MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

MİLLİ GÖRÜŞ

15

 



böyük  xidməti  yəqinliklə  bildiyi  üçün  onunla  uzun 

müddət bir yerdə işləyən və eyni sahədə professorluq 

edən  dostumuz  Fuad  Sezgin  bəy:  “Prof.  Hartnell 

müsəlmançılıq  haqqında  hər  dəfə  danışdıqda 

paltarını  düymələyər  və  böyük  bir  ehtiramla 

müsəlmançılığı yad edər”, – deyir.

Bu həqiqətlərə baxmayaraq, qərbdə vaxtsız hökm 

verən  şərqşünasların  təbliğatları  ilə  bir  çox  şəxs 

müsəlmançılıq haqqında həqiqətlərlə uyğunlaşmayan 

təlqinlərə məruz qalır. Və əsrlərdən bəri müsəlmançılığı 

yanlış  tanıtdırmaq  üçün  və  hətta  indi  son  dövrdə 

olduğu kimi terrorizmlə əlaqədar göstərmə cəhdi daxil 

olmaqla,  əsrlərdən  bəri  insanların  diqqətini  düzgün 

yoldan yayındıran bir fəaliyyət aparılır. “Lakin Günəşi 

palçıqla  suvamaq  olmaz”.  Nə  qədər  cəhd  etsələr  də, 

həqiqətləri dəyişdirmək mümkün deyildir. 

Əslində bugünkü elmlərin əsl sahibi və yaradıcıları 

müsəlmanlardır. 

Hər nə qədər pisniyyətli qərbli şərqşünaslar İslam 

dininin  elmə  etdiyi  qiymətsiz  böyük  xidməti  kölgə 

altına  salmaq  üçün  bu  təbliğatı  aparmağa  çalışsalar 

da,  həqiqətlər  qarşısında  bu  təbliğatların  baş  tutması 

mümkün deyildir.

Necə ki şərqşünaslar deyirlər:

– İslam dininin elmlər üçün etdiyi xidmət normal 

bir hadisədir. Bugünkü elmlər insanlıq tarixinin hər 

dövründə  edilmiş  xidmətlərlə  meydana  gəlmişdir. 

Elmlər  üçün  müsəlmanlardan  əvvəl  qədim  Hind, 

Misir və Yunanlılar önəmli xidmətlər etdikləri kimi 

bunların davamı olaraq da miladi təqvimilə VII əsrdən 

XVI əsrə qədər müsəlmanlar hər bir elm sahəsində 

bir çox xidmətlər etmişlər. Lakin bu dövrdən sonra 

elmlərə rəhbərlik etmək qərblilərin əlinə keçmiş və 

bugünkü vəziyyətə qərblilər tərəfindən gətirilmişdir. 

Buna  görə  də  tarixi  normal  bir  seyr  yaşanmışdır. 

Müsəlmançılığın  elmlərə  xidməti  baxımından  bir 

fövqəladəlikdən söhbət gedə bilməz. 

– Bu təbliğat həqiqətə ziddir. 

Tam əksinə həqiqət budur:

1.  Bugünkü  elmləri  elm  halına  gətirən 

müsəlmanlar olmuşdur. 

2.  Müsəlmanların  elmə  etdiyi  xidmət  əvvəlki 

dövrlərlə  və  son  əsrlərdəki  inkişaflarla  müqayisə 

edildiyi  zaman  belə  çox  böyük  fövqəladəlik  ortaya 

çıxır.


3. Elm sahəsində bundan sonra da yeni cığırların 

açılması üçün yenə müsəlmançılığın qaynaqlarından 

yararlanmağa böyük ehtiyac vardır.

b) Müsəlmançılığın Elmlərə Xidmətinə

 Çox Qısa Bir Baxış:  

Müsəlmançılığın  elmlərə  xidməti  nə  bir 

simpoziumla izah edilə bilər, nə də yalnız bu mövzu 

təkbaşına ələ alınsa, aylarla, illərlə danışılsa yetərincə 

ortaya qoyulub istifadə edilə bilər.

Biz  simpoziumun  əsas  mövzusu  ilə  əlaqədar 

olduğuna görə bu sonsuz ümmanın yalnız bir nöqtəsini 

izah etməklə iktifa edəcəyik.

Müsəlmanların elmə xidməti yalnız elmləri qədim 

Hind, Misir və Yunanıstandan alıb qərbə ötürməkdən 

ibarət  deyildir.  Tam  əksinə  olaraq  elmləri  əsl  elm 

halına gətirmək müsəlmanların xidmətləri ilə mümkün 

ola bilmişdir. Sadəcə bir neçə misal:

1. ASTRONOMİYA

Əsrimiz və qarşımızdakı gələcək kosmik elmlərin 

əhəmiyyətini  açıq  bir  şəkildə  göstərir.  Astronomiya 

elmini elm halına gətirən müsəlmanlardır.

Qədim  Misirli  astronom  Ptolemey  kitablarında: 

“Günəşin  fəzada  olduğu  yerdən  həmin  yerə  təkrarən 

gəlməsi üçün, yəni bir illik bir zamanın keçməsi üçün 

bizim bugünkü təbirimizlə Yerin öz ətrafında 260 dəfə 

fırlanması lazımdır”, – demişdir. Yəni bir ili 260 gün 

zənn etmişdir.

Astronomiya elminin qurucusu böyük İslam alimi 

əl-Bəttani Ptolemeyin yanıldığını, bir ilin 365 gün 5 

saat  46  dəqiqə  və  22  saniyə  olduğunu  söyləyir.  Bu 

gördüyümüz rəqəm bugünkü ən həssas ölçü alətləri ilə 

ortaya çıxarılan ölçüyə nisbətən bir ilin həqiqi müddəti 

baxımından sadəcə 2 dəqiqə və 4 saniyə qədər fərqli 

bir miqdardır. 

Qaldı ki, hətta əl-Bəttanidən bu günə qədər keçən 

1000  illik  əsnada  1  ilin  müddətində  bu  qədər  bir 

fərqlilik vaqe olmuş ola bilir

2

 . 


İndi  bu  həqiqət  qarşısında  “müsəlmanlar  elmləri 

qədim Misirdən almışdır”, – fikri deyilə bilərmi? 



2. TRİQONOMETRİYA

Qədim  misirlilər  Aralıq  dənizinin  genişliyini 

bugünkü  həqiqi  məsafənin  iyirmidə  biri  qədər 

olduğunu zənn edirdilər. Xəlifə Məmunun zamanında 

İslam  alimləri  Aralıq  dənizinin  genişliyini  müəyyən 

edərkən  Mersindən  İskəndəriyyəyə  qədər  olan 

məsafəni  ölçmüş  və  bugünkü  bildiyimiz  genişliyi 

hətta o zaman təsbit etmişlər. Bu genişliyi ölçə bilmək 

üçün  triqonometriya  elmini  yaratmışlar.  Bugünkü 

triqonometriyadakı sinus, kosinus, tangens, kotangens 

anlayışlarını icad etmişlər.

Qərblilər isə bunun nə olduğunu əsrlər boyu başa 

düşə  bilməmişlər.  Ərəbcə  istifadə  olunan  ceyb  və 

taceyb təbirlərini lüğətə baxaraq sinus və kosinus kimi 

tərcümə etmişlər. 

Yenə  xəlifə  Məmunun  zamanında  bir  dərəcəlik 

meridian qövsünün uzunluğunun 111.000 km olduğu 

sübuta yetirilmişdir. 

Böyük  müsəlman  alim  xorasanlı  Qiyasəddin 

Cəmşid  “ər-Risalətun  Muhitiyyə”  (“Çevrə  Haqqında 

Traktat”) adlı kitabında ilk dəfə bir dərəcənin sinusunu 



  

   


MİLLİ GÖRÜŞ

16

 



hesablamışdır. Baxın hansı dəqiqlikdə hesablanmışdır. 

0, 017 452 404 437 238 371. Təqribən vergüldən sonra 

18 rəqəm həssaslıqla sinus bir dərəcəni hesablamışdır. 

Bu gün bu hesablamanı elektron maşınla apardığımız 

zaman bir rəqəmi belə çaşmır.

Qiyasəddin  Cəmşid  bununla  da  iktifa  etməmiş, 

triqonometriya  cədvəllərini  həmin  həssaslıqla  sübuta 

yetirmişdir. 

Həmçinin  Qiyasəddin  Cəmşid  riyaziyyatın 

əhəmiyyətli  rəqəmlərindən  olan  “P”  rəqəmi  üçün 

bu  rəqəmləri  verir;  π=3,141  592  635  589  743. Yəni 

vergüldən sonra 15 rəqəm səlis şəkildə “P” rəqəmini 

doğru olaraq hesablayır. 

3. RİYAZİYYAT 

Müsəlmanlar  bu  gün  gördüyümüz  və  bildiyimiz 

riyaziyyatın təməl əsaslarını kəşf etmişlər.

Müsəlmançılıqdan  əvvəl  Hindistanda  və  Misirdə 

əlifba hərflərindən başqa say işarəsi yox idi. Onların 

say dünyası əlifbanın hərfləri qədər idi və 60-da sona 

çatırdı.

Müsəlmanlar  say  dünyasını  sonsuza  çıxardılar. 

“Əşəri”  (“onluq”)  sistemini  qurdular,  10  işarə  ilə 

sonsuz  sayı  ifadə  etmək  imkanını  insanlığa  bəxş 

etdilər.

İnsanlığa  toplama,  çıxma,  vurma  və  bölmə 

əməliyyatını 

qazandırdılar. 

Qədim 

yunanlar 



bu  əməliyyatı  yerinə  yetirmək  üçün  çubuqlarla 

işləyirdilər.  Müxtəlif  ölçülərdə  çubuqları  uc-uca 

düzməklə hesablamalar aparırdılar. 

Əl-Cabir  (Cabir  ibn  Əfləh  İşbili  nəzərdə  tutulur) 

əvvəldən  sona  qədər  cəbr  elmini  qurdu.  Birdərəcəli, 

ikidərəcəli  və  üçdərəcəli  tənliklərin  həll  yollarının 

izahını verdi. Kvadrat kök, kub kök almağı göstərdi. 

Sıfır məfhumunu insanlığa müsəlmanlar tanıtdırdılar. 

Cəbrin  ən  yüksək  hissələrini  göstərən  limit 

hesablarını insanlara müsəlmanlar bildirdilər.

Əl-Xarəzmi insanlığa loqarifmanı tanıtdırdı.

Müsəlmanlar yalnız riyaziyyat elmini yaratmaqla 

kifayətlənməmiş,  fizika,  kimya,  tarix  və  coğrafiya 

elmlərini də yaratmışlar.



4. FİZİKA

Qərblilər  fizikadakı  qırılma  qanununu  qədim 

yunanıstanlı Evklidin kəşf etdiyini təbliğ edirlər.

Halbuki  böyük  İslam  alimi  İbn  Heysəm  ilk  dəfə 

maddənin  atom  və  molekullardan  ibarət  olduğunu, 

bu atom və molekullara istinadən qırılma qanunlarını 

tapan şəxs olmuşdur.

Evklidə  görə  işıq  prizmanın  bir  tərəfindən  digər 

tərəfinə keçərkən işığın sürəti kəsilir və bu kəsilən sürət 

aradakı bucaqlarla mütənasibdir. Halbuki İbn Heysəm 

Evklidin səhv düşündüyünü, əslində bucaqların özləri 

ilə deyil, sinusları ilə mütənasib olduğunu irəli sürür 

və  deyir  ki,  bu  sürətlərin  qırılması  bu  materialların 

ardıcıllıqları  ilə  mütənasibdir.  Və  bu  materialların 

içərisindəki  molekul  nəzəriyyəsinə  istinadən  bu 

hesablamaları aparıb ortaya çıxarır. 



5. KİMYA

Kimya elminin yaradıcıları müsəlman alimləridir. 

Cabir  ibn  Həyyan  hicrətin  II  əsrində  yaşamışdır. 

Atom  nəzəriyyəsini  ortaya  çıxarmışdır.  Lavuazye 

prinsipini, Gey-Lussak prinsipini və Nyuton qanununu 

qərblilərdən 10 əsr əvvəl hicri təqvimlə II əsrdə, miladi 

təqvimilə VIII əsrdə kitablarında izah etmişdir. Cabir 

ibn Həyyan bütün elm tarixində ilk dəfə laboratoriya 

quran və ilk dəfə müşahidə və təcrübə metodunu elmə 

gətirən insandır. 



6. TARİX:

Tarix elmini qədimə aid hekayə olmaqdan çıxarıb 

bütün insanların və millətlərin yaşayışlarını səbəb və 

nəticələrilə araşdıran, bunların təhlilini verən bir elm 

halına İbn Xəldun gətirmişdir. 

7. COĞRAFİYA:

Coğrafiya elminin yaradıcısı da İslam alimləridir. 

İlk  dəfə  dünyanın  coğrafi  xəritəsini  çəkən,  hətta 

Amerikanı ilk dəfə kəşf edən İslam alimləridir. 



8. ÜMUMİ BAXIŞ:

Avropa  elmlərin  bir  çoxunu  Əndəlis  İslam 

mədəniyyətindən əxz etmişdir.

Bu  gün Avropanın  istifadə  etdiyi  rəqəm  işarələri 

Əndəlisli  müsəlmanların,  məğribli  müsəlmanların 

işarəsidir.

Avropalılar  xaç  yürüşləri  keçirdikdə  elmləri 

müsəlmanlardan  öyrəndilər  və  öz  dillərinə  tərcümə 

etməyə başladılar.

Fransızlar müxtəlif yürüşlər edib İspaniyada bəzi 

İslam  şəhərlərini  zəbt  etdikləri  vaxt  bu  şəhərlərdəki 

İslam  alimlərinin  fəaliyyətlərinin  nə  olduğunu  başa 

düşmək  bir  tərəfə  qalsın,  bu  kitabları  yığdılar  və 

yandırdılar.  Yalnız  Kordova  (Qurtubə)  şəhərinin 

meydanlarında 30000 kitab yandırdılar.

Qərblilər 

İslam 

alimlərinin 



qurduqları 

rəsədxanaların  nə  olduğunu  uzun  müddət  başa  düşə 

bilməmişlər. Və sonra bunları başa düşdükləri zaman 

müsəlmanlara qarşı böyük heyranlıq hissi duymuşlar. 

İki  əsr  əvvələ  gəlincəyə  qədər  Parisdəki  Sorbon 

Universitetində  dərs  deyən  professorlar  kürsüyə 

müsəlman  xocaların  paltarı  ilə,  çiyinlərində  cübbə, 

başlarında sarıqla çıxırdılar.

Hülakü  Bağdadı  istila  etdikdə  Bağdad 

kitabxanasındakı  kitablar  Dəclə  və  Fərat  çaylarına 

atıldığı vaxt kitablarn axışı bir həftə davam etmişdir.

Qərblilər  yalnız  elmləri  deyil,  təmizliyi  də 

müsəlmanlardan öyrənmişlər.

1.  Almaniyadakı  Dusseldorf  şəhərində  bir 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə