MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

  

   


MİLLİ GÖRÜŞ

14

 



“Haqqı Üstün Tutan” mədəniyyət dövrü yaşanmışdır. 

Bu dövr davam edərkən Misirdə Fironların təsiri 

altında  “Gücü  Üstün  Tutan”  bir  mədəniyyət  inkişaf 

etmiş  və  bu  iki  mədəniyyət  tarixdəki  məşhur  Kadeş 

döyüşü  ilə  bir-birilə  vuruşmuşdur.  Bu  müharibədə 

misirlilərin  döyüş  arabalarının  təkərləri  dəmirdən 

olduğuna  görə  bir  atın  çəkdiyi  arabaya  iki  süvari, 

Mesopotamiyalıların döyüş arabalarının təkərləri daş 

olduğuna  görə  isə  arabaya  bir  süvari  minə  bilirdi. 

Misirlilər bu texniki üstünlük sayəsində döyüşdə qalib 

gəlmiş və beləcə yer üzündə Fironların təsiri altında 

“Gücü Üstün Tutan” bir mədəniyyət inkişaf etmişdir. 

2. Bu mədəniyyət ən güclü zirvə nöqtəsinə çatdığı 

zaman Musa əleyhissəlamın rəhbərliyi altında “Haqqı 

Üstün Tutan” yeni bir mədəniyyət qurulmuşdur.

3.  Bunun  ardınca  bu  mədəniyyət  zəiflədikdə 

Davud əleyhissəlamın rəhbərliyi altında “Haqqı Üstün 

Tutan”  yeni  bir  mədəniyyət  dövrü  yaşanmışdır.  Bu 

mədəniyyətlərin  ardınca  Yunanıstanda  inkişaf  edən 

“Gücü  Üstün  Tutan”  bir  mədəniyyət  inkişaf  edərək 

dünyaya hakim olmuşdur.

Yunan hakimiyyətinin ən güclü olduğu bir dövrdə 

İsa  əleyhissəlam  gəlmiş  və  yenidən  “Haqqı  Üstün 

Tutan” bir mədəniyyət dövrü yaşanmışdır.

Bu  mədəniyyətin  ardınca  Romada  “Gücü  Üstün 

Tutan”  mədəniyyət  inkişaf  etmiş  və  dünyaya  hakim 

olmuşdur. 

4.  Romalıların  ən  güclü  olduğu  dövrdə  Hz. 

Mühəmməd  əleyhissəlam  gəlmiş  və  yenidən  “Haqqı 

Üstün Tutan” bir İslam mədəniyyəti dövrü başlamışdır.

Bu dövr ən azı min il insanlığa xoşbəxlik gətirmiş, 

elmi  inkişaf  etdirmiş,  haqqı  və  ədaləti  ən  yüksək 

dərəcədə təsis və tətbiq etmiş və onu irəli aparmış bir 

dövrdür.


İslam mədəniyyətinin ən təsirli, ən geniş yayıldığı 

və güclü olduğu bir dövrdə qərb ölkələrində zamanla 

gücü üstün tutan bir zehniyyət inkişaf etmiş və bu Qərb 

mədəniyyəti  Osmanlıların  Vyana  mühasirələrindən 

etibarən maddi güc üstünlüyünü ələ keçirmişdir.

İki-üç  əsrdən  bəri  yer  üzünə  gücü  üstün  tutan 

mədəniyyət hakim olduğu üçün insanlıq heç cür hüzur, 

barış və xoşbəxtliyini tapa bilmir.

Bax, bu günə bu şəkildə gəlinmişdir.

XX  əsr  boyunca  və  hələ  də  yaşanan  faciələr 

və  iztirablar  bir  baxımdan  yeni  bir  dövrün  doğuş 

sancılarıdır.  Bu  mənanı  daşımaqdadır.  İslam-qərb 

dialoqu  da  elə  bu  baxımdan  çox  böyük  əhəmiyyət 

daşıyır. Yalnız bu dialoq sayəsində “Müharibə deyil, 

sülh”ün  təmin  olunması  və  insanlığın  gözlədiyi, 

həsrətini  çəkdiyi  “Yeni  Bir  Dünya”nın  qurulması 

mümkün olacaqdır.

c) Mədəniyyətlər Tarixində Peyğəmbərlərin 

Açdığı Yeni Cığırlar:

Kitab verilən ülül-əzm peyğəmbərlərdən:

1.  Hz.  İbrahim  insanlıq  tarixində  elm  çağını 

kamala çatdırmış, etiqad ediləcək şeylərin əqlə uyğun 

olduğu dövrünü başlatmışdır.

2.  Tövratın  göndərildiyi  Musa  əleyhissəlam  isə 

hamının  tabe  olacağı  təməl  hüquq  qaydalarını,  “On 

əmr”i  gətirərək  insanlıq  tarixində  hüquq  dövrünün 

kamala çatmasını təmin etmişdir.

3.  Zəburun  göndərildiyi  Davud  əleyhissəlamın 

zamanında ölkələrarası ticarət əlaqələri inkişaf etmiş 

və iqtisadiyyat cığırı başlamışdır. 

4.  İncilin  göndərildiyi  İsa  əleyhissəlamın 

zamanında isə əxlaq dövrü başlamışdır.

5.  Quranın  göndərildiyi  Həzrət  Mühəmməd 

əleyhissəlamla  da  insanlıq  tarixində  “hər  şeyin 

nizamlandığı dövr” cığırı açılmışdır. Belə ki, bu gün 

əldə olan Yəhya İncilində bu açıqlama yer almaqdadır: 

“Həvarilər  İsa  əleyhissəlamın  ayrılacağını  hiss 

etdikləri  vaxt  üzülməyə  başladılar.  O  da  onlara  dedi 

ki:  “Baxın,  mən  ayrılıram  deyə  üzülməyin.  Mən 

ayrılmalıyam ki, hər şeyi nizamlayanın gəlməsinə 

zəmin hazırlansın”. 

B. III. İslamın İnsanlığın Xoşbəxtliyinə

 və Mədəniyyətinə Etdiyi Böyük Xidmətlər

a) Həqiqətlər:

Yuxarıdakı  bölmədə  verdiyimiz  açıqlamalar  bu 

günə varıncaya qədər əsrlər boyu insanlığın səadətinə, 

müsəlmançılığın,  İslam  mədəniyyətinin  etdiyi  böyük 

xidməti  göstərdiyi  kimi  qarşıdan  gələn  dövrdə  də 

insanlığın  xoşbəxtliyi  üçün  müsəlmançılığın  əsas 

xüsusiyyətlərindən yararlanılmasına ehtiyac olduğunu 

göstərməkdədir. 

Qərb  mədəniyyətinin  əsas  xüsusiyyətlərinə 

söykənərək  insanlığın  xoşbəxtliyə  çatması  çox 

təəssüflər  olsun  ki,  mümkün  deyildir.  Ən  azından 

ona görə ki, üç əsrdən bəri yaşadığımız hadisələr və 

ələlxüsus  da  XX  əsr  təcrübəsi  bu  həqiqəti  açıq  bir 

şəkildə göstərir. 

Müsəlmançılıq əsrlər boyu insanlığın xoşbəxtliyi 

üçün  öndə  getdiyi  və  böyük  xidmətlər  göstərdiyi 

üçün  bundan  sonra  da  onun  əsas  xüsusiyyətlərindən 

faydalanmaq  lazımdır.  Həmçinin  müsəlmançılıq 

keçmişdə insanlığın mədəniyyətinə və elminə böyük 

xidmətlər etmişdirsə, bundan sonra da ortaya atılması 

zəruri olan inkişaflar baxımından çox önəmli rol ifadə 

edəcək vəziyyətdədir.

Bax, bu bölmədə qısa şəkildə bu həqiqətlərə nəzər 

salmaq  istəyirik.  Qərbdə  müsəlmançılığı  bitərəf, 

obyektiv və vaxtsız hökm vermədən araşdıran bir çox 

elm və fikir adamı müsəlmançılığa heyran qalmışdır. 

Və bir çoxu da elə bu səbəbdən müsəlman olmuşdur.

Hətta  Frankfurt  elmlər  tarixi  professorlarından 

Hartnell  bir  elmlər  tarixi  professoru  olduğu  və 

müsəlmançılığın  elmlər  üçün  etdiyi  qiymətsiz 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə