MüqaviMƏt qəhrəmanlari bəsic İslam İnqilabının Böyük Rəhbərinin sözlərində


Doqquzuncu fəsil: Bəsic mərkəzlərinin və Müqavimət Qüvvəsinin vəzifələri



Yüklə 0,51 Mb.
səhifə8/9
tarix14.06.2018
ölçüsü0,51 Mb.
#49093
1   2   3   4   5   6   7   8   9

Doqquzuncu fəsil: Bəsic mərkəzlərinin və Müqavimət Qüvvəsinin vəzifələri


Birici bölmə: Bəsicin koordinasiyası

Bəsicin möhtərəm rəhbərləri koordinasiya işinə çox əhəmiyyətli yanaşmalıdırlar. Çünki əsas məsələ koordinasiyadır və yaxşı koordinasiya çərçivəsində yaxşı təhsil, dəstək və düşüncə qidalanması formalaşır.158

Bəsicin idarəsi və sizin öz mərkəzlərinizdə müntəzəm iştirakınız çox önəmlidir. Elə olmalıdır ki, Bəsic üzvlərinin hər biri hansı bölməyə məxsus olduqlarını, harada olmalı olduqlarını bilməli, İslamın və İslam quruluşunun ehtiyacı olduqda hazır olmalıdırlar.159

Mən xüsusən Bəsic qüvvələrinin üzvlərinə təkidlə deyirəm ki, Bəsicin indiyədək tabe olduğu təşkilatdan - yəni İslam İnqilabının Mühafizəçiləri Korpusundan ayrılması əsla hərbi müdafiə səhnəsindən uzaqlaşmaq, şəxsi, yaxud peşə həyatına qərq olmaq demək deyil.160


İkinci bölmə: Bəsicin iyirmi milyon nəfərə çatdırılması

Bəsicin fəaliyyəti üçün iki əsas sahə var. Əlbəttə, savadlanmaq, Quran öyrənmək və bu kimi işlər (əsas) işin kənarında, yaxud bəziləri onun ruhu kimi vacib məsələlərdir. Amma sizin praktik iş sahənizin biri cəbhə, biri isə şəhərin müqavimət qüvvələridir. Biz istəyirik ki, sizin indiyədək bu iki sahədə topladığınız qüvvələr 20 milyon nəfərə çatdırılsın. Bəzi qardaşlar 25 və ya 30 milyon deyiblər. Amma mən ötən il qardaşların toplantısında dedim ki, xeyr, biz hələlik imamın buyurduğu 20 milyonu təmin edək. Əgər ölkəmizin 40-50 milyonluq əhalisini ələsək, bəlkə də 20 milyondan artıq adam qalmaz. Baxmayaraq ki, digər 10, 12, 13 milyon da silah götürmək üçün təlim keçməli əzizlərdir. Onların barəsində də bir şey fikirləşməliyik. Amma 20 milyon yaxşıdır. Biz bunu 20 milyona çatdırmaq istəyirik. Siz 20 milyonu necə təmin etmək istəyirsiniz?

Bizim bütün hərbi qurumlarımız məhdud olduqlarını düşünə bilərlər. Məsələn, korpus deyir ki, ştatla bu qədər, müqavilə ilə bu qədər qüvvəmiz var. Deyirik çox yaxşı, siz bu sayı filan həddə qədər endirin, yaxud artırın, sonra isə bağlayın. Amma Bəsic üçün limit təyin edə bilmərik. Limit 20 milyondur. Oraya qədər isə çox yolumuz var.

Siz deyə bilərsiniz ki, 2, 3, yaxud 4 milyon nəfərə təlim keçmişik. Çox yaxşı, əvvəla, təlim keçdiklərinizin hamısı sizin üzvünüz deyil. Biri gəlib 15 gün təlim görüb gedib, sonra ondan heç bir xəbəriniz olmayıb. Bundan əlavə, müharibə dövrünün 3 milyonu ilə zahirdə müharibə olmayan dövrdə Bəsicə qoşulan 17 milyon arasında çox fərq var. Siz bu 17 milyonu necə cəlb etmək istəyirsiniz? Cəlb etmək istəyirsiniz, yoxsa yox? Şübhəsiz ki, cəlb etməlisiniz. Ölkəmizdə 20 milyonluq ordu qurulmalıdır. Bu da yalnız daha 16-17 milyon nəfəri cəlb etməklə mümkün olar. Bunları cəlb və koordinasiya etməlisiniz.

Deməli, siz yeganə hərbi təşkilatsınız ki, digərlərindən fərqli olaraq, fəaliyyət dairəniz daim genişlənməkdədir. Siz həmişə böyüməkdəsiniz. İşin təməlini genişlənmək üzərində qurun. Əsas budur. Bünövrəni elə möhkəm edin ki, sanki daha bir neçə mərtəbəyə dözümlü olan bir bina tikirsiniz. Biri var bir fundament üzərində iki mərtəbə tikmək istəyəsiniz, biri də var iyirmi mərtəbə. Bu zaman bünövrə fərqli olur. Bünövrəni elə qurun ki, üzərində iyirmi mərtəbə ucaltmaq olsun. Bu iş çox mühüm və dəqiq işdir.161

Biri deyir ki, mən üç ay cəbhədə olmuşam. Nə üçün üç ay? Məgər biz üç ay vuruşmuşuq?! Biz səkkiz il müharibə aparmışıq. Hamı görsün ki, o, səkkiz ildən nə qədərini boş qalıb və özündən bunun səbəbini soruşsun. Siz istəyirsiniz Bəsic həqiqətinin bizim cəmiyyətimizdə bir mədəniyyət formasına düşməsinə qədər elə bir iş görəsiniz ki, xalqın bu ikili həyat tərzi – hərbi və adi yaşayışı oturuşsun. Bu çox zərif bir işdir. Mənim əsas sözüm bu zərifliyi bildirməkdir.

Bəsic təşkilatı - yəni Bəsicin Rəyasət Heyəti, müdir və məsul şəxsləri elə incəliklə işləməlidirlər ki, ölkənin bütün istedadlı şəxslərini tədricən Bəsicin çətri altına daxil etsinlər və insan evdar bir qadın və ya tələbə olmaqla yanaşı, bir hərbçi olduğunu da hiss etsin. Bu iş yaxşı təbliğat və idarəçiliklə, hansı təbəqədən hansı gözlənti olmasına diqqətlə və o təbəqəni Bəsic haqda necə qane etməklə mümkün olar.

Bu iş çox zərif və davamlı işdir. Demək istəyirəm ki, sizin araşdırmalarınız yüksək səviyyədə olmalıdır. Məsələlərə çox zərif və dəqiq yanaşmalısınız. Belə deyil ki, təsəvvür edəsiniz indi bir cəmiyyət var, biz də tor atarıq, bəziləri gələrlər, onları bir qarnizona gətirib təlim keçərik, sonra da uzaqbaşı hərəsinə bir kod verərik və deyərik ki, siz filan briqadaya, filankəsin komandir olduğu filan batalyona və ya bölüyə məxsussunuz. Lakin məsələ bununla bitmir. Koordinasiyadan əlavə, dediyim incəlikləri nəzərə almaq lazımdır.

Əgər biz Bəsicin əməl meydanı olan müqavimət mərkəzlərinə - şəhər daxilində idarə mərkəzi olan ofislərinizə sarı xalqın gəlişinin zəif olduğunu görsək, bilməliyik ki, biz bu incəlikdə bir qədər axsamışıq. Xalqdan danışdıqda məqsəd inqilabçı fikir və düşüncə sahibləridir; xüsusən də müharibənin daim mümkün olduğunu düşünənlər, oturub boş-boş danışan və inqilabdan da bir şey anlamayan adamlar yox.162

Bəsic inqilabın taleyi ilə işləyir. Əgər güclü və təsirli olsa, genişlənsə və qeyd etdiyimiz kimi, bünövrəsi möhkəm olsa, dünyada heç bir qüvvə nə qədər təxribatlar aparsa da, nə qədər əlbir olsalar da, bu ölkəyə və inqilaba qarşı ən az ziyan vurmağa da qadir olmayacaqlar. Əgər Bəsicə - yəni xalqın hərbi qüvvəsinə əhəmiyyətsiz yanaşsaq, o zaman nigaran olmağa dəyər. Çünki xalqın iştirak etdiyi sahə təkcə siyasi və iqtisadi sahə deyil. Hərbi sahə ən əhəmiyyətli sahədir və bu iştirak Bəsicin sayəsində mümkün olur.

Bununla sizin, bu uşaqların və böyük Bəsic üzvlərinin hər birinin işinin əhəmiyyətini xatırlatmaq istəyirəm. Bir nəfəri də buraxmaq, yaxud getməsinə səbəb olan bir iş görmək olmaz.163

Bəsici - yəni xalq qüvvələrini digər qüvvələr kimi cəlb etmək olmaz. İnsan ordunu bir cür, korpusu isə başqa cür qurur; bir-biri ilə bir qədər fərqləri var. Amma Bəsic üzvlərini belə cəlb etmək olmaz. Bəsic xalqdır. Siz onu təşkilatlandırmaq, nizam-intizamla tanış etmək, ona (hərbi) itaətkarlığı öyrətmək, ölkəni müdafiə etmək üçün onda olan istedadı, həvəsi və imanı ən yaxşı formada işlətmək, azdırsa, artırmaq istəyirsiniz. Bunlar çox mühüm işlərdir və mən deyirəm ki, Bəsicin kütləviləşməsi baş tutsa, inqilab tam sığortalanar, baş tutmasa, nigaranlığa səbəb qalar.164


Üçüncü bölmə: Bəsic üzvlərinin düşmən təhlükəsindən qorunmasının yolları

Bəsic qüvvələri harada olsalar, bilməlidirlər ki, düşmən onları həm bir şəxs, həm də bir Bəsic üzvü kimi hədəf seçmişdir. Bu hər bir Bəsic üzvünün düşmən qarşısındakı maneəni günbəgün daha da möhkəmləndirməsi ilə nəticələnməlidir. Bu maneə necə möhkəmlənir? Düşmən qarşısında insani maneənin möhkəmlənməsi ayıqlığın, imanın yüksəlməsi və özünüislahla mümkündür. Mənim əzizlərim! Digərlərinin bizi islah etməsindən öncə özümüz özümüzü möhkəmləndirməli və daxildən islah etməliyik. Hər bir insan Allah qarşısında öz qəlbi, düşüncəsi, hiss və maraqları üçün məsuliyyət daşıyır. Gənclər özlərini digərlərindən daha yaxşı islah edə bilərlər; çünki güclüdürlər. Bəzi adamlar elə bilirlər ki, gənclər günah qarşısında gücsüzdürlər, amma əslində, fiziki cəhətdən olduğu kimi, iradə sarıdan da güclüdürlər. İradə elə bir şeydir ki, insan ona güvənib özünü Allaha yaxınlaşdıra və şeytandan uzaqlaşa bilər. İslam tərbiyəni, mənəvi paklığı və ayıqlıq əldə etməyi insana vacib bilmiş və onu öz proqramları arasında yerləşdirmişdir. Gəncin ayıqlığı odur ki, hansı vasitə və maraqla bir məqsədin arxasınca getdiyini, haraya getdiyini və nə iş gördüyünü bilsin. Bu gün xalqımız, xüsusən də gənclər ayıqdırlar. Bunu hamı anlayır.165

Bəsic gəncləri, xüsusən də ölkə üzrə Bəsic qüvvələrinin bu gün buraya toplaşmış siz komandirləri bu ilahi təşkilatın qədrini bilin. Bu çox dəyərli bir şeydir. Çalışın bu pak, mömin gəncləri, bu təmiz və nurlu qəlbləri düşmən təbliğatından qoruyun. Düşmənin gördüyü işlərdən biri budur ki, bizim pak, təmiz və gözəl gənclərimizi çirkə bulasın. Bizim gənclərimizi – oğlan və qızlarımızı bulaşdırmaq üçün min yolla çalışırlar. Gənclərin özləri düşmənin hiylə və bədxahlıqları qarşısında, gəncləri azdıran ehtiraslı təbliğatı qarşısında müqavimət göstərən ilk şəxslər olmalıdırlar. Sonra da Bəsicin komandirləri və məsul şəxsləri – düşüncə sahəsində çalışanlar və ruhanilər bundan ehtiyatlı olmalıdırlar. Diqqətli və ehtiyatlı olmaqdan əlavə, ilahi, dini və hərbi təlimlərlə, məşqlə, lazımi manevrlərlə, çox güclü təşkilatlanma ilə, Bəsici genişləndirməklə, Bəsicin qadın, kişi, qoca və gənclərdən ibarət üzvlərinə onların peşə imkanlarına uyğun vəzifələr tapşırmaqla inşallah bu seçilmiş qüvvələri bu müqəddəs və şərəfli yolda möhkəm saxlaya bilməlidirlər.166

Əgər müharibədə bu qədər xidmət göstərmiş Bəsic gənci, Allah eləməmiş, cəmiyyətdə bəzi işlərə sövq edilsə, çox böyük ziyanlar görərik. Siz xiyabanlarda öz işlərinin ardınca qaçan bütün bu gəncləri ürəyinizdə potensial bir Bəsic üzvü fərz edin və onları cəlb etməyə səfərbər olun. Biz bu ölkənin gəncinin, müsəlman gəncin xalqın ümumi Bəsicindən kənarda qalmasına razı ola bilmərik.167


Dördüncü bölmə: qlobal hegemonizmin Bəsiclə düşmənliyinin əsas səbəbi

Bəsicin ildönümündə Bəsic üzvləri və bütün İran xalqı üçün vacib olan mühüm məqam budur ki, Qərbin hegemon qüvvələri bu gün hər yerdə özlərini İslamla qarşı-qarşıya görürlər. Onlar İslamdan təhlükə hiss edirlər. Onlar hər bir İslam istəyini öz hakimiyyət və maraqları üçün ciddi təhlükənin doğuşu sayırlar. Bəllidir ki, bəşərin həyatında zülmə, fəsada və əxlaqi tənəzzülə dözməyən əsl Məhəmməd (s) İslamı zülm, fəsad və tənəzzül üzərində qurulmuş quruluşlar üçün həqiqətən, təhlükədir. Məhz buna görə dünyanın bütün şeytan qüvvələri bu gün İslamla müharibədə ən kobud tədbir vasitələrindən istifadə edirlər, indiyədək şüar verdikləri ən aydın prinsipləri tapdayırlar.168

Bu arada Bəsicə təbliğat hücumunun sirrini başa salmaq lazımdır. Nə üçün beynəlxalq təbliğatda və radiolarda Bəsicə hörmətsizlik olunur? Nə üçün həmişə əcnəbilərin ağzına baxıb onların sözünü təkrarlayan şəxslər Bəsicə qarşı təhqiramiz ifadələr işlədirlər, sevgi və sayğıya layiq olan Bəsicə hörmətsizlik edirlər? Onlar milli istiqlaliyyətin, milli qürurun, milli fəxrlərin qorunmasında, milli maraqların təmin edilməsində və nəhayət, ən üstünü, İslamın və İslam Respublikası quruluşunun bayrağının ucaldılmasında Bəsicin rolunu bildiklərindən onunla qatı düşməndirlər. Lakin onların düşmənliyinin faydası yoxdur.169

Kim inqilaba əsəbiləşmişdirsə, kim İslam hakimiyyətindən narazıdırsa, kim İslam dəyərlərinin yayılmasına narahatdırsa, Bəsicdən narahat olmalı və ona qəzəblənməlidir.

Bəsicin və Bəsic üzvünün ən böyük düşməni ABŞ və İsrailin casus şəbəkələridir. Onlar Bəsic üzvlərinə qarşı çox pis münasibətdədirlər. Çünki bu gün ABŞ və İsrailin casus şəbəkələrinin özləri üçün tərif etdikləri əsas məqsəd inqilabı məhv etməkdir. Mən deyirəm ki, şirin yuxu görüblər, xeyirli olsun. İyirmi ildir bu yuxulardan görürlər və iyirmi ildir bir şeyə nail ola bilmirlər. Bu gün də nail olmayacaqlar. Səbəbi aydındır. Çünki əsasla düşməndirlər. Bu əsasın ətrafını möhkəm sarıb onu qoruyan tükənməz və coşqun qüvvə ilə düşməndirlər. Bu, təbii məsələdir.

Sözsüz ki, hər hansı bir tərəfdə kimdənsə Bəsic əleyhinə bir səs ucalsa, biz o şəxsin, yaxud səsin Amerika muzduru olmasını iddia etmirik. Xeyr, bilməzlikdən də ola bilər. Amma iddia edirik ki, o, Amerika ilə, düşmənlə həmrəydir. Əgər diqqətsizdirsə, bunu özündən uzaqlaşdırmalıdır.

Hər bir həqiqətin düşmənləri və keşikçiləri var. Həqiqətin düşmənləri onunla düşmənçilik etməklə kifayətlənmir, onun keşikçiləri ilə də düşmənçilik edirlər. Onların həmin həqiqətin keşikçiləri ilə düşmənliyi bəzən hətta özünə qarşı düşmənlikdən daha vəhşi və amansız olur. Bilirlər ki, bu olmasa, o həqiqətə asanlıqla üstün gələ bilərlər və həmin həqiqəti qoruyan budur.170

Beşinci bölmə: Düşmənin mürəkkəb üsulları qarşısında sayıqlıq

İndi nə etməliyik? Biz Bəsici gücləndirməklə yanaşı, düşmənə fürsət yaradan hər bir bəhanənin qarşısını almağa çalışmalıyıq. Bəsici təbliğat hücumuna məruz qoymaq istəyən düşmən bir bəhanə tapsa, sözü ictimai rəyə təsir buraxa bilər. Bunun qarşısını almaq lazımdır. Bəsicdə ən xırda mənfi cəhətin yaranmasına da qoymayın. Bu da yuxarıdan aşağıya olmalıdır. Bəsic Müqavimət Qüvvəsinin komandan və məmurlarından Bəsic mərkəzlərinin komandirlərinə və Bəsic üzvlərinə qədər hamı diqqətli olmalıdır. Bu müqəddəs orqanı xalqın gözündə, ictimai rəydə, hətta xarici ictimai rəydə - daxildəkilər belə sözlərə çox da əhəmiyyət vermirlər - ittiham edən heç bir bəhanə olmamalıdır. Bu, Bəsicin məsul şəxsləri olan əziz qardaşların işini ağırlaşdıran amildir.

Çox ehtiyatlı və sayıq olmalısınız. Sayıqlığı onun üçün deyirəm ki, bəzən ehtiyat və diqqət nifrət və qaçış amilinə çevrilir. Belə olmamalıdır. Qərarlar dəqiq, sayıq şəkildə və elastik, proqramlar ardıcıl və əhatəli olmalıdır. Mən korpusdakı qardaşlara da dedim ki, Bəsicin təlimləri çox yaxşı və lazımdır, Bəsic ekskursiyaları çox yaxşıdır. Və sözsüz ki, bunların hamısı proqram və planlı olmalıdır.171

Sizə deyim ki, düşmənin təxribat metodu dəyişmişdir. Keçmişdə təcrübəsiz idi. Yəni ABŞ, qlobal hegemonizm, İran xalqı və inqilabı ilə mübarizə aparmaq istəyən sionistlər, digərləri və transmilli korporasiya sahibləri ifşası asan olan sadə üsullardan istifadə edirdilər. Məsələn, hərbi hücuma təhrik etmək və müharibə başlatmaq təxribat idi, amma bunu hamı bilir, təxribat aydın olur, xalq ayağa qalxıb mübarizə aparırdı. Yaxud amerikalıların Təbəs səhrasına hücumu açıq bir iş idi. Bu qəbildən gördükləri işlərdən - iqtisadi blokada, təbliğat və digər hücumlardan sonra tədricən anladılar ki, İran xalqını və İslam inqilabını belə işlərlə məğlub etmək olmaz.

Bu təcrübə onların öz üsullarını daha da mürəkkəbləşdirmələrinə səbəb olmuşdur. Üsullar mürəkkəbləşdikcə isə xalqımız da sayıqlığını artırmalı, gənclər hazırlıqlarını çoxaltmalıdırlar. Döyüş hazırlığını demirəm, çünki indi hərbi müharibədən söhbət getmir. Əlbəttə, döyüş hazırlığı da arzulanmayan gün üçün lazımdır. Amma hamıya vacib olan mənəvi hazırlıq, düşüncə hazırlığı, psixoloji, siyasi hazırlıq, birliyi, dövlət orqanlarının bir-biri ilə əlaqəsini, xalqla hökumət arasında möhkəm və səmimi əlaqəni qorumaq və hansı geyimdə olursa-olsun, düşməni tanımaq hazırlığıdır. Düşmən müxtəlif formalarda inqilabın qarşısına çıxır, həmişə hansısa əcnəbi ölkəyə məxsus hərbi geyimdə çıxmır.172

Düşmən həmişə keçilməsi mümkün olan və yolunda maneə olmayan nöqtəni axtarır ki, çapıb talaya bilsin; istər hərbi baxımdan, istər mədəni və siyasi baxımdan. Harada maneə mövcuddursa, düşmən narahatdır və özünün bütün qüvvələrini onun əleyhinə işə salır. Siz bir dəfə görürsünüz ki, əcnəbi radiolar, etimadsız qələmlər, öhdəliksiz dil və boğazlar Bəsic əleyhinə danışırlar. Bu işin mənası nədir? Mənası budur ki, bu amil düşmən nüfuzuna ciddi bir maneədir. Düşmən bu maneəni ortadan götürmək üçün qüvvələrini toplamışdır. Əlbəttə, bütün bu illər ərzində düşmənlər və onlara aldanmış ürəklər Bəsic əleyhinə nə qədər danışıb yazıblarsa, Allahın lütfü ilə Bəsic daha da genişlənib, Bəsic maraqları güclənib və üzvlərinin qəlbində ümid daha da çoxalıb.

Deməli, birinci məqamın qısası budur: Bəsic - bir insanın, inqilabın, quruluşun, İslamın, ölkənin və xalqın öz düşmənləri ilə mübarizədə ayıq və fədakar iştirakıdır. Belə bir amilə yalnız İslamın, ölkənin və xalqın maraqlarına müxalif şəxs düşmən ola bilər. Kim ölkəni, xalqı, İslamı və quruluşu sevirsə, belə qüvvələrə təşəkkür və pərəstiş etməlidir.173


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə