edilməsi ilə bağla-

yırdı.  Hakimiyyəti  tənqid  edirdi.  Digərləri  isə  hətta  İnönünü  və 

Cümhuriyyət  Xalq  Partiyasının  üzvlərini  Moskvanın  adamları 

sayırdılar.  

Türkiyə  baş  nazirinin  NATO-dan  çıxacaьını  bəyan  etməsi, 

юlkənin xarici siyasətində dəyişikliklər edilməsi zərurətindən danış-

ması  tamamilə  yeni  vəziyyət  yaradır,  sovet-türk  münasibətlərinin 

normallaşmasına təsir edirdi.  

İnönü  milli  azadlıq  müharibəsi  və  Lozan  konfransı  dövründə 

qazanmış  nüfuzunu  Kipr  məsələsində  itirə  bilməzdi.  Cümhuriyyət 

Xalq  Partiyası  baş  katibinin  müavini  Turhan  Feyzioğlu  nitqlərinin 

birində deyirdi: “Əgər Kipr məsələsi danışıqlar stolu arxasında həll 

edilməsə,  İnönü  çəkmələrini  geyinməli  olacaqdır”

104

.  Türkiyə 



Kiprdə  baş  verənlərə  biganə  qala  bilməzdi.  450  min  yunanın  120 

min türkü qırmasına Türkiyənin sadəcə müşahidəçi olması mümkün 

deyildi.  İnönü  verdiyi  müsahibəsində  “Girneyə  aparan  yolu  itirib-

itirməməyimizdən asılı olmayaraq ada əldən buraxılmayacaqdır. Biz 

adanın  əldən  buraxılmasına  izn  verməyəcəyik.  Türklərin  hövsələsi 

tükənir” deyə açıq şəkildə bəyan etdi

105

.  


Türkiyə  ağır  vəziyyətə  düşmüşdü.  Qərb  müttəfiqlərini  sovet-

lərin  təhdidlərindən  qoruyan  Türkiyənin  tale  məsələsinə  NATO 

ölkələri biganə qalmışdı. Prezident Cemal Gürsel “NATO türk milli 

və  qanuni  problemlərinin  həllindən  kənara  çəkilsə,  onda  biz  onu 

bədxah hərəkət hesab edəcəyik” deyə bildirdi

106


.  

ABŞ  isə  Türkiyəni  adaya  müdaxilə  etməkdən  çəkindirir, 




 

 

78 



yardımı kəsməklə hədələyirdi. Bu hədələr türklərin narazılığını daha 

da artırırdı. Qəzetlər “türk milləti elə millətdir ki, lazım gəldiyi an 

bütün maddi hesabları bir kənara ata və tamamilə yeni həyata baş-

laya  bilər.  İstiqlal  uğrunda  mübarizənin  ağır  anlarında  türk  xalqı 

çətinlikləri  qətiyyətlə  arxada  qoydu,  iqtisadi  yüksəlişə  nail  oldu. 

Əgər  türk  xalqı  hərəkətə  gəlsə,  iqtisadi  yüksəlişə  nail  olar”  deyə 

yazırdı.  

Qərбdəki  müттəfiqlərinin  Kipr  məsələsinə  бiganə  qalmaları 

türk-amerikan,  Türkiyə-NATO  münasibətlərində  soyuqluq  yara-

dırdı. Nəticədə NATO-nun 1964-cü ilin yazında Egey və Aralıq də-

nizlərində  keçirilməsi  planlaşdırılan  hərбi  тəlimləri  NATO  koman-

danlığının  əmrinə  əsasən  təxirə  salındı.  Aprel  ayında  ABŞ  hərbi 

komandanlığı Ankaradakı amerikalıların idman, ov, piknik və b. ad 

altında  şəhər  kənarına  getməsini  dayandırdı.  Şəhər  kənarına  çıxan 

şəxslər  getdikləri  yeri  əlaqə  yaratmaq  üçün  əvvəlcədən  söyləməli 

idilər.  

Türkiyə-ABŞ və Türkiyə-NATO münasibətləri sınağa çəkilmiş-

di.  NATO  rəhbərləri  münasibətlərin  pozulmasının  doğuracağı  nəti-

cələrdən  narahat  olaraq  onun  əvvəlki  kimi  qalmasında  maraqlı  idi-

lər. 1964-cü il aprelin 29-da Ankarada keçirdiyi görüşlərdə NATO-

nun baş katibi Dirk U. Stikker “Kiprdə baş verən hadisələr Türkiyə 

ilə NATO arasında münasibətlərə ziyan vurmayacaqdır” deyə bəyan 

etdi. Görüşlərin nəтicəsindən razı qaldığını vurğuladı.  

Sovetlərlə  münasibətləri  normallaşdırmaьın  tərəfdarları  “indi 

Stalin dövrü deyildir, hər şey geridədir. SSRİ kommunist inqilabın-

dan imtina etmişdir. Türkiyə Şərq bloku ölkələri ilə münasibətlərini 

yaxşılaşdırmalıdır” deyirdilər

107


.  

Kipr  “Aralıq  dənizinin  Kubası”na  çevrilmişdi.  Kuba  təhlükə-

sizlik  baxımından  amerikanlar  üçün  hansı  strateji  əhəmiyyəti  daşı-

yırdısa,  Kipr  də  Türkiyə  üçün  o  əhəmiyyəti  daşıyırdı.  Kubadakı 

sovet  raketləri  ABŞ-ı  necə  təhdid  edirdisə,  Kiprin  enosisi  və  ya 

sovetlərin  nüfuzu  altına  düşməsi  Türkiyəni  ondan  da  artıq  təhdid 

edirdi.  Kipr  iki  sistem  dövlətləri  arasında  soyuq  müharibə  meyda-

nına çevrilmişdi. Kipr məsələsində Türkiyənin geri çəkilməsi nəinki 

Aralıq  dənizində  və  Yaxın  Şərqdə  nüfuzunun  itirilməsinə,  eyni 

zamanda milli təhlükəsizliyi üçün təhdidin artmasına gətirərdi. 




 

 

79 



Qərb bloku ölkələrinin Kipr məsələsində tutduğu mövqe sovet-

ləri  hərəkətə  gətirdi.  İnönü  və  Gürselin  müsahibələrindən  sonra 

Ankaradakı  sovet  səfiri  xeyli  fəallaşdı.  Səfir  Nikiтa  Rıjov  xarici 

işlər  naziri  Erkin  тərəfindən  qəбul  edildi.  Söhbətdə  səfir  Sovet 

İttifaqının  Türkiyənin  iqtisadi  inkişafına  kömək  göstərə  biləcəyini 

söylədi. Səfir daha çox yardımlar, kreditlər, Sovet İttifaqının Türki-

yənin  maraqlarına  zərbə  vurmayacağı  barədə  ifadələr  işlətməyə 

başladı.  Erkin  sovet  səfirinə  “Kipr  məsələsində  Türkiyənin  NATO 

üzrə  müttəfiqləri  onu  tamamilə  tək  qoydu”  dedi.  Rıjov  isə  “Kipr 

məsələsi  üstündə  Türkiyə  ilə  SSRİ  arasında  münasibətləri  pozmaq 

lazım  deyildir.  SSRİ  Kipr  məsələsində  Türkiyə  əleyhinə  cəbhə 

yaratmamışdır.  Onun  bu  məsələdə  mövqeyinin  səbəbi  SSRİ-nin 

daxili siyasi şərtləri ilə bağlıdır” deyə cavab verdi. Səfir Türkiyəyə 

sovet  yardımlarının  mümkünlüyü  barədə  danışaraq  müəssisələrin 

tikintisi və yardımlar edilməsi barədə geniş söhbət açdı. Erkin sovet 

yardımları  бarədə  тəkliflərə  baxmağın  Kipr  məsələsinə  münasibət-

dən keçdiyini səfirə açıq şəkildə bildirdi. Görüşdən sonra тürk rəsmi 

dairələri  юlkənin  xarici  siyasətində  dəyişikliklərin  olacağı  barədə 

danışırdılar.  

Rıjov  və  səfirliyin  ticarət  attaşesi  Türkiyənin  sənaye  naziri 

Muammеr  Ertenlə  də  görüşdülər.  Onlar  bu  görüşə  böyük  təkliflə 

gəlmişdilər. Səfir “biz  yaxşı  qarşılıqlı münasibətlər qurmaq, Türki-

yə  sənayesinin  inkişafına  kredit  vermək  və  həmçinin  zavodlar 

tikməklə öz yerimizi tutmaq istəyirik” dedi. Nümunə kimi Aтaтürk 

zamanında  Kayseri  və  Nazıllıda  toxuculuq  fabriklərinin  tikintisini 

qeyd  eтdi.  Cavabında  Erten  “sənaye,  ticarət  və  iqtisadi 

münasibətləri inkişaf etdirməkdən ötrü millətlər arasında bir-birinə 

rəğbət  lazımdır. Bu məsələdə  Türkiyə  öz üzərinə düşən öhdəlikləri 

yerinə  yetirir, lakin biz sizdən bunları görmürük, xüsusən son Kipr 

hadisələrində”  dedi.  Nazir  sovet  hökumətinin  mövqeyindən  Türki-

yənin  məyus  olduğunu,  iqtisadi  münasibətləri  inkişaf  etdirməkdən 

ötrü  ilk  növbədə  bu  iqlimi  ləğv  etməyin  lazımlığını  diqqəтə 

çaтdırdı. “Bütün bunlara baxmayaraq, sizin təkliflər öyrəniləcəkdir” 

dedi.  


Erten  başqa  xarici  şirkətlərin  də  Türkiyəyə  kapital  qoymaq 

istədiklərini söylədi. Dəyəri 2780 mln. lirə olan və 13 mln.m

3

 su tu-



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə