16 oktyabr 2016-cı il, bazar
7
Masallı gəncləri dövlət müstəqilliyimizin
önəmini dəyərləndiriblər
Yeni Azərbaycan Partiyası Masallı
rayon təşkilatının gənclər birliyi “Azərbaycanın
Müstəqillik Günü milli sərvətimizdir” mövzusunda
tədbir keçirib.
Gənclər birliyinin sədri
Məmmədhüseyn Hüseynov
tədbiri açaraq bildirib ki,
müstəqil dövlət qurmaq,
öz taleyinin sahibi olmaq
hər bir xalqın arzusudur.
Azərbaycan xalqı düz 25
il öncə bu istəyinə ikinci
dəfə qovuşdu. Böyük siyasi
təcrübəyə malik olan ulu
öndər Heydər Əliyevin ölkədə
hakimiyyətə qayıdışı ilə milli
dövlətçiliyimiz möhkəmləndi.
Hazırda Azərbaycan post-
sovet məkanın ən güclü
dövlətlərindən biridir.
YAP Masallı rayon
təşkilatı aparatının rəhbəri
Fəxrəddin Eyvazov çıxışında
müstəqilliyimizin siyasi və
iqtisadi sütunlarının getdikcə
möhkəmləndiyini konk-
ret faktlarla əsaslandırıb.
O deyib ki, Azərbaycanda
dövlət müstəqilliyini ehtiva
edən əsas amillər qətiyyətlə
qorunub saxlanır və inki-
şaf etdirilir. Dövlətçiliyin
möhkəmləndirilməsinə,
iqtisadiyyatın inkişafına,
milli-mənəvi dəyərlərin
qorunub saxlanmasına eyni
dərəcədə ciddi diqqət yetirilir.
Natiq ümummilli lider Heydər
Əliyevin siyasi xəttini davam
etdirən Azərbaycan Respub-
likasının Prezidenti cənab
İlham Əliyevin bu yöndə
çoxşaxəli fəaliyyətindən,
azərbaycançılıq ideologiyası-
nın alternativsiz bir yol olma-
sından ətraflı bəhs edib.
İctimai fəal gənclərdən
Nemət Abdullayev, Cəlal
Əliyev, Lalə Seyidzadə,
Günay Mehrəliyeva, Rafiq
Abbasov və başqaları tədbirdə
ürək sözlərini söyləyib, dövlət
müstəqilliyimizin əbədi və
dönməz olmasından hədsiz
qürur duyduqlarını dilə
gətiriblər.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
Şəmkir:
Kənd sakinləri ilə görüş
Şəmkir Rayon İcra Hakimiyyətinin
başçısı Alimpaşa Məmmədov rayonun Keçili və
Xuluf kəndlərinin sakinləri ilə görüş keçirmişdir.
Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının
məsul işçiləri, hüquq- mühafizə orqanlarının,
idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak
etmişlər.
Rayon icra hakimiy-
yətinin başçısı kənd
sakinlərini salamlamış,
Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə son
illər həyata keçirilən sosial-iq-
tisadi islahatlardan bəhs etmiş,
Şəmkirdə aparılmış abadlıq-
quruculuq işləri və layihələr
haqqında məlumat vermişdir.
Qeyd etmişdir ki, rayonun
digər yaşayış məntəqələri kimi
Keçili və Xuluf kəndlərinin
də sosial problemləri daim
diqqətdə saxlanılır, zəruri
tədbirlər görülür.
A.Məmmədov kənd
sakinlərini narahat edən
məsələlərlə daha yaxından ta-
nış olmuşdur. Dinlənilmiş çox-
saylı müraciətlərin bir qismi
yerindəcə həllini tapmış, digər
müraciətlər isə qeydiyyata alı-
naraq nəzarətə götürülmüşdür.
Qaldırılan məsələlərin həlli
ilə bağlı aidiyyatı qurumların
rəhbərlərinə və məsul şəxslərə
tapşırıqlar verilmişdir.
Görüşdə çıxış edən
sakinlər göstərilən diqqətə
görə rayon rəhbərliyinə
minnətdarlıqlarını bildirmiş,
regionların, o cümlədən
Şəmkir rayonunun iqtisa-
di inkişafı, əhalinin sosial
vəziyyətinin yaxşılaşdırılması
istiqamətində ölkə Prezidenti
İlham Əliyevin xüsusi diqqət
və qayğısından razılıqlarını
ifadə etmişlər.
Qeyd etmək lazımdır
ki, Şəmkirdə belə görüşlər
ənənə şəklini almışdır və
onun faydası çoxdur. Bir
sıra problemlər məhz həmin
görüşlərdən sonra öz həllini
tapmış, rayonun kənd və
qəsəbələrinin abadlaşdı-
rılması, sosial məsələlərin
həlli istiqamətində mühüm
işlər görülmüşdür. Qaldı-
rılan problemlərin rayon
icra hakimiyyəti başçısı
tərəfindən şəxsən nəzarətə
alınması müsbət səmərə verir,
idarə, müəssisə və təşkilat
rəhbərlərinin məsuliyyətini
daha da artırır.
Hamlet QASIMOV,
“Xalq qəzeti” nin
bölgə müxbiri
“Naked science” elmi-kütləvi portalı bu
sualın cavabını Tokio Universitetinin alimlərinin
yeni tədqiqatları əsasında verir. Yerin təbii
sərvətlərini öyrənən alimlər belə qənaətə gəliblər
ki, dünyadakı qızıl ehtiyatları indiyə qədər ehtimal
edilən kosmik zərbələr nəticəsində deyil, planetlərin
bir-birinə genişmiqyaslı təsiri nəticəsində yaranıb.
Yəni çoxsaylı toqquşmalar baş verib.
Onların qənaətiincə,
həmin proses uzun müddət
davam edib və Yerin “qı-
zıllaşması” 300 milyon il
qabaq formalaşıb. Tədqiqatçı
alimlər Ramon Braser və
Siqeru İda əvvəlcə öz
həmkarlarının köməyi ilə Yer
qrupuna aid olan planetlərin
(Merkuri, Venera, Mars və
Yer) təkamülünü imitasiya
edən kompüter modelini
yaradıblar. Sonra isə həmin
yolla Yerdə, Ayda və Marsda
olan qızıl və platin ehtiyat-
larını müqayisə ediblər. Bu
model sübut edib ki, Yerdəki
qızıl ehtyatları məhz yu-
xarıda qeyd edilən proses
nəticəsində formalaşıb.
Sayt yazır ki, bu yaxınlar-
da eynilə buna bənzər nəticə
ilə NASA-nın Ayı tədqiq
edən institutunun alimləri
də çıxış ediblər. NASA
mütəxəssislərinin fikrincə,
Yerdəki qızıl ehtiyatları
planetimizin 2, 5-dən 3 min
kvadratkilometrədək diametri
olan səma cisimi ilə toqquş-
ması nəticəsində əmələ gəlib.
Həmin cisim isə, təxminən,
Pluton ölçüsündə olub.
Beləliklə, alimlərin
son tədqiqatları sübut edir
ki, Yerdəki qızıl ehtiyat-
larının kosmik zərbələr
nəticəsində formalaşması
barədə söylənilən fərziyələr
əsassızdır. Yeni tədqiqatların
müəllifləri inanırlar ki,
bu nəticələr planetimizin
yaranışı barədəki keçmiş
təsəvvürləri dəyişəcək.
Həmin fərziyələrin nəyi
dəyişib-dəyişməyəcəyindən
asılı olmayaraq, Yerdəki
insanların qızıla hərisliyinin
dəyişəcəyinə qətiyyən ümid
yoxdur.
Hazırladı:
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”
Dünyada qızıl necə yaranıb?
Hər evdə gözlənən qonaq
–
SPACE
Tamaşaçı üçün televiziya həmişə sirli-
sehrli olub. Uzun zaman keçib yaranışından. İllər
ötüb, nəsillər dəyişib. Amma bu sehrli qutuya olan
münasibət dəyişməyib. Tamaşaçı yenə də möcüzə
ünvanı kimi baxır televiziyaya. Və doğru da edir.
İndi heç birimiz həyatımızı onsuz təssəvvür edə
bilmirik. Bir sözlə, hər evdə hər an gözlənən,
arzulanan qonağa çevrilib televiziya. Sirr
yoldaşımza , könül dərddaşımıza dönüb – desək,
yanlışlıq etmərik, yəqin ki…
Gündəlik qəbul etdi-
yimiz qida, su nə qədər
vacibdirsə, televiziya da o
qədər əhəmiyyətli və gərəkli
olub. Bir sözlə, həyatımıza
bir əlvanlıq, bir gözəllik və
dolğunluq gətirib televiziya.
Ölkə telekanalları içərisində
sözü, üslubu, təqdimatı
və bir-birindən maraqlı
verilişləri ilə tamaçılarının
zövq aldığı “Space” də var.
Biz digər teleşirkətlərin işinə
və yaxud da proqramlarına
kölgə salmadan, bir məqama
diqqət yetirmək istəyirik.
Tam mübaliğəsiz deyə bilərik
ki, “Space” yaşından asılı
olmayaraq, hər kəsin rahat-
ca oturub baxa bildiyi bir
televiziya kanalıdır. Məhz bu
televiziyada hər yaşda adam
– istər ahıl, istər gənc, istərsə
uşaq – istənilən proqramı
rahat şəkildə izləyə bilər. Və
təbii ki, bu muhitin və şəraitin
yaranması da səbəbsiz deyil.
Bu mənzərənin yaranmasında
televiziyanın rəhbərliyi başda
olmaqla hər kəsin əməyi, xal-
qına sevgisi, dövlətinə inamı
dayanır.
Bu teleməkanda bütün
əməkdaşları düşündürən
bir amal var: milli-mənəvi
dəyərlərimizə sayğı və
hörmətlə yanaşmaq, inki-
şaf edən, regionun liderinə
çevrilmiş, dünya dövlətləri
sırasında hörmət və nüfuz
sahibi olan dövlətimizin
uğurlu siyasətini vicdanla və
sevgi ilə təbliğ etmək və ən
əsası, tamaşaçıların zövqünü
oxşayan verilişlər hazırlamaq.
Xəbər müəlliflərini də, musiqi
proqramlarını hazırlayanla-
rı da, dini layihələri ərəsyə
gətirənləri də düşündürən
ancaq sevimli tamaşaçılarıdı.
Onların zövqünü oxşamaq
istəyidir, informasiya bol-
luğunda saxlamaq həvəsidir
və milli-mənəvi dəyərləri
ruhlara hopdurmaq sevgisi-
dir. “Space” və speysçilərin
amalı budur və bu, heç vaxt
dəyişməyəcək.
Rəşad VƏKİLOĞLU
Yurdumuz Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra ilk onilliyində ümummilli lider Heydər Əliyevin dərin zəkası,
uzaqgörənliyi, müdrikliyi sayəsində ictimai-siyasi sabitliyin əldə
olunması, sosial-iqtisadi problemlərin öz həllini tapması növbəti
mərhələdə respublikamızın bütün bölgələrində və həyatın müxtəlif
sahələrində dinamik inkişafa zəmin yaratdı. Məhz həmin bünövrə
üzərində öz işini dahi rəhbərin irsinə layiq şəkildə davam etdirən
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində
ölkəmiz günü-gündən inkişaf edərək dünyanın qabaqcıl dövlətləri ilə
müqayisə olunacaq səviyyəyə gəlib çatdı.
İstər ölkəmizin paytaxtı Bakı
şəhərində, istərsə də bölgələrimizdə
sənaye və kənd təsərrüfatı
obyektlərinin, , yol-nəqliyyat infrast-
rukturunun, səhiyyə və təhsil ocaqları-
nın yeni, müasir tələblər səviyyəsində
qurulması şəhər və kəndlərimizin sima-
sını dəyişərək yurdumuzu gözəlliklər
diyarına çevirdi. Son illər ərzində
abadlıq-quruculuq sahəsində daha
çox nailiyyətlərə imza atan Naxçıvan
Muxtar Respublikası öz heyrətamiz
gözəlliyi ilə öndə gedən və fərqlənən
bölgələrimizdəndir. Ali Məclisin sədri
Vasif Talıbovun diqqəti və qayğıkeşliyi
sayəsində muxtar respublikanın bütün
rayonlarında yüksək inkişaf tempi hər
addımda duyulmaqdadır. Hava limanın-
dan Naxçıvanın istənilən istiqamətinə
üz tutan hər kəsi şəhərin abadlığı,
təmizliyi heyrətə gətirir və buranın ab-
havası insanı ovsunlayır.
Muxtar respublikada olan inkişaf,
abadlıq işləri haqqında əvvəllər çox
yazılmış və bundan sonra da ürəkdolusu
danışanlar, söz deyənlər daha çox
olacaqdır. Bu yazıda Şahbuz haqqında
söhbətə keçməzdən öncə bir könüla-
çan məqama toxunmaq istərdim. Ali
Məclisin sədri Vasif Talıbovun diqqət
və qayğısı bütün sahələrə olduğu kimi,
təhsil sahəsinə də olduqca yüksək
səviyyədədir. Hər il ali məktəblərə
qəbul imtahanlarında 500-dən yuxarı
bal toplayıb tələbə adını qazanmış
gənclərimizlə Ali Məclis sədrinin şəxsən
görüş keçirməsi və hər birinin zəhmətini
dəyərləndirərək mükafatlandırması
Vətənimizin, millətimizin gələcəyinə
diqqət və qayğıdır. Bu il yüksək bal top-
lamış 338 tələbəmiz də avqust ayında
mükafatlandırılmışdır. Ali Məclisin sədri
gənclərə uğur diləyərək, onlara Vətən
üçün oxumağı, çalışmağı, daim ümum-
milli liderimiz Heydər Əliyevin işıqlı
ideyalarına xidmət göstərərək yurdu-
muza töhfələr verməyi tövsiyə etmişdir.
Tələbələrə, eyni zamanda, “Naxçıvan:
Şərqin əfsanəsi” kitabı təqdim olunmuş-
dur. Naxçıvanda xalqımızın gələcəyi
olan gənclərimizə qol-qanad verən, onla-
rı sabaha doğru daha inamla addımlama-
ğa sövq edən yüksək səviyyəli diqqətin
bir örnək kimi digər bölgələrimizə də
sirayət etməsi çox yaxşı olardı.
Şahbuz rayonu Naxçıvan Muxtar
Respublikasının keçmiş Zəngəzur ma-
halı ilə həmsərhəd olan, dağlar qoy-
nunda yerləşən və həmişə öz füsunkar
təbiəti ilə gəlib-gedənləri valeh edən
bir bölgəsidir. Naxçıvan şəhərinin,
təxminən, 30 kilometrliyində yerləşir.
Şahbuz şəhərindən və kəndlərindən
Naxçıvanın mərkəzinə işləyən avtobus-
lar müəyyən olunmuş qaydalar əsasında
yerli əhaliyə xidmət göstərir. Bundan
əlavə, növbədə dayanan taksi sürücüləri
tələsən sərnişinləri, qonaqları yüksək
səviyyədə qarşılayıb lazımi ünvan-
lara çatdırmağı özlərinə borc bilirlər.
Əyləşdiyimiz taksinin gənc sürücüsü ilə
tanışlıqdan sonra vəziyyətin, yaşayışın
necə olmasını xəbər alıram. Yanında
əyləşən digər sürücü Zəka söhbətə
başlayır :
– Vəziyyət çox yaxşıdır. Baxın,
yollarımız şüşə kimidir. Şəhərimizin
bütün dağ kəndlərinə -- Nursuya,
Keçiliyə, Küküyə, Biçənəyə gedən
yolların hamısına asfalt salınmışdır və
biz də müştərilərimizə nümunəvi xidmət
göstəririk.
Yolun rahatlığından, söhbətin
şirinliyindən Şahbuz şəhərinə çatma-
ğımız, sanki, ani olur. Şəhərə girər-
girməz gözəllik təmtərağının ab-havası
insanı heyrətə gətirir və istiqlalımızın,
müstəqilliyimizin xoş duyğularını
yaşadır. Şəhər mərkəzinə çatmamış
Heydər Əliyev prospektinin aşağı
hissəsində maşından düşərək prospekt
boyunca piyada gəzməyə, şəhərin
mənzərəsindən doyunca zövq almağa
çalışırıq.
Yolun kənarlarında əkilmiş gül
kollarının və bəzək ağaclarının arasından
keçən piyada yolu ilə irəliləyərək, bir-
birindən fərqli gözəl mənzərəli tikililəri,
dövlət inzibati-idarə binalarını seyr
edirik. Şəhərin mərkəzinə yaxın yerdə
yerləşən Şahbuz Şahmat Məktəbinin
önündə dayanıb binanı seyr edərkən
30 il öncə tələbə yoldaşı olduğum Əli
Gülmalıyevlə rastlaşırıq. Qısa söhbətdən
sonra Şahmat Məktəbinin direktoru
olduğunu deyir:
– Ötən il bu məktəbə direktor təyin
edilmişəm. Məqsədimiz yurdumuzun
adını dünya şahmat tarixinə yazacaq
gənclər yetişdirməkdir. Rayonumuzun
gözəlliyindən isə danışmağa ehtiyac
duymuram. Gözəllik göz önündə olanda
ondan danışmazlar, onu seyr edərlər,--
deyərək gülümsəyir və bəzi yeniliklərlə
bizi tanış etmək üçün söhbətə qoşulur.
Yol boyunca söhbət edə-edə Şahbuzun
yeni avtovağzalını dolaşdıqdan sonra
Batabat bulağı parkına yollanırıq. Bu bu-
lağın suyu adı dillər əzbəri olan Batabat
yaylağından gəlir və şəhər sakinlərinin
hər birinin həyətinə, evinə dövlət vəsaiti
hesabına çəkilmişdir.
Şahbuzun yeni görünüşü
Batabat bulağının sərin suyundan
içdikdən sonra şəhərin digər görməli,
gəzməli yerlərini dolaşırıq. Onların
hamısı müasir tələblərə cavab verən
səviyyədədir. Şahbuz şəhər 1 nömrəli
məktəbi və Şahbuz şəhər mərkəzi
xəstəxanasında iş rejimi və yaradılmış
gözəl şəraitlə maraqlanıb tanış oluruq.
Bu qədər zəngin təəssüratlarla qəlbimiz
dolu ikən, Şahbuzun Bayraq meydanına
baş çəkməyimiz bizi yaxşı mənada daha
çox təsirləndirir. Bayrağın ətrafında daş-
lar üzərində yonulmuş milli naxışlarımı-
zın rəngarəngliyi, qeyri-adiliyi gəzintiyə,
ziyarətə gələn hər kəsin qəlbini, ruhunu
oxşayır.
Qəlbimizdə bu abadlıq işlərini
görənlərin hamısına alqış və
minnətdarlıq hissi ilə Şahbuz Rayon
İcra Hakimiyyətinə yollanırıq. Qəbul
günü olmasa da rayon rəhbəri ilə görü-
şümüz alınır. Nurəddin müəllim bizi
səmimi və gülərüz qarşılayır. Onu da
qeyd edim ki, Nurəddin Quliyev Şah-
buzun Qarababa kəndində dünyaya göz
açmışdır. Ali təhsil aldıqdan sonra öz
doğma məktəbində əmək fəaliyyətinə
başlamış, bir neçə il sonra məktəbin
direktoru, daha sonra Şahbuz Rayon
Təhsil Söbəsinin müdiri vəzifələrində
çalışmışdır. Qətiyyəti, işgüzarlığı ilə
fərqlənən bir dövlət qulluqçusu kimi,
Şahbuz Rayon İcra Hakimiyyətinin baş-
çısı təyin olunmuşdur. On ildən artıqdır
ki, layiqincə bu vəzifədə çalışmaqdadır.
Həm Şahbuzun iqtisadiyyatına, kənd
təsərrüfatına dərindən bələd olması,
həm də Naxçıvan Muxtar Respub-
likası Ali Məclisi tərəfindən verilən
qərarların, tapşırıqların vaxtında və
yüksək səviyyədə yerinə yetirməsi
sayəsində Şahbuzun bugünkü uğurları-
na nail olmuşdur.
Rayon rəhbəri ilə söhbətimizə
şəhərin gözəlliyindən, ondan aldığı-
mız xoş təəssüratlardan başlayırıq. O,
üzündə təbəssüm öz təəssüratlarını
bizimlə bölüşür: “Bu gözəllik, bu
abadlıq, bu sevinc hissləri hamısı 25–30
il öncə bizim hamımızın arzuladığı-
mız müstəqilliyimizin, istiqlalımızın
bəhrəsidir. Biz bundan sonra da daha
ciddi səylə çalışmalıyıq ki, Vətənimiz
daha da gözəlləşsin, yerli əhalinin sosial-
iqtisadi vəziyyəti hamımızı qane etsin
və doğma Azərbaycanımız dünyanın
inkişaf etmiş ölkələri ilə bərabər, bir
sırada addımlasın. Muxtar respublika-
mızda “Kənd mərkəzlərinin yaradıl-
ması” layihəsi əsasında rayonumuzun
kəndlərində göz oxşayan tikililərimiz,
bütün kənd yollarina asfalt salınması
sakinlərimizin rahatlığı və güzəranı
üçün edilmişdir. Biz hər iş həftəsində
işimizə vətəndaşların qəbulu, onların
mövcud problemlərinin həll olunması ilə
başlayırıq. Bu bizim vəzifə borcumuzdur
və biz bu borcu yerinə yetirməkdən şərəf
duyuruq.”
Ertəsi gün rayonun kəndlərini
görmək üçün yola çıxırıq. İlk görüşünə
getdiyimiz Nursu kəndi – Xalq şairimiz
ölməz Məmməd Arazın doğulub boya-
başa çatdığı, dağlarının sədasından,
çeşmələrinin zümzüməsindən,
çiçəklərinin ətrindən ilhamlandığı kənd
olur. Nursu kəndinin Ziyarat adlanan
yerinə çatar-çatmaz kəndin dağlarından
axıb gələn sərin hava kəskin şəkildə
duyulur. Quzey körpüsündən keçərək
kənd mərkəzinə çatırıq. Kənd mağaza-
sı, iaşə xidməti binası, kənd məktəbi,
xəstəxanası, icra nümayəndəliyi binası
hər biri öz görünüşü, ətrafının gülü-
çiçəyi ilə insana zövq verir. Məktəb və
icra nümayəndəliyi önündə salınmış,
gecə işıqları ilə bəzədilmiş parkları isə
daha çox diqqəti cəlb edir.
Nursu kəndində bizi ilk qarşılayan
icra nümayəndəsi Elvin İbrahimov
oldu. Daha sonra Nursu məktəbinin
müəllimləri Rizvan müəllimlə, Baba
müəllimlə, məktəb direktoru Xanəli
Əmişovla həmsöhbət oluruq. Onlar Nur-
su kəndinin gözəl təbiəti, tarixi, məktəbi
haqqında söz açaraq tarixçi – alim İbra-
him Bağırovun, ədəbiyyatşünas Firudin
Hüseynovun, akademik Adil Bağırovun
və onlarca elmlər doktoru, müxtəlif elm
sahələri üzrə çox sayda fəlsəfə doktor-
larının, bir neçə gənc yazıçı və şairin
bu kəndin yetirmələri olduğunu qeyd
edirlər.
Belə xoş əhvalla şair
Məmməd Arazın ev muzeyini
ziyarətimiz, icra nümayəndəsi Elvin
İbrahimovun(Məmməd Arazın qardaşı
oğludur) şair haqqında danışdığı canlı
xatirələr ovqatımızı daha da yüksəldir.
Onu da qeyd edim ki, Nursu kəndində
dili söz tutan hər bir körpə şairin
şeirlərini əzbər bilir.
Xalq şairi Məmməd Arazın
ev muzeyi
İki gün ərzində Şahbuzun Kükü,
Kolanı, Qışlaq, Ağbulaq, Sələsüz,
Badamlı, Daylaqlı, Biçənək, Külüs,
Keçili kəndlərini, Batabat yaylağını,
dolaşdıq və hər bir kənddə abadlıq,
quruculuq işlərinin olduqca yüksək
səviyyədə aparıldığının şahidi olduq.
Ağbulaq Turizm İstirahət Mərkəzinə və
Batabat yaylağına il ərzində çox sayda
turistin gəldiyini yerli sakinlərlə söhbət
əsnasında öyrənirik.
Ağbulaq turizm istirahət
mərkəzi
Keçili kəndinin sakinləri ilə qısa
görüşdən sonra müstəqilliyimizdən
öncə uzun illər Şahbuz rayonunda
müxtəlif məsul vəzifələrində çalış-
mış fərdi təqaüdçü Məmməd Bağı-
rovu evində ziyarət edirik. Ağsaqqal
Məmməd müəllim Şahbuzun bugünkü
vəziyyətindən ürəkdolusu danışır. Qeyd
edir ki, Şahbuz əvvəlki dövrlə müqayisə
olunmayacaq dərəcədə dəyişib,
gözəlləşib. O, müstəqil Azərbaycan
dövləti tərəfindən bütün regionlarımızın
inkişafı üçün yetərincə vəsait ayrıldığını
vurğulayır.
Keçili kəndindən geri dönərkən
kəndin ən yaşlı sakinlərindən biri olan
92 yaşlı Qardaşxan Kərimovla elə yolda
tanış oluruq. Qardaşxan dayı çəliyin
köməyi ilə yerisə də, suvarmadan
gəlirdi. Heç demə, el ağsaqqalı Şahbuz-
da görülən bütün işlərdən xəbərdar imiş.
Gəzib-gördüyümüz yerlər haqqında bizə
maraqlı söhbətlər edir və sonda onun
minnətdarlığını da hamıya çatdırmağı
boynumuza qoyur. Elə bu yazını da
Qardaşxan dayının sözləri ilə tamamla-
yırıq: “Bütün xeyirxah insanları, xalqa
yaxşı xidmət göstərənləri, rahatlıq
yaradanları Tanrı qorusun, ömürləri
uzun olsun! Azərbaycan Respublikasının
müstəqilliyi əbədi olsun!”
Əbülfət ZEYNALOĞLU,
AYB-nin üzvü, müəllim,
müharibə veteranı
Dövlət müstəqilliyimizin bərpası – 25
Şahbuz dağlarından
gələn xeyir-dua