MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

  

   


MİLLİ GÖRÜŞ

28

 



Hirvi  vasitəsilə  İmam  Rza  əleyhissəlamdan  da 

rəvayət olunmuşdur.

Deməli,  gözəl  və  bəyənilmiş  işlər  bir  surətdə 

səhihdirlər ki, ortada batilə rəvac vermək (yəni batili 

inkişaf etdirmək, tərvici-batil), kafirlərin ənənələrini 

və  ayinlərini  ehya  etmək  (bərpa  etmək)  deyilən 

yasaq  bir  başlıq  olmasın,  çünki  “Günah  etməklə 

Allaha ibadət olunmaz!”

3. NOVRUZ VƏ ŞƏRİƏT

Novruzun məşru olması (şəriətcə icazəli olması) 

barəsindəki  müzakirə  –  ki  bu  məqalənin  əsas 

mövzusudur  –  həqiqət  axtarışında  olanların  üzünə 

yeni üfüqlər aça bilər, çünki haqq axtarışında olanlar 

şəriətin əmrini həyata keçirir və onun yasaq etdiyi 

işdən də çəkinirlər.

Bəs şəriət bu barədə nə deyir?

Əvvəla  bilmək  lazımdır  ki,  İslam  dinində 

“bayram”  bir  ibadətdir  (yəni  şəri  hökmdür)  və 

bayram  günlərini  də  yalnız  Xudavəndi-aləm 

müəyyənləşdirir.  Fitr  və  Qurban  bayramlarının 

namazının  qunutunda  Məsum  əleyhissəlamdan 

nəql  olunan  duada  belə  oxuyuruq:  “Allahım! 



Müsəlmanlar  üçün  bayram  qərar  verdiyin  bu 

gündə Səndən istəyirəm. ...” Deməli, Allah-Taala 

tərəfindən  nəss  etibarilə  (yəni  şəri  mətnlərdə) 

bayram günü olaraq qanuniləşdirilən (təşri olunan) 

gün müsəlmanların bayram günü qeyd olunur. 



İSLAM VƏ XALQLARIN AYİNLƏRİ

Qeyri-səmavi,  yaxud  təhrif  olunmuş  səmavi 

dinlərin bütün ayin və mərasimləri nəfsani istəklər, 

şəhvət, cahillik, xürafat əfsanələri və əsassız işlərlə 

doldurulmuşdur  ki,  bunun  müqabilində  İslam 

dininin ayinləri hikmətə, təhzibi-nəfsə (nəfsin islah 

edilməsinə),  biliyə,  xeyirxahlığa,  kamilliyə  və 

Allaha yaxınlaşmağa əsaslanır, çünki birincisi insan 

zehninin məhsulu, ikincisi isə Həkim (hikmət sahibi), 

Xəbir (hər şeydən xəbərdar olan) Allahın tədbiridir. 

Bu barədə Quranda buyurulur: “Biz onu (Quranı) 

haqq olaraq nazil etdik, o da haqq olaraq nazil 

oldu. Səni də yalnız müjdə verən (mübəşşir) və 

qorxudan (nəzir) olaraq göndərdik”

11

 .  

Digər  tərəfdən  İslam  dini  bütün  qövmlərin 

ümumdünya dinidir və yalnız Ərəbistan yarımadası 

və onun ətrafındakı ölkələrə məxsus deyildir. Buna 

görə də xürafata, əfsanəyə, nəfspərəstliyə əsaslanan 

bütün  dini  ayinlər  və  müxtəlif  milli  münasibətlər 

məhv olmalı və öz yerini islami ayinlərə verməlidir, 

çünki hər bir qövm İslamdan əvvəlki adətlərinə bağlı 

qalmaq istəsə, müsəlmanların vəhdəti kəmrəng olar, 

yəni öz rəngini itirər. İslam birliyində müxtəliflik və 

həmahəngsizlik  yaranar,  çünki  qədim  bayramları 

olan  xalq  yalnız  iran  xalqı  deyildir,  cahiliyyə 

ərəblərinin də qədim günləri var idi. “Ərubə” gününü 

buna bir misal göstərmək olar ki, İslam dini onu ləğv 

etdi və “cümə” gününü onun yerində qərarlaşdırdı. 

Misirlilərin  “Nil”  bayramı,  Beynənnəhreynlilərin 

(Mesopotamiyada

12

    yaşayanların)  “Xərmən” 



bayramı var idi və s. ... 

Zahiri gözəlliyinə və müqəddəs hesab edilməsinə 

baxmayaraq, İslam onların hamısını aradan götürdü 

və onların yerinə digər bayramlar təqdim etdi. 



NOVRUZ RƏVAYƏTLƏRİ

İlk rəvayət Əmirülmöminin Əli əleyhissəlam-

dandır.  Əbusabit  Numan  ibn  Mərzban

13

    novruz 



şənliyi günü Əli ibn Əbitalibə jeledən hazırlanmış 

bir növ şirniyyat hədiyyə etdi. Həzrət ondan: “Bu, 

nədir?”  –  deyə  soruşduqda  o,  belə  cavab  verdi: 

“Bu  gün  novruzdur!”  Həzrət  buyurdu:    “Bizim 



şənliyimiz

14

  bütün gündür”

15

 . 

Beləliklə,  Numanın  müsəlman  olmamışdan 

əvvəl  İranda  zərdüştilik  dininin  adətləri  əsasında 

formalaşmış  mərasimləri  müsəlmanlar  arasında 

da  inkişaf  etdirmək  istəyi  əmirülmöminin  Əli 

əleyhissəlam  tərəfindən  uzaqlaşdırıldı,  çünki 

həqiqətdə  də  başlayan  hər  bir  gün  bir  novruzdur

16

 



,  fərvərdin  ayının  əvvəlinin  digər  yeni  günlərdən 

fərqlənməsinin heç bir əsası və sübutu yoxdur. 

O  hadisədən  sonra  Abbasi  xilafətinin 

hakimiyyətinə  qədər  heç  bir  müsəlman  bunu 

həyata  keçirmədi.  Əvvəllər  Sərəxs  və  Fars 

atəşgahlarının 

möbidlərindən 

(zərdüştilərin 

ruhanisi),  ağsaqqallarından  və  qazılarından  olmuş 

iranlı  “Bərmək”  və  “Bəni-Səhl”  xanədanından 

olan  Abbasi  vəzirləri  İslam  cəmiyyətini  özlərinə 

inandırdılar  və  yol  tapıb  onların  içinə  sızdılar

17

 

.  Baxmayaraq  ki,  Əməvilərin  xilafəti  dövründə 



də  əməvi  hakimlər  İran  xalqının  üzərinə  novruz 

hədiyyələrini vergi olaraq qoymuşdular ki, məsələn 

Müaviyənin  hakimiyyəti  dövründə  onun  miqdarı 

5  milyondan  10  milyon  dirhəmə  qədər  çatırdı. 

Və  İslam  dinindən  sonra  Novruz  və  Mehrəgan 

hədiyyələrinə  rəvac  verən  ilk  hökmdar  əməvilərin 

zalım hakimi və ələvilərin qəddar düşməni Həccac 

ibn Yusif Səqəfi olmuşdur

18

 .



MİLLİ GÖRÜŞ

29

 



İkinci 

rəvayət 

İmam 

Kazım 

əleyhissəlamdandır.  “Mənsur  (abbasi  xəlifəsi) 

Musa  ibn  Cəfər  əleyhissəlama  novruz  günündə 

təbrikləri  qəbul  etmək  və  hədiyyələri  təhvil 

almaq üçün oturmağı əmr etdi. İmam buyurdu: 

“Mən  babam  Rəsulullahdan  –  Allahın  rəhməti 

ona  və  Əhli-Beytinə  olsun!  –  gələn  xəbərləri 

araşdırdım, lakin bu bayram haqqında bir xəbər 

tapa bilmədim. Novruz farsların adətidir və İslam 

onu məhv (ləğv) etmişdir. İslamın ləğv etdiyi bir 

şeyi ehya etməkdən Allaha pənah aparırıq! ...”

19

  

Bu  hədisi-şərif  açıq  şəkildə  aydınlaşdırır  ki, 

“novruz  bayramı”nın  islami  bir  siması  yoxdur  və 

Peyğəmbər  Sünnəsində  də  bunun  bir  yeri  yoxdur. 

Müqəddəs  şəriət  ona  seyrçi  qalmamış,  əksinə 

İmamın  açıq-aşkar  ifadəsinə  uyğun  olaraq  onu 

ləğv  etmişdir  ki,  İmam  öz  sözünün  sonunda  bu 

adəti heç bir vəchlə ehya etməyə hazır olmadığını 

bildirmişdir.  Bu  hədisi  qeyri-müsəlmanlara  təqlid 

etməyin  və  onlardan  nümunə  götürməyin  haram 

olması  barəsində  Səkuninin  İmam  Sadiqdən  nəql 

etdiyi mötəbər hədis də təsdiq edir ki, biz də bunu 

məqalənin əvvəlində qeyd etdik.

Bəzi müasir yazılarda bir qrup bu rəvayəti təqiyyə 

kimi  qələmə  vermişdir  ki,  bu  deduksiya  (istidlal) 

təqiyyənin  hökmünü  bilməməkdən  irəli  gəlir, 

çünki İmamın onu açıqlaması, açıq şəkildə dövrün 

xəlifəsinin  fikrinə  zidd  çıxması,  buna  Peyğəmbər 

Sünnəsindən  dəlil  gətirməsi  və  o  hakimin  İmamın 

vasitəsilə məhkum edilməsi təqiyyəyə ziddir. 



Üçüncü 

rəvayət 

İmam 

Sadiq 

əleyhissəlamdandır.  Bu  uzun  rəvayəti  Müəlla  ibn 

Xüneys  İmam  Sadiqdən  nəql  etmişdir  ki,  onun 



ifadələri hələ araşdırılacaqdır. 

“...  Müəlla  ibn  Xüneys  deyir:  “Novruz 

günü  İmam  Sadiq  əleyhissəlamın  hüzuruna 

daxil  oldum.  O  dedi:  “Bu  günün  nədən  ibarət 

olduğunu  bilirsinizmi?  Cavab  verdim:  “Sənə 

fəda  olum!  O,  elə  bir  gündür  ki,  əcəm  (yəni 

iranlılar) onu böyük sayır və həmin gündə onlar 

bir-birinə  hədiyyə  bağışlayırlar”.  İmam  Sadiq 

buyurdu:  “And  olsun  Məkkədəki  Beyti-Ətiqə 

ki,  bunun  (yəni  bu  günün  böyük  tutulmasının 

və  insanların  bir-birinə  hədiyyə  verməsinin) 

qədim bir əsası vardır və başa düşəsən deyə onu 

sənin  üçün  açıqlayıram”.  Dedim:  “Ey  ağam, 

bunu səndən öyrənmək mənim üçün ölənlərimin 

yaşamasından  və  düşmənlərimin  ölməsindən 

daha  sevimlidir”.  İmam  dedi:  “Ey  Müəlla! 

Novruz  günü  elə  bir  gündür  ki, Allah  o  gündə 

bəndələrindən  Ona  ibadət  edəcəkləri,  Ona  heç 

bir şeyi şərik qoşmayacaqları, Onun rəsullarına, 

höccətlərinə və imamlara – səlam olsun onlara! – 

iman gətirəcəkləri barədə əhd-peyman almışdır. 

O,  Günəşin  tulu  etdiyi  (çıxdığı),  küləklərin 

əsdiyi  və  yerin  parıltısının  xəlq  edildiyi  ilk 

gündür. O, elə bir gündür ki, Nuh əleyhissəlamın 

gəmisi  Cudi  dağının  üzərinə  yan  aldı,  o,  elə 

bir  gündür  ki,  Allah  o  gündə  minlərlə  adamın 

ölüm  qorxusu  ilə  öz  yurdlarını  tərk  etdiyi  və 

Allahın  da  onlara  “Ölün!”  –  dedikdən  sonra 

diriltdiyi  həmin  şəxslərə  həyat  verdi

20

  ,  o,  elə 

bir gündür ki, Cəbrayıl Peyğəmbərə nazil oldu, 

o, elə bir gündür ki, Peyğəmbər Beytülhəramın 

üstündən  Qüreyşin  bütlərini  atsın  deyə  Əlini 

çiyninə  aldı  və  o  da  İbrahim  əleyhissəlam  kimi 

bütləri qırdı, o, elə bir gündür ki, Peyğəmbər öz 

əshabələrinə Əli əleyhissəlama möminlərin əmiri 

kimi beyət etmələrini əmr etdi, o, elə bir gündür 

ki,  Peyğəmbər  Əlini  cin  vadisinə  göndərdi  ki, 

onlardan onun üçün beyət alsın, o, elə bir gündür 

ki,  Əmirülmöminin  Əli  ibn  Əbitalibə  ikinci 

dəfə  beyət  edildi,  o,  elə  bir  gündür  ki,  Əli  (ə) 

Nəhrəvan  əhli  (xaricilər)  üzərində  qələbə  çaldı, 

Zussədyəni öldürdü

21

 , o, elə bir gündür ki, bizim 

Qaimimiz və əmr sahibləri zühur edəcək, o, elə 

bir gündür ki, Qaimimiz Dəccala qələbə çalacaq 

və onu Kufə zibilliyində çarmıxa çəkəcəkdir. Elə 

bir  novruz  günü  yoxdur  ki,  biz  o  gündə  fərəci 

(zəfəri)  gözləməyək.  O,  bizim  və  şiələrimizin 

günlərindəndir. Əcəm (iranlılar) onu qorudu, siz 

isə zay etdiniz. ...” 

Bu  rəvayət  novruzun  mədh  olunması  və  onun 

ayinlərinə bağlanmağın lüzumu barəsində əldə olan 

yeganə rəvayətdir. Baxmayaraq ki, bu rəvayət şəri, 

tarixi  və  nəqli  zəiflik  və  səhvlərlə  doludur  və  özü 

özünün qondarma olduğunu ortaya çıxarır.

Əlbəttə ki, bu cür rəvayətlərin qondarılmasının 

səbəbini şiə məzhəbini inhiraf və sapqınlığa çəkmək, 

yaxud İslamdan əvvəlki əqidələri və adətləri inkişaf 

etdirmək  və  Əhli-Beyt  yolu  adı  ilə  cahiliyyə 

dövründəki nəfsani istəkləri qanuniləşdirmək üçün 

Əhli-Beyt  düşmənlərinin  istiqamət  və  cəhdində 

görmək lazımdır. 

İndi  isə  rəvayətin  zəif  cəhətlərindən  bir 

nümunəni araşdıraq:

1.  Rəvayətin  mətni  bunu  göstərir  ki,  orada 

verilən bir çox ifadələr Avesta kitabından və köhnə 




Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə