MüqaviMƏt qəhrəmanlari bəsic İslam İnqilabının Böyük Rəhbərinin sözlərində


İkinci fəsil: İslam inqilabının qorunmasında Bəsicin rolu



Yüklə 0,51 Mb.
səhifə2/9
tarix14.06.2018
ölçüsü0,51 Mb.
#49093
1   2   3   4   5   6   7   8   9

İkinci fəsil: İslam inqilabının qorunmasında Bəsicin rolu


Bizim böyük iddialara malik inqilabımız Bəsic qüvvələrinə arxalanır. Bəsic və xalq qüvvələri olmasa, ordu və korpus beynəlxalq cəbhələrdə inqilabı müdafiə edə bilməzlər. İnqilabı müdafiənin əsas amil çoxmilyonlu Bəsicdir. Bəsic adi həyatda xalqın bir hissəsidir. Lakin yaxşı koordinasiya olunmalı, daim öyrənməli, bir neçə aylıq təlimlə kifayətlənməməli, onu təkrarlamalıdır.

Əgər bir Bəsic üzvü məktəbdə, universitetdə, elm hövzəsində, zavodda, tarlada və idarədə öz işi ilə məşğuldursa, böyük xalq ordusunun, inqilabçı ordunun üzvü olduğunu bilməli və bununla fəxr etməlidir. İşçiləri Bəsic üzvü olan hər hansı təşkilat inqilaba xidmət baxımından digərlərindən üstün və öndədir. Çünki nə zaman quruluşu bir təhlükə təhdid etsə, Bəsic üzvünün sinəsi inqilaba sipər olacaq. Odur ki, bu işə qoşulan hər bir kəs cəmiyyətin ən dəyərli üzvlərindəndir və bununla fəxr etməlidir. Mən də Bəsic üzvü olmağımla fəxr edirəm. Bir Bəsic üzvü kimi inqilabın harada mənə ehtiyacı olsa, xidmət göstərməyə hazıram. Hamımız bu üzvlüyə görə fəxr etməliyik. Çünki inqilabın ən önəmli işini Bəsic görür.

Bu gün də ABŞ hegemonizminin, nəhəng oliqarxların, Qüdsü işğal etmiş rejimin və mürtəce dövlətlərin ədavət və düşmənçiliyi davam edir. Bizim inqilabımız qələbə çalanda İslam Respublikası quruluşu doğuldu. Deməli, bu quruluşu müdafiə etmək İran xalqının ən birinci, ən müqəddəs və ən vacib işidir. Bəsic üzvü sinəsini sipər edib əlində olan hər bir vasitə ilə inqilabı müdafiə işini öhdəsinə götürən şəxsdir. Və o əslində İslamı və Quranı müdafiə edir.36

İslam inqilabının, xüsusən də bizim mərhum imamımızın böyük nailiyyətlərindən biri 20 milyonluq ordu qurmaq idi. Bu ordu dünya xalqlarının ictimai rəyində özünə yer açmışdır. İslam inqilabının qələbəsindən ötmüş təxminən 12 il boyunca böyük Bəsic qüvvəsi təhlükəli sahələrdə ağır vəzifələri öhdəsinə götürüb, bəzən başqa heç kimin əlindən gəlməyən işləri yerinə yetirə bilmişdir.

Düzdür, bizim İslam İnqilabının Mühafizəçiləri Korpusunda və Bəsicdə çalışan əziz məmurlarımız bu bir neçə ildə çoxlu zəhmətlər çəkmişlər. Müqavimət Qüvvəsinin rəsmən təsis olunduğu ötən il - Allaha şükür ki, onun vəzifələri təsdiq olunmuşdur və bu gün möhtərəm məmurlara veriləcək - Bəsicin həyatında yeni dönəm başladı.

Qardaş və bacılar! Bəsic məsələsi inqilabın əsaslı və prinsipial bir məsələsidir. Əgər siz böyük imamımızın Bəsic üzərində çoxlu təkid göstərdiyini görürsünüzsə, bu, İslam inqilabına hakim olan prinsipial fikirdən irəli gəlir. O fikrə əsasən, inqilabın Bəsicdən asılı olduğunu desək, yanılmarıq. Mən bu cümləni bir qədər izah edirəm ki, məsələnin şüarçılıq və hissiyyatdan ibarət olmadığı, həqiqət olduğu və hamının bu həqiqət əsasında hərəkət etməli, proqram hazırlamalı, himayə etməli və addım atmalı olduğu aydınlaşsın.

İslam inqilabı xalq inqilabıdır. Ümumiyyətlə, İslam inancının hünəri bundadır: xalqın qəlbini elə cəlb edir, onların imkanlarını ali və uca məqsədlər yolunda elə işlədir ki, bunun özü İslam inqilabını və hərəkətini sığortalayır və Allahın yardımına səbəb olur. Erkən İslam çağında da eynilə belə idi. O zaman xalqın iştirakı, imanı və ixlası yardıma səbəb oldu. Bu, Quranın aşkar ayəsidir. Quran buyurur: “(O Allah) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi“.37 Yəni Allah-Taala öz yardımı və möminlərin vasitəsi ilə Peyğəmbərə kömək etdi.

Bizim inqilabımızın bütün hərəkat və inqilablardan qəti üstünlüyü vardı: xalqa arxalanırdı və həmişə də arxalanacaq. Qlobal hegemonizmin inqilabı məğlub edə bilməməsinin səbəbi də budur.

Düşmən xalqa, mömin və ixlaslı insanlara nə edə bilər? Məgər düşmənin alətləri nədir? Düşmənin aləti maddi sursatdan ibarətdir. Maddi sursat xalqın imanı, eşqi, iradəsi qarşısında təsirsizdir. Maddi sursat yalnız öz maddi təchizatına arxalanıb vuruşmaq istəyənləri qorxudur. Elə adamlar qarşılarında daha modern və daha üstün imkanlar görsələr, qorxu hissi keçirə bilərlər. Lakin düşmənin modern imkanları imanlı və ixlaslı xalq qarşısında bir iş görə bilməz. Ən modern imkanlar da müqavimətli, möhkəm və şəhadət istəyində olan qüvvələr qarşısında acizdir. Məgər düşmən bir xalqın milyonlarla insanına üstün gələ bilər?! Bu hizbullahçı xalq ölkənin bütün xiyabanlarında şah rejiminin düşməndən aldığı müasir texnikaları qarşısında dayandı. Nə üçün o texnikalar xalqa qalib gələ bilmədi?! İnsan ölümdən qorxsa, o texnikalardan da qorxar, ölümü şəhadət bilsə, öldürücü texnikalardan da qorxmaz. Bu söz bütün mübarizələrə aiddir.

Düşmənin digər alətləri nədir? Təbliğat. Düşmənin təbliğatı mömin insanlara təsir etmir... Bu gün bütün dünyada sionistlər və digərləri tərəfindən İslam və inqilab əleyhinə aparılan təbliğat dünyanın mömin xalqlarının düşüncə və ruhiyyəsinə, yaxud ölkəmizin özündə hizbullahçı mömin kütləyə nə qədər təsir etmişdir?! İslama qarşı şövqü və eşqi günbəgün artan, hegemonizmin çirkin və xəbis məqsədlərini anlayan bir xalqa düşmənin təbliğatı təsir etməz. Deməli, qlobal hegemonizmin hərbi, iqtisadi və təbliğat silahı, ABŞ-ın, sionistlərin və düşmənlərin silahı xalqın mömin hissəsi üzərində heç bir təsirə malik deyil.

Buna görə də, bir inqilab mömin xalq tərəfindən himayə olunsa, sığortalanar. Bunu hamı başa düşür. Əgər inqilabın və ölkənin sığortalanmasını, İslam Respublikasının zərər görməməsini istəyiriksə, gərək xalqın eşqini, ümumi hərəkətini və əzəmətli Bəsicini günbəgün gücləndirək.38

Biz inqilabı müdafiə etmək üçün hazırlığı həmişə vacib bilirik. Bizim üçün bir gün də ümumi hazırlığa əhəmiyyətsiz keçməməlidir. Əmirəlmöminin bizə yaxşı dərs keçib: “Səni yuxu tutubsa, bu, düşmənin də yatması anlamına gəlmir”.39 Buna görə Bəsic toplumu, xüsusən də xalqın müxtəlif təbəqələrindən olan gənclər qüvvətlə, qüdrətlə, hazırlıqla, fəallıqla və zərurət hissi ilə öz işlərini, yollarını davam etdirməli və keçmişdə olduğu kimi inqilabı müdafiə vəzifəsini öhdələrinə götürməlidirlər.40

Bəsicin proqramının da fəlsəfəsi var, o da qayda-qanunsuz deyil. Bəziləri Bəsici qayda-qanunsuz təşkilat kimi göstərmək istəyirlər. Xeyr, təsadüfən, Bəsicin proqramı bir çoxlarından daha dəqiqdir. Bəsicin proqramı nədir? Bəsicin proqramı inqilabın nailiyyətlərini və onun əsas kimliyini qorumaqdan ibarətdir. Məhz buna görə siz bəzən ətrafda kimdənsə bir nərə ucaldığında və Bəsicə hörmətsizlik edildiyində, o hörmətsizliyin yanında inqilabın prinsiplərindən və sevdiklərindən birinə də hörmətsilik edildiyini görürsünüz. Bunları eyni bilirlər. Doğrudan da belədir.41

Bəsic Aləmlərin Rəbbinin ölkəyə, inqilaba və bizim böyük imamımıza bərəkətlərindən biri idi. Bir ölkədə silahlı qüvvələr tam hazırlıqlı olsalar, lakin xalqın könüllü qüvvələri tərəfindən himayə edilməsələr, şübhəsiz ki, onların hazırlığı yetməz. Bizdə Bəsic qüvvələri – bu ixlaslı və inqilabın məqsədlərinə sadiq könüllülər keçmişdə döyüş meydanlarına dayaq olmasaydılar və bundan sonra olmasalar, əmin olun ki, inqilabın müdafiə işi axsayar. Əsas amil xalqın qüvvəsi, yəni Bəsicdir. Buna görədir ki, siz əziz gənclər, universitet və hövzə tələbələri, həmçinin digərləri Allah yolunda cihad edən böyük təşkilatın bir hissəsisiniz. Bilməlisiniz ki, əsas məsələ inqilabın silahlı müdafiəsidir. Bunu bacardıqca gücləndirmək lazımdır.42

Siz elə bilməyin ki, düşmən təkcə müharibədə hücum edir. Düşmən İslam Respublikası quruluşu kimi bir quruluş qarşısında qaldıqda və döyüşlə qalib gələ bilmədiyini gördükdə xalqın içinə soxulub daxildən problem yaratmağa çalışır.

Burada inqilabı və İslamı fədakarcasına müdafiə edən qüvvələrdən biri kimdir? Bəsic, yəni bu müqavimət mərkəzləri, bu gənc və aktiv qüvvələr; elə gənclər ki, biz İslam tarixinin əvvəlindən bu günədək onların belə çoxluğuna heç zaman malik olmamışıq; elə gənclər ki, gəncliyə və gənc həyəcanına malik olmaqla yanaşı, dünyanın bütün bölgələrinin dərd-qəmsiz və adi gəncləri kimi eyş-işrət və əyyaşlıq dalınca düşmək yerinə vəzifə, xalqa xidmət hissinin, amal və məqsədlər üçün çalışmağın, işləməyin və İslamı müdafiə etməyin ardınca düşürlər, Quranla ünsiyyətdə olurlar, namaz və ibadətləri qoca ata və analarını təəccübə salır. Biz ayağımızı hansı şəhidin evinə qoyduqsa, əksərinin valideynləri dedilər ki, biz dini bu övladımızdan öyrənirdik.43


Psixoloji hazırlığı qorumaq

Peyğəmbərdən nəql olunmuşdur ki, döyüş meydanında olmayan, yaxud ürəkdə və canda özünə cihad hədisi oxumayan şəxs nifaqın bir növü ilə həyatı tərk edər.44 Müxtəlif hazırlıqları qorumaq, xüsusən də İslamı və inqilabı fədakarcasına müdafiə etmək üçün psixoloji hazırlığı qorumaq bu gün sizin və bütün silahlı qüvvələr üçün ən vacib əməldir. Korpus, Bəsic və ordu bu hazırlığı yüksək səviyyədə qorumalı, igidcəsinə iradələrində azca yorğunluğun yaranmasına qoymamalıdırlar.45

Ölkənin bir tərəfində bir siyasi hadisə, bir partiya, cinah hadisəsi baş verə bilər. Bunun inqilabın əsas məsələlərinə aidiyyəti yoxdur. Burada Bəsic hissiyyata qapılmır və müdaxilə etmir. Dəyər məsələləri meydana çıxanda, inqilabın əsası məsələsi gündəmə gələndə, Allah dininin hakimiyyəti məsələsi ortaya qoyulanda, düşmənin yaranmış fürsətlərdən bu böyük və möhtəşəm inqilab əleyhinə istifadə etmək istədiyi zaman Bəsicin fəaliyyət zamanıdır.46

Bəsic üzvünün məqsədi inqilabın əsasını, kimliyini və nailiyyətlərini qorumaqdır. Kim inqilabın əsasına, kimliyinə və naliyyətlərinə dəyər verirsə, ona görə Bəsic üzvü çox dəyərlidir. İnqilabın dostu Bəsic üzvünün dostudur. Bəsic üzvü inqilab dəyərlərini, inqilab nailiyyətlərini müdafiə etmək üçün canından keçməyə hazırdır. Kim bu nailiyyətləri sevirsə, bu canı da sevir və ona vurğundur.47


Bəsicin müxtəlif sahələrdə qabaqcıl olması

Bəsic əslində xalqın müqəddəs vəhdətinin simvoludur. Bəsicin iştirak etdiyi sahələrin hamısı bütün xalqa məxsus olan milli sahələrdir; misal üçün, müqəddəs müdafiə, quruculuq və ümumi xidmətlər sahəsi. Ölkə heç zaman özünün ən yaxşı gənclərinə və bu xüsusiyyətlərlə təşkil olunmuş böyük bir təşkilata ehtiyacsız deyil.48

Bəsic müharibədə öndə idi. Quruculuq məsələsində də şərait yaradılsa, öndə olar; ümumi xidmətlər məsələsi qarşıya çıxdıqda da müraciət etsələr, öndə olar; seçkilərdə və digər bu kimi yerlərdə quruluşun imici məsələsi ortaya qoyulduqda da öndədir. Harada ixlaslı və cəsarətli bir iş lazım olsa, Bəsici orada axtarmaq və tapmaq olar. Bəsicin mənası budur. Əbəs deyil ki, varlığı bu xalqın bütün aşiqanə duyğularının yönəldiyi mərkəz olan böyük imam kimi bir şəxsiyyət Bəsic üzvlərinə eşq bəsləyirdi, onları bütün varlığı ilə uca tuturdu.49

İslam İranının bütün əhalisi meydandadır. Sözsüz ki, maraqlar hər yerdə eyni deyil, həvəs və iradələr bir cür deyil, ölkələrinin və xalqlarının ali məqsədləri yolunda zəhmət çəkməyə və iş görməyə hamı eyni şəkildə can atmır; biri canını verməyə hazırdır, biri malını verməyə, biri bir qədər vaxtını verməyə, biri bir neçə kəlmə danışmağa, biri tamaşaçı olub təqdir etməyə. Hamı eyni deyil. Bizim 65 milyonluq böyük xalqımız arasında can lazım olduqda canını, mal lazım olduqda malını verən, fiziki formada iştirak etmək lazım olduqda iştirak edən, quruculuq lazım olsa, qabağa çıxan, müdafiə məsələsi qarşıya çıxsa, meydana atılan, ölkənin məqsədləri naminə özünü elmi cəhətdən hazırlamaq lazım olsa, bu işi görən, hansı uca məqsədlər istənilsə, onu təqdim etməyə hazır olan şəxslərin adı Bəsicdir.50

Bu gün Allaha şükür olsun ki, müxtəlif təbəqələrdən olan gənclərimiz Bəsicdə həyat və fəaliyyət duyur, onun qədrini bilirlər. Bu gün Bəsic üzvü olan gənclərimiz arasında hövzə və universitetin görkəmli şəxsləri, dəyərli hövzə tələbələri, əlaçı və beynəlxalq olimpiadalarda yüksək medalların sahibi olan universitet tələbələri, əlaçı lisey şagirdləri, zavodların nümunə fəhlələri, müxtəlif sahələrin nümunəvi şəxsləri, nümunəvi qiraətçilər, sənət adamları, müəllimlər vardır. Məgər düşmən faydasız təbliğatı ilə onları xalqın gözündən sala bilər?!51

Əslində, Bəsic quruculuq və elm sahələrində də digərlərindən öndə dura bilər. Bəsic ölkənin hər yerində var. Bəsic universitetdə, hövzədə, mütəxəssislər arasında, elmi müəssisələrdə, ruhanilər arasında, kəndlərdə, şəhərlərdə və müxtəlif təbələrdə var. O əslində, İran xalqının kamil nümunəsi olduğunu göstərmişdir. Bəlkə demək olar ki, bizim əziz və böyük imamımızdan qalmış dəyərli yadigarlar arasında ən geniş yayılanı Bəsicdir. O həzrətin ən böyük və ən uzunömürlü yadigarı xalq Bəsicidir. Çoxları müharibə bitdikdən sonra Bəsicin bitdiyini göstərmək istəyirdilər. Bu, şeytani bir fikir idi, bəlkə bunda düşmənin də rolu vardı. Amma mən deyirəm ki, Bəsic tükənməzdir. Bəsic günbəgün inkişaf etməli və güclənməlidir. Bəsic ruhiyyəsi və Bəsic görüşü genişlənməlidir ki, bu ölkə çiyninə götürdüyü ağır yükü - insanların ilahi hidayət və səadət yükünü mənzil başına çatdıra bilsin. Odur ki, Bəsic qurtaran deyil.52





Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə