MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

MİLLİ GÖRÜŞ

17

 



iqtisadiyyat  muzeyində  hamamın  necə  yaranması 

tarixçəsi  haqqında  bir  otaqda  qısa  şəkildə  məlumat 

verilmişdir. Bu otağın divarında asılmış lövhədə belə 

yazılmışdır: “Göte bir gün çimərkən gözü təqvimə 



sataşdı və baxdı ki, daha əvvəlki son çimməsi düz 

bir il əvvəl imiş”. 

2. Fransadakı Versay sarayında belə tualet yox idi. 

Bugünkü ayaqyolular sonradan tikilmişdir və bağçaya 

atılan  nəcis  iyinin  aradan  getməsi  üçün  xarici  ölkə 

elçiləri yalnız günortadan sonra qəbul edilə bilirdi. 

1951-ci  ildə  Almaniyada  birgə  işlədiyimiz 

professorlarla  bu  mövzular  haqqında  söhbət  edərkən 

bunu demişdim: “Əgər müsəlmanlar sizdən potent 



haqqı istəsələr, hər dəfə rəqəmdən istifadə etdikdə, 

hər  dəfə  toplama,  çıxma  əməliyyatını  həyata 

keçirdikdə bir pul ödəsəniz belə hər il 10 Berlini, 

Londonu,  Nyu-Yorku  versəniz,  müsəlmanların 

haqqını  ödəyə  bilməzsiniz.  Əgər  müsəlmanlar 

haqlarını  istəsələr,  üstünüzdə  paltarınız  belə 

qalmaz”.

C) ELMLƏRDƏ YENİ CIĞIRLARIN 

AÇILMASI ÜÇÜN MÜSƏLMANÇILIĞIN 

QAYNAQLARINDAN FAYDALANMAQ 

LAZIMDIR. 

Bir qərb alimi bu təsbiti ortaya qoyur: “Elmlərin 



guşəsinin  ana  xətlərini  müsəlmanlar  çəkmişlər. 

Qərblilər onların xətlərinin arasını boyamışlar”. 

NƏTİCƏ:

Bu  açıqladığımız  həqiqətlər  bu  gün  bəzi  qərb 

dairələrində  elmsizlik  ucbatından  müsəlmançılıq 

haqqında irəli sürülən düşüncə və görüşlərin nə qədər 

yanlış  olduğunu,  insanlıq  adına  insanı  içdən  ağrıdan 

bir məna daşıdığını açıq şəkildə göstərir.

Müsəlmançılığı  terrorizmlə  əlaqələndirmək  ən 

böyük cəhalətdir. İnsanlığın xoşbəxtliyi, mədəniyyətin 

və  elmlərin  inkişafı  İslam  mədəniyyətindən 

yararlanmaq ehtiyacındadır. 

Bu həqiqəti XX əsr açıq bir şəkildə göstərmişdir.

B.IV. XXI Əsrin Əvvəlində XX Əsrdən 

Alınacaq Dərslər

Yuxarıdakı  A.  B.  bölməsində  XX  əsrə  qısa  bir 

baxış  keçirmişdik.  Bu  baxışdan  belə  bir  nəticələri 

çıxarmaq mümkündür. 

XVI  əsrdən  sonra  maddi  gücün  qərbin  əlinə 

keçməsinin  ardınca  qərb  mədəniyyətinin  əsas 

xüsusiyyətlərinin  təsirinə  görə  insanlıq  heç  cür 

xoşbəxtliyə çata bilmədi. Və XX əsrdə olması lazım 

olan  mənfi  aksionlarla  insanlıq  çox  iztirab  çəkdi. 

Bu  aksionlar  və  alınması  lazım  olan  dərslər  isə  qısa 

şəkildə bunlardır: 

1. Xoşbəxtlik və Səadət üçün “Materializm Deyil, 

Mənəviyyatçılıqˮ əsas götürülməlidir. 

XX  əsrdə  diktatorlar  dövrü  yaşandı.  Bu  dövrün 

insanlığa necə böyük müharibələr və faciələr gətirdiyi 

açıq şəkildə göründü. Buradan alınacaq dərs budur: 

–  Diktatorların  təzyiq  və  basqılarının  kökündə 

materializm və darvinizm fəlsəfəsi yatır. Darvinizmə 

görə  “güclü  olanın  zəif  olanı  yox  etməsi  təbiətin 

bir  tələbidir.  Təkamül  üçün  ortada  bir  düşmənin 

olması  və  bu  düşmənlə  davamlı  olaraq  savaşmaq 

həyatın qanunudur”. 

–  Bu  düşüncələrin  necə  bir  fəlakət  gətirdiyi  göz 

qabağındadır.  

–  Bu  gün  Rusiyada  belə  insanlar  axın-axın 

kilsələrə gedir.

– Buna görə də XX əsrdən alınacaq ən önəmli dərs 

“Materializm Deyil, Mənəviyyatçılıq”, digər ifadə ilə 

“Müharibə Deyil, Sülh” dərsidir.

2. Xoşbəxtlik və səadət üçün “Qarşıdurma deyil, 

Dialoq” əsas götürülməlidir.

–  Birinci  Dünya  Müharibəsinin  hədəfi  Osmanlı 

İmperatorluğunu  yıxmaq,  parçalamaq,  müsəlmanları 

yox etmək idi. Qərblilər İslam ölkələrini işğal etdilər, 

lakin xalqını yox edə bilmədilər.

– Dünya müharibəsindən sonra müsəlman ölkələr 

təkrarən müstəqilliklərinə qovuşdular.

–  Bu  dəfə  bu  ölkələri  başqa  metodlarla  istismar 

etmək istədilər, lakin bacara bilmədilər. 

– Əsrin geridə qalan son on ilindən bu günə qədər 

bu dəfə İslam dini düşmən olaraq göstərilmək istənildi 

və  bu  məqsədlə  müharibələr  aparıldı.  Qətl-qarətlər 

sərgiləndi.  Lakin  göründü  ki,  bu  belə  qətl-qarətləri 

həyata keçirənlərə səadət və hüzur gətirmir.

– XX əsrin bu hadisələrindən alınması lazım olan 

digər  önəmli  bir  dərs  “Qarşıdurma  deyil,  dialoq”, 

–  dərsidir.  Səadət  və  sülh  üçün  “düşmənçilik 

deyil,  dialoq,  səmimi  əməkdaşlıq  və  həmrəylik, 

sülh içində bir yerdə yaşayan çoxmədəniyyətli bir 

dünyanın əsas götürülməsi zərurəti” dərsidir.

3.  Cəmiyyətin  səadəti  və  xoşbəxtliyi  üçün  “İkili 

Standart Deyil, Ədalət” əsas götürülməlidir. 

–  Qərb  XX  əsrin  2-ci  yarısında  basqı  və  təzyiq 

yerinə hürriyyət və insan haqlarını əsas götürəcəyini 

izah etdi. Lakin bu əsrin sonunda “İnsan haqları və 



azadlıqlar  olsun,  lakin  yalnız  bizim  üçün  olsun, 

müsəlmanlar üçün olmasın!” – deməyə başladı.

–  Daha  çox  müsəlman  ölkələrə  qarşı  xalqı 

müsəlman olduğuna görə xüsusi bir mövqe və yanaşma 

tərzi ortaya qoyuldu. 

–  Müsəlmançılığın  əsası  sülh  və  şəfqət  olduğu 

halda, müsəlmançılıq, hətta terrorizmlə eyni səviyyədə 

tutulmağa başladı. 

– Belə ki, buna görə “mütəşəkkil cinayətkarlıq 



məfhumu”  ortaya  atılaraq  müsəlmanlar  potensial 

təhlükə  olaraq  görünməyə  başladı.  Onlara  insan 

haqları verilməsin, – deyəcək qədər irəli getdilər.

–  Bəzi  müsəlman  ölkələrə  ikili  standart  tətbiq 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə