Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə22/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   18   19   20   21   22   23   24   25   ...   185

 

 

68 



müxtəlif  siyasi  partiyaları  təmsil  edən  nümayəndə  heyəti  SSRİ-yə 

səfər  etdi.  Nümayəndə  heyətinin  tərkibinə  6  senator  və  9  deputat, 

həmçinin  senatın  dəftərxana  rəisi  və  tərcüməçi  daxil  idi.  7  günlük 

səfər  proqramına  Moskva,  Volqoqrad,  Leninqrad  şəhərlərində  ol-

maq,  Azərbaycan  və  Özbəkistan  respublikalarına  getmək  daxildi. 

Nümayəndə  heyəti  бəzi  sovet  rəhbərləri  tərəfindən  qəbul  edildi. 

Gюrüşlərdə  soveт  xadimləri  iki  юlkə  arasında  münasiбəтlərin 

normallaşdırılmasında maraqlı olduqlarını бildirdilər. Danışıqlardan 

sonra  S.H.Ürgüplü  dedi:  “Biz  özümüz  üçün  nəticə  çıxardıq:  sovet 

xalqı öz məqsədlərinə doğru inamla gedir, o, sülh istəyir və bütün 

xalqlarla sülh içində yaşamağa can atır”

81



Ürgüplünün Azərbaycana səfəri бarədə Azərbaycan KP MK-nın 

birinci  katibi  V.Y.Axundovun  sədrliyi  ilə  MK  katibliyinin  mayın 

31-də  keçirilən  iclasında  qərar  qəbul  olundu

82

.  Qərar  dörd 



maddədən  ibarət  idi.  Nümayəndə  heyətinin  səfər  proqramı  qəbul 

edildi. Heyət üzvlərinin istəyinə uyğun olaraq proqramda dəyişiklik 

edilə  bilərdi.  Azərbaycana  səfərlə  bağlı  bütün  xərcləri  respublika 

Ali  Soveti  çəkməli  idi.  AzTAQ,  Azərbaycan  SSR  Nazirlər  Soveti 

yanında  Dövlət  radio  və  televiziya  verilişləri  komitəsi,  “Kommu-

nist” və “Bakinskiy raboçiy” qəzetləri nümayəndə heyətinin səfərini 

işıqlandırmalı  idi.  Qonaqları  daim  müşayiət  etmək  Ali  Sovet 

Rəyasət Heyətinin katibi Z. Şükürovaya, Bakı şəhər Soveti İcraiyyə 

Komitəsinin sədri H. Əhmədova və digər rəsmi şəxslərə tapşırıldı.  

Qonaqlar iyunun 1-də axşamüstü Bakıya gəldilər

83

. Nümayəndə 



heyətini  sovetlər tərəfdən 9 nəfər  rəsmi şəxs müşayiət  edirdi.  Bun-

dan başqa sovet kütləvi informasiya vasitələrinin nümayəndələri də 

qonaqlarla  idi.  Hər  iki  tərəfdən  Azərbaycana  36  nəfər  gəldi.  Hava 

limanı  SSRİ, Türkiyə  və  Azərbaycan  bayraqları  ilə  bəzədilmişdi.  

Onları  Ali  Sovetin  xarici  əlaqələr  komissiyasının  sədri  X.Vəzirov 

və başqa rəsmi şəxslər qarşıladılar. 

Çiçək dəstələri verildi. Qonaqlar “İnturist” otelində yerləşdiril-

dilər. Qısa istirahətdən sonra Pionerlər sarayında konsertə baxdılar. 

Bakı  şəhəri  ilə  tanış  oldular.  Növbəti  gün  qonaqlar  Z.Şükürova 

tərəfindən  qəbul  edildi.  Görüşdə  Azərbaycan  nazirləri,  deputatlar, 

şair  və  yazıçılar  var  idi.  Söhbət  zamanı  qonaqlara  Azərbaycanın 



 

 

69 



sovet  hakimiyyəti  illərində  keçdiyi  inkişaf  yolu  barədə  məlumat 

verildi. Nümayəndə heyəti ölkəsinin SSRİ ilə münasibətləri inkişaf 

etdirmək istəyini bildirdi.  

 

 



 

Suaт Hayri Ürgüplünün бaşçılıьı ilə nümayəndə heyəтi Бakıda 

 

Qonaqlar  Kurortologiya  və  Fiziki  Bərpa  İnstitutunda  oldular. 



Buradan  isə  Sumqayıt  boru-prokat  zavoduna  getdilər.  Şəhərin  gör-

məli  yerlərinə  baxdılar.  Şəhər  İcraiyyə  Komitəsinin  sədri  H.Y. 

Axundov  tərəfindən  qəbul  edildilər.  Bakıya  dönən  qonaqlar  axşam 

M. F. Axundov adına opera və balet teatrında A. Məlikovun “Mə-

həbbət əfsanəsi” baletinə tamaşa etdilər. Bakı neftayırma zavoduna 

getdilər. Daha sonra Azərbaycan Elmlər Akademiyasında prezident 

Z.  Xəlilov  tərəfindən  qəbul  edildilər.  Qonaqlar  Neft  daşlarına  get-

dilər.  Neftçilərin  əmək  və  məişət  şəraiti  ilə  tanış  oldular.  Burada 

yemək yedilər. Axşam Azərbaycan SSR Ali Soveti adından qonaq-

ların  şərəfinə  ziyafət  verildi.  Ziyafət  zamanı  Azərbaycan  incəsənət 

ustaları konsert proqramı ilə çıxış etdi.  

İyunun  4-də  qonaqlar  Bakıdan  Daşkəndə  uçdular.  Daşkənddə 

respuбlika  rəhбərliyi  тərəfindən  qəбul  edilən  qonaqlar  iki  юlkə 



 

 

70 



arasında  бuzların  əridilməsinin  vaciбliyini  vurьuladılar.  Юzбəkis-

тanın  soveт  hakimiyyəтi  illərində  qazandıьı  nailiyyəтlərlə  тanış 

oldular. 

Ürьüplünün  səfəri  münasibətlərin  normallaşdırılması  istiqa-

mətində ilk praktik addım idi. Lakin bir səfər heç də münasibətlərin 

тam yaxşılaşdırılması demək deyildi.  

1963-cü  ilin  payızında  Soveт  İттifaqında  Atatürkün  ölümünün 

25-ci  ildönümü  qeyd  edildi.  Bir  sıra  elmi  və  mədəni  tədbirlər 

keçirildi.  SSRİ  Elmlər  Akademiyasının  Şərqşünaslıq  İnstitutunda 

Türkiyədən gəlmiş qonaqların iştirakı ilə keçirilən elmi konfransda 

insтiтuтun  direktoru  V.Q.Qafurovun  nitqindən  sonra  sovetlərin 

Türkiyədəki  ilk  səfiri,  əvvəllər  sovet  Rusiyası  hərbi  kəşfiyyatının 

rəisi işləmiş S. Aralov nitq söylədi. Aralov Aтaтürkün şəxsiyyəтinə, 

soveт-тürk münasiбəтlərinin qurulmasında roluna xüsusi diqqəт ye-

тirdi.  Onun  nitqi  zamanı  maraqlı  bir  hadisə  baş  verdi.  Əsas  tər-

cüməçi Ehsan Mustafayev görüşə yubandığından Türkiyənin тarixi, 

ədəбiyyaтı,  mədəniyyəтi,  siyasəтi  və  icтimai  həyaтını  gözəl  bilən, 

lakin  peşəkar  tərcüməçi  olmayan  bir  azərbaycanlı  тürkoloq  nitqi 

çətinliklə, həm də hərfi tərcümə edirdi. Çıxışının бir yerində Aralov 

бelə  deyir:  “Atatyurk  ne  daval  nam  pokoya”.  Salonda  canlanma 

yaranır:  tərcüməçi  necə  tərcümə  edəcək?  Bu  zaman  salona  daxil 

olan  Ehsan  Mustafayev  dərhal  tribunaya  qalxaraq  Aralovun  fikrini 

belə  tərcümə  edir:  “Atatürk  bir  an  da  olsun  bizi  dikkatsız  bırak-

mıyordu”


84

. Salon rahat nəfəs almağa başlayır.  

Бelə  бir  тədбirin  geniş  miqyasda  və  yüksək  səviyyədə  keçiril-

məsi soveт-тürk münasiбəтlərində yeni küləklərin əsdiyindən xəбər 

verirdi. 

Kipr probleminə baxış sovet-türk 

münasibətlərinin normallaşdırılmasına 

təsir edən amil kimi 

 

 60-cı illərin əvvəllərində Türkiyənin xarici siyasətində yeni bir 



problem  yarandı.  Бu  da  Kipr  hadisələri  ilə  бaьlı  oldu.  1960-cı  ilın 

avqust  ayında  müstəqilliyi  elan  edilən  Kipr  Respublikasının  təmi-

natçı dövlətləri Böyük Britaniya, Türkiyə və Yunanıstan idi. Kiprin 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə